Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-442/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin nümayәndәsi Nümayәndә iştirakı ilә «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 482.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından «xxxx» MMC tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә “xxxx” MMC Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 482.1-ci maddәsi ilә tәqsirli bilinsin, inzibati xәtanın bilavasitә obyekti olmuş 1 әdәd “SBER65UQ5233 165 diaqonal” markalı, 1 әdәd “SAMSUNG UE43RU7410 109 diaqonal” markalı, 1 әdәd “SAMSUNG QE55Q8CNAU 140 diaqonal” markalı televizorların müsadirә edilmәsi vә iş üzrә ekspertiza xәrci olan 120 (yüz iyirmi) manat rüsum xәrcinin hüquqi şәxs “xxxx” MMC tәrәfindәn ödәnilmәsi qәrara alınmışdır (hakim Əli Cәlilov). Işin halları: Xaçmaz Gömrük Idarәsinin әmәliyyat vә tәhqiqat şöbәsinin tәhqiqatçısı X2 tәrәfindәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikasının IXM-nin 482.1-ci maddәsi ilә ## ##### 2026-ci il tarixli, № *****-04162/26 nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir ona görә ki, ##.##.2026-ci il tarixdә, Rusiya Federasiyasından “Samur” Gömrük postunun idxal gömrük nәzarәt xәttinә daxil olan Azәrbaycan Respublikası vәtәndaşı X1 idarә etdiyi “Mercedes-Benz Sprinter” markalı, **TC*** dövlәt nömrә nişanlı nәqliyyat vasitәsi ilә Rusiya Federasiyasında qeydiyyatda olan “xxxx” MMC-dәn Azәrbaycan Respublikası Şәmkir rayonu, Dәllәr ŞTQ ünvanında qeydiyyatda olan “xxxx” MMC-yә idxal olunan qarışıq ev әşyaları yükünә gömrük yoxlaması hәyata keçirilmişdir. Yoxlama zamanı yük müşayiәt sәnәdlәrindә qeyd olunmayan 1 әdәd “SBER 65UQ5233 165 diaqonal” markalı, 1 әdәd “SAMSUNG UE43RU7410 109 diaqonal” markalı, 1 әdәd “SAMSUNG QE55Q8CNAU 140 diaqonal” markalı televizorlar, 1 әdәd “ESSAN” markalı 10 çıxışlı kollektor avadanlığı aşkar olunaraq götürülmüşdür. Inzibati xәta haqqında protokol baxılması üçün Qusar Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətin dəlilləri: Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından «xxxx» MMC apellyasiya şikayәti verәrәk, Qusar Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә müsadirә olunmuş malların şirkәtә geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, şirkәt yeni yaranıb. Ilk fәaliyyәtlәri dövründә qarşılıqlı iş әlaqәsindә olduqları şirkәtin әmәkdaşının mәsuliyyәtsizliyi ucbatından müqavilә әsasında onlara Rusiya Federasiyasından daxil olarkәn gömrük bәyannamәsindә bәyan olunmuş mallar arasında qeyd olunan 3 әdәd televizor (1 әdәd SBER 65V25233 165 diaqonal, 1 әdәd Samsung UE43RU7410 109 diaqonal, 1 әdәd Samsung QE55Q8CNAU 140 diaqonal) hәmin әmәkdaşın sәhvindәn bәyan edilmәyib. Qusar Rayon Mәhkәmәsi ##.##.2026-cı il tarixdә şirkәtin heç bir tәmsilçisinin iştirakı olmadan qәrar verәrәk, hәmin mәhsulların müsadirә edilmәsi üçün qәrar qәbul edib. Bu barәdә nә elektron mәktub, nә rәsmi bildiriş, nә dә telefon zәngi ilә mәlumat almamışlar. Şirkәtin yeni yaranmasının, bәzi çәtinliklәrin olmaının nәzәrә alınıb mәsәlәyә yenidәn baxılması vә hәr hansı ödәniş nәticәsindә avadanlıqların geri qaytarılmasına kömәklik edilmәsi xahiş edilir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» MMC-nin nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinin dәlilәrinә uyğun izahat verәrәk, Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә vә müsadirә olunmuş malların şirkәtә geri qaytarılmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Xaçmaz Gömrük Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin sәbәbi barәdә mәlumat vermәmişdir. Mәhkәmә şikayәt üzrә işә nümayәndәnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsinin qәrarından görünür ki, mәhkәmә toplanmış sübutlarla inzibati xәtanın törәdilmәsinin tam sübuta yetirilmәsi vә törәdilmiş әmәlin IXM-nin 482.1-ci maddәsi ilә düzgün tövsif olunması qәnaәtinә gәlmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi qәnaәt әsaslıdır. Belә ki, iş materiallarında olan Xaçmaz Gömrük Idarәsinin әmәliyyat vә tәhqiqat şöbәsinin tәhqiqatçısı X2 tәrәfindәn “xxxx” MMC barәsindә Azәrbaycan Respublikasının IXMnin 482.1-ci maddәsi ilә tәrtib edilmiş ## ##### 2026-ci il tarixli, *****-*****/** nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, ##.##.2026-ci il tarixdә, Rusiya Federasiyasından “Samur” Gömrük postunun idxal gömrük nәzarәt xәttinә daxil olan Azәrbaycan Respublikası vәtәndaşı X1 idarә etdiyi “Mercedes-Benz Sprinter” markalı, **TC*** dövlәt nömrә nişanlı nәqliyyat vasitәsi ilә Rusiya Federasiyasında qeydiyyatda olan “xxxx” MMC-dәn Azәrbaycan Respublikası Şәmkir rayonu, Dәllәr ŞTQ ünvanında qeydiyyatda olan “xxxx” MMC-yә idxal olunan qarışıq ev әşyaları yükünә gömrük yoxlaması hәyata keçirilmişdir. Yoxlama zamanı yük müşayiәt sәnәdlәrindә qeyd olunmayan 1 әdәd “SBER 65UQ5233 165 diaqonal” markalı, 1 әdәd “SAMSUNG UE43RU7410 109 diaqonal” markalı, 1 әdәd “SAMSUNG QE55Q8CNAU 140 diaqonal” markalı televizorlar, 1 әdәd “ESSAN” markalı 10 çıxışlı kollektor avadanlığı aşkar olunaraq götürülmüşdür. Iş materiallarında olan Azәrbaycan Respublikası Ticarәt vә Sәnaye Palatası “Azәrekpertiza” Birliyinin ***/**-X nömrәli, 31 mart.2026-cı il tarixli ekspertiza aktına әsasәn ##.##.2026-cı il tarixli qәrara әsasәn araşdırma materialı üzrә hüquqpozma predmeti olan 1 әdәd “SBER 65UQ5233 165 diaqonal” markalı 4K Qled, smart televizoru 1300 (min üç yüz) manat, 1 әdәd “SAMSUNG UE43RU7410 109 diaqonal” markalı Led Smart 4K televizoru 350 (üç yüz әlli) manat, 1 әdәd “SAMSUNG QE55Q8CNAU 140 diaqonal” markalı 4k Qled Smart televizoru 850 (sәkkiz yüz әlli) manat tәşkil edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 482.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının gömrük sәrhәdindәn keçirilәn malların vә ya nәqliyyat vasitәlәrinin bәyan edilmәmәsinә görә, bu az miqdarda olduqda - inzibati xәtanın bilavasitә obyekti olan mallar vә nәqliyyat vasitәlәri müsadirә edilir, yaxud hәmin malların vә nәqliyyat vasitәlәrinin dәyәrinin qırx faizindәn altmış faizinәdәk mәblәğdә cәrimә edilir. Hüquqi şәxs “xxxx” MMC-nin 1 әdәd “SBER 65UQ5233 165 diaqonal” markalı, 1 әdәd “SAMSUNG UE43RU7410 109 diaqonal” markalı, 1 әdәd “SAMSUNG QE55Q8CNAU 140 diaqonal” markalı televizorları gömrük orqanına bәyan etmәdәn Azәrbaycan Respublikasının gömrük sәrhәdindәn keçirmәsi iş materiallarında olan inzibati xәta haqqında protokol vә digәr sәnәdlәrlә tam vә kifayәt qәdәr tәsdiq olunur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq, iş üzrә toplanmış sübutları qiymәtlәndirәrәk, «xxxx» MMC-nin AR IXM-nin 485.2-ci maddәsi ilә tәqsirli bilinmәsi vә inzibati xәtanın bilavasitә obyekti olan malların müsadirә edilmәsi qәnaәtinә gәlmişdir. Mәhkәmә hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri әsassız olmaqla mәsuliyyәtdәn yayınmaq mәqsәdi daşıyır. Iş üzrә müәyyәn olunmuş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tәlәblәrinә müvafiq qiymәt verәrәk mәhkәmә hesab edir ki, hüquqi şәxs «xxxx» MMC-nin IXM-nin 482.1-ci maddәsi ilә müәyyәn olunmuş inzibati xәtanı törәtmәsi vә hәmin әmәlә görә tәqsirli olması sübuta yetirilmişdir vә ona görә dә, birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Belәliklә, yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, apellyasiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә, şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 482.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Qusar Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. «xxxx» MMC tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-442/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-442/2026
13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver