Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-429/2026 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X3, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәnzil Tikinti Kooperativinin nümayәndәsi X1 iştirakı ilә, “xxxx” Mәnzil Tikinti Kooperativi barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Asif Mәcidov tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr idarәsi tәrәfindәn “xxxx” Mәnzil Tikinti Kooperativinin barәsindә Azәrbaycan Respublikası IXM-in 266.1-ci maddәsi ilә ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilәrәk baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә “xxxx” Mәnzil Tikinti Kooperativi (VÖEN: **********) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair iş üzrә icraata barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin әmәlindә inzibati xәta tәrkibi olmadığından xitam verilmişdir (hakim Firuzә Kәrimova). Qәrardan * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi Asif Mәcidov apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsi vә “xxxx” Mәnzil Tikinti Kooperativi barәsindә Azәrbaycan Respublikası IXM-in 266.1-ci maddәsinә әsasәn inzbati tәnbeh vermәyә dair yeni qәrarın qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, әrazinin “xxxx” Mәnzil Tikinti Kooperativinin xüsusi mülkiyәtindә olması hәmin әraziyә tullantı boşaldılmasını qanunilәşdirmir. Hәmçinin MTK-nın yerlәşdiyi әrazi yaşayış mәntәqәlәri kateqoriyasına aid olduğu üçün Idarә tәrәfindәn protokol tәrtib olunan zaman IXM-in 266.1-ci maddәsinin dispozisiyasındakı şәhәr vә digәr yaşayış mәntәqәlәrinin çirklәndirilmәsi hissәsi әsas götürülmüşdür. Göründüyü kimi mәhkәmә tәrәfindәn qәrar qәbul olunarkәn IXM-in 266.1-ci maddәsi düzgün tövsif olunmamış, “Tullantılar haqqında” Azәrbaycan Respublikası Qanununun, “Şәhәrlәr vә digәr yaşayış mәntәqәlәri әrazisinin sanitariya qaydalarına, gigiyena vә ekoloji normativlәrә uyğun olaraq tәmizlәnmәsi, mәişәt tullantılarının müvәqqәti saxlanılması, müntәzәm daşınması vә zәrәrsizlәşdirilmәsi Qaydaları”nın tәsdiq edilmәsi haqqında Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ##### 2005-ci il tarixli, ** saylı Qәrarının tәlәblәri pozulmuşdur. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X3 apellyasiya mәhkәmәsinin iclasında apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk birinci instansiya mәhkәmәsi tәrәfindәn IXM-in 266.1-ci maddәsinin dispozisiyasının düzgün qiymәtlәndirilmәdәn vә tullantılar haqqında qanunvericiliyin tәlәblәrinә riayәt edilmәdәn yekun qәrar qәbul edildiyindәn apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs “xxxx” Mәnzil Tikinti Kooperativinin nümayәndәsi X1 apellyasiya mәhkәmәsinin iclasında çıxış edәrәk bildirdi ki, “xxxx” Mәnzil Tikinti Kooperativi tikinti şirkәtidir. Protokol tәrtib edәn orqanın tullantı kimi qiymәtlәndirdiyi mәhsullar әslindә tikinti materiallarıdır. Yәni tikintidәn sonrakı qalıq mәhsullarıdır. Hәmin materiallar tikintidәn sonra toplanaraq özlәrinә mәxsus yaşayış mәntәqәlәrindәn kәnar әraziyә aparılır vә orada çeşidlәnәrәk yenidәn istifadә üçün anbara göndәrilir. Bundan әlavә MTK-nın zibillәrin daşınması üçün müqavilәsi vardır. Zibillәrin daşınmasını özlәri hәyata keçirirlәr. Daşıyıcı şirkәt özlәridir. Qeyd olunanları nәzәrә alaraq birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәlidir. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab edir. Belә ki, “xxxx” Mәnzil Tikinti Kooperativinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsi ilә tәqsirli olması iş materallarında olan sübutlarla tam tәsdiq edilir. Belə ki, iş materiallarında olan: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr idarәsi tәrәfindәn “xxxx” Mәnzil Tikinti Kooperativinin barәsindә Azәrbaycan Respublikası IXM-in 266.1-ci maddәsi ilә tәrtib edilmiş ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Masazır qәsәbәsindә yerlәşәn Imran gölünün yaxınlığındakı boş torpaq sahәsinә ##.##.2026-cı il tarixdә “xxxx” MTK-ya mәxsus dövlәt qeydiyyat nişanı **-AD-*** “MAN” markalı yük maşını ilә tullantıları boşaldaraq әrazinin çirklәndirilmәsi faktı aşkar edilmişdir. Qeyd olunan fakt ##.##.2026-cı il tarixli, 10/T baxış aktı vә ##.##.2026-cı il tarixli, ***** nömrәli aktla da tәsdiq olunur. Azәrbaycan Respublikası IXM-nin 266.1-ci maddәsinә әsasәn şәhәr vә digәr yaşayış mәntәqәlәri, meşә-park, kurort, müalicә-sağlamlıq, turizm vә rekreasiya zonalarının әrazisindә, su mәnbәlәrinin vә mineral bulaqların sanitar mühafizә zonalarında, çatlı süxurların vә sulu tәbәqәlәrin sәthә çıxdığı yerlәrdә, yaxud içmәli su tәchizatı vә tәsәrrüfatmәişәt ehtiyacları üçün istifadә olunan yeraltı su obyektlәrinin sututar sahәlәrindә vә ya faydalı qazıntı yataqlarının olduğu yerlәrin çirklәnmәsinә, yaxud yeraltı işlәrin aparılmasına tәhlükә yarandığı hallarda faydalı qazıntı laylarının olduğu vә yeraltı işlәrin aparıldığı yerlәrdә tullantıların basdırılmasına görә - fiziki şәxslәr yeddi yüz manatdan min manatadәk mәblәğdә, vәzifәli şәxslәr üç min manatdan dörd min manatadәk mәblәğdә, hüquqi şәxslәr sәkkiz min beş yüz manatdan on min manatadәk mәblәğdә cәrimә edilir. Birinci instansiya mәhkәmәsi “xxxx” Mәnzil Tikinti Kooperativinin barәsindә Azәrbaycan Respublikası IXM-in 266.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair qәrarını onunla әsaslandırmışdır ki, hadisәnin baş verdiyi yer IXM-in 266.1-ci madәsinin dispozisiyasında göstәrilәn şәrtlәrdәn heç birinә aid edilmir. Hәmin әrazi “xxxx” MTK-ya mәxsus olmaqla onun mülkiyyәtindә olan әrazidir. Apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrini әsaslı hesab edәrәk belә qәnaәtә gәlir ki, iş materiallarından göründüyü kimi hadisәnin baş verdiyi әrazi Abşeron rayonu, Masazır qәsәbәsidir. Qәsәbәlәr yaşayış mәntәqәsi statusuna malikdir. IXM-in 266.1-ci maddәsinin dispozisiyasında xüsusi olaraq “şәhәr vә digәr yaşayış mәntәqәlәri ... әrazisindә” tullantıların yerlәşdirilmәsi, basdırılması, әrazinin çirklәndirilmәsi mәsuliyyәt yaradan hal kimi nәzәrdә tutulmuşdur. Ərazinin MTK-ya mәxsus olması onu IXM-in 266.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati mәsuliyyәtdәn azad etmir. “Tullantılar haqqında” Azәrbaycan Respublikası Qanununun: 1-ci maddәsinә әsasәn tullantılar - qanunvericiliyin müddәalarına müvafıq olaraq kәnarlaşdırılan, kәnarlaşdırma üçün nәzәrdә tutulan, kәnarlaşdırılmalı olan maddә vә әşyalardır. 9-cu maddәsinә әsasәn tullantıların emalı zamanı aşağıdakılar tәmin edilir: tullantıların hәcminin azaldılmasına, onların emalına vә zәrәrsizlәşdirilmәsinә yönәldilәn texnoloji proseslәrin әtraf mühit üçün tәhlükәsizliyi; texnologiyada nәzәrdә tutulmayıbsa, emal zamanı tәhlükәli vә tәhlükәsiz tullantıların qarışmasına yol verilmәmәsi; tullantıların emalı zamanı real vә potensial tәhlükәnin azaldılması; tullantıların әmәlә gәldiyi yerlәrdә toplanması vә onların texniki cәhәtdәn tәchiz olunan xüsusi tutarlarda vә ya bu mәqsәdlә ayrılan sahәlәrdә növlәr üzrә saxlanılması; әtraf mühitin mühafizәsi mәqsәdilә emal edilәsi tullantıların yerlәşdirildiyi xüsusi tutarların vә ya sahәlәrin yararlı halda saxlanılması; yerlәşdirildiyi, yaxud saxlanıldığı yerlәrdә tullantıların әtraf mühitdәn tәcrid olunması; tullantıların әmәlә gәldiyi vә ya onların emal edildiyi müәssisәlәrdә tullantıların texnoloji prosesdә tәkrar xammal kimi istifadә olunmasının tәşkil edilmәsi; tullantıların әtraf mühitә tәsirinin azaldılması üçün onların emalının vә zәәrsizlәşdirilmәsinin bioloji, fiziki-kimyәvi, mexaniki-texniki, termik vә digәr üsullarla hәyata keçirilmәsi. “Şәhәrlәr vә digәr yaşayış mәntәqәlәri әrazisinin sanitariya qaydalarına, gigiyena vә ekoloji normativlәrә uyğun olaraq tәmizlәnmәsi, mәişәt tullantılarının müvәqqәti saxlanılması, müntәzәm daşınması vә zәrәrsizlәşdirilmәsi Qaydaları”nın tәsdiq edilmәsi haqqında Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ##### 2005-ci il tarixli, ** saylı Qәrarının 3-cü maddәsinә әsasәn: 3.1. Mәişәt tullantılarının әmәlә gәlmә yerlәrindә müvәqqәti saxlanılması üçün ayrılmış xüsusi sahәlәrdә aidiyyәti qurumlar tәrәfindәn metal tutumlarla tәmin olunmuş meydançalar hazırlanmalıdır. 3.1-1. Zәrәrsizlәşdirmәk mәqsәdilә mәişәt tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kәnar yerlәrә atılması vә ya basdırılması qadağandır. 3.2. Meydançalar tutumların sayına vә hәcminә uyğun olaraq tikilmәlidir. Bu zaman tutumlara әhalinin vә tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digәr nәqliyyat vasitәlәrinin vә piyadaların hәrәkәtinә mane olmaması meydançalardakı tutumlardan tullantıların külәklә sovrularaq әtraf әrazilәrә yayılmaması, hәyәtlәrdә uşaq meydançalarından vә bağçalardan, mәktәblәrdәn, sağlamlıq vә istirahәt zonalarından, mәdәniyyәt ocaqlarından, ictimai iaşә obyektlәrindәn vә mağazalardan aralıda yerlәşdirilmәsi kimi şәrtlәr nәzәrә alınmalıdır. 3.4. Ətraf mühitin mühafizәsi mәqsәdilә tullantıların yerlәşdirildiyi tutumlar vә meydançalar hәmişә tәmiz vә sәliqәli vәziyyәtdә saxlanılmalıdır. Lazım gәldikdә tutumlar yenilәri ilә әvәz olunmalı, meydançalar tәmir edilmәlidir. 3.5. Hәr bir hüquqi vә fiziki şәxs tullantıların növlәr üzrә xüsusi tutumlarda yığılmasını tәmin etmәlidir. 3.8. Tullantıların tutumlarda yığılması zamanı onların daşmasına vә әtrafa sәpәlәnmәsinә yol verilmәmәlidir. 3.9. Tullantılar ancaq onlar üçün nәzәrdә tutulmuş tutumlarda müvәqqәti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kәnarda yerlәşdirilmәsinә, yandırılmasına yol verilmir. Qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi iş üzrә hüquqi normaları yanlış tәtbiq edәrәk әsassız nәticәyә gәlmişdir. Belә ki, iş materiallarından göründüyü kimi, “xxxx” MTK tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 266.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi işdә olan inzibati xәta haqqında protokol, baxış aktları vә digәr mötәbәr sübutlarla tam sübuta yetirilmişdir. Müәyyәn olunmuşdur ki, “xxxx” MTK tәrәfindәn qanunvericiliyin tәlәblәrinә uyğun olaraq tullantıların toplanması vә yerlәşdirilmәsi üçün xüsusi tutumlar vә ya ayrılmış meydançalar tәşkil edilmәmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin nümayәndәsinin izahatında göstәrdiyi xüsusatlar isә işdә olan obyektiv sübutlarla tәkzib olunmaqla, özünü müdafiә xarakteri daşıyır vә inzibati mәsuliyyәtdәn yayınmağa cәhd kimi qiymәtlәndirilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 18.1-ci maddәsinә әsasәn hüquqi şәxslәr, o cümlәdәn xarici hüquqi şәxslәr vә xarici hüquqi şәxslәrin filial vә nümayәndәliklәri bu Mәcәllәnin Xüsusi hissәsindә nәzәrdә tutulmuş inzibati xәtalara görә inzibati mәsuliyyәtә cәlb olunurlar. Azәrbaycan Respublikası IXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 31.3-cü maddәsinә әsasәn hüquqi şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, inzibati xәtanın xarakteri, inzibati xәta nәticәsindә hüquqi şәxsin әldә etdiyi xeyrin hәcmi vә ya onun maraqlarının tәmin edilmәsinin xarakteri vә dәrәcәsi, hüquqi şәxsi xarakterizә edәn hallar, o cümlәdәn onun maliyyә vә әmlak vәziyyәti, xeyriyyәçilik vә ya digәr ictimai faydalı fәaliyyәtlә mәşğul olması, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-in 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. “xxxx” Mәnzil Tikinti Kooperativinin mәsuliyyәtini yüngüllәşdirәn vә ağırlaşdıran hallar müәyyәn edilmәdi. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә belә qәnatә gәlir ki, apellyasiya şikayәti tәmin edilmәli, “xxxx” Mәnzil Tikinti Kooperativi barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli vә “xxxx” Mәnzil Tikinti Kooperativi Azәrbaycan Respublikası IXM-nin 266.1-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinmәli vә barәsindә 8500 (sәkkiz min beş yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilsin. “xxxx” Mәnzil Tikinti Kooperativi barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 266.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. “xxxx” Mәnzil Tikinti Kooperativi (VÖEN: **********) Azәrbaycan Respublikası IXM-nin 266.1-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinsin vә barәsindә 8500 (sәkkiz min beş yüz) manat mәblәğindә cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-429/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-429/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver