Məhkəmə qərarları › İş №3(3-8)-441/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-441/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-441/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Bilal Mahir oğlunun sədrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X13 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından X7 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X1” MMC-də ## ###### 2025-ci il tarixdə əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən cəmiyyət tərəfindən təsdiq edilmiş baş operatorun “ƏM və TT üzrə” Təlimatının “Komanda Idarəetmə” bölməsinin 2-ci abzasının tələblərinin yerinə yetirilməməsi nəticəsində X2 az ağır zərər vurulmuş, bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində X7 Xidmətinin X14 baş müfəttişi X3 tərəfindən ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXMnin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir (hakim Günel Quluzadə). X4 Müfəttişliyi Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya şikayəti verərək, mübahisəli qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bədbəxt hadisə ##.##.2025-ci il tarixdə, saat 1030 radələrində “X1” MMC-nin JWELL X6 avadanlığının istehsal xəttində, X2 əlindən mikserli bunkerinə düşmüş təsərrüfat bıçağını almağa cəhd edərkən əlinin işlək vəziyyətdə olan mikserin fırlanan hissəsinə toxunması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin məhkəmə tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, *** saylı rəyinə əsasən X2 bədəni üzərində sağ əlin IV-V barmaqlarının əzilmiş-didilmiş yaraları və sağ V əl-daraq sümüyünün çəp xətti sınığı aşkar edildiyi, həmin xəsarətlərin bərk küt əşyanın təsirindən törəndiyi, törəmə müddətinin ## ###### 2025-cı il tarixə uyğun gəldiyi və səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edildiyi, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, **/**** saylı rəyinə əsasən “X1” MMC-nin boruların istehsalı üçün nəzərdə tutulmuş avadanlığın (bunkerin) təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərində qoruyucu vasitələrin təchiz olunmaması hadisənin baş verməsinin səbəbi olduğu, “Istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DÜST”-ün 1.2-ci, 2.1.5-ci bəndlərinin tələblərinin avadanlığın texniki cəhətdən saz vəziyyətdə saxlanmasına cavabdeh olan şəxs tərəfindən pozulduğu qeyd edilmişdir. Həmçinin, təhqiqat komissiyası alınmış izahatlardan və toplanmış sənədlərdən müəyyən etmişdir ki, Ə.Ziyaddinov ##.##.2025-ci il tarixdə saat 10:30-da Cəmiyyətin istehsal sahəsində plastik boru istehsalında istifadə olunan xammalın "JWELL" X6 giriş hissəsində yerləşən mikserli bunkerə boşaldılması işini həyata keçirmişdir. Həmin vaxt xammal kisəsinin ağzını açmaq üçün istifadə etdiyi təsərrüfat bıçaqı ehtiyatsızlıqdan Ə.Ziyaddinovun əlindən bunkerə və daha sonra isə sürüşərək bunker ilə mikser arasındakı qoruyucu barmaqlığın arakəsməsindən mikserin fırlanan hissəsinin yaxınlığına düşmüşdür. Ə.Ziyaddinov bıçağın işlək vəziyyətdə olan avadanlığın mikser sahəsinin daxilinə keçməsinin qarşısını almaq üçün mikseri "stop" düyməsi vasitəsilə söndürmədən bədənin refleks hərəkəti nəticəsində bıçağı dərhal almağa cəhd etmişdir. Bu zaman O, bunker ilə mikser arasındakı qoruyucu barmaqlığın 6 sm-lik arakəsməsindən əlini salaraq mikserin firlanan hissəsinin yaxınlığına düşmüş bıçağı almağa cəhd etmiş, nəticədə sağ əlinin IV-V barmaqları işlək vəziyyətdə olan mikserin fırlanan hissəsinə toxunaraq ona xəsarət yetirmişdir. Həmin vaxt işə rəhbərlik edən baş operator Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, istehsalat rəisi V.Vəliyev Ə.Ziyaddinovdan beş metr yaxınlıqda istehsal prosesinə və işçilərə nəzarət etməklə yanaşı digər istehsal xəttinin tənzimlənməsi işləri ilə məşğul olmuşlar. Bununla da müəyyən olunur ki, hadisə istehsal xəttinin və ya avadanlığın nasazlığından, işə və işçilərə nəzarət edən şəxslərin texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində deyil, Ə.Ziyaddinovun özünün ehtiyatsızlığından bıçağı götürmək məqsədilə əlini avadanlığın qoruyucu barmaqlıqları arasından işlək vəziyyətdə olan mikserin fırlanan hissəsinin yaxınlığına salması nəticəsində baş vermişdir. Bununla da Ə.Ziyaddinov tərəfindən "X1" MMC-nin rəhbərliyi tərəfindən ##.##.2025ci il tarixdə təsdiq edilmiş "Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Təlimat"ının 4-cü hissəsinin (Iş zamanı təhlükəsizlik tələbləri) ikinci abzasının (Fırlanan hissələrə yaxınlaşmaq və müdaxilə etmək qadağandır.) və dördüncü abzasının (Xammal əlavə edərkən ehtiyatlı olmaq lazımdır (tozlanma və buxarlanma riski). Dəmir barmaqlıqdan olan qoruyucudan içəri əl salmaq olmaz. Yad cism düşərsə abadanlıq dayandırılmalı və sonra avadanlığın müdaxilə edilib yad cism çıxarıla bilər və yaxudda təmirə ehtiyac olduğu halda dəmir barmaqlığı açma üçün avadanlığa cavabdeh şəxsə bildirmək lazımdır. Icazə verildiyi halda barmaqlıq açıla bilər.) tələblərinə riayət edilməmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X1" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş baş operatorun "Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Təlimat"ının “Komanda idarəetməsi” bölməsinin 2-ci abzasının (Iş intizamına nəzarət) tələblərinə riayət etməmişdir. Nəticədə “X1” MMC-nin operator köməkçisi X2 ##.##.2025-ci il tarixdə saat 10:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin ## ##### 2026-cı il tarixli tədqiqat aktının 6.1 və 6.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində tədqiqat aktının 4.1-ci bəndinə əsasən “X1” MMC-nin operator köməkçisi X2 ehtiyatsızlığı, 4.2-ci bəndinə əsasən “X1” MMC-nin baş operatoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin iclasında X7 Xidmətinin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayəti əsaslı olduğundan şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil bildirdi ki, iş materiallarında olan təqdim edilmiş videogörüntüdən hadisənin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzarətsizliyi səbəbindən deyil, Əli Ziyaddinovun diqqətsizliyi səbəbindən baş verdiyi, görünür ki, belə olan halda birincinin məsuliyyətə cəlb edilməsi əsassız olardı. Bundan əlavə, məlum hadisə ilə bağlı əvvəl cəmiyyətin Qəzənfər adlı əməkdaşı barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün məhkəməyə təqdim edilmiş və iş üzrə icraata birinci və apellyasiya instansiyasında xitam verilmişdir. Odur ki, qeyd olunanlara əsasən əvvəlki məhkəmə aktlarının preyudisiallığı nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi inzibati icraat üzrə qərar qəbul edərkən işin materiallarını mahiyyəti üzrə araşdırmış, inzibati məsuliyyətə cəlb edilmənin əsası olan qanunvericiliyin tələblərinə riayət etmişdir. Belə ki, iş materiallarında olan: “X1” MMC tərəfindən təsdiq edilmiş “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Baş Operatorun Təlimatı”nın “Komanda Idarəetməsi” adlanan 10-cu bölməsinin 2-ci absazına əsasən iş intizamına nəzarət baş operatorun vəzifəsidir. “X1” MMC-nin direktoru Məhəmməd Abbasov və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında bağlanmış əmək müqaviləsinin işçinin əmək funksiyası adlanan 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyaları aşağıdakı kimi sadalanmışdır: avadanlıqların günlük baxış və təmizliyinə nəzarət edir; avadanlıqlarınn qəlib dəyişdirmə prosesində iştirak edir; növbəni təhvil-təslim edərkən məsul olduğu sahənin təmizliyinə və istehsalın prosesə uyun gedişinə nəzarət edir; dəzgahları düzgün nizamlayaraq istehsalat prosesinə nəzarət edir; polietilen boru avadanlığının elektrik qızdırıcılarının lazimi temperaturda və cərəyan şiddətində işləməsinə diqqət edir və tənzimləyir; məhsulun iş yerində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır; növbə ərzində məhsulun verilən keyfiyyətdə və sayda istehsalına nəzarət edir. Təhqiqat komissiyasının sədri A.Q.Şalbuzov, üzvləri Q.C.Nadirov və Ç.Ə.Zeynalova tərəfindən imzalanmış “X1” MMC-nin operator köməkçisi X2 ##.##.2025-ci il tarixdə saat 10:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin ## ##### 2026-cı il tarixli tədqiqat aktının 6.1 və 6.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində tədqiqat aktının 4.1-ci bəndinə əsasən “X1” MMC-nin operator köməkçisi X2 ehtiyatsızlığı, 4.2-ci bəndinə əsasən “X1” MMC-nin baş operatoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəzarətsizliyinə görə cavabdehliyi müəyyən edilmişdir. Hadisəni əks etdirən “WhatsApp Video 2026-06-09 at 15.08.43.mp4” videogörüntüdən görünür ki, ## ###### 2025-ci il tarixdə X2 istehsalat sahəsində əmək funksiyasını həyata keçirən zaman 10:26:13-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona yaxınlaşır, habelə 10:26:25-ə kimi sonuncu birincinin işinə nəzarət edir, 10:26:28-də isə bədbəxt hadisə baş verir. Siyəzən Rayon Məhkəməsinin baş vermiş eyni inzibati xəta hadisəsi ilə bağlı cəmiyyətin sətəm üzrə inspektoru X5 barəsində Azərbaycan Respublikası IXM-nin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilməsinə dair *(*-***)-**/**** saylı ## #### 2026-cı il tarixli qərarından görünür ki, onun əməlində inzibati xəta tərkibi olmadığı qənaətinə gəlinmiş və iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardan verilmiş apellyasiya protesti isə Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-*)- ***/**** saylı qərarı ilə təmin edilməmişdir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, şikayətin dəlillərini öyrənərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə qərar dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respbulikasının IXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının IXM-nin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respbulikasının IXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respbulikasının IXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respbulikasının IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş intizamına və ya texniki təhlükəsizlik qaydalarına nəzarətsizlik etməsi sübuta yetirilməmiş, əksinə onun öz əmək funksiyasını hadisə anınadək vicdanla icra etdiyi və bədbəxt hadisənin zərərçəkənin anidən etdiyi ehtiyatsızlıqdan baş verdiyi tam təsdiqini tapmışdır. Bu səbəbdən onun əməlində inzibati xəta tərkibi yoxdur. Apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, eyni faktiki hallara malik olan bədbəxt hadisə ilə bağlı əvvəkli məhkəmə qərarlarında iş üzrə müəyyən edilmişdir ki, baş vermiş hadisə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs da daxil olmaqla cavabdeh şəxslərin nəzarətsizliyindən deyil, bilavasitə işçinin fərdi ehtiyatsızlığından qaynaqlanmışdır. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fərqli hüquqi yanaşma ilə təqsirli bilinməsi məhkəmə təcrübəsinin və hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Apellyasiya instansiya məhkəməsi inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sübutları bir daha təhlil edib, apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının IXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmaması əsası ilə iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, X7 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməməli, məhkəmənin mübahisə edilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən o cümlədən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar