Məhkəmə qərarları › İş №3(3-8)-450/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-450/2026

15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-450/2026 15.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 328.2-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair tәrtib olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** saylı “Inzibati tәnbeh vermә haqqında” qәrarın lәğv edilmәsi vә inzibati işin yenidәn araşdırılması üçün Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmәsi qәrara alınmışdır (hakim Nigar Xәlilova). Işin halları: Baş Dövlәt Yol Polisi Idarәsi tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 328.2-ci maddәsilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025-ci il tarixdә saat 19:16 radәlәrindә Bakı- Quba-Rusiya yolunun 18-ci kilometrliyindә “Mercedes Benz E230” minik markalı ** TV *** dövlәt qeydiyyat nişanlı avtomaşını idarә edәrkәn yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 21- 40 km/saat hәddindә aşmaqla AR IXM-nin 328.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Quba Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Azәrbaycan Respublikası IXM-nin 328.2-ci maddәsi ilә barәsindә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, nömrәsiz inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәklә, barәsindәki inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Inzibati xәta haqqında işә baxan Quba Rayon Mәhkәmәsi yuxarıda göstәrilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının şikayәtinin tәmin edilmәyәn hissәdә lәğv edilmәsini, hәmin hissәdә dә şikayәtinin tәmin edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, şikayәtinin işә xitam verilmәsi hissәsindә tәmin edilmәmәsindәn narazıdır. Hәmin qәrarın şikayәtinin işә xitam verilmәsi hissәsindә tәmin edilmәmәsini qanunsuz hesab edir. Belә ki, yolun xәta qeydә alınan hissәsindә sedan nәqliyyat vasitәlәri üçün icazә verilәn maksimum sürәt 90 km/saatdır. Onun idarә etdiyi nәqliyyat vasitәsinin sürәti isә 102 km/saat olmuşdur. Bu hallar cәrimә protokoluna әlavә edilmiş şәkillәrdәn aydın şәkildә görünür. Inzibati orqan onu 30 km/saat sürәt aşmağa görә 50 manat 2 balla deyil, 10 km/saat sürәt aşmağa görә balsız 10 manat cәrimә ilә cәzalandırmalı idi. Inzibati işin halları açıq aydındır. Bu sәbәbdәn mәhkәmә işә xitam vermәli idi. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, Quba Rayon Mәhkәmәsinin Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının şikayәtinin tәmin edilmәyәn hissәdә lәğv edilmәsini, hәmin hissәdә dә şikayәtinin tәmin edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә nümayәndәnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati icraat materiallarını yoxlayıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ******** saylı qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 328.2-ci maddәsi ilә tәqsirli bilinib, 50 manat mәblәğindә cәrimә edilmişdir. Işә әlavә olunmuş SMS çıxarışında görünür ki, ##.##.2025-ci il tarixdә Bakı-Quba – Rusiya yolunun 18 km-ә yolun sürәt hәddi 70 km/saat olub. Əlavә edilmiş fotoşәkildә yolda olan surәt hәddi 90 km/saat göstәrilmişdir. Birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrarında qeyd etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәrtib olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** saylı “Inzibati tәnbeh vermә haqqında” elektron qәrar lәğv edilmәli vә inzibati iş Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn әrizәsindә nәzәrdә tutulan xüsusatlar nәzәrә alınaraq yenidәn araşdırılmalıdır. Belә ki, Qәrardan şikayәt verәn orqan (şәxs) istinad etdiyi mәsәlә araşdırılmalıdır. Yәni SMS çıxarışında görünür ki, ##.##.2025-ci il tarixdә BakıQuba –Rusiya yolunun 18 km-ә yolun sürәt hәddi 70 km/saat olub. Əlavә edilmiş fotoşәkildә yolda olan surәt hәddi 90 km/saat göstәrilmişdir. Göründüyü kimi müvafiq sәnәdlәrdә uyğunsuzluq var vә mәsәlәnin mәhkәmәdә hazırda hәll edilmәsi mümkün deyildir. Ona görә dә qәrar lәğv edilәrәk müvafiq mәsәlәnin araşdırılması üçün Daxili Işlәr Nazirliyinin Baş Dövlәt Yol Polis Idarәsinә göndәrilmәlidir. Mәhkәmә hesab edir ki, Quba Rayon Mәhkәmәsinin Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının şikayәtinin tәmin edilmәyәn hissәdә lәğv edilmәsi, hәmin hissәdә dә şikayәtin tәmin edilmәsi vә iş üzrә icraata xitam verilmәsinә dair barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Azәrbaycan Respublikası IXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-in 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Belәliklә yuxarıda göstәrilәnlәrә hüquqi qiymәt verәrәk mәhkәmә hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 328.2-ci maddәsi ilә tәrtib olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** nömrәli “inzibati tәnbeh vermә haqqında” qәrarın lәğv edilmәsi vә inzibati işin yenidәn araşdırılması üçün Baş Dövlәt Yol Polisi Idarәsinә göndәrilmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar