Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-443/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 327.8-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2025-ci il tarixli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası İXM-nin 327.8-ci maddәsi ilә inzibati xәta haqqında protokol tәrtib olunaraq, baxılması üçün Sumqayıt Şәhәr Mәhkәmәsinә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә (hakim Elşad Əliyev) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs AR İXM-in 327.8ci maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, onun nәqliyyat vasitәsini idarә etmәk hüququ 06 (altı) ay müddәtinә mәhdudlaşdırılmışdır. Qeyd olunan qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, nәqliyyat vasitәsini idarә etmәk hüququnun 06 (altı) ay müddәtinә mәhdudlaşdırılması tәnbeh tәdbinin inzibati cәrimә ilә әvәz edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin qәrarı tәyin edilmiş inzibati tәnbehә münasibәtdә tam әsassızdır. Belә ki, sözügedәn inzibati xәtanın sanksiyasında tәyin olunan inzibati tәnbehdәn әlavә üç yüz manat mәblәğindә cәrimә dә nәzәrdә tutulmuşdur. Halbuki mәhkәmә işin faktiki hallarını nәzәrә almamış, nәzәrdә tutulan daha ağır inzibati tәnbeh tәtbiq etmişdir. İşin faktiki halları ondan ibarәtdir ki, törәdilәn hadisә ehtiyatsızlıqdan baş vermişdir vә qәsd mövcud deyildir. Hadisә baş verәn zaman sәrxoşluq vә ya digәr güclü tәsiredici maddәlәrin tәsir altında olmamışdır. Mәhkәmә öz qәrarında qeyd edir ki, mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdırılan hallar müәyyәn edilmәmişdir. Halbuki, әmәlindә AR-nın İXMnin 32.1.1 vә 32.1.7-ci maddәsindә nәzәrdә tutulmuş yüngüllәşdirici hallar mövcuddur. Belә ki, әmәlindәn peşmandır, zәrәçәkmiş şәxsdәn üzr istәmiş, vurulmuş maddi vә mәnәvi ziyanı könüllü olaraq ödәmişdir. Qeyd edir ki, zәrәrçәkmiş şәxsin dә şikayәti yoxdur. Aralarında barışıq da olmuşdur. Hadisәdәn dәrhal sonra ona kömәklik göstәrmişdir. Zәrәçәkmiş şәxsin ondan şikayәti vә ya hәr hansı bir tәlәbi yoxdur. İş Sumqayıt Şәhәr Mәhkәmәsinin icraatında olan zaman zәrәrçәkmiş şәxs mәhkәmә iclasına vaxtına gәlә bilmәmiş, bu sәbәbdәn dә qeyd etdiklәrini mәhkәmә iclas zalında bildirә bilmәmişdir. Hesab edir ki, apellyasiya mәhkәmәsindә işә baxılan zaman qeyd olunan hallar araşdırılaraq nәzәrә alınacaqdır. Hadisә ehtiyatsızlıqdan törәdilmişdir vә zәrәrçәkmiş şәxsә vurulan ziyan tәrәfindәn tam şәkildә ödәnilmişdir, heç bir şikayәt vә tәlәbi yoxdur. Qeyd olunanları әsas götürәrәk hesab edir ki, barәsindә maddәdә nәzәrdә tutulan daha yüngül inzibati tәnbeh yәni, cәrimә növündә inzibati tәnbeh tәtbiq edilmәlidir. Bildirir ki, sözügedәn cәrimәni ödәmәyә maddi imkanı yol verir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmә baxışı iclasında barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, şikayәtin tәmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, hadisә baş verәn gün bacısı rәhmәt getmişdir, hәyәcanlı olmuşdur. Cәrimә ödәmәyә imkanı vardır. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası DİN-nin Sumqayıt Şәhәr Dövlәt X1 nümayәndәsi vә zәrәrçәkmiş şәxs mәhkәmә iclasında iştirak etmәmişlәr, mәhkәmә nümayәndәnin vә zәrәrçәkmiş şәxsin iştirakları olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsi dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәlidir. Belә ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrardan görünür ki, ##.##.2026-cı il tarixdә saat 16:30-da Sumqayıt şәhәri TTYX-dan daxil olmuş mәlumata әsasәn Sumqayıt şәhәri, Sülh küçәsindә iki nәqliyyat vasitәsinin toqquşması nәticәsindә Hәsәnov Gündüz Sahib oğlu vә İsmayılov Ramal Maarif oğlu müxtәlif dәrәcәli xәsarәtlәr alaraq tibb müәsisәsinә müraciәt etmişlәr. Daxil olmuş mәlumat raport әsasında Sumqayıt ŞPİ-nin Törәdilmiş vә ya hazırlanan cinayәtlәr barәdә mәlumatların qeydiyyatı kitabı»nda 718 sayı ilә qeydiyyata alınaraq araşdırılması üçün icraata qәbul edilmişdir. Hadisә yerinә baxış protokolundan görünür ki, baxış keçirilәn vaxtı atmosfer şәraiti açıq, görünüş mәsafәsi 100-150 metr, yolun örtüyü vә vәziyyәti deffektsiz vә quru asfalt olmuşdur. Hadisәdә iştirakçı nәqliyyat vasitәlәri hadisәdәn öncә texniki cәhәtdәn saz vәziyyәtdә olmuşdur. Hadisә yeri-Sumqayıt şәhәri, Sülh-Koroğlu küçәlәrinin kәsişmәsindә yerlәşәn yolayrıcında qeydә alınmışdır. Hәmin yolayrıcı svetoforla tәnzimlәnir, yaxınlıqda piyada keçidi vardır. Hәmin yolda sәlahiyyәtli orqan tәrәfindәn 60 km/'saat sürәt hәddi müәyyәn edilmişdir. Baxış keçirilәn zaman nәqliyyat vasitәlәrinә aid detal vә şüşә hissәlәrin qırıntıları, tormz izi, qan vә qanabәnzәr lәkәlәr, elәcә dә iş üçün әhәmiyyәt kәsb edәn digәr izlәr aşkar edilmәmişdir. Baxış zamanı hadisә yerindәn heç bir әşya götürülmәmiş, ölçülmә 30 metrәlik ruletka ilә tәbii işıqlandırma şәraitindә aparılmışdır. İş materiallarında olan Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Mәhkәmә-Tibbi Ekspertiza vә Patoloji Anatomiya Birliyi PHŞ tәrәfindәn verilmiş *** nömrәli, ## ### 2026-cı il tarixli ekspert rәyindәn görünür ki, İsmayılov Ramal Maarif oğlunun almış olduğu xәsarәt küt әşyanın tәsirindәn yaranmışdır, Sumqayıt şәhәr TTYX-nın zәdә mәntәqәsinә müraciәt etdiyi vaxtdan az әvvәl olmaqla qәrarda göstәrilәn vaxtda vә şәraitdә, yәni 27.04.26-ci il tarixdә YNHsi zamanı әmәlә gәlә bilәrdi vә dәrәcәsinә görә sağlamlığın qısa müddәtә pozulmasına sәbәb olan sağlamlığa yüngül zәrәrvurmaya aiddir. İş materiallarında Azәrbaycan Respublikası Sәhiyyә Nazirliyi Mәhkәmә-Tibbi Ekspertiza vә Patoloji Anatomiya Birliyi PHŞ tәrәfindәn verilmiş *** nömrәli, ## ### 2026-cı il tarixli ekspert rәyindәn görünür ki, Hәsәnov Gündüz Sahib oğlunun almış olduğu xәsarәtlәr küt әşyanın (әşyalar) tәsirindәn törәnmişdir, törәnmә müddәti zәrәrçәkәnin Sumqayıt şәhәr TTYX-nın zәdә mәntәqәsinә müraciәt etdiyi vaxtdan az әvvәl olmaqla qәrarda göstәrilәn vaxtda vә şәraitdә 27.04.26-ci il tarixdә YNH-si zamanı әmәlә gәlә bilәrdi vә dәrәcәsinә görә sağlamlığın uzun müddәtә pozulmasına sәbәb olmuş sağlamlığa az ağır zәrәrvurmaya aiddir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası İXM-nin 327.8-ci maddәsi ilә tövsif etmәklә әsaslı nәticәyә gәlmişdir. Bununla yanaşı apellyasiya instansiya mәhkәmәsi işin hallarını, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin ilk dәfә inzibati xәta hadisәsi törәtmәsini, zәrәrçәkmiş şәxslәrlә barışmasını, zәrәrçәkmiş şәxslәrin şikayәtinin olmamasını vә işi ilә әlaqәdar daimi avtomobil idarә etmәsini nәzәrә alaraq, belә nәticәyә gәlir ki, inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtinin inzibati tәnbehin ağır olması barәdә dәlili әsaslıdır. Belә ki, iş materiallarında olan ## ### 2026-cı il tarixli cinayәt işinin başlanmasının rәdd edilmәsi haqqında qәrardan görünür ki, araşdırma gedişatında Hәsәnov Gündüz Sahib oğlu Sumqayıt ŞPİ-yә әrizә ilә müraciәt edәrәk, baş vermiş yol-nәqliyyat hadisәsi faktı ilә bağlı tәqsirkar sürücü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ilә barışdığını vә cinayәt tәqibinә xitam verilmәsini xahiş etmişdir. Hәmçinin sürücü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs da özünü tәqsirli bildiyini, zәrәrçәkmiş şәxslә barışdığını vә buna görә dә barәsindә cinayәt tәqibinә xitam verilmәsinә etiraz etmәdiyini bildirmişdir. Apellyasiya Mәhkәmәsinin mәhkәmә iclasında zәrәrçәkmiş şәxs İsmayılov Ramal Maarif oğlu izahat verәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtçi olmadığını, onunla barışdığını bildirmişdir. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarkteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 327.8-ci maddәsinә әsasәn bu Mәcәllәnin 327.1 - 327.6, 328 vә 330-cu maddәlәrindә nәzәrdә tutulmuş xәtalar nәticәsindә zәrәrçәkmiş şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә görә - üç yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ аltı аydаn bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 327.8ci maddәsi ilә tәtbiq edilmiş 06 (altı) ay müddәtә nәqliyyat vasitәsini idarә etmәk hüququnun mәhdudlaşdırılması inzibati tәnbehi onun şәxsiyyәtinә, törәtdiyi inzibati xәtanın xarakterinә, ailә vәziyyәtinә vә tәqsirinin dәrәcәsinә, habelә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsindә qeyd edilәn normalara uyğun gәlmir. Mәhkәmә inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi inzibati xәtanın xarakterini, ilk dәfә inzibati xәta hadisәsi törәtmәsini, zәrәrçәkmiş şәxsә barışmasını, zәrәrçәkmiş şәxslәrin şikayәtinin olmamasını vә işi ilә әlaqәdar daimi avtomobil idarә etmәsini nәzәrә alaraq hesab edir ki, onu qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk vә onun tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq üçün o, 300 (üç yüz) manat mәblәğindә cәrimә edilmәlidir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә hesab edir ki, şikayәt tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәyin edilmiş 06 (altı) ay müddәtinә nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması növündә inzibati tәnbeh 300 (üç yüz) manat mәblәğindә inzibati cәrimә ilә әvәz edilmәlidir. Azәrbaycan Respublikası İXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәnin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası İXM-nin 134.1.5-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.8-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәyin edilmiş 06 (altı) ay müddәtinә nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması növündә inzibati tәnbeh 300 (üç yüz) manat mәblәğindә inzibati cәrimә ilә әvәz edilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-443/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-443/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver