Məhkəmə qərarları › İş №3(3-8)-454/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-454/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-454/2026 16.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərərçəkmiş zərərçəkmiş şəxs1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Protokolu tərtib edən orqannin icra məmuru X1 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumilikdə o, hər ay hər iki qətnamə üzrə üç övladının saxlanılmasına iddiaçı X4 400 manat, iddiaçı zərərçəkmiş şəxs1 200 manat sabit pul məbləğində olmaqla, hər ay 600 manat aliment pulu ödənişi etməlidir. İşsiz olmağına baxmayaraq günəmuzd işləyərək aliment üzrə pulu hər bir uşağın saxlanılması üçün iddiaçı tərəflərin bank hesablarına qətnamə qəbul olunduğu gündən ödəmişdir. Bu barədə müvafiq aliment üzrə ödəniş qəbzlərini şikayətə əlavə etmişdir. Özü yaşlı valideynləri ilə birlikdə yaşayır. Son zamanlar onların səhhətində yaşları ilə bağlı yaranmış olan vəziyəti ilə əlaqədar olaraq mütəmadi qulluğa ehtiyacları olduğu üçün, işləyib pul qazana bilmədiyi səbəbindən, aliment pulunu ödəyə bilməmişdir. Rəsmi iş yeri olmadığından, valideynlərinin həkim qəbulundan keçməsinə, müalicə və dərman vasitələrinin alınması üçün ona bank tərəfindən kredit xətti ayrılmadığından, təqaüdçü atası Məmmədov Telman Məmmədhəsən oğlunun adında “xxxx” ASC-dən kredit ayrılmışdır. Həmin kreditlə ayrılmış vəsaitlə valideynlərinin müayinə və müalicəsi aparılmışdır. Hal-hazıradək, həmin kreditlə bərabər bacardığı qədəri ilə aliment pulunu ödəməyə çalışır. Buna baxmayaraq, o, hər iki iddiaçı tərəfə aliment pulunu işləmədiyinə görə ödəməkdə çətinlik çəkdiyini bildirsə də, Protokolu tərtib edən orqannin icra məmuru. X1, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərəfindən MN ******* saylı protokol tərtib edib, baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. O, işləmədiyi üçün maddi cəhətdən çox çətinlik çəkir, təsadüfi qazancla qazandığı pul vəsaitini aliment borclarını ödəyir. O, Abşeron Rayon Məhkəməsi tərəfindən qərarla tətbiq edilən inzibati cəriməni ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Zərərçəkmiş zərərçəkmiş şəxs1 çıxış edərək aliment məbləğinin ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 və Protokolu tərtib edən orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs və səlahiyyətli dövlət qurumunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi birgə nikahdan doğulmuş ## ###### 2017-ci il təvəllüdlü X6 və ## #### 2021-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2024-cü il tarixdən başlayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 xeyrinə hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmiş, ## ###### 2017-ci il təvəllüdlü X6 və ## #### 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 xeyrinə hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, ## ###### 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq, iddiaçı zərərçəkmiş şəxs1 qızma ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” qərarlardan görünür ki, qeyd olunan ivra sənədləri üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İş materiallarında olan “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- ****/**** saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində 860 manat, ##.##.2026-cı il tarixində 200 manat, ##.##.2026-cı il tarixində 100 manat, ##.##.2026-cı il tarixində 10 manat, ##.##.2026-cı il tarixində 50 manat, ##.##.2026-cı il tarixində 10 manat, ##.##.2026-cı il tarixində 20 manat, ##.##.2026-cı il tarixində 10 manat, ##.##.2026-cı il tarixində 240 manat ödəniş etmişdir Apellyasiya şikayəti üzrə icraat zamanı təqdim edilmiş qəbzdən görünür ki, zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə 100 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxs1 ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını tədqiq edərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədləri üzrə aliment borcu mövcuddur. Bu özündə icra sənədləri üzrə öhdəlikləri tam yerinə yetirmədiyini göstərir. Sadanan hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini göstərir. Məhkəmə həmçinin vurğulayır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədləri üzrə öhdəliyinin bir hissəsini yerinə yetirməsi, həmin öhdəliklərinin üzrsüz səbəbdən tam yerinə yetirilməməsinin nəticələrini aradan qaldırmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təyin edilmiş inzibati tənbeh tədbiri xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın . Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar