Məhkəmə qərarları › İş №3(3-8)-449/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-449/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-449/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 342.9-cu maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının IXM-nin 332.1, 332.2 vә 342.9-cu maddәlәri ilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrәli inzibati xәta haqqında protokol baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 342.9-cu maddәsilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinib inzibati xәtanın bilavasitә obyekti olmuş predmet müsadirә edilmәklә 500 (beş yüz) manat mәblәğindә cәrimә edilmәsi, inzibati xәta haqqında işin IXM-nin 332.1-ci vә 332.2-ci maddәlәrilә bağlı hissәdә baxılması üçün Azәrbaycan Respublikasının Daxili Işlәr Nazirliyinin Quba rayon PŞ-ә göndәrilmәsi qәrara alınmışdır (hakim X1). Qәrardan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarın edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, idarә etdiyi nәqliyyta vasitәsinә tәrәfindәn heç bir detal әlavә edilmәmiş vә dәyişdirilmәmişdir. Sadәcә vәziyyәti ilә әlaqәdar olaraq nәqliyyat vasitәsindә yaranmış nöqsanların aradan qaldırılması qismәn hәyata keçirilmişdir vә imkanı olmadığı üçün texniki baxışdan keçirilmәmiş, yol hәrәkәti qaydalarının pozulmasına görә yazılan cәrimәlәr vaxtında ödәnilmәmişdir. Buna sәbәb xәstәliyi ilә әlaqәdar sosial vәziyyәtinin çәtin olmasıdır. Hәmçinin bildirmişdir ki, 2-ci dәrәcә hәrbi әlilliyi vardır, prezident tәqaüdçüsüdür. ##.##.1995-ci ildә N saylı hәrbi hissәnin döyüş postunda Azәrbaycan Resublikasının әrazi bütövlüyünün, müstәqilliyinin, konstitusiya quruluşunun müdafiәsi uğrunda xidmәti vәzifәlәrini yerinә yetirәn zaman travma almışdır. Hәr iki ayaq barmaqları amputasiya olunmuşdur. Xәstәliyi ilә bağlı hәrәkәt vә yerimә qabiliyyәti pozulmuşdur, hal-hazırda çox әziyyәt çәkir, daimi müayinә vә müalicәlәrdә olur. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar olunsa da barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә inzibati xәta haqqında protokolu tәrtib etmiş şәxsin nümayәndәsi mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinә әsasәn onların iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası IXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә apellyasiya şikayәtinin dәlillәrini inzibati xәta haqqında iş materialları ilә әlaqәli şәkildә araşdırıb belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәmәlidir. Belә ki, iş materiallarında olan Quba rayonu Yol patrul xidmәti tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrәli inzibati xәta haqqında protokola әsasәn “Qaz 3302” yük markalı 40-BH903 dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsinin sürücüsü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn AR Inzibati Xәtalar Mәcәllәsinin 342.9-cu maddәsi üzrә pozuntuya yol verilmişdir. Iş materiallarında olan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixli ilkin izahatından görünür ki, o, avtomobili Xaçmaz-Quba yolunda nömrәni bağlayaraq idarә etmiş, buna sәbәb isә maddi vәziyyәtinin çәtin olmasıdır. Sürücülük vәsiqәsi vә etibarnamәsi yoxdur. Etdiyi әmәldәn peşmandır vә gәlәcәkdә bu cür әmәllәrә yol vermәyәcәkdir. Birinci instansiya mәhkәmәsinin iclasında iştirak edәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ilkin izahatı ilә oxşar mәzmunlu izahat verәrәk iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası IXM-nin 342.9-cu maddәsi ilә tövsif etmәklә әsaslı nәticәyә gәlmişdir. Mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn qeyd olunan inzibati xәtanın törәdilmәsi iş materiallarına әlavә edilmiş inzibati xәta haqqında protokol, özünün iş materiallarına әlavә edilmiş etirafedici izahatı vә işdә olan fotoşәkil ilә sübut olunur. Ona görә dә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 342.9-cu maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası IXM-nin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 13-cü maddәsinә әsasәn inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqazidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 342.9-cu maddәsinә әsasәn nәqliyyat vasitәlәrinin müvafiq icazә olmadan xüsusi (çoxavazlı) sәs vә ya sayrışan işıq siqnalları vә ya operativ nәqliyyat vasitәlәri üçün müәyyәn edilmiş rәnglәnmә sxemlәri, yazılar vә tanınma nişanları ilә tәchiz edilmәsinә, yaxud nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünüşünü çәtinlәşdirәn örtüklәrdәn vә ya qurğulardan, nәqliyyat vasitәsinin sürәtini ölçmәyә maneçilik törәdәn vә ya ölçmә cihazlarının işinә mane olan antiradar vә digәr texniki vasitәlәrdәn, yaxud әhalinin dincliyini nümayişkaranә şәkildә pozan sәs siqnallarından istifadә edilmәsinә görә inzibati xәtanın törәdilmәsindә alәt vә ya inzibati xәtanın bilavasitә obyekti olmuş predmet müsadirә edilmәklә, beş yüz manatdan sәkkiz yüz manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmin Mәcәllәnin 31.1-ci maddәsinә әsasәn inzibati xәtaya görә tәnbeh bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Qeyd olunan Mәcәllәnin 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Belәliklә, Mәhkәmә belә nәticәyә gәlir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtindә göstәrdiyi dәlillәrә әsasәn mübahisәli qәrarın lәğv edilmәsi üçün әsaslar yoxdur, birinci instansiya mәhkәmәsi onun Azәrbaycan Respublikasının IXM-nin 342.9-cu maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinmәsi vә barәsindә tәqsirli bilindiyi maddәsinin sanksiyasında nәzәrdә tutulmuş minimum hәddә inzibati tәnbeh tәdbiri tәtbiq etmәklә düzgün nәticәyә gәlmiş vә әdalәtli qәrar qәbul etmişdir. Qeyd olunanlar nәzәrә alınaraq Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan, mәhkәmәnin onun barәsindә olan qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası IXM-nin 134.1.1 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 342.9-cu maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar