Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-419/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru X2 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru X2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Protokolu tәrtib edәn orqan tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә Azәrbaycan Respublikası IXM-in 430.4-cü maddәsi ilә EP № ******* nömrәli, ##.##.2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC (VÖEN: **********) Azәrbaycan Respublikası IXM-in 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib barәsindә inzibati xәtanın obyekti olmuş 19129.80 ABŞ dolları valyuta vәsaiti mәblәğinin 20% mәblәğindә, yәni 3825.96 ABŞ dolları mәblәğinin ödәniş gününә olan Azәrbaycan manatının mәzәnnәsi nәzәrә alınmaqla cәrimә olunmuşdur (hakim Vaqif Hәsәnov). Qeyd olunan qәrardan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru X2 apellyasiya şikayәti verәrәk mübahisәlәndirilәn qәrarın lәğv edilmәsini vә MMCnin hәrәkәtlәrindә inzibati xәta hadisәsi olmadığından inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, xaricә köçürülәn valyuta vәsaitinin әvәzlәşdirilmәmәsi ilә bağlı inzibati orqanın vә mәhkәmәnin eyniyyәt tәşkil edәn mövqelәri әsaslı deyildir. Belә ki, 19.129,80 ABŞ dolları mәblәğindә valyuta vәsaiti 20 ton polimer xammalın alınmasına görә ##.##.2024-cü il tarixli ******** nömrәli Proforma Invoıce әsasında “X1 Mob. Aks. San. Tic. A.Ş.” firmasının hesabına köçürülmüşdür. Lakin köçürmәdәn 2 il keçmәmiş hәmin xammalı onlara sәrf edәn qiymәtlә digәr alıcıya, yәni Rusiya Federasiyasının “xxxx” MMC-yә satışı üçün hәmin cәmiyyәtlә ##.##.2025-ci il tarixli ******** saylı müqavilә bağlanmış vә “X1 Mob. Aks. San. Tic. A.Ş.” firması ilә qarşılıqlı razılaşma әsasında hәmin xammal göstәrilәn cәmiyyәtә tәdarük edilmişdir ki, hәmin cәmiyyәt tәrәfindәn onlara ödәnilmәli olan valyuta (yәni AVRO) hissә-hissә icra edilmәkdәdir. Tam ödәnişlә bağlı 2 illik müddәt isә ##.##.2027-ci il tarixdә bitir. Bir sözlә, baş verәnlәrin “xxxx”si ondan ibarәtdir ki, MMC tәrәfindәn xaricә köçürülmüş valyuta 2 il keçmәdәn xammalla әvәzlәşdirilmiş, hәmin xammal isә qarşılıqlı razılıq әsasında digәr alıcıya göndәrilmişdir ki, 2 illik ödәniş müddәtinin sonu ##.##.2026-cı il tarixdә bitәcәkdir. Yalnız hәmin tarixә borc bağlanmayacağı tәqdirdә ödәnilmәmiş valyuta hissәsinә görә inzibati mәsuliyyәt yarana bilәr. Göstәrilәnlәr ona dәlalәt edir ki, «xxxx” MMC tәrәfindәn inzibati xәta hadisәsinә yol verilmәmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru X2 şikayәtin dәlillәrinә uyğun çıxış edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımı qaydada mәlumat verilmәsinә baxmayaraq inzibati xәta haqqında protokolu tәrtib etmiş Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Belә ki, iş materiallarında olan EP № ******* nömrәli, ##.##.2026-cı il tarixli inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC 19129.80 ABŞ dolları mәblәğindә vәsaiti ## ##### 2024cü il tarixdә xaricә köçürmüş vә 2 il müddәt keçsә dә 19129.80 ABŞ dolları mәblәğindә vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәmiş, valyuta vәsaitini geri qaytarmamışdır. Xәta ## ##### 2026-cı il tarixdә, hüquqi şәxsin qeyd olunan ünvanında törәdilmişdir. Bununla da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC Azәrbaycan Respublikasının IXMin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. ##.##.2024-cü il tarixli köçürmә әrizәsindәn görünür ki, hüquqi şәxs “Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn 19129.80 ABŞ dolları mәblәğindә xarici valyutada olan pul vәsaiti ##.##.2024-cü il tarixindә «xxxx» ASC-dә olan hesabından, Azәrbaycan Respublikasından kәnara köçürülmüşdür. «xxxx» ASC tәrәfindәn Azәrbaycan Respublikası Mәrkәzi Bankına ünvanlanmış KB-***/*- **/**** saylı, ##.##.2026-cı il tarixli mәktubdan görünür ki, Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydalarına әsasәn Azәrbaycan Respublikası rezident vә qeyri-rezident hüquqi şәxslәr tәrәfindәn qabaqcadan ödәniş aparıldığı gündәn 2 (iki) il müddәtindә malların ölkәyә idxalını tәsdiq edәn sәnәd banka tәqdim olunmadıqda vә qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr Banka tәqdim edilmәmişdir. “Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi vә “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәndinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ###### 2020-ci il tarixli qәrarında göstәrilmişdir ki, Qaydaların 4.3.1.3-cü yarımbәndi vә Inzibati Xәtalar Mәcәllәsinin müvafiq valyuta tәnzimi qaydasının pozulmasına görә mәsuliyyәti müәyyәn edәn 430.4-cü maddәsi sahibkarlıq fәaliyyәti ilә bağlı müәyyәn edilmiş mәhdudiyyәtlәrdәndir. Inzibati Xәtalar Mәcәllәsinin valyuta әmәliyyatlarına nәzarәtin effektivliyinin artırılması, beynәlxalq cinayәtkarlığın maliyyәlәşdirilmәsinin qarşısının alınması mәqsәdinә xidmәt edәn 430.4-cü maddәsi ilә dә avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq malların idxal edilmәmәsi, işlәrin görülmәmәsi vә ya xidmәtlәrin göstәrilmәmәsi halında ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmaması inzibati xәta kimi müәyyәn edilәrәk hәmin әmәli tәqsirli olaraq törәdәn şәxslәr üçün inzibati hüquqi mәsuliyyәt müәyyәn edilmişdir. Konstitusiyanın 59-cu maddәsinin tәlәblәrinә uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbәndi ilә müvafiq valyuta әmәliyyatı ilә bağlı xüsusi nәzarәt rejiminin müәyyәn edilmәsinә vә Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә valyuta tәnzimi qaydasının pozulmasına görә mәsuliyyәtin nәzәrdә tutulması sahibkarlıq sahәsindә dövlәt maraqlarının müdafiәsi, o cümlәdәn beynәlxalq cinayәtkarlığın maliyyәlәşdirilmәsinin qarşısının alınması, valyuta nәzarәtinin effektivliyinin artırılması, ölkәdә maliyyә sabitliyinin tәmin edilmәsi mәqsәdi daşıyır. Bununla bağlı onu da qeyd etmәk lazımdır ki, sahibkarlıq subyektlәri mülki qanunvericilikdә tәsbit olunmuş müqavilә azadlıqlarını reallaşdırarkәn sәrbәst olsalar da, hәmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tәlәblәrә şәrtsiz әmәl etmәlidirlәr. “Azәrbaycan Respublikasının rezident vә qeyri-rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nda dәyişikliklәr edilmәsi barәdә Azәrbaycan Respublikası Mәrkәzi X4 ## ###### 2020-ci il tarixli **/* nömrәli Qәrarı ilә “Azәrbaycan Respublikasnın rezident vә qeyri – rezidentlәrinin xarici valyuta әmәliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbәnddә dәyişikliklәr edilәrәk, müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә (idxal hava, dәmiryol vә dәniz nәqliyyatı vasitәlәri, habelә kosmik obyektlәr ilә әlaqәdar olduqda vә onların tәchizat müddәti 2 (iki) ildәn çox olduqda müqavilәdә nәzәrdә tutulan tәchizat müddәti bitdikdәn sonra әn geci 3 (üç) ay müddәtindә) banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10 000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. Apellyasiya instansiya Mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә iş üzrә icraata xitam verilmәsi barәdә apellyasiya şikayәtinin dәlillәrinә iş materialları ilә әlaqәli şәkildә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, apellyasiya şikayәtindә malların digәr alıcıya satılmasına dair ##.##.2025-ci il tarixli müqavilәnin bağlandığı, cәmiyyәt tәrәfindәn onlara ödәnilmәli olan valyuta vәsaitinin hissә-hissә icra edilmәkdә olduğu, tam ödәnişlә bağlı 2 illik müddәtin isә ##.##.2027-ci il tarixdә bitdiyi göstәrilmişdir. Apellyasiya Mәhkәmәsi qeyd olunanlara münasibәtdә qeyd edir ki, IXM-in 430.4cü maddәsi avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә mәsuliyyәti nәzәrdә tutur. Iş materiallarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn valyuta vәsaiti ## ##### 2024-cü il tarixdә xaricә köçürülmüş vә 2 il müddәt keçsә dә hәmin vәsait hesabına alınan mallar (xidmәtlәr) ölkәyә idxal edilmәmiş, valyuta vәsaiti geri qaytarılmamışdır. Inzibati xәta hadisәsi ## ##### 2026-cı il tarixdә artıq törәdilmişdir. Qanunvericiliyә görә, avans ödәnişi hansı müqavilә (kontrakt) üzrә xaricә köçürülübsә, mallar mәhz hәmin müqavilә çәrçivәsindә vә hәmin xarici kontragent tәrәfindәn ölkәyә idxal edilmәlidir. Pulla bağlı öhdәliyin 3-cü şәxsә ötürülmәsi vә ya yönlәndirilmәsi ilkin idxal öhdәliyinin icrası sayılmır. Müqavilә üzrә müәyyәn edilmiş müddәtdә mal gәlmәyibsә, xәta baş vermiş hesab olunur. Mal idxal edilmәdiyi halda ödәnilmiş valyuta vәsaiti müәyyәn edilmiş müddәtlәrdә tam şәkildә geri qaytarılmalıdır. Qeyd olunanlar nәzәrә alınaraq Apellyasiya instansiya mәhkәmәsi belә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi tәsdiq olunur. Ona görә dә MMC barәsindә inzibati xәta hadisәsi olmadığına görә inzibati iş üzrә icraata xitam verilmәsinә dair apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsinә әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә vәzifәli şәxslәr inzibati xәtanın bilavasitә obyekti olmuş valyuta vәsaiti mәblәğinin on faizindәn iyirmi faizinәdәk mәblәğdә, hüquqi şәxslәr inzibati xәtanın obyekti olmuş valyuta vәsaiti mәblәğinin iyirmi faizindәn otuz faizinәdәk mәblәğdә cәrimә edilir. Apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC barәsindә tәtbiq edilmiş inzibati tәnbeh törәdilmiş inzibati xәtanın xarakterinә vә tәqsirin dәrәcәsinә, işin hallarına, habelә Inzibati Xәtalar Mәcәllәsinin yuxarıda qeyd edilәn normalarına uyğun gәlir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin direktoru direktoru X2 şikayәtindә göstәrilәn dәlillәr әsasında mübahisәli qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-419/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-419/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver