Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-455/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Oruczadә Urfan Eynur oğlunun katibliyi, Qәrardan şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Abşeron RPİ DYPŞ tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tәnbeh tәtbiq etmә haqqında qәrardan verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmәyә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 327.2 vә 327.7-ci maddәlәri ilә tәnbeh edilmәsinә dair Abşeron RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli qәrarının lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә şikayәt tәmin olunmamışdır(Hakim Teymur-X1). Qeyd olunan qәrardan narazı qalan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Abşeron rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixili, *(*-***)-****/**** saylı inzibati xәta haqqında qәrarını lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarını qanunsuz vә әdalәtsiz hesab edir. Mәhkәmә tәrәfindәn inzibati mәsuliyyәt müәyyәn edәn qanunun normasını düzgün tәtbiq edilmәmişdir. O işıqforun qadağanedici işarәsinә әmәl etmişdir. Polis әmәkdaşları onunla çox kobud şәkildә rәftar etmiş, avtomobili әsassız olaraq ##.##.2026-cı il tarixindә Abşeron rayonu Yol Polisi İdarәsinә aparılmışdır. ##.##.2026-cı il tarixindә qanunsuz olaraq sürücülük hüququna mәhdudiyyәt qoyulmuşdur. Qeyd etmәk istәyir ki, öncәdәn 18 bal cәrimәsi olduğu üçün qanunsuz vә әsassız şәkildә tәtbiq edilәn cәrimәyә görә 3 bal da әlavә olunduğu üçün sürücülük hüququ mәhdudlaşdırılmışdır.Qayda pozuntusu barәdә dәfәlәrlә Abşeron Rayon DYPŞ-nә müraciәt ünvanlamağına baxmayaraq heç bir sübut tәqdim edilmәmiş, hәmçinin videogörüntü ona şәxsәn tәqdim edilmәmiş, videogörüntüyә baxış keçirilmәsini dәfәlәrlә israr etdikdәn sonra, polis әmәkdaşı öz mobil telefonunda görüntünü göstәrmiş, baxış zamanı onun avtomobili deyil, eyni rәngdә başqa avtomobil göstәrilmiş, o polis әmәkdaşlarına öz iradını bildirsә dә, buna mәhәl qoymamışlar vә görüntüdә әks olunmuş avtomobilin dövlәt qeydiyyat nişanını ona göstәrmәmişlәr. İndiki halda ## ##### 2026-cı il il tarixli inzibati tәnbehvermә haqqında qәrar qәbul etmiş orqanın qәrarın qәbulu üçün әsas olmuş halları sübuta yetirmәsi vacibdir. Onun tәrәfindәn istinad edilәn tarixdә inzibati xәta hadisәsi törәdilmәmişdir.Fotoda göstәrilәn maşının ona hәr-hansı bir aidiyyәti yoxdur. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin mәhkәmә iclasında şikayәtçi Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, heç bir inzibati xәta hadisәsi törәdilmәmiş vә barәsindә qeyd olunan qәrarın qәbul edilmәsi qanunsuzdur. Apellyasiya şikayәtinin tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq, protokol tәrtib edәn şәxs Abşeron rayon Polis İdarәsi Dövlәt X2 Yol Patrul Xidmәti inspektoru X3 mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi Qәrardan şikayәt verәn orqan (şәxs) dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Buna görә dә mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә, saat 16:30-da idarә etdiyi “KİA SORENTO” minik markalı, **-EP-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini Abşeron rayonu, Masazır dairәsi әrazisindә idarә edәrkәn svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsi qaydalarını pozduğuna görә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2 vә 327.7-ci maddәlәri ilә tәqsirli bilinәrәk 100 manat mәblәğindә cәrimә edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәrlә razılaşmayaraq qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) “KİA SORENtO” minik markalı, **-EP-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini Abşeron rayonu, Masazır dairәsi әrazisindә idarә edәrkәn svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsi qaydalarını pozması ilә bağlı inzibati xәta törәdilmәsi faktı iş materiallarında olan sübutlarla tәsdiq olunur. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 1-ci maddәsinә әsasәn: yol hәrәkәti — xüsusi nәzәrdә tutulmuş yollarda nәqliyyat vasitәlәrinin kömәyi ilә vә ya belә kömәk olmadan hәrәkәt etmәk, habelә sәrnişin vә yük daşınması üzrә fiziki vә hüquqi şәxslәrin tәlәbatlarını ödәmәk prosesindә yaranan ictimai münasibәtlәrin mәcmusudur; Hәmin qanunun 36-cı maddәsinә әsasәn yol hәrәkәtinin iştirakçıları: 1) yol hәrәkәti Qaydalarına riayәt etmәli, bu Qanunun yol hәrәkәtinin tәhlükәsizliyi mәsәlәlәrinә dair tәlәblәrini bilmәli vә yerinә yetirmәlidirlәr; 2) yol hәrәkәtinin nizama salınmasında istifadә olunan nizamlayıcının vә svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlәrindә istifadә olunan sәs vә işıq siqnallarına, bәzi nәqliyyat vasitәlәrinin fәrqlәndirici nişanlarına vә nәqliyyat vasitәsi sürücülәrinin siqnallarına tabe olmalıdırlar; 3) yol hәrәkәti üçün tәhlükәsiz şәrait yaratmalı, öz hәrәkәtlәri vә ya hәrәkәtsizliyi ilә digәr hәrәkәt iştirakçılarına, onların nәqliyyat vasitәlәrinә vә başqa әmlaka zәrәr vurmamalıdırlar; Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 35-1-ci maddәsinin hәmin Qanunun 33-cü, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 263-1-ci vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 332-ci maddәlәri ilә әlaqәli şәkildә şәrh edilmәsinә dair” ## ### 2022-ci il tarixli qәrarında qeyd edilmişdir ki, Konstitusiyanın 72-ci maddәsinә uyğun olaraq, dövlәt vә cәmiyyәt qarşısında hәr bir şәxs onun hüquq vә azadlıqlarından bilavasitә irәli gәlәn vәzifәlәr daşıyır. Hәr kәsin üzәrinә vәzifәlәr yalnız bu Konstitusiya ilә vә ya qanunla qoyula bilәr. Hәr bir şәxs Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına әmәl etmәli, başqa şәxslәrin hüquq vә azadlıqlarına hörmәt bәslәmәli, qanunla müәyyәn edilmiş digәr vәzifәlәri yerinә yetirmәlidir. Qanunu bilmәmәk mәsuliyyәtdәn azad etmir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası İXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası İXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası İXM-nin 80.2-ci maddәsinә әsasәn, sәnәdlәr yazılı vә ya digәr formada müәyyәn edilmiş mәlumatları özündә әks etdirә bilәr. Fotoşәkillәr, sәsyazma vә ya videoyazı materialları, mәlumat bazası vә mәlumat bankı vә digәr mәlumatları olan müvafiq daşıyıcılar sәnәdlәr hesab olunur. Azәrbaycan Respublikası İXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsinә әsasәn svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanının tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yolayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, yaxud adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmәyә görә yüz manat mәblәğindә cәrimә edilir. (yeni redaksiyada). İş materiallarına әlavә edilmiş video diskә mәhkәmә iclasında baxılarkәn müәyyәn edilmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә, saat 16:30-da idarә etdiyi “KİA SORENTO” minik markalı, **-EP-*** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini Abşeron rayonu, Masazır dairәsi әrazisindә idarә edәrkәn svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirmiş, bundan sonra yol polis әmәkdaşı tәrәfindәn saxlanılaraq qayda pozuntusu izah edilmiş vә onunla kobud rәftar etmә halı isә olmamışdır. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә tәtbiq edilmiş inzibati tәnbehin әsaslılığını müzakirә edәrәk aşağıdakıları nәzәrә alır. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Qәrardan verilmiş şikayәtin dәlillәrini, hәmçinin material üzrә bir sıra xüsusatları araşdırıb apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün әsaslar yoxdur vә birinci instansiya mәhkәmәsi işin hallarını nәzәrә alıb qanuni qәrar qәbul etmişdir. Belәliklә apellyasiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә göstәrilәn dәlillәr әsasında Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsi üçün әsaslar yoxdur. Ona görә dә şikayәt tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Abşeron RPİ DYPŞ tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli inzibati tәnbeh tәtbiq etmә haqqında qәrardan verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-455/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-455/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver