Məhkəmə qərarları › İş №3(3-8)-428/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-428/2026

08.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-428/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru nümayәndә1 iştirakı ilә «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından «xxxx» MMC-nin direktoru nümayәndә1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә «xxxx» MMC Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsi ilә tәqsirli bilinәrәk, barәsindә inzibati xәtanın bilavasitә obyekti olmuş 3.500.000 (üç milyon beş yüz min) Rusiya rublu valyuta vәsaiti mәblәğinin iyirmi faizi miqdarında, yәni 700.000 (yeddi yüz min) Rusiya rublu mәblәğindә (Rusiya rublunun ödәniş gününә qüvvәdә olan Azәrbaycan manatına mәzәnnәsi ilә) cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir (hakim Elvin Teymur- Zadә). Işin halları: Azәrbaycan Respublikası Mәrkәzi Bankı tәrәfindәn «xxxx» MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә ##.##.2026-cı il tarixli, EP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir ona görә ki, hüquqi şәxs “xxxx” MMC 3.500.000.00 (üç milyon beş yüz min) Rusiya rublu mәblәğindә vәsaiti ##.##.2024-cü il tarixdә xaricә köçürmüş vә 2 (iki) il müddәt keçsә dә, hәmin vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәyәrәk valyuta vәsaitini geri qaytarmamışdır. Bununla da Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Xәta ##.##.2026-cı il tarixdә hüquqi şәxsin ünvanında (AZ0116, ünvan 1) törәdilmişdir. Protokol baxılmaq üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» MMC-nin direktoru nümayәndә1 apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar qanunsuz vә әsassızdır. Belә ki, “xxxx” MMC ilә TLT-TREYD MMC arasında avtomobillәr üçün ehtiyat hissәlәri vә digәr lәvazimatların Azәrbaycan Respublikasına idxal edilmәsi üçün ##.##.2024-cü il tarixdә ***/******** saylı müqavilә imzalanmış vә hәmin müqavilә әsasında ##.##.2024-cü il tarixdә ***/********/***** saylı SWIFT әsasında 3.500.000 rus rublu mәblәğindә pul göndәrilmişdir. Hәmin pulun dәyәrindә ##.##.2024-cü il tarixdә 2.519.407.23 rus rublu dәyәrindә avtomobillәr üçün ehtiyat hissәlәri respublikaya idxal olunmuş, daha sonra 980592.77 Rus rublu mәblәğindә Lada markalı avtomobil üçün ehtiyat hissәlәri ##.##.2026-cı il tarixdә respublikaya idxal olunmuşdur. Hәmin malların daxil olması barәdә Mәrkәzi Bankda ümumi mәlumat olsa da Mәrkәzi Bank bu mәlumatları nәzәrә almamış vә әtraflı araşdırma aparmadan “xxxx” MMC barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә inzibati protokol tәrtib edәrәk, baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrmişdir. Abşeron Rayon Mәhkәmәsindә aparılan işlә әlaqәdar mәlumatları olmamış, bununla әlaqәdar onlara bildiriş daxil olmamışdır. Bu sәbәbdәn mәhkәmә prosesindә iştirak etmәmişlәr vә zәruri sәnәdlәri Abşeron Rayon Mәhkәmәsinә tәqdim edә bilmәmişlәr. Prosessual məsələlər: Mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» MMC-nin direktoru nümayәndә1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, şikayәtin tәmin edilmәklә, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsi barәdә yeni qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, inzibati xәta haqqında protokol tәrtib etmiş sәlahiyyәtli orqan – Protokolu tәrtib edәn orqan nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş vә işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxsin direktorunu dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Belә ki, mübahisә olunan qәrardan görünür ki, birinci instansiya mәhkәmәsi Protokolu tәrtib edәn orqan tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, EP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol vә ona әlavә olunmuş sәnәdlәri araşdıraraq «xxxx» MMC-nin әmәlindә IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlmiş vә bu әsasla da barәsindә inzibati xәtanın bilavasitә obyekti olmuş 3.500.000 (üç milyon beş yüz min) Rusiya rublu valyuta vәsaiti mәblәğinin iyirmi faizi miqdarında, yәni 700.000 (yeddi yüz min) Rusiya rublu mәblәğindә (Rusiya rublunun ödәniş gününә qüvvәdә olan Azәrbaycan manatına mәzәnnәsi ilә) cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq etmişdir. Iş materiallarında olan “xxxx” ASC tәrәfindәn verilmiş sәnәdlәrdәn görünür ki, hüquqi şәxs “xxxx” MMC tәrәfindәn ##.##.2026-cı il tarixdә Azәrbaycan Respublikasından kәnara köçürülmüş 3.500.000 (üç milyon beş yüz min) Rusiya rublu mәblәğindә xarici valyutada olan pul vәsaiti hesabına alınan mallar (xidmәti) ölkәyә idxal edilmәmiş, valyuta vәsaiti geri qaytarılmamışdır. Iş materiallarında olan Protokolu tәrtib edәn orqan Hüquq vә tәşkilati işlәr departamentinin Inzibati icraat vә mәhkәmә işlәri şöbәsinin hüquq mәslәhәtçisi X1 tәrәfindәn tәrtib olunmuş ##.##.2026-cı il tarixli, EP seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, hüquqi şәxs “xxxx” MMC 3.500.000.00 (üç milyon beş yüz min) Rusiya rublu mәblәğindә vәsaiti ##.##.2024-cü il tarixdә xaricә köçürmüş vә 2 (iki) il müddәt keçsә dә, hәmin vәsait hesabına alınan malları (xidmәti) ölkәyә idxal etmәyәrәk valyuta vәsaitini geri qaytarmamışdır. Bu sәbәbdәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunmuşdur. Xәta ##.##.2026-cı il tarixdә hüquqi şәxsin ünvanında (AZ0116, ünvan 1) törәdilmişdir. Aşağıda qeyd olunanlara görә mәhkәmә hesab edir ki, hazırda qüvvәdә olan “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri-rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nın tәlәblәrinә әsasәn «xxxx» MMCnin әmәlindә IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi olmadığından iş üzrә icraata xitam verilmәlidir. Belә ki, Protokolu tәrtib edәn orqan Idarә Heyәtinin **/** nömrәli, ## ###### 2020-ci il tarixli qәrarı ilә Azәrbaycan Respublikası Mәrkәzi X3 2016-cı il ## ###### tarixli **/* nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Azәrbaycan Respublikasının rezidentlәrinin xarici valyutada, habelә qeyri rezidentlәrin milli vә xarici valyutada әmәliyyatlarının aparılması Qaydaları”nda (bundan sonra mәtndә “Qaydaları”) dәyişikliklәr edilmiş vә “Qaydaların” 4.3.1.3-cü bәndi aşağıdakı redaksiyada verilmişdir: qabaqcadan ödәniş aparıldıqda banka ödәnişin tәyinatını, şәrtlәrini vә mәblәğini әks etdirәn sәnәd tәqdim edilir. Qabaqcadan ödәniş müqabilindә malların ölkәyә idxalını (xidmәtlәrin göstәrilmәsini) tәsdiq edәn gömrük bәyannamәsi (xidmәtlәrin göstәrilmәsini tәsdiq edәn sәnәd) banka tәqdim olunmalıdır vә ya xeyrinә qabaqcadan ödәnişin edildiyi şәxs vә ya üçüncü şәxs tәrәfindәn qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmalıdır. Müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәdikdә vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmadıqda vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olduqda, bank tәrәfindәn qabaqcadan ödәniş әmәliyyatına dair bütün sәnәdlәr 5 (beş) iş günü әrzindә Protokolu tәrtib edәn orqan tәqdim edilir. Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsinin dispozisiyasına әsasәn avans yolu ilә ödәnilmiş valyuta vәsaitinin müqabilindә müәyyәn edilmiş müddәtlәrdә müvafiq mallar idxal edilmәdikdә, işlәr görülmәdikdә vә ya xidmәtlәr göstәrilmәdikdә ödәnilmiş valyuta vәsaitinin xaricdәn geri qaytarılmamasına görә inzibati mәsuliyyәt müәyyәn edilmişdir. Yuxarıda qeyd olunan Qanun vә Normativ hüquqi aktın normalarının mәzmunundan göründüyü kimi IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi o halda mövcud olur ki, müvafiq sәnәdlәr ödәnişin aparıldığı gündәn әn geci 2 (iki) il müddәtindә banka tәqdim edilmәsin vә ya qabaqcadan ödәnilmiş mәblәğ geri qaytarılmasın vә bu zaman idxal edilmәyәn malların (göstәrilmәyәn xidmәtlәrin) vә ya geri qaytarılmayan mәblәğin qalıq dәyәri 10000 (on min) ABŞ dolları ekvivalenti mәblәğindәn çox olsun. Iş materiallarına әlavә edilmiş 01241000117680 vә ************** nömrәli yük gömrük bәyannamәlәrindәn görünür ki, «xxxx» MMC tәrәfindәn köçürülmüş 3.500.000.00 (üç milyon beş yüz min) Rusiya rublu mәblәğindә ödәnişlә bağlı mallar idxal olunmuşdur. Azәrbaycan Respublikası Mәrkәzi Bankının nümayәndәsi nümayәndә2 mәhkәmәyә elektron әrizә ünvanlayaraq bildirmişdir ki, icraatda olan iş üzrә müvafiq mallar 01241000117680 vә ************** nömrәli yük gömrük bәyannamәlәri ilә idxal edilmiş vә vәsaiti ödәyәn bank tәrәfindәn tәsdiq edilmişdir. Bu sәbәbdәn verilmiş apellyasiya şikayәtinin tәmin edilmәsinә etiraz edilmir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Mәhkәmә hesab edir ki, «xxxx» MMC tәrәfindәn tәqdim edilmiş 01241000117680 vә ************** nömrәli yük gömrük bәyannamәlәri ilә 3.500.000.00 (üç milyon beş yüz min) Rusiya rublu dәyәrindә mallar idxal edildiyindәn «xxxx» MMC-nin әmәlindә Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә әsassız vә qanunsuzdur. Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn inzibati xәta tәrkibinin olmadığı halda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Hәmin Mәcәllәnin 105-105.1-ci maddәlәrindә göstәrilir ki, bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarır. Ona görә dә mәhkәmә belә nәticәyә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, «xxxx» MMC-nin IXM-nin 430.4-cü maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv olunmalı, «xxxx» MMC-nin әmәli IXM-nin 430.4-cü maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta tәrkibini yaratmadığı üçün barәsindә başlanmış inzibati xәta haqqında işin icraatına IXM-nin 53.1.2-ci maddәsinә әsasәn xitam verilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 134.1.3-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılan zaman bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarın lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 12.1, 53.1.2, 133, 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә Qərara aldı: «xxxx» MMC-nin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 430.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinib tәnbeh edilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilsin. «xxxx» MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 430.4-cü maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn әmәlindә inzibati xәta tәrkibi olmaması әsası ilә xitam verilsin. «xxxx» MMC-nin direktoru nümayәndә1 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar