Məhkəmə qərarları › İş №3(3-8)-421/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-421/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-421/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını səthi və qeyriobyektiv araşdırmışdır. Belə ki, qərarın daxilində hadisənin baş vermə saatı ilə bağlı bir-birini təkzib edən ziddiyyətli məlumatlar yazılmışdır. Belə ki, qərar mətni daxilində bir yerdə onun ##.##.2026-cı il tarixdə saat 17:51-də qayda pozduğu qeyd edildiyi halda, eyni səhifənin aşağı hissəsində (məhkəmənin gəldiyi nəticədə) hadisə saatının 15:05 olduğu yazılmışdır. Eyni iş üzrə rəsmi məhkəmə aktında iki fərqli saatın göstərilməsi məhkəmənin işə olan formal yanaşmasının sübutudur. Məhkəmə iclası zamanı tərəfindən hadisə yerindəki işıqforun real və qüsurlu işləmə rejimini (sekundomerin yaşıl siqnalda yanıb-sönmə anındakı xətanı) sübut edən video çəkiliş daxil edilmiş USB elektron daşıyıcı (fleşkart) rəsmi yazılı vəsatətlə məhkəməyə təqdim olunmuşdur. İXM-in tələblərinə görə, təqdim edilmiş vəsatət barəsində hakimin ayrıca əsaslandırılmış qərardad qəbul etməsi məcburi olduğu halda, hakim bu vəsatəti prosessual qaydada həll etməmiş, maddi sübutun iş qovluğuna rəsmən daxil edilməsini gizlətmişdir. Qərarda isə sadəcə formal olaraq "hadisədən sonradır" bəhanəsi gətirilərək müdafiə sübutu tamamilə qərəzli şəkildə kənara atılmış, İXM-in 48-ci (İşin hallarının tam və obyektiv araşdırılması) maddəsi kobud surətdə pozulmuşdur. Qərarda göstərilir ki, məhkəmə iclasında DYP tərəfindən göndərilmiş video görüntüyə baxış keçirilmişdir. Lakin rəsmi sənədlərdə də qeyd olunduğu kimi, Sumqayıt ŞPİ DYP Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. DYP nümayəndəsinin iştirak etmədiyi, rəsmi poçt və ya kargüzarlıqla işə disk əlavə olunmadığı təqdirdə, məhkəmənin qeyri- rəsmi rabitə vasitələri (məsələn, "WhatsApp" messeceri) ilə əldə etdiyi, meta datası və mənşəyi məlum olmayan görüntünü rəsmi sübut kimi əsas götürməsi İXM-in 76-cı maddəsinin (Sübutların qanuniliyi) tələblərinə tamamilə ziddir. Qanunsuz yollarla əldə edilmiş materiallar sübut kimi istifadə oluna bilməz. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi X1 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17:51də Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində “MERCEDES BENZ 190 MİNİK” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul etmiş şəxs tərəfindən göndərilmiş video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində “MERCEDES BENZ 190 MİNİK” markalı, 90- DP-386 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək yolayrıcını keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 60-cı maddəsinin 1- ci hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Məhkəmə apellasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində inzibati xətanın baş vermə vaxtının səhv yazılması məhkəmə tərəfindən inzibati xətaya dair işə formal yanaşmanı göstərmir, təqdim edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş USB daşıyıcıda olan video görüntüyə baxış keçirilərkən görüntüdə svetoforun yaşıl işığının yanıb sönməsi anının qeydə alınması müəyyən edilmişdir. Bu isə obyektiv həqiqətin üzə çıxarılmasında heç bir rola malik deyildir. Məhkəmə iş üzrə yekun məhkəmə aktı qəbul edərkən şübhə yaratmayın əsaslı və qanuna uyğun qaydada əldə edilmiş sübutları nəzərə alır. Hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübut olunur. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar