Məhkəmə qərarları › İş №3(3-8)-445/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-445/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-445/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә inzibati xәta haqqında ##.##.2026-cı il tarixli IXP ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Vüsalә Mәmmәdova) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının IXM-nin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanı törәtmәkdә tәqsirli bilinәrәk onun nәqliyyat vasitәlәrini idarә etmә hüququ 06 (altı) ay müddәtә mәhdudlaşdırılmışdır. Qeyd olunan qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә yeni әdalәtli vә qanuni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi IXM-nin inzibati tәnbeh tәtbiq etmә qaydalarını yanlış tәfsir etmişdir. Bundan başqa barәsindә inzibati protokolun qәrarı olmadığını nәzәrә almamışdır. Digәr tәrәfdәn barәsindә yüngüllәşdirici hallar nәzәrә alınmamışdır. Mәhkәmәdәn ona yüngül tәnbeh verilmәsinin mümkünlüyünün yoxlanılmasını bildirmiş vә ona yüngül tәnbeh verilmәsini xahiş etmiş, ancaq nәzәrә alınmayaraq barәsindә әn ağır tәnbeh tәtbiq edilmişdir. Hesab edir ki, IXM-in cәza tәyini ilә bağlı prinsiplәri pozulmuşdur. Inzibati xәtanın törәdilmәsi halları vә digәr yüngüllәşdirici hallar nәzәrә alınmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin baxış iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, әlavә olaraq bildirdi ki, himayәsindә azyaşlı övladı var, ailәsinin mәsuliyyәti onun üzәrindәdir. Əvvәllәr barәsindә inzibati tәnbeh tәtbiq edilmәmişdir. Inzibati xәtanın törәdilmәsindә özünü tәqsirli bilir. Qeyd olunanlara әsasәn barәsindә yüngül inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq, Azәrbaycan Respublikası DIN-in Sumqayıt ŞPI X1 Şöbәsinin nümayәndәsi mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә nümayәndәnin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası IXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәlidir. Belə ki, iş materiallarında olan: ##.##.2026-cı il tarixli IXP ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәmin tarixdә saat 02:40 radәlәrindә “BYD Destroyer 05 PLUG IN Hibrid minik” markalı **-UL-*** dövlәt qeydiyyat nişanlı avtomobili Sumqayıt şәhәri, Z.Hacıbәyov küçәsindә idarә edәrkәn işıq cihazlarından vә sәs siqnallarından istifadә qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra isә müayinә zamanı onun sәrxoş olması müәyyәn edilmişdir. “Sәrxoşluq vәziyyәtini müәyyәn etmәk üçün tibbi müayinәyә göndәrmәk haqqında” ##.##.2026-cı il tarixli, ***** nömrәli protokoldan vә “Alcovisor” markalı, “Yupiter X” nömrәli xüsusi texniki vasitәnin nәticәsindәn görünür ki, ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alkoqol sәrxoşluğu vәziyyәtindә olması müәyyәn edilmişdir (1,320 promil). Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixli izahatından görünür ki, o spirtli içki qәbul etdiyini etiraf etmiş vә törәtdiyi xәtaya görә mәsuliyyәt daşımağa hazır olduğunu bildirmişdir. “Avtonәqliyyat vasitәsinin saxlanca qәbul edilmәsi barәdә” aktdan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәxsus **-UL-*** dövlәt qeydiyyat nişanlı avtomobil ##.##.2026-cı il tarixdә duracağa qәbul edilmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası IXM-nin 333.1-ci maddәsi ilә tövsif etmәklә әsaslı nәticәyә gәlmişdir. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 13-cü maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 84-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Birinci instansiya mәhkәmәsi işin bütün hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını tәmin etmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәta tәrkibinin olması qәnaәtinә gәlmәklә düzgün nәticәyә gәlmişdir. Bununla yanaşı apellyasiya instansiya mәhkәmәsi işin hallarını, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin ilk dәfә inzibati xәta hadisәsi törәtmәsini, himayәsindә azyaşlı uşağının olmasını, sürücü işlәmәsini nәzәrә alaraq belә nәticәyә gәlir ki, inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәyin edilmiş tәnbeh tәdbiri ağır olmuşdur. Belә ki, elektron mәhkәmә informasiya sistemindәn çıxarışdan vә әmәk müqavilәsinin surәtindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs “X2” MMC-dә sürücü vәzifәsindә işlәyir. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası IXM-nin 22-ci maddәsinә әsasәn inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası IXM-nin 31.2-ci maddәsinә әsasәn fiziki şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarkteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsinә әsasәn Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә-dörd yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 333.1ci maddәsi ilә tәtbiq edilmiş 06 (altı) ay müddәtә nәqliyyat vasitәsini idarә etmәk hüququnun mәhdudlaşdırılması inzibati tәnbeh tәdbiri onun şәxsiyyәtinә, törәtdiyi inzibati xәtanın xarakterinә, ailә vәziyyәtinә vә tәqsirinin dәrәcәsinә, habelә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsindә qeyd edilәn normalara uyğun gәlmir. Mәhkәmә inzibati xәta törәtmiş şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi inzibati xәtanın xarakterini, mәsuliyyәtini yüngüllәşdirәn halları nәzәrә alaraq hesab edir ki, onu qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk vә onun tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq üçün 400 (dörd yüz) manat mәblәğindә cәrimә növündә tәnbeh tәtbiq edilmәlidir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 333.1-ci maddәsi ilә tәqsirli bilinәrәk, 06 ay müddәtә nәqliyyat vasitәsini idarә etmәk hüququnun mәhdudlaşdırılması növündә tәnbeh 400 (dörd yüz) manat mәblәğindә inzibati cәrimә ilә әvәz edilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 135.1.5-ci maddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәnin 31-34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası IXM-nin 134.1.3-ci maddәsini rәhbәr tutaraq, mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (FIN: *******) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәyin edilmiş 06 (altı) ay müddәtinә nәqliyyat vasitәlәrini idarә etmәk hüququnun mәhdudlaşdırılması növündә inzibati tәnbeh 400 (dörd yüz) manat mәblәğindә inzibati cәrimә ilә әvәz edilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar