Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 3(3-8)-424/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Zәngilan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrardadından Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Zәngilan Rayon Mәhkәmәsinә müraciәt edәrәk, barәsindә **-VU-*** dövlәt qeydiyyat nişanlı avtomobilә dair qәbul edilmiş ##.##.2026-cı il tarixli EQ******** nömrәli vә ##.##.2026-cı il tarixli, EQ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarları lәğv edәrәk hәr iki hal (fakt) üzrә әmәldә inzibati xәta tәrkibi olmadığından inzibati işlәr üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Zәngilan Rayon Mәhkәmәsinin *(*-***)-**/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә şikayәt tәmin edilmiş, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn tәrtib edilmiş “Yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları әleyhinә olan vә bu qaydaların pozulması ilә әlaqәdar digәr inzibati xәtalarla bağlı çıxarılan inzibati tәnbeh vermә haqqında” ##.##.2026-cı il tarixli EQ******** nömrәli vә ##.##.2026-cı il tarixli, EQ******** nömrәli elektron qәrarlar lәğv edilmiş vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (hakim Gülsarә Imanova). Hәmin qәrardan Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polisi Idarәsinin rәisi Rәşid Piriyev tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Sumqayıt Apellyasiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarı ilә Zәngilan Rayon Mәhkәmәsinin *(*-***)-**/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polisi Idarәsinin rәisi Rәşid Piriyev tәrәfindәn verilmiş apellyasiya şikayәti hәrәkәtsiz saxlanılmış vә Zәngilan Rayon Mәhkәmәsinin *(*-***)-**/**** nömrәli, ## ### 2026cı il tarixli qәrarından verilmiş apellyasiya şikayәti ilә әlaqәdar birinci instansiya mәhkәmәsi qarşısında buraxılmış prosessual müddәtin bәrpa edilmәsi haqqında vәsatәt qaldırmaq üçün 10 (on) gün müddәt tәyin edilmәklә, toplanmış inzibati xәta haqqında iş üzrә material birinci instansiya mәhkәmәsinә qaytarılmışdır. Zәngilan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrardadı ilә Zәngilan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından apellyasiya şikayәti verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpası barәdә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn verilmiş vәsatәt tәmin edilmәmişdir (hakim Gülsarә Imanova). Apellyasiya şikayətinin dəlilləri: Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polisi Idarәsinin rәisi vәzifәsini müvәqqәti icra edәn R Malik Ibrahimov qәrardaddan apellyasiya şikayәti verәrәk, Zәngilan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrardadının lәğv edilmәsini, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polisi Idarәsinin Zәngilan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından apellyasiya şikayәti vermәsi üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәsini vә apellyasiya şikayәtinә mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrardad qanunsuz vә әsassızdır. Zәngilan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrardadında qeyd edilir ki, ##.##.2026-cı il tarixli mәhkәmә qәrarının surәti ##.##.2026-cı il tarixdә qәrarından şikayәt verilmiş orqana göndәrilmişdir. Mәhkәmә bununla yanaşı müәyyәn etmişdir ki, ilkin inzibati tәnbeh haqqında elektron qәrarlar Azәrbaycan Respublikası DIN-in Baş Dövlәt Yol Polisi idarәsi tәrәfindәn tәrtib edilmişdir. Lakin hazırki prosessual mәsәlә hәmin inzibati qәrarların hansı orqan tәrәfindәn qәbul edilmәsi ilә deyil, ##.##.2026-cı il tarixli mәhkәmә qәrarının apellyasiya şikayәti vermәk hüququ olan konkret subyektә Bakı şәhәr Baş Polis Idarәsinin Dövlәt Yol Polisi Idarәsinә nә vaxt vә hansı qaydada tәqdim edilmәsi ilә bağlıdır. Mәhkәmәnin öz qәrardadında da etiraf olunur ki, Bakı şәhәr Baş Polis Idarәsinin Dövlәt Yol Polisi Idarәsi hәmin mәhkәmә qәrarını rәsmi qaydada almamış, qәrardan sonradan Baş Dövlәt Yol Polisi Idarәsindәn xәbәrdar olmuşdur. Bu halda apellyasiya şikayәtinin verilmәsi müddәtinin Bakı şәhәr BPI DYPI üçün ##.##.2026-cı il tarixdәn hesablanması hüquqi әsasdan mәhrumdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 130.1-ci maddәsinә әsasәn, qәrarın surәti hәmin Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt vә ya protest verilә bilәr. Belәliklә, qanunverici müddәtin başlanmasını mәhkәmә qәrarının qәbul edildiyi tarixlә deyil, qәrarın surәtinin rәsmi qaydada verildiyi tarixlә әlaqәlәndirmişdir. Hazırki iş üzrә isә Bakı şәhәr BPI DYPl-yә ##.##.2026-cı il tarixli qәrarın rәsmi tәqdim edilmәsini tәsdiq edәn hәr hansı sübut mövcud deyil. Əksinә, iş materiallarından vә mәhkәmә qәrardadının özündәn görünür ki, qәrar Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmişdir. Başqa sözlә, mәhkәmә qәrarının digәr dövlәt orqanına göndәrilmәsi Bakı şәhәr BPI DYPI-yә hәmin qәrarın qanunla nәzәrdә tutulmuş qaydada tәqdim edilmәsi kimi qiymәtlәndirilә bilmәz. Bu baxımdan Bakı şәhәr BPI DYPI üçün apellyasiya müddәtinin hansı tarixdәn başladığı müәyyәn edilmәdәn hәmin müddәtin ötürüldüyü nәticәsinә gәlinmәsi әsassızdır. Birinci instansiya mәhkәmәsinin özü prosessual vәziyyәti müәyyәn etmәmişdir. Mәhkәmә qәrardadında Bakı şәhәr BPI DYPI tәrәfindәn mәhkәmә qәrarının rәsmi qaydada alınmadığı barәdә dәlil irәli sürüldüyü göstәrilir. Lakin mәhkәmә hәmin dәlili rәdd edәrkәn Bakı şәhәr BPI DYPI-nin mәhkәmә qәrarını konkret hansı tarixdә, hansı elektron sistem, poçt, kuryer vә ya digәr rәsmi vasitә ilә aldığına dair sübut göstәrmәmişdir. Sadәcә olaraq qәrarın Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmәsinә istinad edilmәsi kifayәt deyil. Çünki Baş DYPI ilә Bakı şәhәr BPI DYPI ayrı-ayrı struktur orqanlardır vә bir orqana ünvanlanmış prosessual sәnәdin digәr orqana rәsmi tәqdim edilmiş hesab olunması üçün bunun hüquqi vә faktiki әsası göstәrilmәlidir. Mәhkәmә bu mәsәlәni tam araşdırmadan prosessual müddәtin ötürüldüyü qәnaәtinә gәlmişdir. Müddәtin ötürülmәsi Bakı şәhәr BPI DYPI-nin iradәsindәn asılı olmayan sәbәbdәn baş vermişdir. Hәtta apellyasiya instansiyası mәhkәmәsi müddәtin axımının başladığını hesab etsә belә, müddәtin ötürülmәsi Bakı şәhәr BPI DYPI-nin iradәsindәn asılı olmayan obyektiv sәbәbdәn baş vermişdir. Belә ki, mәhkәmә qәrarı Bakı şәhәr BPI DYPI-yә rәsmi qaydada tәqdim edilmәmiş, başqa dövlәt orqanına göndәrilmişdir. Bakı şәhәr BPI DYPInin mәhkәmә aktından vaxtında xәbәrdar olmaması vә nәticәdә apellyasiya şikayәtini qanunda nәzәrdә tutulmuş müddәtdә tәqdim edә bilmәmәsi onun prosessual hüquqlarından qәsdәn vә ya sәhlәnkarlıqla istifadә etmәmәsi kimi qiymәtlәndirilә bilmәz. Əksinә, qәrardan xәbәrdar olduqdan sonra Bakı şәhәr BPI DYPI tәrәfindәn hüquqi müdafiә vasitәsindәn istifadә edilmiş vә müddәtin bәrpası üçün mәhkәmәyә müraciәt olunmuşdur. Bu isә IXM-in 130.2-ci maddәsindә nәzәrdә tutulan müddәtin bәrpası üçün әsasların mövcud olduğunu göstәrir. Apellyasiya şikayәtinә mahiyyәti üzrә baxılmasının tәmin edilmәsi zәruridir. Zәngilan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmiş, Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli EQ******** nömrәli; ##.##.2026-cı il tarixli EQ******** nömrәli inzibati tәnbeh vermә haqqında elektron qәrarlar lәğv edilmiş vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir. Bakı şәhәr BPI DYPI hәmin mәhkәmә aktından apellyasiya şikayәtindә mәhkәmәnin gәldiyi nәticәlәrlә razılaşmadığını әsaslandırmış vә mәhkәmә qәrarının lәğv edilәrәk inzibati tәnbeh haqqında elektron qәrarların qüvvәdә saxlanılmasını xahiş etmişdir. Belә olan halda, apellyasiya şikayәtinin sırf prosessual müddәt mәsәlәsinә görә mahiyyәti üzrә araşdırılmadan kәnarda saxlanılması DYP orqanının mәhkәmә müdafiәsi vә apellyasiya hüququnun faktiki olaraq mәhdudlaşdırılmasına sәbәb olur. Mәhkәmәnin ##.##.2026-cı il tarixli qәrardadında ziddiyyәt vardır. Mәhkәmә bir tәrәfdәn bildirir ki, ##.##.2026-cı il tarixli qәrar Bakı şәhәr BPI DYPI-yә göndәrilmәmiş, qәrarından şikayәt verilmiş orqana Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmişdir. Digәr tәrәfdәn isә Bakı şәhәr BPI DYPI-nin apellyasiya şikayәtini gecikmiş hesab edir. Lakin apellyasiya müddәtinin ötürüldüyü nәticәsinә gәlmәk üçün ilk növbәdә mәhkәmә qәrarının Bakı şәhәr BPI DYPI-yә rәsmi tәqdim edilmә tarixinin müәyyәn olunması zәruridir. Bu tarix müәyyәn edilmәdәn “1 ay 10 gün müddәt ötürülmüşdür” nәticәsinin çıxarılması hüquqi cәhәtdәn әsaslandırılmış hesab edilә bilmәz. Mәhkәmәnin qәrardadında isә Bakı şәhәr BPI DYPI-nin qәrarı konkret hansı tarixdә rәsmi qaydada aldığı göstәrilmәmişdir. Belәliklә, hazırki iş üzrә Bakı şәhәr BPI DYPIyә ##.##.2026-cı il tarixli mәhkәmә qәrarının rәsmi tәqdim edilmәsi sübuta yetirilmәmişdir, qәrar Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmişdir. Bakı şәhәr BPI DYPI-nin mәhkәmә aktından sonradan xәbәrdar olması barәdә mövqeyi mәhkәmә tәrәfindәn tәkzib edәn sübutlarla әsaslandırılmamışdır. Apellyasiya müddәtinin başlanma tarixi düzgün müәyyәn edilmәmişdir, hәtta müddәtin ötürüldüyü hesab edilsә belә, müddәtin ötürülmәsi Bakı şәhәr BPI DYPI-nin iradәsindәn asılı olmayan obyektiv sәbәbdәn baş vermişdir. Bakı şәhәr BPI DYPI mәhkәmә aktından xәbәrdar olduqdan sonra prosessual hüququndan istifadә edәrәk apellyasiya şikayәti vermişdir. Bundan başqa hakim qәrarda şikayәt vermәk hüququnu izah etmәmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, әrizә ilә müraciәt edәrәk, işә iştirakları olmadan baxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçısının çıxışını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk aşağıda göstәrilәn sәbәblәrә görә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Zәngilan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 61.1.6-cı maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs inzibati xәta haqqında iş üzrә icraatın tәmin edilmәsi tәdbirlәrinin tәtbiqindәn vә iş üzrә qәrardan şikayәt vermәk hüququna malikdir. Hәmin Mәcәllәnin 130.1-ci maddәsinә әsasәn, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt verilә bilәr. Hәmin Mәcәllәnin 130.2-ci maddәsinә görә bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt vә ya protest verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. Hәmin Mәcәllәnin 130.3-cü maddәsinә görә buraxılmış müddәtin bәrpası qeyri-mümkün hesab edildikdә, bu halda vәsatәti rәdd etmә haqqında qәrardad qәbul edilir. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrardadda qeyd etmişdir ki, Bakı şәhәri Baş Polis Idarәsinin Dövlәt Yol Polisi Idarәsi vәsatәtindә Zәngilan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarının rәsmi qaydada onlara tәqdim edilmәmәsini, sözügedәn qәrarı sonradan Baş Dövlәt Yol Polisi idarәsindәn әldә etmәlәrini, mәhkәmә qәrarı qanunla müәyyәn edilmiş qaydada aidiyyәti şәxsә tәqdim edilmәdiyindәn, hәmin qәrardan apellyasiya şikayәtinin verilmәsi üçün nәzәrdә tutulmuş prosessual müddәtin axımının başlanmamasını bildirsә dә, iş materiallarında olan sәnәdlәrdәn görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә olan «Yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları әleyhinә olan vә bu qaydaların pozulması ilә әlaqәdar digәr inzibati xәtalarla bağlı çıxarılan inzibati tәnbeh vermә haqqında” ##.##.2026-cı il tarixli EQ******** nömrәli vә ##.##.2026-cı il tarixli, EQ******** nömrәli elektron qәrarlar Bakı şәhәri Baş Polis Idarәsinin Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn deyil, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn tәrtib edilmiş, şikayәtdә mәhz hәmin orqanın qәbul etdiyi qәrarlardan verilmiş, verilmiş şikayәtin nәticәsi olaraq mәhkәmә tәrәfindәn çıxrılmış yekun mәhkәmә aktı da qәrarından şikayәt verilmiş orqana, yәni Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmişdir. Bundan әlavә Bakı şәhәri Baş Polis Idarәsinin Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn mәhkәmәnin ##.##.2026-cı il tarixli qәrarından şikayәt 1(bir) ay 10 (on) gün prosessual müddәt ötürülmәklә verilmiş, prosessual müddәtin üzürlü sәbәblәrdәn ötürülmәsinә sәbәb olan sübutlar isә mәhkәmәyә tәqdim olunmamışdır. Apellyasiya mәhkәmәsi qeyd olunanları nәzәrә alaraq hesab edir ki, mәhkәmәnin mübahisә olunan qәrardadının lәğv edilmәsi ilә bağlı apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Belәliklә, apellyasiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәtindә göstәrilәn dәlillәr әsasında Zәngilan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrardadının lәğv edilmәsi üçün әsaslar yoxdur. Apellyasiya şikayәti tәmin edilmәmәli, ötürülmüş prosessual müddәtin bәrpasına dair vәsatәtin tәmin edilmәmәsinә dair Zәngilan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrardadı dәyişdirilmәdәn qüvvәdә saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDI: Zәngilan Rayon Mәhkәmәsinin *(*-***)-**/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından apellyasiya şikayәti verilmәsi üçün ötürülmüş prosessual müddәtin bәrpasına dair vәsatәtin tәmin edilmәmәsinә dair Zәngilan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardaddan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-424/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-424/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver