Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-425/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiә Nazirliyi yanında X8 Xidmәtinin nümayәndәsi X3 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarından X8 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә X8 Xidmәti X11 tәrәfindәn Azәrbaycan Respublikası IXM-in 198.2-ci maddәsi ilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli protokol baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli,*(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә Azәrbaycan Respublikasının IXM-in 198.2-ci maddәsinin tәrkib әlamәtlәri olmadığından inzibati xәta haqqında iş üzrә icraata xitam verilmişdir (Hakim Günel Quluzadә). X5 Müfәttişliyi Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, növbә mütәxәssisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn “növbә mütәxәssinin vәzifә tәlimatının”, “vәzifә öhdәliklәri” bölmәsinin sahә vә panel operatorunun işinә rәhbәrlik etmәk, iş bölgüsünü müәyyәn etmәk vә vә onların gördüyü işә nәzarәt etmәk, işlәdiyi sahәyә daim nәzarәt etmәk, texnoloji reqlamentә vә işçi tәlimatlara uyğun olaraq texnoloji prosesin aparılmasına nәzarәt etmәk tәlәblәrinә әmәl etmәmәsi nәticәsindә ##.##.2026-cı il tarixdә zavod işçisi Zәrәrçәkmiş şәxs yüngül zәrәrvurma xәsarәti olmuşdur. Hadisә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs növbәdә olduğu vaxt baş vermişdir vә o növbәdә olan zaman işçilәrin hәrәkәtlәrinә birbaşa nәzarәt etmәk öhdәliyi daşıyırdı. Qeyd olunan hallar Tәhqiqat aktında rәsmilәşdirilmiş, bәdbәxt hadisәnin birbaşa sәbәblәri kimi göstәrilmiş vә tәhqiqat aktı komissiya üzvlәri tәrәfindәn imzalanmış, heç bir etiraz, yaxud әlavә rәy tәqdim edilmәmişdir. Komissiya bәdbәxt hadisәnin baş vermәsindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs cavabdehliyini müәyyәn etmişdir. Inzibati xәta haqqında protokol tәrtib edilәrkәn onun әmәlindә IXM-in 198.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәrinin mövcd olduğu aşkar edilmiş vә sübuta yetirilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında X8 Xidmәtinin nümayәndәsi X3 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk apellyasiya şikayәti әsaslı olduğundan şikayәtin tәmin edilmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında çıxış edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Belə ki, iş materiallarında olan: Inzibati xәta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrәli protokoldan görünür ki, Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin “Karbamid” zavodunun növbә mütәxәssisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn “növbә mütәxәssisinin vәzifә tәlimatının, “vәzifә öhdәliklәri” bölmәsinin-sahә vә panel operatorunun işinә rәhbәrlik etmәk, iş bölgüsünü müәyyәn etmәk vә onların gördüyü işә nәzarәt etmәk, işlәdiyi sahәyә daim nәzarәt etmәk, texnoloji reqlamentә vә işçi tәlimatlara uyğun olaraq texnoloji prosesin aparılmasına nәzarәt etmәk tәlәblәrinә әmәl etmәmәsi nәticәsindә ##.##.2026-cı il tarixdә zavodun işçisi Zәrәrçәkmiş şәxs yüngül zәrәrvurma xәsarәti olmuşdur. Nәticәdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikasının IXM-nin 198.2-ci maddәsindә nәzәrdә tutulmuş xәta törәdilmişdir. ##.##.2026-cı il tarixli hadisә yerinә baxış aktından görünür ki, ##.##.2025-ci il tarixindә saat 22:30 radәlәrindә, Karbamid zavodunun Kömәkçi qurğular sahәsinin, Suyun mineralsızlaşdırılması bölmәsindә ion dәyişdirici qәtranların regenerasiyası zamanı HCL turşusu dozalayıcı nasosun (W-X-301-P-03B) plastik borudan olan çıxış xәtti (çox olmayan tәzyiqdә HCL kimyәvi maddәnin ion dәyişdirici qatranların bәrpası istifadә olunur) ratometrә birlәşәn hissәnin aşağı tәrәfindәn hәmin sahәnin operatoru Zәrәrçәkmiş şәxs qeyd olunan nasosa öz vәzifә funksiyası çәrçivәsindә nәzarәt mәqsәdilә baxış keçirәn zaman qәflәtәn ayağı büdrәmiş (nasosun altlığına dәymiş) vә ani, hәmçinin sürәtlә müvazinәtini saxlamaq üçün tutmuşdur (üzü üstә boru istiqamәtinә yıxılma tәhlükәsinә mәruz qalmış), bu zaman boruya olan tәsir nәticәsindә (borunun müәyyәn qәdәr qırılması) kimyәvi maddәnin sızması (sıçrayışla) baş vermiş vә Zәrәrçәkmiş şәxs üzünә sıçramışdır. Onu da qeyd etmәk lazımdır ki, hadisә olan yerin zәmini quru olub, sürüşmә baş vermәsinә sәbәb olmayıb, hәmçinin orada artıq әşya vә ya alәt olmayıb ki, ilişib yıxılmasına әsas yaratsın. Zәrәrçәkmiş şәxs hәmin zaman bütün fәrdi mühafizә vasitәlәrindәn (FMV) istifadә etmiş, hәmçinin tәhlükәsizlik eynәyini istifadә etmişdir. Əgәr FMV-lәr istifadә olunmasa idi daha ciddi fәsad yarada bilәrdi. Elәcә dә, Zәrәrçәkmiş şәxs әmәyin mühafizәsi vә tәhlükәsizlik texnikası üzrә tәlimatdan keçmiş vә bu mövzuda biliklәri yoxlanılmışdır. Ilkin baxışdan bu qәnaәtә gәlmәk olar ki, hadisәnin baş vermәsinә sәbәb Zәrәrçәkmiş şәxs ehtiyatsızlığı (ehtiyatsız vә diqqәtsiz davranması) olmuşdur. Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında ##.##.2026-cı il tarixli qәrardan görünür ki, Zәrәrçәkmiş şәxs iş yerindә özünün ehtiyatsızlığı sәbәbindәn sağlamlığın qısa müddәt pozulmasına sәbәb olmuş yüngül zәrәrvurmaya aid xәsarәt alması faktında Azәrbaycan Respublikası CM-nin 162.1-ci maddәsindә nәzәrdә tutulan cinayәt әmәlinin tәrkibi olmadığı üçün hәmin fakt üzrә toplanmış material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, Zәrәrçәkmiş şәxs iş yerindә özünün ehtiyatsızlığı sәbәbindәn sağlamlığın qısa müddәt pozulmasına sәbәb olmuş yüngül zәrәrvurmaya aid xәsarәt alması faktında Azәrbaycan Respublikası IXM-nin 198.2 vә 199-cu maddәlәrindә nәzәrdә tutulan inzibati xәtanın tәrkib hissәsi olmadığı üçün hәmin fakt üzrә toplanmış material üzrә inzibati xәta haqqında iş üzrә icraat rәdd edilmişdir. Azәrbaycan Respublikası “xxxx” X1 “X7” X1 ##.##.2026-cı il tarixli, 18-1-19/2- ***/**** nömrәli mәktubundan görünür ki, vәtәndaş Zәrәrçәkmiş şәxs ##.##.2026-cı il tarixindә X7 Yanıq Mәrkәzinә gәtirilmişdir. Diaqnoz “Sifәtin sağ yarısının İ-II dәrәcәli yanığı” olmuşdur. Xәstәnin demәsinә görә “Socar” karbonad zavodunda kimyәvi maddә borusundan üz nahiyyәsinә kimyәvi maddә dağılmışdır. Cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrarda qeyd edilmişdir ki, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi “xxxx” X1in Sumqayıt şәhәr şöbәsinin mәhkәmәtibb ekspertizası tәdqiqinә dair ##.##.2026-cı il tarixli *** saylı rәyindә göstәrilmişdir ki, Zәrәrçәkmiş şәxs üzәrindә aşağıdakı xәsarәtlәr vardır. Sifәtin sağ yarısının, İ-II dәrәcәli kimyәvi yanığı, sağ gözdә konyukturanın vә buynuz qişanın II dәrәcәli yanığı (sağ gözdә görmә itiliyi – 0,8, solda isә 1,0) Qeyd olunan xәsarәt kimyәvi maddәnin tәsirindәn yaranmışdır, qәrarda göstәrilәn vaxtda vә şәraitdә yәni ##.##.2026-cı il tarixdә 5%-li hidrogen-xlorid mәhlulunun yerli tәsir nәticәsindә әmәlә gәlә bilәrdi vә dәrәcәsinә görә sağlamlığın qısa müddәtdә pozulmasına sәbәb olmuş yüngül zәrәrvurmaya aiddir. Hәmin qәrardan görünür ki, mәhkәmә texniki tәhlükәsizlik ekspertizasının material üzrә göndәrdiyi ##.##.2026-cı il tarixli *-**-**/*-**/***/**** saylı mәktuba әlavә edilmiş “mәhkәmә ekspertizasının aparılmasından imtina edilmәsi haqqında mәlumat”da göstәrilmişdir ki, Zәrәrçәkmiş şәxs iş zamanı xlor vuran nasosun plastik materialdan olan borusundan tutaraq göstәriciyә baxan zaman müvazinәtini itirib plastik boruya dәymәsi nәticәsindә borunun birlәşmә hissәsinin sınması vә bu zaman borudan axan mәhlulun üz vә göz nahiyәsinә sıçrayaraq xәsarәt alması ilә bağlı әmәyin mühafizәsi vә tәhlükәsizlik texnikası üzrә hәlli xüsusi bilik tәlәb edәn hәr hansı bir sübut әhәmiyyәtli faktın olması müәyyәn edilmәmişdir. Göstәrilәn şәraitdә işçi Zәrәrçәkmiş şәxs xәsarәt alması hәr hansı texniki sәbәb deyil subyektiv faktorla (ehtiyatsızlıq, sәhlәnkarlıq, diqqәtsizlik vә s.) bağlı olmaqla hüquqi xarakter daşıdığı vә bu hadisәnin şәraiti tәhlükәsizlik texnikasına dair xüsusi norma vә tәlimatlarla tәnzimlәnmәdiyi üçün “Mәhkәmә ekspertizası fәaliyyәti haqqında Azәrbaycan Respublikası Qanununun 12-ci maddәsinә vә “Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Mәhkәmә Ekspertizası Mәrkәzindә ekspertizaların aparılmasının tәşkili haqqında Tәlimat”ın 3.2.3-cü bәndinә әsasәn ekspertizanın aparılmasından imtina edilmişdir.” Işçilәrin biliklәrinin yoxlanmasının qeydiyyatı jurnalındakı biliklәri yoxlayan komissiyanın protokollarına әsasәn sahә operatoru Zәrәrçәkmiş şәxs ilkin, dövrü vә gündәlik texniki tәhlükәsizlik qaydaları ilә tәlimatlandırılmışdır. Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin “Karbamid” zavodu ilә Zәrәrçәkmiş şәxs arasında bağlanmış ##.##.2023-cü il tarixli әmәk müqavilәsindәn görünür ki, o, Sumqayıt şәhәri Bakı-Quba yolunun 35-ci kilometrliyindә yerlәşәn SocarKarbamid zavodunun sahә operatoru vәzifәsinә işә qәbul edilmişdir. Birinci instansiya mәhkәmәsininin iclasında iştirak edәn zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs bildirmişdir ki, hadisә ##.##.2026-cı il tarixdә baş vermişdir. Belә ki, hәr gün olduğu kimi növbәyә başlamazdan öncә növbә rәisi onları fәrdi mühafizә vasitәlәrindәn istifadә etmәklә bağlı tәlimatlandırmış vә imza etmişlәr. Hadisә baş verәn gün növbә rәisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs olmuşdur. O, saat tәxminәn 10-11 radәlәrindә zavodda kompyuter otağından ratsiya vasitәsi ilә onlara gәlәn mәlumatlar әsasında işi icra etmәk üçün sahәyә baxış keçirmişdir. Baxış zamanı sәndәlәdiyi üçün borudan tutmuşdur. Hәmin vaxt boru qırılmış vә içәrisindә olan xlor onun gözünә sıçramışdır. Gözündә qoruyucu eynәk olsa da, öz ehtiyatsızlığı ucbatından eynәk gözündәn aşağıda olmuşdur. Digәr işçilәr onu görmüş vә növbә rәisinә mәlumat verәrәk, X2 Xidmәtini çağırmışlar. Qeyd olunan hadisә onun ehtiyatsızlığı nәticәsindә baş vermişdir. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinlәyib, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә qәrar dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respbulikasının IXM-nin 4-cü maddәsinә әsasәn bu Mәcәllә insan vә vәtәndaş hüquqlarına vә azadlıqlarına hörmәt edilmәsi, qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirsizlik prezumpsiyası, әdalәtlilik vә inzibati xәtaların qarşısının alınması prinsiplәrinә әsaslanır. Azәrbaycan Respublikasının IXM-nin 6.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә icraatın tәmin olunması tәdbirlәri tәtbiq edilәrkәn qanunvericiliyin tәlәblәrinә әmәl olunması yuxarı orqanların vә vәzifәli şәxslәrin idarә nәzarәti ilә, mәhkәmә vә prokuror nәzarәti ilә vә şikayәt etmәk hüququ ilә tәmin edilir. Azәrbaycan Respbulikasının IXM-nin 8.1-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsirsiz hesab edilir. Azәrbaycan Respbulikasının IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikasının IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Azәrbaycan Respbulikasının IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, birinci instansiya mәhkәmәsindә araşdırma zamanı müәyyәn edilmişdir ki, tәhqiqat aktında “Karbamid” zavodunda növbә mütәxәssisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn hansı tәhlükәsizlik tәdbirlәrinin görülmәmәsi nәticәsindә işçinin xәsarәt alması, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikasının әmәk qanunvericiliyinin hansı tәlәblәrinin pozulması, hansı hәrәkәt vә ya hәrәkәtsizlikdә ifadә olunması qeyd edilmәmişdir. Hәmçinin, iş materiallarından da göründüyü kimi fakt üzrә cinayәt işinin başlanmasının rәdd edilmәsinә dair hazırda qüvvәdә olan qәrar mövcuddur. Hәmin qәrara әsasәn fakt üzrә toplanmış material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, IXM-nin 198.2 vә 199-cu maddәlәrindә nәzәrdә tutulan inzibati xәtanın tәrkib hissәsi olmadığı üçün toplanmış material üzrә inzibati xәta haqqında iş üzrә icraat rәdd edilmişdir. Lakin buna baxmayaraq DƏMX-in X11 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә әsassız olaraq Azәrbaycan Respublikası IXM-in 198.2-ci maddәsi ilә olan inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsinә әsasәn texniki tәhlükәsizlik vә ya әmәk mühafizәsinin başqa qaydalarına riayәt edilmәsi vәzifәsi hәvalә edilmiş şәxs tәrәfindәn bu qaydaların pozulması nәticәsindә ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zәrәrin vurulmasına görә mәsuliyyәt müәyyәn edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, apellyasiya şikayәti üzrә apellyasiya instansiyası mәhkәmәsindә aparılmış mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsas yoxdur. Birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının IXM-in 198.2-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olmaması әsası ilә iş üzrә icraata xitam vermәklә düzgün nәticәyә gәlmişdir. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, X8 Xidmәtinin Hüquq Idarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmәli, mәhkәmәnin mübahisә edilәn qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 198.2-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-425/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-425/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver