Məhkəmə qərarları › İş №3(3-8)-431/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-431/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-431/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026cı il tarixli qәrarından zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk, barәsindә hәmin Mәcәllәnin 31.4-1-ci maddәsinә әsasәn 180 (bir yüz sәksәn) saat ictimai işlәr növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir (hakim Mirhәsәnli Mirnәsir). Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-nin 227-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi haqqında Abşeron RPI-nin ITŞ-nin polis sahә rәisi R X2 tәrәfindәn ## ### 2026-cı il tarixli, MN № ******* nömrәli protokol tәrtib edilmiş vә protokola әlavә olunmuş sәnәdlәrlә birlikdә baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmişdir. Protokol vә әlavә olunmuş sәnәdlәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-cı il tarixdә Zәrәrçәkmiş şәxs aldadaraq, 210 manat mәblәğindә pulunu әlә keçirmişdir. Inzibati xәta haqqında protokol baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş, mәhkәmә yuxarıda göstәrilәn nәticәyә gәlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verilәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının dәyişdirilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә daha ağır inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, qәrar ilә razı deyil, qәrar әdalәtsizdir, ona görә dә dәyişdirilmәlidir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-cı il tarixdә onu aldadaraq, 210 manat pulunu әlә keçirmiş vә ona maddi ziyan vurmuşdur. Lakin işә baxılarkәn mәhkәmә tәrәfindәn ona dәymiş maddi ziyanın ödәnilmәsi tәmin edilmәmişdir. Hazırda da ona vurulmuş maddi ziyan ödәnilmәmiş qalmaqdadır vә hüquqları bәrpa olunmamışdır. Digәr tәrәfdәn, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi әmәlin xarakteri, ona vurduğu maddi ziyanın mәblәği vә ziyanı bu günә qәdәr ödәmәkdәn yayınması nәzәrә alınmadıqda, ona tәyin edilmiş 180 saat ictimai işlәr cәzası hәddindәn artıq yüngüldür. Hesab edir ki, tәyin olunmuş yüngül tәnbeh tәdbiri inzibati xәtanın törәdilmәsi hallarına, zәrәrçәkmiş şәxs kimi onun pozulmuş hüquqlarının bәrpasına vә әdalәt prinsiplәrinә cavab vermir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsinin sanksiyasında törәdilmiş әmәlә görә daha ağır tәnbeh tәdbiri - inzibati hәbs nәzәrdә tutulmuşdur. Prosessual məsələlər: Mәhkәmә iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs vә Abşeron rayon Polis Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişlәr, şikayәt üzrә mәhkәmә iclasının onların iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, lakin Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026cı il tarixli qәrarı lәğv edilmәli vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Belә ki, iş materiallarında olan “cinayәt işinin başlanmasının rәdd olunması” barәdә ## ### 2026-cı il tarixli qәrardan görünür ki, Zәrәrçәkmiş şәxs müraciәti әsasında toplanmış material üzrә cinayәt işinin başlanması rәdd edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtәlar Mәcәllәsinin 227-ci maddәsindә nәzәrdә tutulan inzibati tәnbeh tәdbir görülmәsi üçün qәrarın surәti aidiyyәti üzrә Abşeron RPI-nin ITŞ-nә göndәrilmәsi müәyyәn edilmişdir. Iş materiallarında olan ## ### 2026-cı il tarixli, MN № ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-cı il tarixdә Zәrәrçәkmiş şәxs aldadaraq, 210 manat mәblәğindә pulunu әlә keçirmişdir. Iş materiallarında olan “inzibati qaydada tutma haqqında” ## ### 2026-cı il tarixli protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs azadlıq hüququ faktiki olaraq hәmin tarixdәn, saat 11:10-dan mәhdudlaşdırılmışdır. “Azemis” Elektron Informasiya sistemi vasitәsilә barәsindә inzibati icraat aparılan şәxsin “qohumluq mәlumatlarına” dair göndәrilmiş sorğudan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs himayәsindә ## #### 2013-cü il tәvәllüdlü X4, ## #### 2014-cü il tәvәllüdlü X1 vә ## #### 2016-cı il tәvәllüdlü X3 adlı uşaqları vardır. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs Sumqayıt Apellyasiya Mәhkәmәsinә daxil olmuş vә iş materiallarına әlavә edilmiş ## #### 2026-cı il tarixli әrizәsinin mәzmunundan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn ona dәymiş ziyan ödәnilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ilә barışmışdır. Iş üzrә icraata xitam verilmәsinә etirazı yoxdur. Mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. Azәrbaycan Respublikasının IXM-nin 227-ci maddәsinә әsasәn xırda talama, yәni oğurlama, mәnimsәmә, israfçılıq, qulluq mövqeyindәn sui-istifadә vә ya dәlәduzluq yolu ilә özgәsinin әmlakını talamağa görә - yüz altmış saatdan iki yüz qırx saatadәk ictimai işlәr vә ya işin hallarına görә, xәtanı törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda isә üç ayadәk müddәtә inzibati hәbs tәtbiq edilir. Azәrbaycan Respublikası IXM-nin 39.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 227, 232-1ci vә 351-1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәta haqqında iş üzrә icraat zamanı inzibati xәta törәtmiş şәxs vurulmuş ziyanı tamamilә ödәdikdә vә zәrәrçәkmiş şәxslә barışdıqda inzibati iş üzrә icraata xitam verilir. Apellyasiya baxışı zamanı müәyyәn olundu ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn zәrәrçәkmiş şәxsә vurulmuş ziyan tam ödәnildiyindәn vә zәrәrçәkmiş şәxslә barışdığından IXM-nin 39.2-ci maddәsinә әsasәn inzibati iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 134.1.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 135.1.5- 1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası IXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardan biridir. Belәliklә, inzibati xәta haqqında işin materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib mәhkәmә hesab edir ki, zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026cı il tarixli qәrarı lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәli vә o, inzibati mәsuliyyәtdәn azad edilmәlidir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası IXM-nin 39.2, 133, 134.1, 136.1-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 227-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR IXM-nin 39.2-ci maddәsinә әsasәn IXM-nin 227-ci maddәsi ilә tәqsirli bilindiyi iş üzrә inzibati mәsuliyyәtdәn azad edilsin vә inzibati işin icraatına xitam verilsin. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar