Məhkəmə qərarları › İş №3(3-8)-446/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-446/2026

22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-446/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәtinin nümayәndәsi Nümayәndә, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin nümayәndәsi vә vәkili Vәkil iştirakları ilә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında işin icraatına xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmiş, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsi ilә inzibati cәrimәnın şәrti olaraq tәtbiq edilmәsinә dairQәrarından şikayәt verilәn orqan MN ******* nömrәli, ## ##### 2026-cı il tarixli qәrarı lәğv edilmiş vә iş üzrә icraata xitam verilmişdir (hakim Firuzә Kәrimova). Işin halları: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanındaQәrarından şikayәt verilәn orqan tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsi ilә qәbul edilmiş MN ******* nömrәli, ## ##### 2026-cı il tarixli qәrara әsasәn X1 әmәk müqavilәsinә xitam verilmәsi barәdә ##.##.2024-cü il tarixli *** nömrәli xitam әmrinin lәğv edilmәsi, işә bәrpa edilmәsi vә nәticәsi barәdә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәti X8 mәlumat verilmәsi ilә bağlı Abşeron rayonu, Xırdalan şәhәri * nömrәli tam orta mәktәbin direktoru X7 verilmiş ##.##.2026-cı il tarixli icrası mәcburi olan göstәriş icra edilmәdiyi üçün Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 1000 manat mәblәğindә şәrti cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt verәrәk qәrarın lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: X2 Müfәttişliyi Xidmәtinin Hüquq Idarәsi tәrәfindәn apellyasiya şikayәti verilәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә Xidmәtin X8 tәrәfindәn Xırdalan şәhәri * nömrәli tam orta ümumi tәhsil mәktәbinin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Hәsәnxanova (Əmirova) Əsmәr Nizami qızının şikayәti әsasında Xidmәtin X8 tәrәfindәn aparılan araşdırma zamanı Xırdalan şәhәri * nömrәli tam orta ümumi tәhsil mәktәbinә Hәsәnxanova bәrәsindә verilmiş ##.##.2024-cü il tarixli, *** nömrәli әmәk müqavilәsinә xitam verilmәsi haqqında әmrin lәğv edilmәsi vә işә bәrpa edilmәsi haqqında әmrin surәtlәrinin göndәrilmәsinә dair ##.##.2026-cı il tarixli, 3-17-5/2- ****/**** saylı icrası mәcburi olan göstәriş verilmişdir. Xidmәtin X8 qanuni göstәrişinә baxmayaraq Xırdalan şәhәri * nömrәli tam orta ümumi tәhsil mәktәbinin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn heç bir tәdbir görülmәmiş vә bu barәdә Xidmәtin X8 mәlumat verilmәmişdir. Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 15-ci maddәsinin 5-ci hissәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqanın vәzifәli şәxslәrinin bu Mәcәllәnin vә әmәk qanunvericiliyinә dair digәr normativ hüquqi aktların tәlәblәrinә әmәl olunmasına dair qәbul etdiyi qәrarların, göstәrişlәrin işәgötürәnlәr vә işçilәr, habelә әmәk münasibәtlәrinin digәr iştirakçıları tәrәfindәn icrası mәcburidir. Abşeron Rayon Mәhkәmәsi tәrәfindәn mötәbәr sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmişdir. Xidmәtin X8 tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrkәn Xırdalan şәhәri * nömrәli tam orta ümumi tәhsil mәktәbinin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu aşkar edilmiş vә sübuta yetirilmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәtinin nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi vә Xidmәtin X8 tәrәfindәn Xırdalan şәhәri * nömrәli tam orta ümumi tәhsil mәktәbinin direktoru Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә qәbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәdә saxlanılması barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin nümayәndәsi vә vәkili Vәkil apellyasiya şikayәtinә etiraz edәrәk, şikayәtin tәmin edilmәsi üçün әsaslar olmadığını vә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәti X8 tәrәfindәn qәbul edilmiş ## ##### 2026-cı il tarixli MN № ******* nömrәli qәrardan görünür ki, X1 әmәk müqavilәsinә xitam verilmәsi barәdә ##.##.2024-cü il tarixli *** nömrәli xitam әmrinin lәğv edilmәsi, işә bәrpa edilmәsi vә nәticәsi barәdә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәti X8 mәlumat verilmәsi ilә bağlı Abşeron rayonu, Xırdalan şәhәri * nömrәli tam orta mәktәbin direktoru X7 verilmiş ##.##.2026-cı il tarixli icrası mәcburi olan göstәriş icra edilmәdiyi üçün Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk 1000 manat mәblәğindә şәrti cәrimә növündә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәti X8 tәrәfindәn Abşeron rayonu, Xırdalan şәhәri * nömrәli tam orta mәktәbin direktoru X7 ünvanlanmış ## ###### 2026-cı il tarixli *-**-*/*-****/**** saylı mәktubundan görünür ki, 1 ay müddәtindә X1 әmәk müqavilәsinә xitam verilmәsi barәdә ## ####### 2024-cü il tarixli *** nömrәli xitam әmrinin lәğv edilmәsi, işә bәrpa edilmәsi vә nәticәsi barәdә Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәti X8 rәsmi mәlumat verilmәsi göstәrişi verilmişdir.Göstәrişdә müәyyәn edilmiş müddәt әrzindә yazılanların icra edilmәdiyi halda IXMin 539.1-1-ci maddәsi ilә müvafiq qaydada iş üzrә icraat başlanılacaqdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsinә әsasәn әmәk müqavilәsinin bağlanması, dәyişdirilmәsi vә xitamının әsasları vә sәnәdlәşdirilmәsi, kollektiv müqavilәnin (sazişin) bağlanması vә yerinә yetirilmәsi, әmәk şәraiti, işçilәrin vә iş yerlәrinin attestasiyasının keçirilmәsi, iş vә istirahәt vaxtı, mәzuniyyәt hüququnun hәyata keçirilmәsi, әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, müavinәt vә digәr ödәnişlәrin ödәnilmәsi, qadınların vә yaşı 18-dәn az olan işçilәrin әmәyindәn istifadәnin xüsusiyyәtlәri, işçilәrin sığorta olunmasının tәnzimlәnmәsi, әmәyin mühafizәsi norma vә qaydaları ilә bağlı әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının icrası mәcburi olan göstәrişinin әmәk münasibәtlәrinin iştirakçıları tәrәfindәn icra edilmәmәsinә görә vәzifәli şәxslәr min manat mәblәğindә, hüquqi şәxslәr iki min manat mәblәğindә cәrimә edilir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Əmәk Müfәttişliyinin әmәk müqavilәsinin xitam әmrini lәğv etmә vә işә bәrpaya dair göstәrişi qanuni deyildir. Işәgötürәnlә işçi arasındakı әmәk müqavilәsinә әsassız olaraq xitam verilmәsi vә işә bәrpaya dair mübahisәlәr fәrdi әmәk mübahisәlәridir vә bu mәzmunda mübahisәlәrә baxmaq vә bununla bağlı qәrar qәbul etmәk mәhkәmәlәrin sәlahiyyәtindәdir. Əmәk müfәttişliyinin ## ###### 2026-cı il tarixli göstәriş mәktubunda yazılanları işәgötürәndәn tәlәb etmәk hüququ yoxdur. Belә olan halda isә hәmin göstәriş mәcburi sayıla bilmәz. Mәcburi sayılmayan göstәrişlәrin icra olunmamasına görә isә işәgötürәn barәsindә inzibati tәnbeh tәtbiq edilә bilmәz. Odur ki, qәrardan şikayәt vermiş şәxsin әmәlindә inzibati xәta tәrkibi yoxdur, belә olan halda Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanındaQәrarından şikayәt verilәn orqan tәrәfindәn qәbul edilmiş inzibati cәrimәnin şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrar lәğv edilәrәk iş üzrә icraata xitam verilmәlidir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. X6 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla Abşeron Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## ### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X6 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar