Məhkəmə qərarları › İş №3(3-8)-420/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-420/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-420/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, Abşeron rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru X1 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru X2 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә ## ### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә cәrimә edilmişdir (hakim Firuzә Kәrimova). Qәrardan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün hər hansı əsas yoxdur. O, ##.##.2018-ci ildən bu günədək əmək müqaviləsi əsasında işləyir və 400 manat əmək haqqı alır. Qanunvericiliyin tələbinə əsasən bəllidir ki, alimentlərin tutulması barədə icra sənədlərinin icrası zamanı borclunun əmək haqqından maksimum 70 faiz miqdarında tutulma edilə bilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işləməsi və əmək haqqı alması barədə icra məmurunu dəfələrlə məlumatlandırmış və icra sənədi üzrə tutmanın onun əmək haqqına yönəldilməsini özü icra məmurundan xahiş etmişdir. Nәzәrә almaq lazımdır ki, nә qәdәr ki, borcluda tәlәbin yönәldilә bilәcәyi әmәk haqqı var vә nә qәdәr ki, icra mәmuru “Icra haqqında” Qanunun 43-cü maddәsindә göstәrilәn mәcburi icra tәdbirlәrini tam tәtbiq edәrәk icra sәnәdlәri üzrә borcun tutulmasını hәmin әmәk haqqına yönәltmәmişdir, belә bir vәziyyәtdә IXM-nin 528.1-ci maddәsindә göstәrilәn pozuntudan, yәni icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra edilmәmәsindәn vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsindәn söhbәt gedә bilmәz. Bununla yanaşı nә protokolu tәrtib edәn icra mәmuru, nә dә ki qәrar qәbul edәn hakim nәzәrә almamışlar ki, qanunda borclu barәsindә tәtbiqi nәzәrdә tutulan tәdbirlәr borclunu cәzalandırmağa deyil, icra sәnәdinin icrasına yönәlmәlidir. Işlәyәn vә yeganә gәliri vasitәsi ilә icra sәnәdini icra edә bilәcәyini qeyd edәn vә könüllü surәtdә bunu etmәyә hazır olan borclu barәsindә inzibati tәnbeh tәdbiri tәtbiq edәrәk 500 manat cәrimә etmәk qanunvericiliyin güddüyü legitim mәqsәdә xidmәt etmir vә icra sәnәdinin icrasına yönәlmәmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, rәsmi olaraq boşansa da tәlәbkar ilә bir evdә yaşayırlar. Uşaqların bütün ehtiyaclarını özü ödәyir. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş edir. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Abşeron rayon Icra vә Probasiya şöbәsinin icra mәmuru X1 izahatında bildirdi ki, Abşeron rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli icra sәnәdinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2011-ci il tәvәllüdlü X4 vә ##.##.2015-ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün hәr il sonrakı artımlar nәzәrә alınmaqla hәr ay hәr uşaq üçün minimum әmәk haqqının 0,59 hәddindә alimentin ##.##.2024-cü il tarixdәn başlayaraq X5 xeyrinә tutulması qәrara alınmışdır. Protokol tәrtib edilәn tarixә icra sәnәdi üzrә ödәnilmәmiş aliment borcu 9440 manat tәşkil edir. Əlavә olaraq bildirdi ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәtnamәsi ilә Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli qәtnamәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2011-ci il tәvәllüdlü X4 vә ##.##.2015-ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün hәr il sonrakı artımlar nәzәrә alınmaqla hәr ay hәr uşaq üçün minimum әmәk haqqının 0,59 hәddindә alimentin ##.##.2024-cü il tarixdәn başlayaraq X5 xeyrinә tutulması hissәsindә lәğv edilmiş, ##.##.2011-ci il tәvәllüdlü X4 yaşayış yeri atası Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yanında müәyyәn edilmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәtnamәsindәn kassasiya şikayәti verildiyi üçün hәmin qәtnamә hәlә qanuni qüvvәyә minmәdiyindәn protokolda qeyd olunan 9440 manat mәblәğindә aliment borcu birinci instansiya mәhkәmәsinin qәtnamәsinә әsasәn hesablanmışdır. Odur ki, tәrtib edilmiş inzibati xәta haqqında protokol qanuni vә әsaslı olduğundan apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş edir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq tәlәbkar Zәrәrçәkmiş şәxs mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Abşeron Rayon Mәhkәmәsinin 2(012)-464/2025, ## ###### 2025-ci il tarixli icra sәnәdinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2011-ci il tәvәllüdlü X4 vә ##.##.2015-ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün hәr il sonrakı artımlar nәzәrә alınmaqla hәr ay hәr uşaq üçün minimum әmәk haqqının 0,59 hәddindә alimentin ##.##.2024-cü il tarixdәn başlayaraq X5 xeyrinә tutulması qәrara alınmışdır. ##.##.2025-ci il tarixli “icraata başlamaq” haqqında qәrardan görünür ki, Abşeron rayon Mәhkәmәsinin 2(012)-464/2025, ## ###### 2025-ci il tarixli icra sәnәdi üzrә icraata başlanılmış vә hәmin tarixdә cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sәnәdindә göstәrilәn tәlәbi könüllü yerinә yetirmәsi üçün xәbardarlıq edilmişdir. ##.##.2025-ci il tarixli tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin bildirişi ##.##.2026-cı il tarixdә imzalayaraq qәbul etmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin *(*-*)-*/**** saylı, ## ##### 2026-cı il tarixli qәtnamәsindәn görünür ki, Abşeron rayon Mәhkәmәsinin 2(012)-464/2025, ## ###### 2025-ci il tarixli qәtnamәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2011-ci il tәvәllüdlü X4 vә ##.##.2015-ci il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün hәr il sonrakı artımlar nәzәrә alınmaqla hәr ay hәr uşaq üçün minimum әmәk haqqının 0,59 hәddindә alimentin ##.##.2024-cü il tarixdәn başlayaraq X5 xeyrinә tutulması hissәsindә lәğv edilmiş, ##.##.2011-ci il tәvәllüdlü X4 yaşayış yeri atası Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs yanında müәyyәn edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Abşeron Rayon Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanuni vә әsaslıdır. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. “Icra Haqqında» Azәrbaycan Respublikasının Qanunun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Iş materiallarından görünür ki, protokol tәrtib edilәn tarixә olan aliment borcu 9440 manat tәşkil edir. Borclu şәxs uzun müddәt әrzindә aliment öhdәliyini icra etmәmiş, nәticәdә 9 440 manat mәblәğindә aliment borcu yaranmışdır. Hazırda da hәmin borcdan heç bir ödәniş etmәmişdir. Bu da onu demәyә әsas verir ki, borclu icra sәnәdini icra etmәkdәn üzrsüz sәbәbdәn yayınır vә icra mәmurunun qanuni tәlәbini qәrәzli şәkildә icra etmir, icra sәnәdinә etinasız yanaşır. Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәtnamәsi ilә uşaqlardan birinin yaşayış yeri atasının yanında müәyyәn edilsә vә aliment lәğv olunsa da, hәmin qәtnamәdәn kassasiya şikayәti verildiyi üçün qәtnamә hәlә qanuni qüvvәyә minmәmişdir. Hәlә ki, Abşeron Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli ilkin qәtnamәsi qanuni qüvvәdәdir vә icra mәmuru hәmin vaxta qәdәr yaranmış borcu hesablamaqda tam haqlıdır. Apellyasiya mәhkәmәsi hәmçinin onu da qeyd edir ki, aliment öhdәliyinin icrası mәhkәmә qәrarında göstәrilәn qaydada vә tәlәbkarın hesabına ödәnilmәklә hәyata keçirilmәlidir. Şifahi iddialar vә ya qeyri-rәsmi xәrclәr qanuni qüvvәyә minmiş icra sәnәdinin icrası sayılmır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarının icrası mәhkәmәyә müraciәt etmәk hüququnun tәrkib hissәsi olmaqla xüsusi önәm daşıyır. Belә ki, mәhkәmә qәrarının vaxtında vә düzgün icra olunmaması bütövlükdә mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini sәmәrәsiz vә qәbul olunmuş qәrarı әhәmiyyәtsiz edir. Konstitusiya vә beynәlxalq hüquq aktlarının tәlәblәrinә görә әdalәt mühakimәsi mәhkәmә qәrarlarının effektiv icrası nәticәsindә hüquqların sәmәrәli şәkildә bәrpa olunmasını tәmin etmәlidir. (Konstitusiya Mәhkәmәsi Plenumunun “Icra haqqında” Azәrbaycan Respublikası Qanununun 7, 10, 24 vә 26-cı maddәlәrinin Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin bәzi müddәaları baxımından şәrh edilmәsinә dair” 2015-ci il # ######## tarixli Qәrarı). Hәmçinin, apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin tәyin etdiyi tәnbeh tәdbirini qiymәtlәndirәrәk hesab edir ki, şәxs barәsindә minimum hәddә tәtbiq olunmuş cәrimә mәblәği törәdilmiş әmәlin xarakterinә vә işin faktiki hallarına tam uyğundur, hüquqi cәhәtdәn qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar