Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-422/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә şikayәt tәmin edilmәmiş vә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının IXM-nin 237.1-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsi barәdә inzibati xәtaya dair iş üzrә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır (hakim Elşad Əliyev). Işin halları : Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Abşeron rayonu, Saray qәsәbәsi әrazisindә yerlәşәn “Abşeron” kafesinin tüstü bacasında zәrәrli maddәlәrin zәrәrsizlәşdirilmәsi üçün tәmizlәyici qurğu quraşdırılmamışdır. Qәrardan şikayәt verәn orqan (şәxs) birinci instansiya mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmişdir. Işә baxan Sumqayıt Şәhәr Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarlarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, cәrimә edilmәsinin sәbәbi kimi guya “Ətraf mühitin mühafizәsi haqqında” AR Qanununun 13-cü maddәsinin 1.1-ci bәndinin, 37-ci, 38-ci, 41-ci, 70- 71-ci maddәlәrinin, “Atmosfer havasının mühafizәsi haqqında” Azәrbaycan Respublikası Qanununun 13, 14, 24, 27-28-ci maddәlәrindәn irәli gәlәn göstәrişlәrin yerinә yetirilmәmәsi göstәrilmişdir. Izibati orqan onun cәrimә olunmağı barәdә formal olaraq, bu qәrarı qәbul etmişdir. Nәticәdә onun Azәrbaycan Respublikasının Konstitusiyasında vә qanunlarında nәzәrdә tutulmuş әdalәtli araşdırmanın tәmin edilmәli olması barәdә hüququ pozulmuşdur. Qanunvericiliyin qeyd edilәn tәlәblәri baxımından, onun tәrәfindәn inzibati xәta hadisәsi (inzibati xәta) törәdilmәsi, inzibati xәta törәtmәkdә onun tәqsirinin olması, işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr hallar araşdırılmamış vә buna lazımi şәrait yaradılmamışdır. Qәrar qәrәzli, subyektiv iradәyә dayanmaqla qanunsuz vә әsassız olduğundan lәğv edilmәlidir. Belә ki, iş materiallarında olan sәnәdlәrdәn dә görünür ki, şikayәtә cavab verәn Idarәnin ## ##### 2026-cı il tarixli, G-Mg/4326-022№-li (## ##### 2026-cı ildә poçt vasitәsilә göndәrilmiş) tәlәbnamәsini ## ##### 2026-cı ildә almışlar, icra müddәti (1 ay = 04 aprel - ## ### 2026-cı il) bitmәmiş hәmin avadanlığı tәlәbnamәni tәqdim edәn qurumun mәmurlarının göstәrdiyi yerdәn alıb nöqsanların aradan qaldırılması barәdә tәlәbnamәnin müddәti keçmәmiş quraşdırmışlar vә Idarәnin nümayәndәlәri müәyyәnlәşdirilmiş müddәt içәrisindә baxış keçirәrәk, onu yerindә istismara qәbul etmişlәr. Onlara münasibәtdә inzibati xәta üzrә qәrar qәbul edәn Idarәnin subyektiv vә ziddiyyәtli yanaşması göz qabağındadır. Qәrarın qәbulundan öncә onlara müxtәlif adlarla, vәdlәrlә hansısa boş kağızlara imza etdirilir, yәni bilәrәkdәn onlara yanlış mәlumat verilir. Qәrarın qәbulu üçün әsas götürülmüş, tәrtib edilmiş sәnәdlәr (namәlum protokol, akt vә s.) çoxsaylı tәlәblәrә baxmayaraq, onlara tәqdim edilmir. ## ##### 2026-cı il tarixdә aldıqları ## #### 2026-cı il tarixli, G-Mg/4326-022№-li tәlәbnamәnin özündә göstәrilmiş (1 aylıq) icra müddәti başa çatmamış, müәmmalı Azәrbaycan Respublikası IXM-nin 237.1-ci maddәsi ilә inzibati tәnbeh vermә haqqında ## ##### 2026-ci il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar tәrtib olunur. Yәni tәlәbnamәnin alınma tarixi ilә qәrarın tәrtib olunma tarixi arasında 5 gün fәrq vardır. Avadanlığın alınması ilә bağlı sövdәlәşmә tarixi ilә qәrarın tәrtib olunma tarixi arasında 2 gün, qәrarda qeyd olunan (namәlum protokol, akt vә s.) sәnәdlәrin tarixi ilә nöqsanların aradan qaldırılmasına dair tәlәbnamәnin tarixi arasında 6 gün fәrq vardır. Yәni hәmin (namәlum protokol, akt vә s.) sәnәdlәr tәlәbnamәdәn 6 gün әvvәl tәrtib edilib. Avadanlığın quraşdırılması tarixi ilә qәrarın onun tәrәfindәn alınması tarixi arasında isә 2 gün fәrq vardır. Yәni avadanlıq quraşdırıldıqdan 2 gün sonra o, qәrarın alınması üçün Idarәyә dәvәt edilmişdir. Avadanlığın alınması vә quraşdırılması qәrarı qәbul edәnin bilavasitә göstәrişi vә iştrakı ilә hәyata keçirilmәsinә baxmayaraq, aldatma vә etibardan sui-istifadә formasında belә bir qәrarın qәbul edilmәsi başa düşülәn deyildir. Mәhkәmә prosesi zamanı da hakimin verdiyi suallara cavab olaraq bildirmişdir ki, işlәtdiyi kafe balaca, iş yükü çox olmayan bir kafedir. Orda ancaq çay vә qazan yemәklәri hazırlayıb yaxın әrazidәki fәhlәlәrә vә aztәminatlı tәbәqәlәrә xidmәt göstәrirlәr. Kafeyә tam bitişik yanacaqdoldurma stansiyası olduğuna görә, orada dayanan maşınların yaratdığı imkansız şәrait baxımından kafeyә o qәdәr dә adam gәlә bilmir. Yaxınlarda quraşdırılmış manqal tipli ocağın hәcmi isә çox kiçikdir. Müntәzәm istifadә olunmur vә ara-sıra olunanda isә o qәdәr dә tullantı atmaq gücünә malik deyildir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, şikayәtin tәmin edilmәsini, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarlarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә nümayәndәnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçısını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk mәhkәmә hesab edir ki, aşağıda göstәrilәnlәrә әsasәn Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan ## ####### 2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbehvermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) IXM-in 237.1ci maddәsi ilә 2000 manat mәblәğindә inzibati qaydada cәrimә olunmuşdur. Iş materiallarında olan ##.##.2025-ci il tarixli “Askond MMC” ilә Qәrardan şikayәt verәn orqan (şәxs) arasında bağlanmış ****** nömrәli müqavilәyә әsasәn tәrәflәr “Abşeron” kafenin manqalı üçün sulu filtir qurğusun quraşdırılması barәdә razılığa gәlmişlәr. Iş materiallarında olan obyektlәrin tüstü bacalarına vә havalandırma sisteminә texniki baxışın keçirilmәsi vә görülmüş işlәr barәsindә ##.##.2026-cı il tarixli akta әsasәn 1 әdәd “Manqal üçün sulu filtr” qurğu quraşdırılmış, sifariş icraçı tәrәfindәn icra edilmiş, ümumi qiymәt isә 1900 manat olmuşdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 237.1-ci maddәsinә әsasәn yol verilә bilәn son hәdlәrin normativlәri sәviyyәsindә zәrәrli maddәlәrin vә tullantıların zәrәrsizlәşdirilmәsi vә istifadә edilmәsi üzrә tәmizlәyici qurğularla vә avadanlıqla tәmin edilmәyәn, yaxud tәbii resursların sәmәrәli istifadәsi, bәrpası vә torpaqların rekultivasiyası üzrә layihәlәşdirmә işlәri başa çatdırılmadan müәssisәlәrin, qurğuların vә başqa obyektlәrin istismara verilmәsinә görә - vәzifәli şәxslәr iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr yeddi min beş yüz manatdan on min manatadәk mәblәğdә cәrimә edilir. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında iş üzrә cәrimә edilmәsinin әsaslılığını müzakirә edәrәk aşağıdakıları qeyd edir: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Mәhkәmә qeyd olunan halları nәzәrә alaraq hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) әmәli düzgün olaraq Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 237.1-ci maddәsi ilә tövsif edilmişdir. Hәmçinin birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә әsasәn riayәt etmişdir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, barәsindә protokol tәrtib edilәn şәxs tәrәfindәn tәqdim edilmiş ## ##### 2026-cı il tarixli müqavilә vә manqal üçün avadanlığın quraşdırılması barәdә ## ##### 2026-cı il tarixli akt Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati mәsuliyyәtdәn azad edilmәsi üçün әsas ola bilmәz. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan barәsindә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsinә әsas ola bilmәz. Odur ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*- ***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-422/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-422/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver