Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-453/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Tәlәbkar “Zәrәrçәkmiş şәxs” MMC-nin nümayәndәsi vә vәkili HGNS Kaunsilor Vәkil Bürosunun vәkili Nümayәndә iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şәhәri üzrә Icra idarәsinin icra mәmuru X1 tәrәfindәn “xxxx” MMC-nin direktoru Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә vәzifәli şәxs kimi Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsi ilә ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 1.200 (min iki yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir (hakim X2). Qәrardan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi Vәkil apellyasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar әsassız vә qanunsuzdur. Belә ki, icra şöbәsinin icra mәmuru hәmin ünvanda olmuş, qeyd edilәn ünvanda cavabdehin fәaliyyәt göstәrmәsi vә yaxud qәtnamәdә qeyd edilәn әmlakların hәmin ünvanda olmasına dair hәr hansı bir halı tәsbit etmәmişdir. Əksinә, icra mәmurunun hәmin ünvanda keçirdiyi baxış zamanı hәmin ünvanda başqa bir şәxsin fәaliyyәt göstәrmәsi, o cümlәdәn hәr hansı bir avadanlığın isә olmaması öz tәsdiqini tapmışdır. Icra mәmuru buna dair akt da tәrtib etmişdir. Icra mәmuru tәrәfindәn borclunun әmlakının olub olmaması müәyyәn edilmәmiş, bu barәdә araşdırma aparılmamış vә müvafiq sorğular verilmәmişdir. Lakin mәhkәmә tәrәfindәn işә baxılarkәn bu xüsusatlar yenidәn araşdırılmamışdır. Bundan әlavә, mәhkәmә qәrar çıxararkәn işә aidiyyatı olmayan şәxslәrin izahatına istinad etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn tәlәbkar “Zәrәrçәkmiş şәxs” MMC-nin nümayәndәsi vә vәkili HGNS Kaunsilor Vәkil Bürosunun vәkili Nümayәndә izahatında bildirdi ki, avadanlıq hazırda yerindәdir. Belә ki, mәhkәmә qәrarında da göstәrilmişdir ki, әmlaka baxış keçirilmişdir. Kainat şirkәtinin icarә müqavilәsinә formal olaraq xitam vermәsi o demәk deyildir ki, şirkәt oranı artıq istifadә etmir. Şirkәtin lәğv olunduğu bildirilsә dә aydın olmuşdur ki, lәğv edilmәmişdir. Sonradan isә şirkәtin fәaliyyәtinin dayandırıldığı bildirilmişdir. Qәrәzli şәkildә mәhkәmә qәtnamәsi icra edilmir. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş edir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә onun müdafiәçisi Vәkil mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Sumqayıt Kommersiya Mәhkәmәsinin e-2-2(119)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdindәn görünür ki, cavabdehlәr “xxxx” MMC vә “xxxx” MMC iddiaçı “Zәrәrçәkmiş şәxs” MMC-yә mәxsus tökmә avadanlığın, induksiya sobasının, 8 әdәd metal tökmәk üçün qәlibin, 1 dәst tökmә maşınların (anod tökmә kompleksinin) vә inteqral sxemin ünvan 1 ünvanından daşınmasına şәrait yaratmalıdırlar. Cavabdehlәr “xxxx” MMC vә “xxxx” MMC-dәn 100 manat mәblәğindә dövlәt rüsumu, 500 manat hüquqi yardıma görә xәrc, ümumilikdә 600 manat mәblәğindә pul tutularaq iddiaçı “Zәrәrçәkmiş şәxs” MMC-yә ödәnilmәlidir. ##.##.2026-cı il tarixli icraata başlama haqqında qәrardan görünür ki, Sumqayıt Kommersiya Mәhkәmәsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdi üzrә icraata başlanmışdır. ##.##.2026-cı il tarixli tәlәbin könüllü icrası haqqında bildirişdәn görünür ki, Sumqayıt Kommersiya Mәhkәmәsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sәnәdi üzrә tәlәbin könüllü icrası “xxxx” MMC-yә tәklif edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixli izahatından görünür ki, o, icra sәnәdindәn xәbәrdar olduğunu, avadanlıqların çoxdan satıldığını vә yerindә olmadığını bildirmişdir. Dövlәt Vergi Xidmәtinin saytından çıxarışdan görünür ki, “xxxx” MMC-nin qanuni tәmsilçisi Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsdur. Sumqayıt Kommersiya Mәhkәmәsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qәtnamәsinin 4-cü sәhifәsinin üçüncü abzasından görünür ki, ##.##.2025-ci il tarixdә iddiaçı “Zәrәrçәkmiş şәxs” MMC-nin vә cavabdeh “xxxx” MMC-nin nümayәdәsi vә vәkillәrinin iştirakı ilә ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı tökmә avadanlığının, induksiya sobasının, metal tökmәk üçün qәliblәrin, tökmә maşının vә inteqral sxemin hәmin ünvanda olduğu aşkar edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Sumqayıt Şәhәr Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanuni vә әsaslıdır. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә -fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. “Icra Haqqında» Azәrbaycan Respublikasının Qanunun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası IXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Iş materiallarından görünür ki, işin icra mәrhәsindә icra mәmuru iki dәfә icra yerindә olmasına baxmayaraq borclu tәrәfindәn icra sәnәdinin icrasına şәrait yaradılaraq avadanlıqlar tәqdim edilmәmiş vә onların götürülmәsinә şәrait yaradılmamışdır. Bu da onu demәyә әsas verir ki, borclu icra sәnәdini icra etmәkdәn üzrsüz sәbәbdәn yayınır vә icra mәmurunun qanuni tәlәbini qәrәzli şәkildә icra etmir, icra sәnәdinә etinasız yanaşır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarının icrası mәhkәmәyә müraciәt etmәk hüququnun tәrkib hissәsi olmaqla xüsusi önәm daşıyır. Belә ki, mәhkәmә qәrarının vaxtında vә düzgün icra olunmaması bütövlükdә mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini sәmәrәsiz vә qәbul olunmuş qәrarı әhәmiyyәtsiz edir. Konstitusiya vә beynәlxalq hüquq aktlarının tәlәblәrinә görә әdalәt mühakimәsi mәhkәmә qәrarlarının effektiv icrası nәticәsindә hüquqların sәmәrәli şәkildә bәrpa olunmasını tәmin etmәlidir. (Konstitusiya Mәhkәmәsi Plenumunun “Icra haqqında” Azәrbaycan Respublikası Qanununun 7, 10, 24 vә 26-cı maddәlәrinin Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin bәzi müddәaları baxımından şәrh edilmәsinә dair” 2015-ci il # ######## tarixli Qәrarı). Hәmçinin, apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin tәyin etdiyi tәnbeh tәdbirini qiymәtlәndirәrәk hesab edir ki, şәxs barәsindә minimum hәddә tәtbiq olunmuş cәrimә mәblәği törәdilmiş әmәlin xarakterinә vә işin faktiki hallarına tam uyğundur, hüquqi cәhәtdәn qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası IXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-453/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-453/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver