Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-451/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İsayev Rzaqulu Yunus oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Rzaqulu Yunus oğlu tərəfindən verilmiş apellyasiya şikayəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, R X1 tərəfindən İsayev Rzaqulu Yunus oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510.1- ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında ## #### 2026-ci il tarixli, MN 1702417-**** №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, İsayev Rzaqulu Yunus oğlu ##.##.2026-cı il tarixdə saat 16:00 radələrində yaşadıqları kəndin ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs söymüşdür. Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə İsayev Rzaqulu Yunus oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 70 (yetmiş) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Rzaqulu Yunus oğlu apellyasiya şikayəti verərək Zərərçəkmiş şəxs və Nümayəndə ona vurduqları maddi-mənəvi zərərə görə ona min manat kompensasiya verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixində Zərərçəkmiş şəxs və bacısı Nümayəndə, özlərinin az yaşlı qız nəvələrini yığaraq 4 nəfər qadın onun və qardaşı Məhəmmədov Cəlladın evinə, təsərrüfatına basqın ediblər, hasarların qapılarını sındırmağa çalışıblar, tövlələrin açarlarını sındırıblar. Həmin gün o, provokasiyadan can qurtara bilmək üçün “102” nömrəli polis xidmətinə zəng etmişdir. Dərhal polis zabiti Zaur Piriyev təhqiqat işinə başlayıb, son nəticədə onların hərəkətlərinə dair ona vurduqları zərəri tələb etməmişdir. Ona görə də həmən iş bağlanıb. Onlar tələb etdiyi işin bağlandığı bilən kimi ona qarşı şikayət vermişlər. Guya ki, onlar sahəyə daxil olarkən tat dilində söymüşdür. Onlar evinin və bağının qapısı qarşısında çəkiliş aparmışlar. Bu çəkilişi məhkəməyə təqdim etmişlər. Hakim nəsillikcə tat dilində danışmış və hal-hazırda tat dilini bildiyini iddia edən tanımadığı bir nəfər başqa kənd sakini olan cavan oğlanı tərcüməçi kimi məhkəməyə gətirmişdir. O, belə tərcümə etmişdir ki, guya o, evinə basqın etmiş qadın sürüsünü nalayıq sözlərlə təhqir etmişdür. Bu “tərcüməçi” tat dilini hansı məhəllənin danışığını başa düşə bilir. Ancaq bu halda “tərcüməçi” işləmək olmaz. Axı hər-hansı dildə tərcümə sənətini bilmək üçün elmi leksikanı, qrammatikanı yaxşı bilmək lazımdır. Müasir Tat dili Nizaminin və Xəqanin yazdığı pəhləvi dilinin müasir versiyası olsa da, hal-hazırda nə məktəblərdə, nədə hər hansı institut qərəzçiliklə öyrənilmirsə, məhlənin ləhçəsində tat dilində danışmağı bacaran bir şəxs başqa kənd ləhçələri üçün “tərcüməçi” ola bilməz. Məhkəmə işə obyektiv yanaşmamışdır. Halbuki, maddi zərər çəkən, təhqir olunan da odur. Hələ üstəlik cərimə kimi cəza alan da o olmuşdur. İbrahimovlar ailəsi hamılıqla onlara qarşı birləşib belə dağıdıcı hərəkətlər hər il təkrarən törədirlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Rzaqulu Yunus oğlu və Protokolu tərtib edən orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli dövlət qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını tədqiq edərək qeyd edir ki, dəlillər hazırkı məhkəmə araşdırmasının predmeti deyildir. Dəlillərdə göstərilən məsələlər bağlı (Zərərçəkmiş şəxs, bacısı Nümayəndə və digər insanların ona və qardaşına qarşı qanuna zidd hərəkətlər etməsi) aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək, həmin orqanların qərarlarından narazı qaldığı təqdirdə məhkəmə müraciət etmək hüququ mövcuddur. Digər dəlildə göstərilən məsələ - kompensasiya tələb edilməsi halı ilə bağlı məhkəmə vurğulayır ki, bu məsələ də hazırkı məhkəmə predmetinin araşdırması deyildir. Göstərilən hal mülki mühakimə icraatı zamanı araşdırılmalı müraciətlərə aiddir. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Rzaqulu Yunus oğlu dəymiş maddi və mənəvi ziyanla bağlı mülki mühakimə icraatı çərçivəsində aidiyyəti məhkəməyə mülki iddia tələbi ilə müraciət etmək hüququ mövcuddur. Məhkəmə iş materiallarında olan sənəd və sübutları tədqiq edərək hesab edir ki, İsayev Rzaqulu Yunus oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə İsayev Rzaqulu Yunus oğlunun lk dəfə inzibati xəta törətməsini məsuiyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təyin edilmiş inzibati tənbeh tədbiri xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Rzaqulu Yunus oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-451/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-451/2026
16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver