Məhkəmə qərarları › İş №3(3-8)-448/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-448/2026

14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-448/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi qәrarından şikayәt verilәn orqan1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmiş EQ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tәnbeh vermә haqqında” qәrarın lәğv edilmәsinә vә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarından AR DIN-in Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polis Idarәsinin rәisi Rәşid Piriyev tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Barәsindә qәrar çıxarılmış fiziki şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk, barәsindә qәbul edilmiş Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi Mәrkәzi Informasiya Sisteminin EQ******** saylı, ##.##.2026-cı il tarixli qәrarının lәğv edilәrәk, iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Qubadlı Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli iş *(*-***)-**/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilәrәk, barәsindә Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmş EQ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tәnbeh vermә haqqında” qәrar lәğv edilәrәk, inzibati xәta haqqında iş üzrә icraata inzibati xәta tәrkibi olmadığına görә xitam verilmişdir (hakim Ramiz Quliyev). Apellyasiya şikayətinin dəlilləri: Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polis Idarәsinin rәisi Rәşid Piriyev hәmin qәrardan apellyasiya şikayәti verәrәk, Qubadlı Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarının lәğv edilmәsini, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.1-1-ci maddәsinә әsasәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın dәyişdirilmәdәn qüvvәdә saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, mәhkәmә iclasında Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsinin Mәrkәzi Informasiya Sistemi tәrәfindәn qәbul edilmiş EQ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tәnbeh vermә haqqında” elektron qәrarda Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәtanı törәtmә vaxtı kimi hәmin gün saat 10:35 olaraq göstәrildiyi müәyyәn edilmiş vә buna dair sübut qismindә 3 әdәd fotoşәkil şikayәtçinin mobil telefonuna göndәrilmişdir. Hәmin fotoşәkillәrdә ** BU *** dövlәt nömrә nişanlı, qara rәngli avtomobilin tәsvir edildiyi müәyyәn edilir. Bundan başqa müәyyәn edilmişdir ki, “Azparking” mobil tәtbiqi vasitәsilә әldә edilmiş çıxarışdan şikayәtçinin idarә etdiyi avtomobilin sözügedәn parklanma yerindә parklanmasının başlama vaxtı qismindә ##.##.2026-cı il tarix saat 10:35:59, başa çatma vaxtı isә saat 10:49:27 kimi qeyd edilmişdir. Göründüyü kimi inzibati tәnbeh vermә haqqında qәrarda xәtanın törәdildiyi vaxt qismindә mәhz şikayәtçinin avtomobilini parklanma yerinә daxil etdiyi zaman göstәrilmişdir. Halbuki әlavә edilmiş fotoşәkillәrdәn dә görünür ki, ** BU *** dövlәt nömrә nişanlı avtomobilin sağ hissәsindә minimum iki sayda parklanma üçün boş yer mövcuddur. Sürücünün hәrәkәt zamanı yolun sağ tәrәfindә parklanma üçün boş yer olduğunu gördüyü, o cümlәdәn avtobus zolağı ilә hәrәkәtini davam etdirmәsinin inzibati mәsuliyyәtә sәbәb olduğunu da bildiyini nәzәrә alsaq, Qәrardan şikayәt verәn orqan (şәxs) avtomobillә irәli hәrәkәt edәrәk özünә parklanma yeri axtarmasını mәhkәmә ağlabatan hesab etmir. Mәhkәmә vurğulayır ki, iş üzrә inzibati orqanın tәqdim etdiyi sübutlar (fotoşәkillәr) şәxsin hazırki vәziyyәtdә inzibati mәsuliyyәtә cәlb edilmәsi üçün әsas qismindә qәbul edilә bilmәz. Göründüyü kimi elektron qәrarda qayda pozuntusunun 10:35:59 dәqiqәdә baş verdiyi göstәrilsә dә, bu hәm iş materialları, hәm dә inzibati orqanının nümayәndәsinin mәhkәmә iclasında vermiş olduğu izahatlarla öz tәsdiqini tapmamışdır. Qərarın ləğv edilməsi üçün hüquqi əsaslar: Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 99.1.1-ci maddәsindә inzibati xәta hadisәsinin mövcudluğunu göstәrәn kifayәt qәdәr halların sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn bilavasitә vә ya xüsusi texniki vasitәlәrin kömәyi ilә aşkar edilmәsi inzibat ixәta haqqında iş üzrә icraata başlamağa sәbәblәrdәn biri kimi göstәrilmişdir.Hәmin qәrarla razılaşmayaraq hesab edirik ki, mәhkәmә iş üzrә faktiki halları tam, hәrtәrәfli vә obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymәt vermәmişdir.Inzibati xәta xüsusi texniki vasitә ilә qeydә alınmış vә bu hal sürücünün “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun tәlәblәrini pozduğunu tәsdiq edir. Mәhkәmә tәqdim edilmiş materialların sübut kimi qiymәtlәndirilmәsindә düzgün nәticәyә gәlmәmişdir.Yol hәrәkәti haqqında Azәrbaycan Respublikasının Qanununun 48-ci maddәsinin IV-cü hissәsinә әsasәn 5.9, 5.10.1—5.10.3 nişanları ilә işarә edilmiş, ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş zolağı olan yollarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin hәmin zolaqda hәrәkәti vә dayanması qadağandır. Əgәr bu zaman hәmin zolaq qırıq-qırıq nişanlama xәtti ilә qalan hәrәkәt hissәsindәn ayrılmışdırsa, nәqliyyat vasitәlәri dönәrkәn bu zolağa keçә bәlәrlәr. Hәmçinin belә yerlәrdә yola girәrkәn vә hәrәkәt hissәsinin sağ kәnarında sәrnişinlәrin minmәsi vә düşmәsi üçün bu zolağa keçmәyә icazә verilir, lakin bu, ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün maneә yaratmamalıdır.Hakim iş üzrә sübutları tam vә obyektiv qiymәtlәndirmәmişdir. Inzibati xәta xüsusi texniki vasitәlәr vasitәsilә qeydә alınmış, elektron qәrar qanunvericiliyin tәlәblәrinә uyğun qәbul edilmişdir.Iş materiallarında olan fotoşәkillәr nәqliyyat vasitәsinin ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün ayrılmış hәrәkәt zolağında olduğunu tәsdiq edir. Mәhkәmә isә hәmin sübutların mәzmununu kifayәt qәdәr qiymәtlәndirmәdәn yalnız pozuntunun qeydә alınma vaxtı ilә bağlı ehtimallara әsaslanaraq inzibati mәsuliyyәti istisna etmişdir.Hakim "Azparking" sistemindәn әldә edilmiş mәlumatı inzibati xәtanın baş vermәdiyini tәsdiq edәn hәlledici sübut kimi qәbul etmişdir.Halbuki hәmin mәlumat yalnız parklanmanın başlanması vә başa çatması vaxtını göstәrir. Bu mәlumat nәqliyyat vasitәsinin parklanma yerinә daxil olarkәn vә ya ondan әvvәl yolun hansı hissәsindә hәrәkәt etmәsini, avtobus zolağından istifadә edibetmәdiyini müәyyәn etmir.Buna görә dә "Azparking" mәlumatı inzibati xәtanın mövcudluğunu tәkzib edәn mütlәq sübut hesab edilә bilmәz.Hakim inzibati xәta ilә bağlı fotoşәkillәrin sübut әhәmiyyәtini kifayәt qәdәr qiymәtlәndirmәmişdir. Şәklin çәkilmә vaxtı ilә elektron qәrarda göstәrilәn vaxt arasında mümkün texniki fәrqlәrin mövcudluğu inzibati xәtanın baş vermәdiyi nәticәsinә gәlmәk üçün kifayәt etmir. Elektron sistemlәrdә hadisәnin qeydә alınması, emalı vә qәrarın formalaşdırılması müxtәlif texniki mәrhәlәlәrdәn ibarәt olduğundan vaxt göstәricilәrinin qiymәtlәndirilmәsi xüsusi texniki xüsusiyyәtlәr nәzәrә alınmaqla aparılmalıdır.Bundan әlavә, "Yol hәrәkәti haqqında" Qanunun avtobus zolaqlarından istifadәni tәnzimlәyәn normaları ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün ayrılmış hәrәkәt zolağının xüsusi rejimini müәyyәn edir.Belә zolağa daxil olmanın qanuniliyi konkret istisha hallan ilә mәhdudlaşır. Hakim isә hәmin istisnaların mövcudluğunu müәyyәn etmәdәn sürücünün izahatını üstün sübut kimi qәbul etmişdir.Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin sübutlarla bağlı müddәaları sübutların qarşılıqlı әlaqәdә qiymәtlәndirilmәsini tәlәb edir.Hazırkı işdә elektron qәrar, xüsusi texniki vasitәlәrin mәlumatları vә fotoşәkillәr birlikdә qiymәtlәndirildikdә inzibati xәta barәdә nәticәyә gәlmәk üçün kifayәt qәdәr әsas mövcuddur. Hakim isә bu sübutların mәcmusuna lazımi hüquqi qiymәt vermәmişdir.Qeyd olunanlara әsasәn hesab edirik ki, birinci instansiya mәhkәmәsi maddi vә prosessual hüquq normalarını düzgün tәtbiq etmәmiş, nәticәdә qanunsuz qәrar qәbul etmişdir. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikasının Qanununun 81-ci maddәsinә әsasәn Bu qanunla nәzәrdә tutulmuş yol hәrәkәti qaydalarının pozulmasında tәqsirli olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Göründüyü kimi işә baxmış hakim bu halları nәzәrә almadan işә mahiyyәti üzrә baxıb heç bir әsaslandırma aparmadan iş üzrә icraata xitam üçün әsaslar olmadığı halda qanunsuz vә әsassız qәrar qәbul etmişdir. Bununla bağlı birinci instansiya mәhkәmәsinin hakimi iş üzrә gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halları araşdırmamış, hәmçinin iş üçün әhәmiyyәtli olan halları araşdırıb hüquqi qiymәt vermәmişdir.. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsindә mәhkәmә iclasında iştirak edәn Baş Dövlәt Yol Polis Idarәsinin nümayәndәsi qәrarından şikayәt verilәn orqan1 apellyasiya şikayәtinin dәlillәrinә uyğun izahat verәrәk, apellyasiya şikayәtinin tәmin olunmasını, Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsindә mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, hәmçinin Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarının lәğv olunması üçün әsaslar olmadığını qeyd edәrәk, apellyasiya şikayәtinin tәmin olunmamasını xahiş etdi. Əlavә onu da bildirdi ki, barәsindә tәrtib olunmuş EQ******** saylı protokola xitam verilmәsinә dair ##.##.2026-cı il tarixdә saat 14:25-dә SMS mәlumatı gәlmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmәli, aşağıdakı әsaslara görә Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilmәli vә qәbul edilmiş qәrar inzibati xәta haqqında işә yenidәn baxılması vә araşdırılması üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmәlidir. Işdә olan DIN Baş Dövlәt Yol Polisi Idarәsi Mәrkәzi Informasiya Sisteminin EQ******** saylı qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) **-BU-*** qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәrkәn ##.##.2026-cı il tarixdә, saat 10:35-dә Xәtai rayonu, Xocalı prospekti әrazisindә IXM-nin 327.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 100 manat mәblәğindә cәrimә edilmişdir. Işdә olan “Azparking” mobil tәtbiqi vasitәsilә әldә edilmiş çıxarışdan görünür ki, **-BU-*** qeydiyyat nişanlı nәqliyyat vasitәsinin parklama әrazisindә parklanmanın başlama vaxtı 10:35:59, bitmә vaxtı isә 10:49:27 olmuşdur. Iş materiallarına әlavә olunmuş ##.##.2026-cı il tarixli, saat 14:25-ә olan SMS mәlumatdan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәrtib olunmuş EQ******** saylı protokol xitam olunmuşdur. Işdә olan BŞBPI DYPI-nin nümayәndәsi qәrarından şikayәt verilәn orqan1 tәrәfindәn tәqdim olunmuş fotoşәkildәn görünür ki, **-BU-*** qeydiyyat nişanlı nәqliyyat vasitәsi ##.##.2026-cı il tarixdә, saat 10:35-dә Xәtai rayonu, Xocalı prospekti әrazisindә avtobus zolağında hәrәkәtdә olmuşdur. Göründüyü kimi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi **-BU-*** qeydiyyat nişanlı nәqliyyat vasitәsinin ##.##.2026-cı il tarixdә parklama әrazisindә parklanmanın başlama vaxtı 10:35:59, bitmә vaxtı isә 10:49:27 olsa da, hәmin günü saat 10:35-dә Xәtai rayonu, Xocalı prospekti әrazisindә IXMnin 327.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 100 manat mәblәğindә cәrimә edilmişdir. Eyni zamanda ##.##.2026-cı il tarixli, saat 14:25-ә olan SMS mәlumatla Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәrtib olunmuş EQ******** saylı protokolun xitam olunduğu müәyyәn olunmuşdur. Mәhkәmә hesab edir ki, protokolun xitam olub-olmaması barәdә göstәrilәn ziddiyyәtlәr aradan qaldırılmalı, Qәrardan şikayәt verәn orqan (şәxs) idarә etdiyi **-BU-*** qeydiyyat nişanlı nәqliyyat vasitәsinin ##.##.2026-cı il tarixdә parklama әrazisindә parklanmanın başlama vaxtı 10:35:59, bitmә vaxtı isә 10:49:27 olduğu halda, saat 10:35-dә Xәtai rayonu, Xocalı prospekti әrazisindә hәrәkәt trayektoriyası izlәnmәli, parklanma yeri әtraflı müayinә olunmalı, sürücünün idarә etdiyi avtomobilin parklanmadan sonra avtobus zolağına girmәdәn әsas yola necә daxil olması araşdırılmalı, hәmçinin parklanma olan yerin müәyyәn mәsafә arxa hissәsinin vәziyyәti müәyyәn olunmalıdır. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Bu sәbәbdәn apellyasiya instansiyası mәhkәmәsinin fikrincә, sәlahiyyәtli orqan vә birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinin tәlәblәrini pozaraq işin hallarını hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaq üçün lazımi tәdbirlәr görmәdiyindәn, hazırki inzibati xәta haqqında iş üzrә qәrar işin hallarının tam vә hәrtәrәfli şәkildә araşdırılmaması ilә bağlı әsaslı vә qanuni hesab edilә bilmәz. Belәliklә, Apellyasiya Mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Bakı şәhәr Baş Polis Idarәsi Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmş EQ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tәnbeh vermә haqqında” qәrarın lәğv edilmәsinә vә iş üzrә icraata xitam verilmәsinә dair Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli qәrarı lәğv edilmәli vә qәbul edilmiş qәrar inzibati xәta haqqında işә yenidәn baxılması vә araşdırılması üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmәlidir. Işә yenidәn baxılarkәn tәrәflәrin iştirakı ilә iş üçün әhәmiyyәt kәsb edәn bütün hallar hәrtәrәfli, tam vә obyektiv araşdırılmalı, göstәrilәn xüsusatlarla bağlı әlavә araşdırma keçirilmәli vә nәticәsindәn asılı olaraq qanunun tәlәblәrinә cavab verәn qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 135.1.1-ci maddәsindә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4-cü vә 136-cı maddәlәrini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDI: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Bakı şәhәri Baş Polis Idarәsi Dövlәt Yol Polis Idarәsi tәrәfindәn qәbul edilmş EQ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tәnbeh vermә haqqında” qәrarın lәğv edilmәsinә vә iş üzrә icraata xitam verilmәsinә dair Qubadlı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrәli vә Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Baş Dövlәt Yol Polisi Idarәsi Mәrkәzi Informasiya Sisteminin EQ******** saylı, ##.##.2026-cı il tarixli qәrarları lәğv edilsin vә yeni qәrar qәbul edilsin. Qәbul edilmiş qәrar inzibati xәta haqqında işә yenidәn baxılması vә araşdırılması üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilsin. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar