Məhkəmə qərarları › İş №3(3-8)-432/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-432/2026

10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-432/2026 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmәtinin Azәrbaycan Respublikası IXM-in 469-1-ci maddәsi ilә olan ## ###### 2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azәrbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmәtinin ##.##.2025-ci il tarixli MN ******* nömrәli elektron inzibati tәnbeh vermә haqqında qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 469-1-ci maddәsi ilә tәqsirli bilinәrәk 1500 manat mәblәğindә cәrimә edilmişdir. Hәmin qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk qәrarın lәğv edilmәsini xahiş etmişdir. Şikayәtlә birlikdә, Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd olunan qәrardan şikayәt verilmәsi üçün müәyyәn edilmiş buraxılmış prosessual müddәtin bәrpası barәdә vәsatәt verәrәk buraxılmış prosessual müddәtin bәrpa edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı ilә Azәrbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmәtinin ##.##.2025-ci il tarixli MN ******* nömrәli elektron inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarından şikayәt verilmәsi üçün müәyyәn edilmiş prosessual müddәtinin bәrpası barәdә Qәrardan şikayәt verәn orqan (şәxs) vәsatәtinin rәdd edilmәsi, buraxılmış prosessual müddәtin bәrpa edilmәmәsi vә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt vә ona әlavә edilmiş materialların geri qaytarılması qәrara alınmışdır (hakim Fәrid Nәsimiyev). Qәrardaddan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, mübahisәlәndirdiyi qәrardadın lәğv edilmәsini vә buraxılmış prosessual müddәtin üzrlü hesab edilәrәk bәrpa edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә yalnız poçt izlәmә sistemindә “çatdırılıb” qeydi olmasına istinad etmәklә müddәtin üzrlü sәbәbdәn buraxılmadığı nәticәsinә gәlmişdir. Lakin mәhkәmә poçt göndәrişinin hәqiqәtәn şikayәtçiyә çatdırılıb-çatdırılmamasını vә digәr mühüm halları araşdırmamışdır. Mәhkәmәyә bildirmişdir ki, qәrar ona tәqdim edilmәmiş, binanın girişindә fәaliyyәt göstәrәn mühafizә xidmәtinin әmәkdaşına verilmiş, hәmin şәxs isә qәrarı ona tәqdim etmәmişdir. Qәrarın mövcudluğunu yalnız sonradan özü aidiyyәti quruma müraciәt etdikdә öyrәnmiş vә gecikdirilmәdәn mәhkәmәyә müraciәt etmişdir. Lakin bu hallar mәhkәmә tәrәfindәn nә tәkzib edilmiş, nә dә ki araşdırılmamışdır. Hüquqi məsələlər Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә Inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq Qәrardan şikayәt verәn orqan (şәxs) vә Azәrbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmәtinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә materiala onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini işin materialları ilә әlaqәli şәkildә araşdıraraq hesab edir ki, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 57.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın iştirakçılarına bu Mәcәllәdә müәyyәn edilmiş hallarda inzibati xәtalar haqqında işlәr üzrә sәnәdlәr (qәrarlar, qәrardadlar, protokolllar, bildirişlәr) hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn «Poçt haqqında» Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş sifarişli poçt göndәrişi ilә çatdırılır, yaxud sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn şәxsәn verilir. Azәrbaycan Respublikası IXM-nin 61.1.6-ci maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs inzibati xәta haqqında iş üzrә icraatın tәmin edilmәsi tәdbirlәrinin tәtbiqindәn vә iş üzrә qәrardan şikayәt vermәk hüququna malikdir. Azәrbaycan Respublikası 130.1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 126.1-ci maddәsindә nәzәrdә tutulmuş hallar istisna olmaqla, qәrarın surәti bu Mәcәllәnin 57-ci maddәsindә nәzәrdә tutulmuş rәsmi qaydada verildiyi vaxtdan on gün müddәtindә inzibati xәta haqqında iş üzrә qәrardan şikayәt verilә bilәr. Azәrbaycan Respublikası 130.2-ci maddәsinә görә bu Mәcәllәnin 130.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt üzrlü sәbәbdәn buraxıldıqda, şikayәt vә ya protest verәn şәxsin vәsatәti ilә bu müddәt hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) tәrәfindәn bәrpa edilir. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsassız hesab edir. Belә ki, iş materiallarından göründüyü kimi Azәrbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmәtinin Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә olan ##.##.2025-ci il tarixli MN ******* nömrәli elektron inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarı ##.##.2026-cı il tarixdә poçt vasitәsi ilә ona çatdırılmış, o 10 gün müddәtindә qәrardan şikayәt vermәli olduğu halda 26.05.20260-cı il tarixdә şikayәt vermişdir. Belә ki, “www.azems.az” internet sәhifәsindә ss*********az nömrәli poçt göndәrişi yoxlanılarkәn mәlum olmuşdur ki, hәmin poçt göndәrişi Qәrardan şikayәt verәn orqan (şәxs) adlı alıcıya ##.##.2026-cı il tarixindә çatdırılmışdır. Hәmçinin, Mәhkәmә apellyasiya şikayәtindә qeyd edilәn halların üzrlü sәbәb kimi qiymәtlәndirilmәmәsi qәnaәtinә gәlәrәk qeyd edir ki, bu müddәtin üzrlü sәbәbdәn buraxılması ilә bağlı hәr hansı sәnәd iş materiallarına әlavә edilmәmişdir. Belәliklә, apellyasiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәtindә göstәrilәn dәlillәr әsasında Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadının lәğv edilmәsi üçün әsaslar yoxdur. Apellyasiya şikayәti tәmin edilmәmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmәtinin Azәrbaycan Respublikası IXM-in 469-1-ci maddәsi ilә olan ## ###### 2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4cü maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası ƏƏSMN yanında X1 Xidmәtinin Azәrbaycan Respublikası IXM-in 469-1-ci maddәsi ilә olan ## ###### 2025-ci il tarixli MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpa edilmәmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrardadı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar