Məhkəmə qərarları › İş №3(3-8)-447/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-447/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-447/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Birinci instansiya məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Xızı rayonu, Qızıldərə ərazisində mülkiyyətində olan 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində daş, qırma qurğusu ilə yanaşı asfalt istehsalı təyinatlı sənaye avadanlıqlarının yerləşdirildiyi və istismar edildiyi faktı aşkar olunmuşdur. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2- ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsi apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edərək inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokolun təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 2020-cı il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi" ilə müəyyən edilmiş səlahiyyətlər daxilində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə tərəflərindən Xızı rayon İcra Hakimiyyəti tərəfindən daxil olmuş ## ###### 2026-cı il tarixli məktuba əsasən Xızı rayonu Şorabad qəsəbəsi ərazisində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin icarəsində olan (çıxarış reyestr nömrəsi 306011002127) 6.25 ha torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin icarəsində 6.25 ha (çıxarış reyestr nömrəsi ************) də sözügedən MMC-nin icarəsindədir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Xızı rayon İcra Hakimiyyətinin məktubda qeyd etdiyi qum-çınqıl istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların quraşdırılması işləri 1.65 ha torpaq sahəsində aparılmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara (kənd təsrrüfatı məhsullarının ıstehslı üçün MMC-yə icarəyə verilmişdir) aid, dövlət mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə3 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli dövlət qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan: Xızı Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**/*-**/**** saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü bəndinə uyğun olaraq 2026-cı ilin fevral ayında rayonun Şorabad inzibati ərazi vahidinin sərhədləri daxilində Xızı Rayon İcra Hakimiyyəti tərəfindən yerli səviyyədə həyata keçirilən dövlət şəhərsalma nəzarəti tədbirləri zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Xızı rayonunun “Qızildərə” ərazisində istifadələrində olan 6,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (örüş sahəsində) mövcud normativhüquqi aktların tələbləri pozulmaqla özbaşına daş qırma (üyütmə) qurğusu ilə yanaşı asfalt istehsalı təyinatlı sənaye avadanlıqlarının yerləşdirildiyi və istimsar edildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3cü yarımbəndinin tələblərinə uyğun olaraq, tikinti məqsədləri üçün ayrılmamış dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (örüş sahəsi) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən texnogen və yanğın təhlükəsizliyi tələbləri gözlənilmədən, ətraf mühitə təsirin qiymətləndirilməsi və ekololi icazələr alınmadan, şəhərsalma normaları pozulmaqla ərazidə özbaşına sənaye avadanlıqlarının yerləşdirildiyi barədə qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Xızı rayonu, Qızıldərə ərazisində yerləşən 1,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin adına daşınmaz əmlakın reyestr nömrəsi ************, 1417014891 qeydiyyat nömrəsi ilə ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi nümayəndə1 tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə ünvanlanmış xidməti məktubundan görünür ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Xızı Rayon İcra Hakimiyyətinin ********** saylı məktubu ilə bağlı Xızı rayonu, “Qızıldərə” adlanan ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, dövlət mülkiyyətində, ************ reyestr nömrəli çıxarış ilə icarəsində olan, ümumi sahəsi 1.65 ha torpaq sahəsinin (mərkəzi koordinat: 39T, X-372168.00, Y-4505185.00) təxminən 0.20 ha hissəsində ************ reyestr nömrəli çıxarış ilə icarəçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən mövcud normativ-hüquqi aktların tələbləri pozulmaqla daş, qırma (üyütmə) qurğusu ilə yanaşı asfalt istehsalı təyinatlı sənaye avadanlıqlarının yerləşdirildiyi və istismar edildiyi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt ərazi şöbəsinin əməkdaşları tərəfindən (müəssisənin (obyektin) nümayəndəsinin iştirakı olmadan) tərtib edilmiş ##.##.2026-cı il tarixli aktından görünür ki, Xızı Rayon İcra Hakimiyyətinin ********** saylı məktubu ilə bağlı Xızı rayonu, “Qızıldərə” adlanan ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, dövlət mülkiyyətində, ************ reyestr nömrəli çıxarış ilə icarəsində olan, ümumi sahəsi 1.65 ha torpaq sahəsinin (mərkəzi koordinat: 39T, X-372168.00, Y-4505185.00) təxminən 0.20 ha hissəsində ************ reyestr nömrəli çıxarış ilə icarəçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən mövcud normativ-hüquqi aktların tələbləri pozulmaqla daş, qırma (üyütmə) qurğusu ilə yanaşı asfalt istehsalı təyinatlı sənaye avadanlıqlarının yerləşdirildiyi və istismar edildiyi faktı aşkar edilmişdir. Aşkar edilmiş fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun gəlir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-*/*-*****/**** saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə ünvanlanmış cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvanı Xızı rayonu, Şurabad qəsəbəsi olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçisi) X1r. Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, ************ nömrəli bildirişinin sürətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” ilə müəyyən edilmiş səlahiyyətlər, daxilində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən Sumqayıt ərazi şöbəsinin müfəttişləri tərəfindən Xızı rayon İcra Hakimiyyətindən daxil olmuş ## ###### 2026-cı il tarixli məktuba əsasən Qızıldərə adlanan ərazidə keçirilən monitorinq zamanı sözügedən ərazidə 1.65 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsının 0.20 ha hissəsində torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən mzıbatı xətaya yol verildiyi müəyyən edilmiş və barənizdə Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 100 və 101-ci maddələrinə əsasən ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta һaqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol əsasında inzibati tənbehvermə haqqında qərarın qəbul edilməsi üçün icraat materialları Xızı Rayon Məhkəməsinə göndərilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına torpaq sahəsində daş, qırma qurğusu ilə yanaşı asfalt istehsalı təyinatlı sənaye avadanlıqlarının fotoları əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları və ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 10-cu maddəsinin 1-ci bəndi torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. 12-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. 12-ci maddəsinin 4-cü bəndinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir Məhkəmə hazırkı iş materiallarını tədqiq edərək qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal iş materiallarına əlavə edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə” ##.##.2026-ci il tarixli aktla təsdiq olunur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə aid olan Xızı rayonu, Qızıldərə ərazisində yerləşən 1,65 ha kənd təsərrüfatı təyinatlı torpağın ##.##.2017-ci il tarixli Daşınmaz Əmlakı Reyestr çıxarışına əlavə olunmuş torpaq sahəsinin plan və ölçülərdən kordinatlar ilə ##.##.2026-cı il tarixli aktdakı kordinatların daxilində olması müəyyən edilir. Digər tərəfdən məhkəmə xüsusilə diqqətə çatdırır ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının ## ###### 1992-ci il tarixli, *** nömrəli Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Eyni zamanda “Sahibkarliq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin ## ##### 2010-cu il tarixli Fərmanına əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestri) reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarliq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının ## #### 2013-cü il tarixli, 714- IVQ nömrəli Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra – yoxlama) – yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qeyd edilən hüquq normalarından müəyyən olunur ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrinin qiymətləndirməsi üzrə fəaliyyətdir. Hazırkı iş üzrə aparılan monitorinq sahibkarlıq fəaliyyətinə dair hərəkətlərə və yaxud onun nəticələrinin qiymətləndirilməsi hesab edilə biməz. Ümumi olaraq ölkə ərazisində bütün hüquqi və fiziki şəxslər (kommersiya və yaxud qeyri-kommersiya fəaliyyəti həyata keçirib-keçirilməməsindən asılı olmayaraq) üçün müəyyən edilmiş tələblər sahibkarlıq fəaliyyətinə dair müəyyən edilmiş tələblərə daxil edilə bilməz. Buna uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi ümumi tələbdir və bu tələb konkret olaraq sahibkarlıq fəaliyyətinə aid deyildir. Xüsususən də qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin sahibkarlıq fəaliyyəti məhz kənd təsərüfatı mallarının istehsalı üzrə ixtisaslaşmış, həmin torpaq sahəsinin məqsədli təyinatı çıxarışından da göründüyü kimi kənd təsrrüfatı məhsullarının istehsalı olmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən hüquq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar