Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-433/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarından zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN 2485543 seriyalı protokol Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1 tərəfindən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulımuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin maddənin sanksiyasında qeyd edilən daha ağır tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/***** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3400 məbləğində borc və ödənilmiş 54 manat məbləğində dövlət rüsumu üzrsüz səbəbdən icra etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı formal xarakterlidir və onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulımuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin maddənin sanksiyasında qeyd edilən daha ağır tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxslər, “xxxx” MMC-yə, İslamova Təranə Əfqan qızına və Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar (səlahiyyətli dövlət orqanın nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3400 manat məbləğində borc və ödənilmiş 54 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı zərərçəkmiş şəxs2 ödənilməlidir. İş materiallarında olan ##.##.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(060)-1774/2025 icra sənədini könüllü icra etməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(060)- ***/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2000 manat məbləğində borc, vəkilə hüquqi yardıma görə ödənilən 320 manat məbləğində pul vəsaiti, ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı İslamova Təranə Əfqan qızına ödənilməlidir. İş materiallarında olan ##.##.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(060)-434/2025 icra sənədini könüllü icra etməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(060)- ****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər iki müqavilə üzrə ümumilikdə 1677 manat 52 qəpik ödənilməmiş borc, 20 manat məbləğində cərimə borcu, 38 manat 45 qəpik dövlət rüsumu, cəmi 1735 manat 97 qəpik məbləğində pul alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan ##.##.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı icra sənədini könüllü icra etməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında ##.##.2026-cı il tarixli qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(060)- ***/**** saylı, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi əsaslı olaraq məsuliyyətini ağırlaşdıran və yügülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh tədbirinin əsas məqsədlərindən biri şəxsin islah olunmasıdır. Qanunvericilikdə müəyyən edilmiş əsasları nəzərə almadan tətbiq edilən inzibati tənbeh tədbiri şəxsin islah edilməsinə deyil, onun hüquqlarının pozulmasına səbəb olur. Digər tərəfdən məhkəmə zərərçəkmiş şəxsə izah etməyi vacib hesab edir ki, yekun məhkəmə aktlarının icrası ilə bağlı qanunvericilikdə bu sahədə baş verən hüquq pozuntularını törədən şəxslərin məsuliyyəti məsələlərində təkcə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona tətbiq edilən inzibati tənbeh tədbirlərindən nəticə çıxarmadığı halda qanunvericilikdə daha ciddi məsuliyyət tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur. Buna görə birinci instansiya məhkəməsi xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq ədalətli və hüquqa uyğun həddə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-433/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-433/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver