Məhkəmə qərarları › İş №3(3-8)-435/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-435/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-435/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin nümayәndәsi nümayәndә1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) vәkili vә nümayәndәsi Vәkil iştirakları ilә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vә nümayәndәsi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Azәrbaycan Respublikası X2 Xidmәtinin Bakı şәhәr Idarәsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır (hakim Vaqif Hәsәnov) Işin halları: Azәrbaycan Respublikası X2 Xidmәtinin Bakı şәhәr Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsi ilә tәqsirli bilinәrәk 700 (yeddi yüz) manat mәblәğindә cәrimә edilmişdir. Hәmin qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Işә baxan Abşeron Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vә nümayәndәsi Vәkil apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının vә X2 Xidmәtinin Bakı şәhәr Idarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsinin qәrarı qanunsuz vә әsassızdır. Əmәk Mәcәllәsinin 175-ci maddәsinin 2-ci hissәsinin “c” bәndinә әsasәn, işәgötürәnә işçinin (tam maddi mәsuliyyәt daşıdığı hallar istisna olunmaqla) tәqsiri üzündәn onun orta aylıq әmәk haqqından artıq olmayan miqdarda vurduğu ziyanın mәblәği işәgötürәnin sәrәncamı ilә işçinin әmәk haqqından tutulur. “xxxx” QSC ilә X1 arasında bağlanmış ##.##.2016 tarixli әmәk müqavilәsinә uyğun olaraq N.Mikayıllı müәssisәdә “texniki şöbәnin müdir kömәkçisi” vәzifәsinә işә qәbul edilmiş, onunla bağlanmış әmәk müqavilәsinә ##.##.2025-ci il tarixli ***/A nömrәli әmrlә Əmәk Mәcәllәsinin 69-cu maddәsinә (işçinin әrizәsi әsasında) uyğun olaraq xitam verilmişdir. 2025-ci ilin avqust ayında müәssisәdә aparılmış audit yoxlaması zamanı N.Mikayıllının hesabatında olan müәssisәyә mәxsus olan ümumi dәyәri 1256 manat olan 6 әdәd qaz freonunun müәssisәdә olmadığı aşkar edilmiş, araşdırma zamanı N.Mikayıllının vәzifә sәlahiyyәtlәrindәn sui-istifadә edәrәk hәmin әmlakları oğurlayaraq şәxsi mәqsәdlәri üçün üçüncü şәxslәrә satdığı ortaya çıxmışdır. Bundan sonra N.Mikayıllı vurulmuş zәrәri könüllü ödәmәk istәdiyini bildirdiyindәn faktla bağlı hüquq mühafizә orqanlarına müraciәt edilmәmişdir. Belә ki, N.Mikayıllı ##.##.2025-ci il tarixli әrizәsi ilә müәssisәyә 1256 manat mәblәğindә zәrәr vurduğunu etiraf etmiş vә hәmin mәblәğin onun әmәk haqqından tutulmasına etirazının olmadığını bildirmişdir. N.Mikayıllının müәssisәyә vurduğu zәrәrin miqdarı 1256 manat, onun orta aylıq әmәk haqqı isә 1600 manat olmuşdur. Bu baxımdan da “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli *** nömrәli әmri ilә N.Mikayıllının әmәk haqqından tutulmaların edilmәsi qәrara alınmışdır. Göründüyü kimi, X2 Xidmәtinin ##.##.2026-cı il tarixli, MN № ******* nömrәli “inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında” qәrarı әsassız olaraq tәrtib edilmişdir. Əmәk Mәcәllәsinin 176-cı maddәsinin 1-ci hissәsinә әsasәn, hәr dәfә әmәk haqqı verilәrkәn tutulan bütün mәblәğlәrin ümumi miqdarı işçiyә verilmәli olan әmәk haqqının iyirmi faizindәn vә müvafiq qanunvericilikdә nәzәrdә tutulmuş hallarda isә әlli faizindәn artıq ola bilmәz. Qeyd edilәn maddә işçinin әmәk haqqından mәcburi tutulmaları, yәni onun razılığı olmadan hәyata keçirilәn tutulmaların hәddi ilә bağlıdır. Yәni, Əmәk Mәcәllәsinin 176-cı maddәsinin 1-ci hissәsindә nәzәrdә tutulmuş mәhdudiyyәtlәr işçinin iradәsindәn vә razılığından asılı olmayaraq hәyata keçirilәn tutulmaların hәddi ilә bağlıdır. Ancaq Əmәk Mәcәllәsinin 175-ci maddәsinin 6cı hissәsindә müәyyәn edilmiş qaydaya әsasәn, işçinin әmәk haqqından 50 faizdәn çox tutulmaların hәyata keçirilmәsi dә mümkündür. Mәsәlәn, ölkәmizdә “xxxx” ASC vә digәr şirkәtlәr tәrәfindәn “hәyatın yaşam sığortası” növündә sığorta hәyata keçirilir. “Hәyatın yaşam sığortası” qaydalarına uyğun olaraq sığortaolunanın aylıq әmәk haqqının 45 %-dәn çox olmayaraq tutulma hәyata keçirilmәklә sığorta şirkәtinә köçürülür. Bundan әlavә әmәk haqqının 45% mәblәği sığorta şirkәtinin xeyrinә tutulduqdan sonra, qalan mәblәğdәn icbari tutulmalar hәyata keçirilir. Nәticә etibarı ilә işçinin aylıq әmәk haqqının 50%-dәn çox hissәsindә tutulmalar edilir vә qalan mәblәğ ona ödәnilir. Əgәr bu situasiyada da Əmәk Mәcәllәsinin 176-cımaddәsinin 1-ci hissәsini tәtbiq edilsә, belә çıxır ki, şәxsin әmәk haqqından “hәyatın yaşam sığortası” üzrә tutulmaların edilmәsi dә qanunsuzdur. Belәliklә hesab edir ki, Əmәk Mәcәllәsinin 176-cı maddәsinin 1-ci hissәsindә nәzәrdә tutulmuş mәhdudiyyәtlәr işçinin әmәk haqqından mәcburi tutulmalarla bağlıdır vә könüllü tutulmalar üzrә bu qaydalar qüvvәdә olmamalıdır. AR Əmәk Mәcәllәsinin 175-ci maddәsinin 6-cı hissәsinә әsasәn, işçinin әrizәsindә göstәrdiyi mәblәğdә vә müddәtlәrdә әmәk haqqının müvafiq hissәsi kommunal xәrclәrin, bankdan aldığı ssudaların, kreditlәrin vә digәr şәxsi borclarının ödәnilmәsi üçün tutularaq kreditorlara göndәrilә bilәr. Hazırki mübahisә üzrә N.Mikayıllı ##.##.2025-ci il tarixli әrizәsi ilә müәssisәyә 1256 manat mәblәğindә zәrәr vurduğunu etiraf etmiş vә hәmin mәblәğin onun әmәk haqqından tutulmasına etirazının olmadığını bildirmişdir. Hәmin әrizә әsasında “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli *** nömrәli әmri ilә N.Mikayıllının әmәk haqqından tutulmaların edilmәsi qәrara alınmışdır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vә nümayәndәsi Vәkil apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, şikayәtin tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının vә X2 Xidmәtinin Bakı şәhәr Idarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında X2 Xidmәtinin nümayәndәsi nümayәndә1 apellyasiya şikayәtinә etiraz edәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası X2 Xidmәtinin Bakı şәhәr Idarәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrara әsasәn işçi X1 ilә işәgötürәn Qәrardan şikayәt verәn orqan (şәxs) arasında bağlanmış әmәk müqavilәsinә ##.##.2025-ci il tarixdә Əmәk Mәcәllәsinin 172-ci maddәsinin tәlәblәri pozularaq son haqq-hesab ödәnilmәmişdir. Nәticәdә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsindә nәzәrdә tutulmuş inzibati xәta törәdilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) 700 manat mәblәğindә şәrti olaraq cәrimә edilmişdir. Iş materiallarında olan X1 tәrәfindәn “xxxx” Qapalı Sәhmdar Cәmiyyәtinә yazılmış әrizәdәn görünür ki, әmәllәri nәticәsindә şirkәtә vurduğu 1256 manat maddi ziyana görә mәsuliyyәt daşıyır. Hәmin mәblәğin aylıq әmәk haqqından tutulmasına kömәklik göstәrilmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsindә әsasәn Işçinin әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, әmәk qanunvericiliyindә nәzәrdә tutulmuş müavinәt vә digәr ödәnişlәrin әmәk qanunvericiliyinә uyğun olaraq ödәnilmәmәsinә vә ya tam ödәnilmәmәsinә görә - vәzifәli şәxslәr yeddi yüz manatdan min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 176-cı maddәsinin 1-ci bәndinә әsasәn hәr dәfә әmәk haqqı verilәrkәn tutulan bütün mәblәğlәrin ümumi miqdarı işçiyә verilmәli olan әmәk haqqının iyirmi faizindәn vә müvafiq qanunvericilikdә nәzәrdә tutulmuş hallarda isә әlli faizindәn artıq ola bilmәz. Hәmin Mәcәllәnin 176-cı maddәsinin 2-ci bәndinә әsasәn әmәk haqqından bir neçә icra sәnәdinә әsasәn mәblәğlәr tutularkәn, bütün hallarda işçinin әmәk haqqının әlli faizi saxlanmalıdır. Hәmin Mәcәllәnin 176-cı maddәsinin 3-cü bәndinә әsasәn bu maddәnin birinci vә ikinci hissәlәri ilә müәyyәn edilmiş mәhdudiyyәtlәr islah işlәri çәkәrkәn habelә alimentlәrin tutulması, sağlamlığa vurulmuş ziyanın ödәnilmәsi, ailәni dolandıranın itkisi nәticәsindә zәrәr çәkmiş şәxslәrә vurulmuş ziyanın ödәnilmәsi vә cinayәt nәticәsindә vurulmuş ziyanın ödәnilmәsi zamanı işçiyә verilәn әmәk haqqından mәblәğlәrin tutulmasına şamil edilmir. Mәhkәmә hesab edir ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsinin dispozisiyasında göstәrilәn xüsusatlar Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә öz әksini tapmışdır. Belә ki, işin hallarından görünür ki, işçi X1 ilә işәgötürәn Qәrardan şikayәt verәn orqan (şәxs) arasında bağlanmış әmәk müqavilәsinә ##.##.2025-ci il tarixdә Əmәk Mәcәllәsinin 172-ci maddәsinin tәlәblәri pozularaq son haqq-hesab ödәnilmәmişdir. Ona görә dә mәhkәmә hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vә nümayәndәsi Vәkil birinci instansiya mәhkәmәsinin qәrarının vә inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsinә dair apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Hәmin Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. O da qeyd edilmәlidir ki, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X2 Xidmәtinin Bakı şәhәr Idarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 192.4-cü maddәsi ilә tәqsirli bilinәrәk, 700 (yeddi yüz) manat mәblәğindә cәrimә edilmişdir ki, bu da onun tәqsirli bilindiyi maddәdә vәzifәli şәxs üçün müәyyәn olunmuş cәrimә mәblәğinin aşağı hәddidir. Belәliklә, mәhkәmә hesab edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vә nümayәndәsi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtindә göstәrilәn dәlillәr әsasında birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur. Ona görә dә, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin vәkili vә nümayәndәsi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar