Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-423/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsini onunla əsaslandırmışdır ki, barəsində ##.##.2026-cı il tarixində saat 14:03 radələrində Səməd Vurğun küçəsi ilə Vaqif küçəsinin kəsişməsində yol nişanının tələbinin pozulması, yəni İXM-nin 327.1-ci maddəsi ilə EQ ******** nömrəli qanunsuz qərar tərtib edilmişdir. Bildirir ki, o, həmin qərardan ##.##.2026-cı il tarixində Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib, ##.##.2026-cı il tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədova tərəfindən (*(*-**)-****/**** saylı iş üzrə) məhkəmə prosesi baş vermiş və qərarın ləğvi, yenidən baxılması qərarı qəbul edilmişdir. Lakin Azərbaycan Respublikası Baş Yol Polisi idarəsində “108-ci otaq”dakı nümayəndələr “biz protokolu silmirik, get məhkəmə silsin” demişlər. O da məcbur olaraq bu qərarın silinməsi üçün yenidən müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, ona tətbiq edilmiş qanunsuz protokolun ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək şikayətinə yenidən baxaraq qanunsuz protokolu ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin yol kəsişməsində işıqforun ayrıca saga dönmək üçün ayrılmış işığı yoxdur. Həmçinin hərəkət etdiyi yolda (Vaqif prospektində) 4 zolaqlı yolun hər bir zolağının hərəkət istiqamətini göstərən yuxarıdan asılan işarələr də yoxdur. Həmçinin yolun sağında sütunda asılmış 4.1.4 yol nişanı hər 4 zolağa aid olunur və bu istiqamətdə həm saga həm də düzünə getməyə icazə verir. Soldan dördüncü zolaqda yerə çəkilmiş ancaq saga xətti var. Üstünlük dərəcələrinə görə sütuna asılmış yol hərəkəti işarələri yerə çəkilmiş işarədən üstünlük təşkil etdiyinə görə o da asılmış yol hərəkəti işarələrini əsəs götürərək hərəkəti düzünə davam etmişəm. Onu da əlavə olaraq qeyd edim ki, maşın sıxlığı ilə əlaqədar olaraq yerə çəkilmiş ancaq saga işarəsini görəndə o, sol tərəfində artıq yerə çəkilmiş 1.1 bütov ag xətt yol nişanlanma xətti var idi ki onu da kəsib keçmək qadağandır. Bu protokol düzgün tərtib edilməyib. O, Səməd Vurğun küçəsinə dönəndən həmən sonra ilk sağ döngədən sağa dönmüş, ona görə maşın axınına mane olmamaq üçün sağ zolaqla hərəkət etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətinə yenidən baxaraq qanunsuz protokolu ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, EQ******** nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 14:02-də Vaqif-Səməd Vurğun küçəsinin kəsişməsi ərazisində CHEVROLET CRUZE MİNİK markalı **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi qaydasını pozması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkildən görünür ki, yolda zolaqlarda 1.18 nişanlanma xətti mövcuddur. Belə ki, fotoşəkildə üç zolaqlı yolda avtomobillərin hərəkəti etməsi, sağ zolaqda sağa dönmə, orta zolaqda isə sağa və düzünə hərəkətə icazə verən 1.18 nişanlanma xəttinin olması, şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “CHEVROLET CRUZE MİNİK” markalı **- HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə sağa hərəkətə icazə verilən zolaqda düzünə hərəkət etməsi müşahidə edilir. Apellyasiya şikayəti üzrə icraa zamanı verilmiş sorğuya əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Vaqif prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində ##.##.2026-cı il tarixdə “4.1.4” (düzünə və ya sağa) hərəkət istiqamətini göstərən yol nişanı mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 4-cü hissəsində dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücünün həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı olması müəyyən edilmişdir. Qeyd olunan Qanunun 65-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də, piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. III hissəsində qeyd edilir ki, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Həmin Qanunun 69-cu maddəsinin II-İ-ci hissəsinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır.. Həmin Qanunun VI hissəsinin 1-ci bandinə əsasən 1.18 nişanlanma xətti — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Birinci instansiya məhkəməsinin 4.1.4 nişanı ilə 1.18 nişanlanma xətti birlikdə tətbiq edilərsə, sürücü seçdiyi hərəkət zolağından asılı olaraq yalnız düzünə və ya sağa hərəkət etməli, 1.18 nişanı sürücülərə konkret zolaqlar üzrə hərəkət etməyi əmr edir arqumenti ilə razılaşmır. 4.1.4 nişanı ilə 1.18 nişanlanma xəttinin birlikdə tətbiq ediləcəyi halda hərəkətin necə tənzimləməsinə dair “Yol hərəkəti haqqında” Qanunda hər hansı norma mövcud deyildir və bu hal şəxsin vəziyyətinin pisləşməsi istiqamətində təfsir edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilən normalara əsasən hesab edir ki, 4.1.4 nişanı, yəni “Düzünə və ya sağa hərəkət” nişanı hər hansı zolaq üzrə deyil, bütün zolaqlar üzrə hərəkətə icazə verilən istiqaməti göstərir. Yəni bir nişan hərəkətə icazə verir, digəri isə qadağan edir. Belə olan halda 4.1.4 nişanı ilə 1.18 nişanlanma xətti arasında ziddiyyət yaranır. “Yol hərəkəti haqqında” Qanunda hərəkət nişanları ilə nişanlanma xəttləri arasında zidiyyət olarsa hansının üstün qəbul ediləcəyi ilə bağlı norma mövcud deyildir. «Yol hərəkəti haqqında» Qanunun 69-cu maddəsinin 4-cü hissəsində deyilir ki, yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladıği yol nişanlari ilə birgə istifadə edilir. Qanunun bu konkret müddəasından görünür ki, nişanlanma xətləri nişanlarla bərabər, onlarla birlikdə tətbiq edilmişdirsə, deməli, nişanların mənasını tamamlamağa və dəqiqləşdirməyə xidmət etməlidir. Həmin nişanlanmaların fərqli mənası və ya tələbi ola bilməz. Beləliklə, hazırki işdə olan 4.1.4 nişanı və 1.18 nişanlanma xətti arasında olan ziddiyyətli məqamda şəxs üçün daha əlverişli olan qayda tətbiq edilməlidir. İXM-nin 8.3-cü maddəsində də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməsi qaydası təsbit olunmuşdur. Məhkəmə əldə olunmuş sübutları və sənədləri tədqiq edərək müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-423/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-423/2026
16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver