Məhkəmə qərarları › İş №3(3-8)-434/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-434/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-434/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Qәrarından şikayәt verilәn orqan nümayәndәsi Nümayәndә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 210.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Qәrarından şikayәt verilәn orqan nümayәndәsi Nümayәndә tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edәrәk, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә şikayәtin qismәn tәmin edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә işin baxılması üçün yenidәn Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinә göndәrilmәsi qәrara alınmışdır (hakim Vaqif Hәsәnov). Qәrardan Qәrarından şikayәt verilәn orqan nümayәndәsi Nümayәndә apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** saylı qәrarının lәğv edilmәsini, Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının qanuni vә әsaslı hesab edilәrәk qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin gәldiyi nәticә iş materiallarına, inzibati icraat zamanı toplanmış sübutlara vә Inzibati Xәtalar Mәcәllәsinin tәlәblәrinә uyğun deyildir. Mәhkәmә tәrәfindәn prosessual hüquq normaları pozulmuşdur vә işә birtәrәfli qaydada baxılmışdır Qәrardan gorünur kı mәhkәmә iclası Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin nümayәndәsinin iştirakı olmadan keçirilmişdir. Mәhkәmә yalnız Nazirliyin xәbәrdar edildiyini göstәrmәklә kifayәtlәnmiş, lakin iş materiallarında Nazirliyin mәhkәmә bildirişini almasını tәsdiq edәn sübutları araşdırmamış, inzibati orqanın mövqeyinin dinlәnilmәsini tәmin etmәmişdir. Mәhkәmә inzibatı xәta haqqında protokolu, inzibati xәta haqqında qәrarın әsasını tәşkil edәn materialları, yoxlama zamanı әldә edilmiş sәnәdlәri, inzibati xәta faktını tәsdiq edәn akt vә digәr sübutları tam araşdırmadan qәrar qәbul etmişdir. Mәhkәmә yalnız şikayәtçinin tәqdim etdiyi izahatlara vә Gigiyena vә Sanitariya Xidmәtlәr Mәrkәzi MMC tәrәfindәn verilmiş sanitar-epidemioloji aktın mövcudluğuna istinad etmişdir. Halbuki hәmin aktın mövcudluğu inzibati xәta faktının olmamasını sübut etmir. Qәrardan şikayәt verәn orqan (şәxs) isә inzibati xәta faktının baş vermәdiyini tәsdiq edәn hәr hansı mötәbәr, tәkzibedilmәz sübut tәqdim etmәmişdir. Şikayәtçi mәhkәmәdә bildirmişdir kı, obyekti ## ###### 2025-cı ıl tarixindә başqa şәxsә tәhvil vermişdir. Lakin mәhkәmә hәmin iddianın tәsdiqi üçun icarәyә xitam verilmәsi barәdә müqavilәni, tәhvil-tәslim aktını, sahibkarlıq fәaliyyәtinin dayandırılmasını tәsdiq edәn sәnәdlәri obyekt üzrә fәaliyyәt göstәrәn yeni sahibkara aid sәnәdlәri tәlәb etmәmiş vә araşdırmamışdır. Belә olan halda yalnız şikayәtçinin şifahi izahatı әsasında inzibatı orqanın qәrarının lәğvi qanuni sayıla bilmәz. Mәhkәmә ziddiyyәtli nәticәyә gәlmişdir. Mәhkәmә bir tәrәfdәn inzibati xәta faktının sübuta yetirilmәdiyini göstәrmiş, digәr tәrәfdәn isә inzibati xәta haqqında iş üzrә icraata xitam vermәmiş, işi yenidәn baxılması üçün Nazirliyә göndәrmişdir. Əgәr mәhkәmә hesab edirdisә ki inzibati xәta hadisәsi vә ya tәrkibi mövcud deyildir, bu halda inzibatı Xәtalar Mәcәllәsinin müvafiq normalarına әsasәn icraata xitam verilmәli idi. Əgәr әlavә araşdırmaya ehtiyac olduğu qәnaәtinә gәlmişdirsә, onda inzibati xәta faktının sübuta yetirilmәmәsi barәdә qәti nәticәyә gәlmәsi hüquqi baxımdan ziddiyyәt tәşkil edir. Bu hal mәhkәmә qәrarının daxili mәntiqinin pozulduğunu göstәrir. Qәrarda yalnız ümumi mülahizәlәr qeyd edilmiş, lakin sübutların müqayisәli tәhlili aparılmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Qәrarından şikayәt verilәn orqan nümayәndәsi Nümayәndә izahatında bildirdi ki, Abşeron rayon prokurorunun ## ###### 2026cı il tarixli qәrarı әsasında Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 210.1-ci maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraat başlanmış, hәmin qәrar vә toplanmış materiallar baxılması üçün Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinә göndәrilmişdir. Belә ki, ##.##.2025-ci il tarixdә X1 üztәmizlәmә proseduru üçün yaşadığı evin yaxınlığında Masazır qәsәbәsi, Bağçalı evlәr MTK-da ** saylı yaşayış binasının 1ci mәrtәbәsindә yerlәşәn “Mәlәk studio” adlı gözәllik salonuna getmiş, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn üztәmizlәmә proseduru hәyata keçirilәn zaman buxar aparatında olan qaynar su onun sinәsinә tökülüb bәdәnini yandırmış vә nәticәdә sonuncu 2-ci vә 3-cü dәrәcәli yanıq xәsarәtlәri almışdır. Müәyyәn edilmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) lisenziya olmadan özәl tibbi fәaliyyәtlә (kosmetoloji) mәşğul olmuş vә lisenziya almaq üçün Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinә müraciәt etmәmişdir. Buna görә dә onun barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmişdir. Odur ki, inzibati tәnbeh vermә haqqında qәrar qanuni vә әsaslı olduğundan birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini vә şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) izahatında bildirdi ki, gözәllik salonunda lazer-epilyasiya fәaliyyәti göstәrilmәmiş, hadisә zamanı X1 boğazına su adi çaynikdәn sıçramışdır. Yüngül yanıq xәsarәti olmuş, salonda aparat olmamışdır. Aparat sifariş edilsә dә, sonradan geri qaytarılmış, odur ki, apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsi şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş üzrә icraata inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçdiyindәn xitam verilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Belə ki, iş materiallarında olan: Abşeron rayon prokurorunun ## ###### 2026-cı il tarixli qәrarından görünür ki, fiziki şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) Masazır qәsәbәsi, Bağçalı evlәr MTK-da ** saylı yaşayış binasının 1-ci mәrtәbәsindә yerlәşәn “Mәlәk studio” adlı qadın salonunda icarә müqavilәsi әsasında 2025-ci ilin sentyabr ayından bu günә kimi kosmetoloq kimi lisenziyasız işlәmiş vә lisenziya almaq üçün Qәrarından şikayәt verilәn orqan müraciәt etmәmişdir. Bununla da Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 210.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. Buna görә dә onun barәsindә Azәrbaycan Respublikası IXM-nin 210.1-ci maddәsi ilә inzibati xәta haqqında iş üzrә icraat başlanmış, hәmin qәrar vә toplanmış materiallar baxılması üçün Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinә göndәrilmişdir. Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh haqqında qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-nin 210.1-ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib 2000 mәblәğindә cәrimә edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 210.1-ci maddәsinә әsasәn lisenziya olmadan özәl tibbi fәaliyyәtlә vә ya әczaçılıqla mәşğul olmağa görә – fiziki şәxslәr iki min manatdan üç min manatadәk mәblәğdә, vәzifәli şәxslәr beş min manatdan on min manatadәk mәblәğdә, hüquqi şәxslәr iyirmi min manatdan otuz min manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya mәhkәmәsi iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinlәyib, şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası IXM-nin 210.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsi iş materialları ilә tәsdiq olunur. Lakin birinci instansiya mәhkәmәsi әsassız olaraq Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi vә işin baxılması üçün yenidәn Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyinә göndәrilmәsinә dair yekun nәticәyә gәlmişdir. Belә ki, iş materiallarında olan Qәrardan şikayәt verәn orqan (şәxs) ilkin izahatından görünür ki, o, gözәllik salonunda lazer-epilyasiya vә üz tәmizlәmә fәaliyyәti ilә mәşğul olur. Işlәdiyi lazer-epilyasiya aparatı “Elos Trio” markalıdır, üz baxımı aparatı isә “RF Kavitasiya” markalıdır. Iş materiallarında olan X1 ilkin izahatından görünür ki, o, üztәmizlәmә proseduru üçün salona getmiş, salonda buxar aparatından qaynar su onun sinәsinә tökülәrәk yandırmışdır. Göründüyü kimi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmә iclasındakı izahatında salonda hәr hansı aparatın olmadığını, habelә lazer-epilyasiyası vә üzә qulluq prosedurlarının hәyata keçirilmәdiyini bildirmәsi iş materiallarında olan ilkin izahatlarla tәkzib olunur. Apellyasiya mәhkәmәsi hәmçinin qeyd edir ki, iş materiallarından görünür ki, inzibati xәta hadisәsi ##.##.2025-ci il tarixdә baş vermişdir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 38.1-ci maddәsinә әsasәn inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci dörd ay keçәnәdәk verilә bilәr. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 263-cü maddәsinin Qeyd hissәsinin vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 38-ci maddәsinin bәzi müddәalarının şәrh edilmәsinә dair # #### 2022-ci il tarixli qәrarında qeyd edilmişdir ki, inzibati mәsuliyyәtә cәlbetmә müddәti elә bir müddәtdir ki, onun әrzindә şәxs, hüquqpozmaya yol verdiyinә görә inzibati tәnbehә mәruz qala bilәr. Inzibati mәsuliyyәtә cәlbetmә müddәtinin bitmәsi inzibati xәtalar haqqında işlәr üzrә icraatın başlanılmasını istisna edәn, başlanmış icraata isә xitam verilmәsinә sәbәb olan hallardan biridir (Inzibati Xәtalar Mәcәllәsinin 53.1.6-cı maddәsi). Bu cür müddәtlәri nәzәrdә tutarkәn vә onların hesablanması qaydalarını müәyyәn edәrkәn qanunverici Konstitusiyanın 71-ci maddәsinin II hissәsindәn irәli gәlәn insan vә vәtәndaş hüquq vә azadlıqlarının hüquqi tәnzimlәnmәsi zamanı şәxsi vә publik maraqlar arasındakı tarazlığın gözlәnilmәsi tәlәbini rәhbәr tutaraq inzibati mәsuliyyәtin qaçılmazlığının tәmin olunması üçün şәrait yaratmaqla yanaşı, eyni zamanda inzibati xәta törәtmiş şәxslәrin әsassız olaraq uzun müddәtә inzibati tәqib vә inzibati tәnbehin tәtbiqi tәhlükәsi altında qalmasının qarşısını almaq mәqsәdini güdmüşdür. Belәliklә, qeyd olunanlara әsasәn apellyasiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә Azәrbaycan Respublikası IXM-nin 210.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olsa da, hәmin inzibati xәtanın törәdilmәsindәn qanunla müәyyәn edilmiş inzibati mәsuliyyәtә cәlb etmә müddәti keçmişdir. Azәrbaycan Respublikası IXM-nin 53.1.6-cı maddәsinә әsasәn bu Mәcәllәnin 38-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәr başa çatdıqda inzibati xәtalar haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Ona görә dә, apellyasiya instansiya mәhkәmәsi belә nәticәyә gәlir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarı lәğv edilmәli, iş üzrә yeni qәrar qәbul edilmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 210.1-ci maddәsi ilә tәqsirli bilinmәli vә barәsindә inzibati xәta haqqında işin icraatına inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi әsası ilә xitam verilmәlidir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.3, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 210.1-ci madәsi ilә tәqsirli bilinsin vә barәsindә inzibati xәta haqqında işin icraatına inzibati mәsuliyyәtә cәlb etmә müddәtinin keçmәsi әsası ilә xitam verilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar