Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-426/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Şabran Rayon Polis Şöbәsinin İctimai Tәhlükәsizlik Bölmәsinin sahә rәisi X1, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 510.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Şabran Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati materialdan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 510.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsinә dair Şabran Rayon Polis Şöbәsinin İctimai Tәhlükәsizlik Bölmәsinin sahә rәisi X1 tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol inzibati xәta haqqında iş üzrә toplanmış materiallar ilә birlikdә baxılması üçün aidiyyәti üzrә ##.##.2026-cı il tarixdә baxılması üçün Şabran Rayon Mәhkәmәsinә tәqdim edilmişdir. Şabran Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim X2) ##.##.1969-cu ildә Dәvәçi rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan vә faktiki olaraq hәmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 510.2-ci maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә 08 (sәkkiz) gün müddәtinә inzibati qaydada hәbs növündә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Qeyd olunan qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini, barәsindә olan inzibati iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrarla razı deyil. Qeyd edir ki, ##.##.2026cı il tarixdә, saat tәxminәn 14:25 radәlәrindә yaşadığı ünvandan 3 nәfәr polis әmәkdaşı tәrәfindәn polis şöbәsinә aparılmışdır.Polis şöbәsindә ondan hadisә ilә bağlı normal qaydada izahat alınmamış, hüquqları izah edilmәmiş vә vәkillә tәmin olunmamışdır. Sahә müvәkkili Əfqan Quliyev vә rәis müavini Hidayәt adlı şәxs ona sәrbәst şәkildә izahat yazmağa imkan vermәmiş, әksinә, izahatı onların dediyi formada yazmalı olduğunu bildirmişlәr. Bundan әlavә, ona qarşı kobud davranılmışdır. Bu hallar ona qarşı tәzyiq xarakteri daşımış, sәrbәst vә obyektiv izahat vermәk imkanını mәhdudlaşdırmışdır. Birinci instansiya mәhkәmәsindә onun qeyd etdiyi hallara әhәmiyyәt vermәyәrәk barәsindә inzibati hәbs növündә tәnbeh tәdbiri tәtbiq etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs çıxış edәrәk bildirmişdir ki, qanunsuz olaraq, heç bir әsas olmadan inzibati qaydada hәbs edilmişdir. O, sosial şәbәkәdә çıxış etmişdir. Ona görә ki, dәfәlәrlә keçmiş müdiri Allahverәn Mәmmәdov tәrәfindәn evinә oğru göndәrilәrәk heyvanlarının oğurlanması barәdә Şabran rayon Polis Şöbәsinә müraciәt etsә dә, araşdırma aparılmamışdır. Birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmә iclasında iştirak edәn Şabran Rayon Polis Şöbәsinin İctimai Tәhlükәsizlik Bölmәsinin sahә rәisi X1 çıxış edәrәk bildirmişdir ki, Şabran rayon sakini Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “Tiktok” sosial şәbәkәsindәki çıxışı ilә bağlı disklә bәrabәr raport icraatına daxil olub. Bunun әsasında İXM-nin 510.2-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün Şabran Rayon Mәhkәmәsinә göndәrilmişdir. Qәrarı әsaslı hesab edir vә şikayәtin tәmin olunmamasını xahiş etmişdir. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә inzibati xәta haqqında protokol tәtbiq etmiş şәxsi dinlәyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şabran Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn, apellyasiya şikayәti tәmin edilmәdәn saxlanılmalıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibatı icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә saat 15:00-da inzibati qaydada tutulmuş, ##.##.2026cı il tarixdә azad edilmişdir. İnzibati xәta hadisәsini özündә әks etdirәn “DVD” diskdәki videogörüntüdәn görünür ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “TikTok” sosial şәbәkәsindә paylaşdığı videoda hüquq mühafizә orqanlarının ünvanlarına qarşı nәlayiq ifadәlәr sәslәndirmişdir. Şabran Rayon Polis Şöbәsinin İctimai Tәhlükәsizlik Bölmәsinin sahә rәisi X1 tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “TikTok” sosial şәbәkәsindә hüquq mühafizә orqanlarının ünvanlarına nәlayiq ifadәlәr işlәdәk paylaşım etmişdir. Buna görә dә onun barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 510.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsinә dair protokol tәrtib edilmişdir. ##.##.2026-cı il tarixli raportdan görünür ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә, saat 15:00- da Şabran şәhәrinin Heydәr Əliyev prospekti әrazisindә polis әmәkdaşları tәrәfindәn saxlanılaraq Şabran Rayon Polis Şöbәsinә gәtirilmiş vә Növbәtçi Hissәyә tәhvil verilmişdir. Birinci instansiya mәhkәmәsindә iş materiallarına әlavә olunmuş ****** nömrәli, ##.##.2026-cı il tarixli orderdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs dövlәt hesabına vәkil Şabran rayonunun әrazisi üzrә fәrdi qaydada fәaliyyәt göstәrәn vәkil Vәkil tәyin edilmişdir. Apellyasiya instansiyası mәhkәmәsi inzibati xәta haqqında işә әlavә edilmiş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, hәmin sübutlarla barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 510.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi tәsdiq olunur. Azәrbaycan Respublikası İXM-nin 510.2-ci maddәsinә әsasәn internet informasiya ehtiyatında vә ya informasiya-telekommunikasiya şәbәkәsindә kütlәvi nümayiş etdirildiyi halda ictimai mәnәviyyatı tәhqir edәn, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn hәrәkәtlәrin edilmәsinә, yәni әxlaqsız ifadәlәrin sәslәndirilmәsinә vә ya belә mәzmun tәәssüratı yaradan jestlәrin edilmәsinә, yaxud insan bәdәninin hissәlәrinin әxlaq normalarına vә milli-mәnәvi dәyәrlәrә zidd formada göstәrilmәsinә görә – beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir, işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Polis Haqqında Azәrbaycan Respublikası Qanunun 7-ci maddәsinә әsasәn polis әmәkdaşı bu Qanunla müәyyәnlәşdirilmiş sәlahiyyәtlәri yerinә yetirәrkәn dövlәt hakimiyyәtinin nümayәndәsi kimi çıxış edir. Azәrbaycan Respublikasının әrazisindә olan bütün hüquqi vә fiziki şәxslәr polis әmәkdaşının qanuni tәlәblәrini icra etmәlidirlәr. Polis әmәkdaşının qanuni tәlәblәrinә tabe olmamaq, onu tәhqir etmәk Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Apellyasiya Mәhkәmәsi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, iş materiallarında olan sübutlardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “Tik-tok” sosial şәbәkәsindә “fikrat717” adı ilә qeydiyyatdan keçәrәk öz sәhifәsindә polisin vә digәr dövlәt qurumlarının barәsindә xoşagәlmәz fikirlәr işlәdәrәk paylaşımlar etmişdir. Apellyasiya Mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtindә qeyd etdiyi xüsusatlar özünümüdafiә xarakterlidir vә mәsuliyyәtdәn yaxa qurtarmaq mәqsәdi daşıyır. Bundan başqa Apellyasiya şikayәtindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs polis şöbәsindә ona hüquqları izah edilmәmәsini, normal rәftar edilmәdiyini bildirsә dә, birinci instansiya mәhkәmәsindә sәdrlik edәn suallarına cavab olaraq polis әmәkdaşları tәrәfindәn saxlanıldığı zaman ona İnzibati Xәtalar Mәcәllәsindә nәzәrdә tutulan hüquqlarının izah olunduğu vә iş materialları ilә tanış olduğu vә ona polis şöbәsindә heç bir fiziki tәzyiqә vә zorakılığa mәruz qalmadığını bildirmişdir. Eyni zamanda Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi inzibati xәtanın xarakterini vә şәxsiyyәtini nәzәrә alaraq mәhkәmәnin tәyin etdiyi tәnbeh tәdbiri törәdilmiş inzibati xәtanın xarakterinә, inzibati xәta törәtmiş şәxsin şәxsiyyәtinә, onun tәqsirinin dәrәcәsinә uyğun hesab edilmәli vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs verdiyi apellyasiya şikayәtinin dәlilәrinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrarının lәğv olunmasının qanuni әsası yoxdur. Belәliklә Apellyasiya instansiyası mәhkәmәsi belә qәnaәtә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 510.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Şabran Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 510.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Şabran Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-426/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-426/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver