Məhkəmə qərarları › İş №3(3-8)-430/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-430/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-430/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək, ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Qərarından şikayət verilən orqan Dövlət Yol Polisi Şöbəsi ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının tam ləğv edilməsi və şikayət ərizəsi təmin olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərarından şikayət verilən orqan Dövlət Yol Polisi (DYP) şöbəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə mənim 100 AZN məbləğində və 3 bal cərimə edilməsi haqqında ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarı tamamilə əsassız, qərəzli və qanunsuzdur. Qeyd olunan qərar qəbul olunarkən Azərbaycan Respublikası IXM-in 3, 7, 8, 75, 76, 77, 78, 84, 100, 114 və 124-cü maddələrinin tələblərinə riayət olunmamışdır. Belə ki, ##.##.2026-cı il tarixdə saat 14.00 radələrirıdə **HK*** nömrə nişanlı Toyota Prado markalı fərdi avtomobili ilə Abşeron r-nu ərazisindəki Masazır-Novxanı istiqamətində hərəkətdə olarkən “Duz gölü" adlanan ərazinin yaxınlığında müvafiq qaydada manevr edərək əsas yoldan 2-ci dərəcəli yola çıxdıqdan sonra maksimal sürət 60 km/saat olan əsas yoldakı əks istiqamətdən həddindən artıq yüksək sürətlə (təxminən 110-120 km/saat) hərəkət edən **KV*** nömrə nişanlı, ağ rəngli BMV markalı avtomobil idarəetməni itirərək əsas yoldan çıxmış və sol tərəfi ilə 2-ci dərəcəli yolda olan onun avtomobilinin ön hissəsini tamamilə əzərək yüksək sürətlə hadisə yerindən təxminən 20 - 25 metr məsafədə olan yaşıllıq sahəsinə girmiş və oradakı böyük ağaca dəyərək dayanmışdır. Hadisənin baş verməsində onun heç bir günahı və təqsiri olmamışdır. Hadisənin səbəbi sürücülük hüququ və təcrübəsi olmayan azyaşlı oğlanın çox yüksək sürətlə qanunsuz avtomobil idarə edərək, idarəetməni itirməsi olmuşdur. Hadisə zamanı heç bir xəsarət olmamışdır. Hadisə yerində həmin avtomobili idarə edən azyaşlı oğlan özünü Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisinin Namiq adlı sürücüsünün oğlu kimi təqdim etmişdir. O, bildirmişdir ki, 18 yaşı tamam olmadığı üçün sürücülük hüququna və vəsiqəsinə malik deyildir. Həmçinin üzərində avtomobilə və onu idarəetməyə aid heç bir sənəd, o cümlədən, şəhadətnamə, etibarnamə və şəxsiyyətini təsdiq edən sənədi olmamışdır. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-in 332.1, 332.2, 332.4 və 328-ci maddələrində qeyd olunan inzibati xətalara yol vermiş və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Guya idman dərsinə gecikdiyi üçün yüksək sürətlə hərəkət etdiyini, hadisədə tamamilə özünün günahkar olduğunu bildirmiş və zəng edərək BDYP-də işləyən atası Namiqi hadisə yerinə çağırmışdır. Qısa müddətdə hadisə yerinə Namiq (Mahmudov) adlı şəxs və onunla bir neçə nəfər gəlmişdir. Namiq hadisə yerinə baxdıqdan sonra hadisədə onun oğlunun günahkar olduğunu və ona görə də o avtomobilini tam təmir etdirəcəyini bildirmişdir. Həmçinin, guya oğluna görə problem olmaması üçün yol polisi hadisə yerinə gələnə qədər oğlunun sürücülük vəsiqəsi olan başqa bir şəxslə "əvəz edilməsinə’’ icazə verməsini xahiş etmişdir. O isə bunun ciddi saxtakarlıq olduğunu bildirib etiraz etmişdir. Hadisə yerinə gələn Abşeron rayon DYP (**YP***) əməkdaşları da günahkarın BMV markalı avtomobilin sürücüsü olduğunu qeyd etmişlər. Namiq naməlum vəzifəli şəxslərlə telefonla danışdıqdan sonra yol polislərinə bildirmişdir ki, o hadisədə oğlunun tam günahkar olduğunu etiraf edir və hər iki avtomobili təmir etdirəcəyinə görə inzibati araşdırmaya heç bir ehtiyac yoxdur. O bu barədə iradını bildirdikdə isə Namiq yenə də israrla araşdırmaya heç bir ehtiyac olmadığını və hər iki avtomobili təmir etdirəcəyini bildirmişdir. Namiqin bu əsassız xahişinə və kimlərinsə adından tələbinə görə hadisə yerinə gəlmiş yol polisi əməkdaşları BMV-ni idarə edən Namiqin oğlunun şəxsiyyətini müvafiq qaydada müəyyənləşdirməmiş, hadisə yerini mövcud təlimata uyğun olaraq müayinə etməmiş, zəruri ölçmələr aparılmamış və hər hansı protokol tərtib olunmamışdır. Ancaq avtomobillər idarəolunmaz vəziyyətdə olduğu üçün evakuatorla müvəqqəti dayanacağa yerləşdirilmişdir. Həmin gün və səhərisi onun bir neçə dəfə Namiqlə telefon danışığı (mobil nömrəsi: 050- 211-16-83) olmuş və o qeyd olunanları bir daha təsdiq etmişdir. Lakin ##.##.2026cı il tarixdə o məsələni dəqiqləşdirmək məqsədilə Qərarından şikayət verilən orqan X2rkən 8-ci otaqdan mülki geyimli Tural adlı əməkdaş çıxaraq onu taparaq növbədənkənar içəriyə aparmış və heç bir izahat almadan və onu dinləmədən kobud formada hadisədə onun günahkar olduğunu bildirmiş və artıq elektron sistemə bu barədə protokol və qərar yerləşdirdiyini bildirmişdir. Həmin vaxt aydın oldu ki bu Namiqin təsiri və təzyiqi ilə olmuşdur. Əks halda Tural haradan bilirdi ki, oradadır. O bütün bunların qanunsuz olduğunu, onun və qarşı tərəfin izahatının alınmadığını, onda hadisədə günahkar olmadığına dair kifayət qədər maddi sübutların olduğunu, yol polisində isə onun günahkar olduğuna dair heç bir sübutların və qanuni əsasların olmadığını bildirdikdə isə, o bunlara heç bir ehtiyac olmadığını və qərarın (yəni özünün istədiyi qərarı) onun tərəfindən verildiyini bildirmişdir. Ondan bu barədə protokolla tanış edilməsini xahiş etdikdə isə, o, heç bir protokola ehtiyac olmadığını bildirmişdir. Onun bu hərəkətlərlə ciddi qanun pozuntularına yol verdiyinə görə ciddi etirazından sonra Tural qərarı hələlik sistemə vurmadığını demiş və otaqdan çıxıb Namiqlə telefonla əlaqə yaratmasını məsləhət görmüşdür. Bu isə bir daha qeyd olunan qanunsuzluqların Namiqin təsiri və təzyiqi ilə edildiyini sübut etmişdir. O * nömrəli otaqdan çıxıb mobil telefonla Namiqə bir neçə dəfə zəng etsə də, onun zənglərinə cavab verməmişdir. Bundan sonra o məcburiyyət qarşısında baş verən qanunsuzluqlar barədə DİN- in 102 xidmətinə məlumat vermişdir. Bu məlumatdan təxminən 30-40 dəqiqədən sonra Namiq ona zəng etmiş və nə üçün şikayət etdiyini soruşmuşdur. O şikayəti baş verən qanunsuzluğa görə etdiyini bildirmişdir. O, isə şikayətini geri götürəcəyi təqdirdə verdiyi sözünün üstündə duracağını, avtomobilimn tam təmir etdirəcəyini, hətta ona yazılmış 100 AZN cəriməni ödəyəcəyini və 3 cərimə balını da sildirəcəyini bildirmişdir. O isə hadisəyə artıq qanunsuz və qərəzli müdaxiləsinə və qeyrisəmimiliyinə görə onun təklifi ilə razılaşmamışdır. Namiqlə ona məxsus 050-211-16-83 mobil nömrəsi ilə telefon əlaqələrini Azercell operatorundan müvafiq qaydada əldə etmək mümkündür. ##.##.2025-ci il tarixdə məlum oldu ki, həmin gün ona İXP ******* nömrəli protokol və TP ******* nömrəli qərarla IXM-in 327.2-ci maddəsi ilə əsassız cərimə (100 AZN, 3 bal) tətbiq olunmuşdur və bununla da hadisədə qanunsuz olaraq onu günahkar çıxarmışlar. Mən qeyd olunan protokolla tanış edilməmişəm və qərar qəbul edilib elektron sistemə yerləşdirildikdən sonra məndən formal olaraq izahat alınmışdır. İzahatda qeyd etdiyim ciddi pozuntuların heç biri araşdırılmamışdır. Əks tərəf isə ümumiyyətlə araşdırmaya cəlb olunmamışdır. Qərarda protokolun tarixi “##.##.2026”, DYP-in Elektron Xidmətlər Portalında isə “##.##.2026” kimi qeyd olunmuşdur ki, bu da daha bir saxtakarlığa dəlalət edir. Qeyd olunan yol-nəqliyyat hadisəsində onun günahkar olduğu sübuta yetirilməmiş və inzibati cərimələnməsi üçün faktlar yol polisi tərəfindən qərəzli olaraq ciddi şəkildə saxtalaşdırılmışdır. Həmçinin bu qanunsuz qərarla avtomobilinə dəymiş təxminən 4000 AZN məbləğində zərərin sığorta tərəfindən qarşılanması hüququndan da məhrum edilmişdir. Məlum olmuşdur ki, bu qanunsuz qərarın çıxarılması üçün Namiqin təsiri və təzyiqi ilə Abşeron DYP şöbəsi hadisə barədə faktları saxtalaşdıraraq, sənədləşmədə Namiqin oğlunu sürücülük hüququ olan başqa şəxslə “əvəz etmiş”, guya Namiqin bu məsələdə heç bir iştirakının olmadığı bildirilmiş, hadisə yerinə aid iki gündən sonra saxta məlumatlar və sxem tərtib edilmiş və BMV markalı avtomobilin toxunduğu ağacların üzəri örtülmüşdür Lakin bütün bunların əksinə olaraq, hadisə zamanı avtomobillərin olduğu yerlər, Namiqin, onun hadisəni törədən oğlunun və Namiqlə oraya gələn şəxslərin görüntüləri barədə şəkillər və videomateriallar mövcuddur və onlar ciddi sübutlar kimi ərizəyə əlavə olunmuşdur. Beləliklə, baş vermiş hadisə zamanı o qeyd olunan inzibati xətaya yol verməmişdir. Yol polisi qeyd olunan qərarı qəbul edərkən işin hallarını qəsdən obyektiv araşdırmamış, saxtalaşdırmalara yol verilmiş və onun təqsirsizliyini sübut edən dəlillərə, o cümlədən hadisə yerindəki real vəziyyətə, foto və video görüntülərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının tam ləğv edilməsi və şikayət ərizəsi təmin olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Dövlət Yol Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli dövlət orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında işin yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Qərarından şikayət verilən orqan Dövlət Yol Polisi Şöbəsi İdarəsinin R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Qərarından şikayət verilən orqan Dövlət Yol Polisi Şöbəsi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Toyota Prado” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsinə görə “BMW 528” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, səlahiyyətli dövlət qurumu şəxsin inzibati xəta törətməkdə təqsirini müəyyən etmək üçün sübutlar toplamağa borcludur. Lakin birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Qərarından şikayət verilən orqan Dövlət Yol Polis Şöbəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Belə ki, təqdim olunan sənədlərə yalnız tərəflərin izahatı, yol nəqliyyat hadisəsinin sxemi və sərxoşluq halının müəyyən edilməsinə dair tibbi müayinənin nəticəsi daxildir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) dövlət qurumuna təqdim etdiyi yazılı izahatı (hazırda şikayətinin dəlillərinə uyğun izahat vermişdir) ilə yol nəqliyyat hadisəsinin sxemi arasında ziddiyyət mövcuddur. Bunu Qərardan şikayət verən orqan (şəxs) hadisədən sonra çəkdiyi foto və video çəkiliş təsdiq edir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) avtomobilini şəkildə göstəridiyi yerdə vurulduğunu, yolun hərəkət hissələrinin sxemdə göstərildiyi kimi hər istiqamətdə iki deyil, bir zolaqlı olmasını qeyd etmişdir. Odur ki, hadisənin baş vermə mexanizmi müəyyən edilməli, zərurət olarsa tərəflərin iştirakı ilə hadisə yerinə baxış keçirilməli, yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilib rəy alınmalıdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, birincin instansiya məhkəməsi tərəfindən bu hallar araşdırmadan yekun məhkəmə aktı qəbul edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında işin yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar