Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-436/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ## ##### 2026-ci il tarixdә, saat 07:10-da “BH-303” bort markalı, “Taxta” tipli, “Yamaha-55/55” mühәrrikli üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan rәsmilәşdirilmәmiş Siyәzәn rayonunda yerlәşәn Böyük Hәmyә sahil nәzarәt bölmәsinin xidmәti әrazisindә sәrhәd sularında su-sәrhәdboyu rejim qaydalarını pozduğuna görә barәsindә Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin 5-ci (Sumqyaıt) sahil nәzarәt şöbәsinin 30-cu (Böyük Hәmyә) sahil nәzarәt bölmәsinin rәisi Nümayәndә tәrәfindәn ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunub baxılması üçün Siyәzәn Rayon Mәhkәmәsinә tәqdim olunmuşdur. Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı (hakim G.Quluzadә) ilә ## ###### 1987-ci il tarixdә Şabran rayonunun Yenikәnd kәndindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, evli, fәrdi qaydada balıqçılıq fәaliyyәti ilә mәşğul olan, Siyәzәn rayonunun Yenikәnd kәndindә qeydiyyatda olmaqla, yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs(fәrdi identifikasiya nömrәsi *******) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 300 (üç yüz) manat mәblәğindә cәrimә edilmәsi qәrara alınmışdır. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrardan apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsini, inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, onun mәhkәmә iclasında vermiş olduğu izahatında әslindә hansısa bir şәkildә nәyisә etiraf etmәyi, özünü tәqsirli bilmәyi olmamışdır. Ola bilәr ki, nәyisә “etiraf etmişdir”, ancaq bunu savadsızlığıyla әlaqәlәndirmiş vә faktiki olaraq mahiyyәtini anlamamışdır. Bildirir ki o, balıqçıdır vә kiçik hәcmli balıqçı gәmisini etibarnamә әsasında idarә edir. Qeyd edilәn tarixdә vә saatda bәlkә dә o, Xәzәr dәnizinә daxil olmuşdur, lakin hәr hansı bir DSX әmәkdaşı ilә rastlaşmamış vә eyni zamanda dәnizә daxil olub çıxdıqdan sonra hәr hansı bir şәxslәrlә dә ünsiyyәtdә olmamışdır. Ərazidә xidmәt aparan sәrhәdçilәr tәrәfindәn hәr hansı bir irad eşitmәmişdir. Bundan әlavә 29 aprel tarixindә hәr hansı bir protokolun tәrtib edilmәsi vә ya tәrtib edilmiş protokolu imzalama vә yaxud da imzalamaqdan imtina etmәk hadisәsi dә baş vermәmişdir. Onun sәrhәd nәzarәtini hәyata keçirәn şәxslәr tәrәfindәn saxlanılması faktı isә ümumiyyәtlә baş vermәmişdir. Əgәr belә bir hal baş vermişdirsә, o zaman qeyd edilәn fakt foto vә ya video çәkilişlә sübut qismindә mәhkәmәyә tәqdim edilmәli idi. Bu olmadığı halda isә mәhkәmәnin qәrar vermәsi vә sübut tәqdim edilmәdәn mәhkәmәnin belә bir qәrara gәlmәsi hesab edir ki, doğru hesab edilә bilmәz. İzahatında göstәrdiyi halların heç biri baş vermәmişdir. Protokol ümumiyyәtlә onun iştirakı ilә tәrtib edilmәmiş, ona imzalamaq üçün tәqdim edilmәmiş vә bununla bağlı ona nәsә deyilmәmişdir. Onun yalnız Siyәzәn Rayon Mәhkәmәsindәn ona bildiriş gәldiyi halda mәlumatı olmuşdur. Onun dәnizә girib çıxması ilә bağlı mәlumatı olmasa da bunu sübut etmәk vәzifәsi mütlәq şәkildә inzibati xәta haqqında protokolu tәrtib edәn orqanın üzәrindәdir. Bununla bağlı zәruri sübut hesab edilә bilәn sәnәdlәr onun hәmin gün dәnizә giriş-çıxışını tәsdiqlәyә bilәcәk xüsusi texniki vasitәlәrlә aşkarlanması tәqdim edilmәli idi. Ən azından onun hәmin gün hәmin saatda orada olmağını tәsdiq edә bilәcәk hәr hansı foto vә videogörüntülәr tәqdim edilmәli idi. Heç bir sübut ortaya qoyulmamış vә sadәcә inzibati orqan tәrәfindәn qәrәzli şәkildә tәrtib edilmiş protokol, onun guya hәmin protokolu imzalamaqdan imtina etmәyi vә o cümlәdәn izahat vermәkdәn imtina etmәyinә dair mötәbәr sübut hesab edilә bilmәz. Sәrhәd naryadı yalnız onların dәnizdәn çıxdıqları saatı rәsmilәşdirmәklә, giriş saatını mәhz onların demәlәrinә uyğun vә ya özlәri tәrәfindәn mәqbul hesab edilәn saata uyğun qeyd etmişdir. Mәhkәmә eyni zamanda müәyyәn etmәyә borclu idi ki, tәrtib edilmiş protokol hәqiqәtәn dә faktiki әsaslara uyğun şәkildә hәqiqәtә әsaslanmaqla dürüstcәsinә tәrtib edilmişdir.Hesab edir ki, mәhkәmәnin gәldiyi qәnaәt vә qәbul etdiyi qәrar әsassız vә әdalәtsizdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq Dövlәt Sәrhәd Xidmәti Sahil Mühafizәsinin 5-ci (Sumqayıt) sahil nәzarәt şöbәsinin nümayәndәsi vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasına gәlmәmişlәr. Mәhkәmә onların iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәmәlidir. Belə ki, iş materiallarında olan inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, ##.##.2026-cı il tarixdә, saat 07:10-da 30-cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinin 76-cı yanalma körpüsündә "ÜVR/ƏBQ” sәrhәd naryadı xidmәti tәşkil edәn sәrhәd naryad başçısı-30cu (Böyük Hәmyә) sahil nәzarәti bölmәsinin rәisi Nümayәndә, sәrhәd naryadı üzvlәri-hәmin bölmәnin nәzarәtçi-sürücüsü R Vüqar Paşayev vә R Elfaq Baxşәlizadә tәrәfindәn "BH-303” bort markalı, "Taxta” tipli, "Yamaha-55/55” mühәrrikli, 2 nәfәr hәyәt üzvü olan üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan rәsmilәşdirmәmiş icazәsiz rejim sularına daxil olduqları aşkar edilәrәk aidiyyәti üzrә mәlumat verilmiş, habelә qeyd olunan üzmә vasitәsi saat 10:00-da 76-cı yanlama körpüsünә yan alarkәn sәrhәd naryadları tәrәfindәn saxlanılaraq baxış keçirilmiş, hәmçinin yuxarıda qeyd olunan üzmә vasitәsinin heyәt üzvlәri Siyәzәn rayon sakinlәri ##.##.1973-cü il tәvәllüdlü X1 (AA4595111), ##.##.1987-ci il tәvәllüdlü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (AA*******) olması müәyyәn edilmiş vә baxış zamanı qayıqda 3 kisәdә qanunsuz balıqovlama vasitәsi olan sintetik tor aşkar edilmişdir. Ad çәkilәn vәtәndaşlara müvafiq sәnәdlәri olmadan rәsmilәşdirilmiş icazәsiz rejim sularına daxil olduqları vә qanunsuz balıqovlama vasitәsi olan sintetik toru tәhvil vermәlәri izah olunaraq, 30-cu (Böyük Hәmyә) SNBnә dәvәt olunsalar da, vәtәndaşlar sahil nәzarәti bölmәsinә gәlmәkdәn, yazılı izahat vermәkdәn vә sintetik toru tәhvil vermәkdәn imtina etmişdirlәr. Belәliklә saat 10:40-da sәrhәd rejim qaydalarını pozduqları üçün birtәrәfli qaydada rejim pozucusu qismindә sәnәdlәşdirilmişdir. ## ##### 2026-cı il tarixdә Azәrbaycan Respublikasının Dövlәt Sәrhәd Xidmәtinin Sahil Mühafizәsinin 5-ci Sumqayıt sahil nәzarәti şöbәsinin 30-cu Böyük Hәmyә sahil nәzarәti bölmәsinin әmәkdaşlarının iştirakları ilә tәrtib edilmiş ** nömrәli aktdan görünür ki, ## ##### 2026-cı il tarixdә 30-cu Böyük Hәmyә sahil nәzarәti bölmәsinin xidmәti әrazisindә su-sәrhәd rejim qaydalarını pozmuş X1 vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs heç bir әsas gәtirmәdәn barәlәrindә tәrtib olunmuş inzibati xәta haqqında sәnәdlәri imzalamaqdan vә izahat vermәkdәn imtina etmişlәr. Azәrbaycan Respublikası İXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İnzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir (İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsi). İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir (İXM-nin 76.1-ci maddәsi). Hәmin Mәcәllәnin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 571-ci maddәsinin mәzmununa görә Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni sәrhәd çaylarının, göllәrin vә başqa sututarların, Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә balıqçılıq, ovçuluq, elmi-tәdqiqat, idman gәmilәrinin, motorlu vә motorsuz başqa gәmilәrin vә digәr üzәn vasitәlәrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülәrindәn dәniz vә digәr sututarların sularına çıxması, orada olması, üzmәsi vә geri qayıtması qaydalarının pozulmasına, göstәrilәn sularda icazә olmadan vә ya belә icazә olduqda, lakin müәyyәn edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tәdqiqat vә axtarış fәaliyyәtinin hәyata keçirilmәsinә görә gәmi vә ya digәr üzәn vasitә müsadirә edilmәklә vә ya edilmәmәklә fiziki şәxslәr iki yüz әlli manatdan üç yüz әlli manatadәk mәblәğdә, vәzifәli şәxslәr dörd yüz әlli manatdan altı yüz әlli manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ####### 1992-ci il tarixli, *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş Azәrbaycan Respublikası әrazi vә daxili sularında özü hәrәkәt edәn vә özü hәrәkәt etmәyәn üzmә vasitәlәrin saxlanılması Qaydalarının (* nömrәli әlavә) 11-ci bәndinә әsasәn rejim sularında üzmәk üçün üzmә vasitәlәrin dәnizә çıxmasına yalnız üzmә vasitәsi sahibi tәşkilatların müdiriyyәtinin, onların müvafiq qaydada yoxladıqdan vә bu barәdә qabaqcadan (dәnizә çıxmağa azı 6 saat qalmış) Azәrbaycan Respublikası DSX-nә mәlumat verildikdәn, sәrhәd mühafizәsi orqanlarının yerli bölmәsinin әmәkdaşları tәrәfindәn yanalma körpüsündә (yerlәşmә mәntәqәsindә vә ya xüsusi ayrılmış başqa yerdә) üzmә vasitәsi heyәti üzvlәrinin şәxsiyyәtini tәsdiq edәn sәnәdlәr vә üzmә vasitәsi yoxlanıldıqdan, bu barәdә Dövlәt Sәrhәd Xidmәti tәrәfindәn verilmiş vәsiqәdә müvafiq qeyd edildikdәn sonra icazә verilir. Üzmәk üçün dәnizә çıxmağa icazә verilmәsi haqqında üzmә vasitәsi sahibi tәşkilatın nümayәndәsi üzmә vasitәlәrin getmә vә gәlmәsi barәdә jurnalda qeydiyyat aparır. Yuxarıda göstәrilәn sәnәdlәşdirmә olmadan üzmә vasitәsinin dәnizә çıxmağa ixtiyarı yoxdur. Hәmin Qaydaların 12-ci bәndinә әsasәn turistlәrin vә idmançıların dәnizә çıxmasına günün işıqlı vaxtında sәrhәd mühafizәsi orqanlarının verdiyi buraxılış әsasında qeydiyyatdan keçmiş özü hәrәkәt edәn vә özü hәrәkәt etmәyәn üzmә vasitәlәrdә, qaranlıq düşәnә qәdәr müәyyәn olunmuş körpüyә vә baza mәntәqәsinә qayıtmaq şәrtilә icazә verilir. Sahildәn 2 milә qәdәr aralanmaqla dәnizә çıxmağa icazә verilir. Hәmin Qaydaların 13-cü bәndinә әsasәn gecә-gündüz, gündәlik balıq tutma ilә mәşğul olan rejim sularında digәr işlәri görmәyә sәrhәd mühafizәsi orqanlarının razılığı ilә, yalnız üzmә vasitәsi yola düşәrkәn mәlumat verildiyi hallarda yol verilir. Ov rayonunun dәyişilmәsi haqqında üzmә vasitәsinin Rı (böyük briqadir) yaxındakı sәrhәd bölmәsinә, yaxud sәrhәd qayığına vaxtında mәlumat verilmәlidir. 10 millik tәnzimlәnәn balıqçılıq zonasının hüdudundan o yana gündәlik balıq ovuna çıxmaq haqqında tәşkilatlar sәrhәd mühafizәsi orqanlarına vaxtında mәlumat verirlәr. Çoxgünlük balıq ovuna çıxan bütün balıqçı üzmә vasitәlәri (üzmә vasitәsi qrupu) lazımi rabitә vasitәlәrilә tәmin olunmalıdırlar. Apellyasiya Mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, birinci instansiya mәhkәmәsi işin bütün hallarını hәrtәrәfli vә obyektiv araşdırmış, qanuni üsullarla toplanmış sübutlara düzgün hüquqi qiymәt verәrәk Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası İnzibati Хәtalar Mәcәllәsinin 571-ci maddәsi ilә tam doğru tövsif etmişdir. İşin faktiki hallarına dair gәlinәn nәticә qanuni vә әsaslı olduğundan, apellyasiya şikayәtindә irәli sürülәn dәlillәr qәrarın lәğv edilmәsi vә ya icraata xitam verilmәsi üçün әsas sayıla bilmәz. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının sәrhәd sularında, yәni Xәzәr dәnizinin Azәrbaycan Respublikasına mәnsub olan bölmәsindә yanalma körpüsündәn icazәsiz vә rәsmi sәnәdi olmadan dәniz sularına çıxaraq su-sәrhәd rejim qaydalarını pozmuşdur. Eyni zamanda iş materiallarında olan video görüntülәrdәn dә görünür ki, "BH-303” bort markalı, "Taxta” tipli, "Yamaha-55/55” mühәrrikli, 2 nәfәr hәyәt üzvü olan üzmә vasitәsinin müvafiq sәnәdlәri olmadan rәsmilәşdirmәmiş icazәsiz rejim sularına daxil olduqları aşkar edilmiş vә üzmә vasitәsi saat 10:00-da 76-cı yanlama körpüsünә yan alarkәn sәrhәd naryadları tәrәfindәn saxlanılaraq baxış keçirilmişdir. Hәmçinin yuxarıda qeyd olunan üzmә vasitәsinin heyәt üzvlәri Siyәzәn rayon sakinlәri ##.##.1973-cü il tәvәllüdlü X1 (AA4595111), ##.##.1987ci il tәvәllüdlü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (AA*******) olması müәyyәn edilmiş vә baxış zamanı qayıqda 3 kisәdә qanunsuz balıqovlama vasitәsi olan sintetik tor aşkar edilmişdir. Bundan başqa Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özü dә birinci instansiya mәhkәmәsindә özünü İXM-nin 571-ci maddәsi ilә tәqsirli bilәrәk izahatında göstәrmişdir ki, inzibati xәta hadisәsi Xidmәtinin Sahil Mühafizәsinin 5-ci Sumqayıt sahil nәzarәti şöbәsinin 30-cu Böyük Hәmyә sahil nәzarәti bölmәsinin rәisi Nümayәndә izahatında göstәrdiyi kimi baş vermişdir. O, üzmә vasitәsinin heyәt üzvlәri ilә birlikdә mütәmadi olaraq balıq ovlamaq mәqsәdi ilә rejim sularına daxil olsa da, hadisә baş verәn vaxt “balıq torlarını” yığmaq üçün daxil olmuşlar. Əmәlindәn peşmançılıq hissi keçirmәsinin nәzәrә alınmasını xahiş etmişdir. Belәliklә yuxarıda göstәrilәnlәri nәzәrә alaraq apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İXM-nin 133-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İXM-nin 571-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәta haqqında material üzrә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İXM-nin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-436/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-436/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver