Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-452/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә onun müdafiәçisi vәkil1, Sumqayıt ŞPI-nin X1 Şöbәsinin inspektoru X2 iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin (tәsviri-әsaslandırıcı hissәdә IXM) 333.2-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi vәkil1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә IXM-in 333.2-ci maddәsi ilә tәrtib edilmiş ## #### 2026-cı il tarixli, IXP ******* nömrәli inzibati xәta haqqında protokol baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 333.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk onun nәqliyyat vasitәlәrini idarә etmәk hüququ 02 (iki) il müddәtә mәhdudlaşdırılmaqla 500 (beş yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir (Hakim Ismayılov Samir Bәyistan oğlu). Qәrardan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi vәkil1 apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlindә AR IXM-nın 333.2-ci maddәsinin tәrkibi mövcud olmadığı üçün onun barәsindә başlanılmış inzibati xәta haqqında icraata xitam verilmәsi barәdә yeni qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hesab edir ki, işin halları tam araşdırılmamışdır, buna görә dә mәhkәmәnin qәbul etdiyi qәrar lәğv edilmәlidir. Belә ki, iş materiallarında olan inzibati tәnbeh vermә haqqında ##.##.2025-ci il tarixli qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә ##.##.2025-ci il tarixdә Inzibati Xәtalar Mәcәllәsinin 329.1 vә 333.1-ci maddәlәri ilә inzibati tәnbeh vermә haqqında protokol tәrtib edilmiş vә 4 (dörd) ay sonra yani ##.##.2025-ci il tarixdә qәrar qәbul edilәrәk 400 manat mәblәğindә cәrimә edilmişdir. Bu hadisәdәn 1 il müddәt keçmәmәsinә baxmayaraq##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәkrar olaraq eyni ssenari üzrә tәhlükәsizlik kәmәrindәn istifadә etmәdiyi üçün saxlanılmış, saxlanılan zaman sәrxoşluq әlamәtlәri olduğu üçün hәkim müayinәsinә dәvәt edilmiş vә müayinә zamanı onun sәrxoş olması müәyyәn edilmişdir. ##.##.2026-cı il tarixli protokol vә izahat üzrә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs guya sәrxoş olduğu barәdә qeydlәr etsә dә bildirir ki, hәmin gün o sәrxoş olmamış vә bildirdiyinә görә izahatı polis әmәkdaşlarının göstәrişi üzrә yazmışdır. Saxlanılan zaman o, israrla sәrxoşluq müayinәsinin qandan analiz götürülәrәk müәyyәn olunmasını tәlәb etmiş lakin polis әmәkdaşları ona izahat yazdıraraq “narahat olma, izahatı bu formada yaz sәni buraxacayıq” bildirmişdirlәr. Hәmin günü Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sәrxoş olmamış, yazdığı izahatın vә protokolda olan qeydlәrin hüquqi nәticәlәrini anlamamışdır. Bundan başqa DYP әmәkdaşları hәrәkәtlәrindә hәm qanun pozuntusuna hәm dә qeyri-müәyyәn hәrәkәtlәrә yol vermişdirlәr. Belә ki, ##.##.2025-ci il tarixdә tәrtib olunmuş protokol üzrә ##.##.2025-ci il tarixli qәrar qәbul olunmuşdur. Hәmin qәrar protokol tәrtib olunan gün vә yaxud ay әrzindә qәbul edilmiş olsaydı ##.##.2026-cı il tarixdә olan әmәl tәkrar hesab olunmazdı. Burada sual orataya çıxır nә üçün ##.##.2025-ci il tarixdә müәyyәn olunan sәrxoşluq haqqında protokola әsasәn ##.##.2025-ci il tarixdә qәrar qәbul olunur? Ikinci dәfә, yәni ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 333.2-ci maddәsi ilә tәqsirli bilindiyi vә hәmin maddәnin sanksiyasında inzibati hәbs növündә tәnbeh nәzәrdә tutulduğu halda tәrtib olunmuş protokol 3 (üç) gün sonra ##.##.2026-cı il tarixdә mәhkәmәyә göndәrilmişdir. Tәqsirli bilindiyi maddәnin sanskiyasında inzibati hәbs nәzәrdә tutulan şәxsin izahatı da 3 gün sonra, yәni ##.##.2026-cı il tarixdә alınmışdır. Qeyd edilәn xüsusatlarla әlaqәdar birinci instansiya mәhkәmәsi heç bir araşdırma aparmamış vә qәrarında onlara qiymәt vermәmişdir. Hüquqi məsələlər: IXM-in 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi vәkil1 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk apellyasiya şikayәtinin tәmin edilmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin tәmin edilmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Sumqayıt ŞPI-nin X1 Şöbәsinin inspektoru X2 bildirdi ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs saxlanılarkәn onun tәrәfindәn sәrxoşluqla әlaqәdar etiraz edilmәmişdir. Hәmçinin müayinә zamanı istifadә olunan alkotestrin sertifikatı mövcuddur. Şәxs ##.##.2026-cı il tarixdә saxlanılsa da materialların ##.##.2026-cı il tarixdә mәhkәmәyә göndәrilmәsinә sәbәb isә qeyd olunan tarixin hәftә sonuna tәsadüf etmәsi ilә әlaqәdar olmuşdur. Hәmçinin iş üzrә inzibati icraatın dayandırılması vә tәzәlәnmәsi halları olduğundan inzibati tәnbeh vermә haqqında qәrar gec qәbul edilmişdir. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarının izahatlarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, iş üzrә yeni qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Belə ki, iş materiallarında olan: ## #### 2026-cı il tarixli, IXP ******* nömrәli inzibati xәta haqqında protokoldan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә saat 1030 radәlәrinә Sumqayıt şәhәri, Bulvar küçәsindә “BMW X7 XDRIVE 40I” minik markalı **-BD-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn tәhlükәsizlik kәmәrindәn istifadә etmәdiyi üçün saxlanılmış vә müayinә zamanı onun sәrxoş olması müәyyәn edilmişdir. ##.##.2026-cı il tarixli **** nömrәli sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi haqqında aktdan görünür ki, hәmin tarixdә tibbi müayinә zamanı Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 0,46 promilli alkoqol sәrxoşluğu vәziyyәtindә olması müәyyәn edilmişdir. ##.##.2025-ci il tarixli TP ******* nömrәli inzibati tәnbeh tәtbiq etmә barәdә qәrardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixli, IXP ******* nömrәli inizbati xәta haqqında protokol әsasında IXM-in 333.1-ci maddәsi ilә tәqsirli bilinәrәk 400 manat mәblәğindә cәrimә edilmişdir. IXM-in 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Hәmin Mәcәllәnin 12-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. IXM-in 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. IXM-in 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. IXM-in 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktiki mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Qeyd olunan Mәcәllәnin 84.1-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Apellyasiya mәhkәmәsi qeyd edir ki, iş materiallarından göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә ##.##.2025-ci il tarixdә IXM-in 329.1 vә 333.1-ci maddәlәri ilә inzibati xәta haqqında protokol tәrtib edilmiş, hәmin protokol әsasında ##.##.2025-ci il tarixdә (tәxminәn 4 ay sonra) barәsindә inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilәrәk 400 manat mәblәğindә cәrimә edilmişdir. ##.##.2026-cı il tarixdә yenidәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә IXM-in 329.1 vә 333.2-ci maddәlәri ilә inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Apellyasiya mәhkәmәsinә tәqdim edilmiş ##.##.2025-ci il tarixli IXP ******* nömrәli inzibati xәta haqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixdә IXM-nin 329.1 vә 333.1-ci maddәlәri ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs protokolla tanış olması vә protokolla razı olmasına dair qeyd etmişdir. Hәmçinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixli izahatında axşam saatlarında içki içdiyini etiraf etmişdir. ##.##.2025-ci il tarixli qeydindәn görünür ki, barәsindә cәrimә qәrarı qәbul edilmәsini xahiş edir vә qısa zamanda cәrimәni ödәyәcәkdir. Bundan başqa apellyasiya mәhkәmәsinә tәqdim edilmiş inzibati xәta haqqında iş üzrә icraatın dayandırılması vә tәzәlәnmәsi barәdә qәrarlardan görünür ki, iş üzrә icraat ##.##.2025-ci il tarixdә dayandırılmış, ##.##.2025-ci il tarixdә tәzәlәnmişdir. Qәrarda icraatın dayandırılmasına sәbәb kimi vәtәndaş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrarla razılaşmadığı vә iştirakı ilә qәrar qәbul edilmәsi üçün polis şöbәsinә gәlmәmәsi göstәrilmişdir. ##.##.2025-ci il tarixdә sürücü polis şöbәsinә yaxınlaşaraq iştirakı ilә araşdırma aparılmışdır. Göründüyü kimi vәtәndaş Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında protokolun ##.##.2025-ci il tarixdә qәbul edilmәsinә vә onun protokolla razı olmasına baxmayaraq inzibati xәta haqqında iş üzrә icraat Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrarla razılaşmaması әsası ilә dayandırılmış, inzibati tәnbeh vermә haqqında qәrar ##.##.2025-ci il tarixdә qәbul edilmişdir. Belә olan halda apellyasiya mәhkәmәsi qeyd edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 333.2-ci maddәsi ilә tәqsirli bilinib tәnbeh edilmәsi әsassızdır. IXM-in 333.1-ci maddәsinә әsasәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsinin alkoqoldan istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә - dörd yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır. Hәmin Mәcәllәnin 333.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 333.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәdilmәsinә görә - nәqliyyat vasitәlәrini idarә etmәk hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla, beş yüz manat mәblәğindә cәrimә edilir vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. Apellyasiya mәhkәmәsi qeyd edir ki, Azәrbaycan Respublikası IXM-nin 333.2-ci maddәsinin sanksiyasına әsasәn, şәxsin bu maddә ilә mәsuliyyәtә cәlb olunması üçün 333.1ci maddәdә nәzәrdә tutulmuş xәtanın inzibati tәnbeh almış şәxs tәrәfindәn inzibati tәnbeh vermә haqqında qәrar qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәdilmәsi tәlәb olunur. IXM-in 101.1-ci maddәsinә әsasәn inzibati xәtanın törәdilmәsi faktı aşkar edildikdәn dәrhal sonra inzibati xәta haqqında protokol tәrtib edilir. IXM-in 101.2-ci maddәsinә әsasәn işin hallarının, elәcә dә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsin şәxsiyyәtinin vә ya hüquqi şәxs barәsindә mәlumatların әlavә aydınlaşdırılması tәlәb olunduğu hallarda, inzibati xәta haqqında protokol inzibati xәtanın aşkar edildiyi vaxtdan iki gün müddәtindә tәrtib edilir. IXM-in 104.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә icraat aşağıdakı hallarda dayandırılır: - barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxs qaçıb gizlәndikdә vә ya digәr sәbәblәrdәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsin olduğu yer müәyyәn edilmәdikdә; - barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsin ağır xәstәliyi ilә әlaqәdar inzibati xәta haqqında iş üzrә icraatda iştirakı mümkün olmadıqda; - inzibati xәtanı törәdәn şәxs müәyyәn olunmadıqda. IXM-in 124.2-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxmaq hüququ sәlahiyyәtli orqana (vәzifәli şәxsә) aid edilmiş yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә avtomobil yollarından istifadә qaydaları әleyhinә olan inzibati xәtalar sәlahiyyәtli vәzifәli şәxs tәrәfindәn bilavasitә aşkar edildikdә vә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs inzibati xәta hadisәsinin mövcudluğu ilә razılaşdıqda, inzibati tәnbeh tәtbiq etmә haqqında qәrar çıxarılır. IXM-in 124.3-cü maddәsinә әsasәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs inzibati xәta hadisәsinin mövcudluğu ilә razılaşmadıqda, sәlahiyyәtli vәzifәli şәxs inzibati xәta haqqında protokol tәrtib edir. Yuxarıda da qeyd edildiyi kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә ##.##.2025-ci il tarixdә törәdilmiş inzibati xәtaya görә ##.##.2025-ci il tarixdә inzibati xәta haqqında protokol tәrtib edilmiş, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәtanı törәtmәsi faktı ilә razılaşmasına baxmayaraq bu barәdә qәrar qәbul edilmәmişdir. Halbuki materiallardan da göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixdә izahatında inzibati xәtanı törәtmәsinә dair etirafedici izahat verdikdәn sonra heç bir araşdırma aparılmamış, material әsassız olaraq 4 aya yaxın müddәt әrzindә hәrәkәtsiz saxlanılaraq ##.##.2025-ci il tarixdә bu barәdә qәrar qәbul edilmişdir. Mәhkәmә hәmin material üzrә inzibati xәta haqqında iş üzrә icraatın dayandırılması haqqında ##.##.2025-ci il tarixli qәrarla da razılaşmır, hәmin qәrarın formal olaraq icraatın dayandırılması görüntüsü yaratmaq mәqsәdilә materiallara әlavә olunduğunu hesab edir. Belә ki, qәrarda icraatın dayandırılmasına sәbәb kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs qәrarla razılaşmadığı vә iştirakı ilә qәrar qәbul edilmәsi üçün polis şöbәsinә gәlmәmәsi göstәrilsә dә ##.##.2025-ci il tarixli protokolda vә izahatında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi inzibati xәtanı qәbul etmiş, bundan başqa IXM-in 104-cü maddәsindә inzibati icraatın dayandırılması üçün sadalanan hallar sırasında şәxsin qәrarla razılaşmaması halı qeyd edilmәmişdir. Ona görә dә mәhkәmә hesab edir ki, sәlahiyyәtli orqanın öz qanunsuz hәrәkәtsizliyi vә ya proseduru vaxtında icra etmәmәsi sәbәbindәn tәnbeh qәrarının aylarla gecikdirilmәsi vә bunun nәticәsindә şәxsin daha ağır maddә ilә (tәkrar xәta kimi) mәsuliyyәtә cәlb olunması vәtәndaşın әleyhinә şәrh oluna bilmәz. IXM-in 333.2-ci maddәsinin tәrkibinin yaranması üçün şәxsin inzibati tәnbeh almış şәxsin inzibati tәnbeh vermә haqqında qәrarın qüvvәyә mindiyi gündәn bir il әrzindә tәkrar törәdilmәsi göstәrilsә dә mәhkәmә hesab edir ki, bu halda birinci inzibati tәnbeh vermә haqqında qәrar ##.##.2025-ci il tarixdәn deyil, protokolun tәrtib edildiyi ##.##.2025-ci il tarixdәn hesablanmalıdır. Belә ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2025-ci il tarixli inzibati xәta haqqında protokolla razılaşmasına vә inzibati xәtanın törәdilmәsini tәsdiq edәn әlavә sübutlar tәlәb olunmamasına baxmayaraq sәlahiyyәtli orqan tәrәfindәn vaxtında inzibati tәnbeh vermә haqqında qәrar qәbul edilmәmiş, nәticәdә şәxsin hüquqları pozularaq onun barәsindә daha ağır inzibati tәnbeh tәdbirinin tәtbiq edilmәsinә sәbәb olmuşdur. Mәhkәmә belә qәnaәtә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә sәrxoş vәziyyәtdә nәqliyyat vasitәsini idarә etmәsi tibbi müayinә aktı (0,46 promilli) vә işdә olan digәr sübutlarla tam sübuta yetirilsә dә, bu әmәlin "tәkrar törәdilmәsi" hüquqi baxımdan әsaslandırılmamışdır. Bu sәbәbdәn, birinci instansiya mәhkәmәsinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 333.2-ci maddәsi ilә tәqsirli bilmәsi işin faktiki hallarına uyğun gәlmәdiyindәn mәhkәmә hesab edir ki, yuxarıda qeyd olunanlara әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәli IXM-nin 333.2-ci maddәsindәn IXM-in 333.1-ci maddәsinә tövsif edilmәlidir. Belә ki, onun tәrәfindәn IXM-nin 333.1-ci maddәsi ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsi iş materialları ilә tam tәsdiq olunur. Onun barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsaslar yoxdur. Bununla yanaşı, mәhkәmә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә sәrxoş olmaması, izahatını polis әmәkdaşlarının göstәrişi üzrә yazması, saxlanılan zaman israrla sәrxoşluq müayinәsinin qandan analiz götürülәrәk müәyyәn olunmasını tәlәb etmәsinә baxmayaraq polis әmәkdaşlarının ona izahat yazdıraraq hәmin formada yazacağı halda onu buraxacaqlarını bildirmәsinә dair dәlillәri ilә razılaşmır, hәmin dәlillәrin barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin inzibati mәsuliyyәtdәn yayınmaq üçün özünü müdafiә xarakterli olduğunu hesab edir. Belә ki, inzibati xәta üzrә araşdırma materiallarından da göründüyü kimi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixli sәrxoşluq vәziyyәtinin tibbi müayinәsi aktında müayinәnin nәticәsi ilә tanışlığı haqqında qeydә imza etmiş vә onun qanından nümunә götürülmәsi barәdә heç nә bildirmәmiş, bundan başqa hadisәdәn üç gün sonra ##.##.2026-cı il tarixli izahatında da nәqliyyat vasitәsini sәrxoş vәziyyәtdә idarә etdiyini vә bir daha sәrxoş vәziyyәtdә nәqliyyat vasitәsini idarә etmәyәcәyini tәsdiq etmişdir. IXM-in 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. IXM-in 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә belә qәnatә gәlir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 333.2-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 333.1-ci maddәsi ilә tәqsirli bilinmәli vә onun nәqliyyat vasitәsini idarә etmәk hüququ 06 (altı) ay müddәtinә mәhdudlaşdırılmalıdır. IXM-in 134.1.2-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәbul edilmiş qәrardan şikayәt vә ya protestә baxılarkәn bu Mәcәllәnin 135.1.2–135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. IXM-in 135.1.2-ci maddәsinә әsasәn hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDİ: Apellyasiya şikayәti qismәn tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 333.2-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә әsasәn lәğv edilsin. Iş üzrә yeni qәrar qәbul edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 333.1-ci maddәsi ilә inzibati xәta törәtmәkdә tәqsirli bilinsin vә onun nәqliyyat vasitәsini idarә etmәk hüququ 06 (altı) ay müddәtinә mәhdudlaşdırılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsә birinci instansiya mәhkәmәsindә göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt şәhәri * saylı Vәkil Bürosunun vәkili vәkil2 mәhkәmәdә iştirak etdiyi vә işlә tanış olduğu 03 saata görә 33 (otuz üç) manat Azәrbaycan Respublikası Dövlәt büdcәsi hesabından Sumqayıt şәhәri * saylı Vәkil Bürosunun hesabına köçürülsün. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-452/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-452/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver