Məhkəmə qərarları › İş №3(3-8)-456/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-456/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-456/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin nümayәndәsi Nümayәndә iştirakı ilә «xxxx» Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında işin icraatına xitam verilmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә «xxxx» MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata әmәlindә hәmin inzibati xәtanın tәrkibi olmadığı üçün xitam verilmişdir (hakim Nigar Xәlilova). Işin halları: Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn «xxxx» MMC barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsi ilә MN ******* nömrәli, ## ### 2026-cı il tarixli inzibati xәta haqqında protokol tәrtib olunmuşdur ona görә ki, «xxxx» MMC tәrәfindәn “Əmәk vә Mәşğulluq” altsisteminә daxil edilmiş әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi tәlәb olunmasına baxmayaraq, müqavilәlәrin elektron sәnәd formasına keçirilmәsi ##.##.2026-cı il tarixәdәk tәmin edilmәmişdir. Bununla da Əmәk Mәcәllәsinin 15.5-ci maddәsinin tәlәblәri pozulmuşdur. Protokol baxılmaq üçün Quba Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: X1 Müfәttişliyi Xidmәtinin Hüquq Idarәsi tәrәfindәn apellyasiya şikayәti verilәrәk, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә X4 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn tәrtib edilmiş MN ******* nömrәli, ## ### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsasında «xxxx» MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, "xxxx" MMC-dә işçilәrin qüvvәdә olan әmәk müqavilәlәrini qanunvericiliyә әsasәn elektron sәnәd formasına keçirilmәsi tәmin edilmәmişdir. "xxxx" MMCyә ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrәli mәktubla xәtanın 10 (on) gün әrzindә aradan qaldırılması, әks tәqdirdә mәsuliyyәtә cәlb olunacaqları barәdә göstәriş xarakterli mәktub ünvanlanmışdır. Sadalanan tәdbirlәrә baxmayaraq, "xxxx" MMC tәrәfindәn Xidmәtin qanuni göstәrişinin icra edilmәsi vә bu barәdә Xidmәtin Quba-Xaçmaz reginal şöbәsinә mәlumat verilmәmişdir. Mәhkәmә tәrәfindәn inzibati orqanın araşdırmasına vә protokoluna sübut kimi hüquqi qiymәt verilmәmiş, barәsindә inzibati xәta haqqında protokol tәrtib edilmiş hüquqi şәxsin nümayәndәsi tәrәfindәn müәssisәnin müdafiәsi vә mәsuliyyәtdәn yayındırılması mәqsәdi ilә sonradan düşünülәrәk irәli sürdüyü mülahizәlәrә әsaslanmışdır. Nәticәdә, Quba Rayon Mәhkәmәsi tәrәfindәn sübutların qiymәtlәndirilmәsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan әsassız nәticәyә gәlinmiş vә nәticәdә әsassız qәrar qәbul edilmişdir. X4 Xidmәtinin Quba-Xaçmaz reginal şöbәsi tәrәfindәn IXM-in 539.1-1-ci maddәsi ilә "xxxx" MMC barәsindә qәbul edilmiş inzibati xәta haqqında protokol tam qanuni vә әsaslıdır. "xxxx" MMC tәrәfindәn işçilәrin qüvvәdә olan әmәk müqavilәlәrini qanunvericiliyә әsasәn elektron sәnәd formasına keçirilmәsinin tәmin edilmәsi barәdә icrası mәcburi göstәriş verilmişdir. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 15-ci maddәsinin 5-ci hissәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqanın bu Mәcәllәnin vә әmәk qanunvericiliyinә dair digәr normativ hüquqi aktların tәlәblәrinә әmәl olunmasına dair qәbul etdiyi qәrarların, göstәrişlәrin işәgötürәnlәr vә işçilәr, habelә әmәk münasibәtlәrinin digәr iştirakçıları tәrәfindәn icrası mәcburidir. "xxxx" MMC-nin tәqsiri iş materiallarında mövcud olan vә yuxarıda qeyd olunmuş mötәbәr, qanuni vә etibarlı sübutların birlikdә qiymәtlәndirilmәsi nәticәsindә sübut olunmuşdur. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin "Işәgötürәnlәr tәrәfindәn әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi mәrhәlәlәrinin müәyyәn edilmәsi haqqında" ## ######## 2024-cü il tarixli, *** nömrәli Qәrarına әsasәn Azәrbaycan Respublikasının 2024-cü il ## #### tarixli ****-VIQD nömrәli Qanunu qüvvәyә minәnәdәk bağlanılmış qüvvәdә olan әmәk müqavilәlәrinin elektron sәnәd formasına keçirilmәsi mәrhәlәsi iri, orta, kiçik ve mikro sahibkarlıq subyekti olan, habelә sahibkarlıq subyekti olmayan işәgötürәnlәr üçün 2025-ci ilin # #### tarixindәn gec olmayaraq müәyyәn edilmişdir. Eyni zamanda, hüquqi şәxs Əmәk Mәcәllәsinin 3-cü maddәsinin 3-cü hissәsi ilә müәyyәn edilmiş işәgötürәn (tam fәaliyyәt qabiliyyәtli olub işçilәrlә әmәk müqavilәsi (kontrakt) bağlamaq, ona xitam vermәk, yaxud onun şәrtlәrini dәyişdirmәk hüququna malik mülkiyyәtçi vә ya onun tәyin (müvәkkil) etdiyi müәssisәnin rәhbәri, sәlahiyyәtli orqanı, habelә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxs) anlayışı ilә әmәk müqavilәsi bağlamaq sәlahiyyәtinә malik mülkiyyәtçi olduğundan Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin subyekti (işәgötürәn) olması sübut edlir. Iş materiallarında olan sәnәdlәrә әsasәn vәzifәli şәxs tәrәfindәn IXM-in 539.1-1-ci maddәsinin tәlәblәrinin pozulması faktı vә Xidmәt tәrәfindәn qanunvericiliyin tәlәblәrinә tam riayәt olunması öz tәsdiqini tapır. Proses iştirakçılarının çıxışları: Apellyasiya mәhkәmәsinin iclasında Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәtinin nümayәndәsi Nümayәndә apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, tәmin edilmәsini, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi vә X4 Xidmәtinin Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn tәrtib edilmiş MN ******* nömrәli, ## ### 2026-cı il tarixli inzibati xәta haqqında protokol әsasında «xxxx» MMC-nin inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan hüquqi şәxs «xxxx» MMCnin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, şikayәt tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan protokola әlavә olunmuş Azәrbaycan Respublikası ƏƏSMN-nin müvafiq elektron informasiya sistemindәn çıxarılmış mәlumatdan görünür ki, «xxxx» MMC-dә 02 nәfәr işçi ilә bağlanmış әmәk müqavilәlәrinin ## ### 2026-cı il tarixәdәk elektron sәnәd formasına keçirilmәsi tәmin olunmamışdır. Iş materiallarından görünür ki, ƏƏSMN yanında DƏMX-Quba-Xaçmaz regional şöbәsi tәrәfindәn icrası mәcburi göstәriş «xxxx» MMC-yә ##.##.2026-cı il tarixdә xәbәrdarlıq mәktubu ##.##.2026-ci il tarixdә göndәrilmişdir. Iş materiallarında olan “әmәk müqavilәsinә xitam verilmәsi” barәdә ##.##.2026-cı il tarixli әmrlәrә әsasәn X2 vә X3 ilә Əmәk Mәcәllәsinin 68.2-ci maddәsinә әsasәn xitam verilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 539.1-1-ci maddәsinә әsasәn әmәk müqavilәsinin bağlanması, dәyişdirilmәsi vә xitamının әsasları vә sәnәdlәşdirilmәsi, kollektiv müqavilәnin (sazişin) bağlanması vә yerinә yetirilmәsi, әmәk şәraiti, işçilәrin vә iş yerlәrinin attestasiyasının keçirilmәsi, iş vә istirahәt vaxtı, mәzuniyyәt hüququnun hәyata keçirilmәsi, әmәk vә mәzuniyyәt haqlarının, ezamiyyә xәrclәrinin, müavinәt vә digәr ödәnişlәrin ödәnilmәsi, qadınların vә yaşı 18-dәn az olan işçilәrin әmәyindәn istifadәnin xüsusiyyәtlәri, işçilәrin sığorta olunmasının tәnzimlәnmәsi, әmәyin mühafizәsi norma vә qaydaları ilә bağlı әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının icrası mәcburi olan göstәrişinin әmәk münasibәtlәrinin iştirakçıları tәrәfindәn icra edilmәmәsinә görә vәzifәli şәxslәr min manat mәblәğindә, hüquqi şәxslәr iki min manat mәblәğindә cәrimә edilir. Əmәk Mәcәllәsinin 15-ci maddәsinә әsasәn әmәk qanunvericiliyinә әmәl olunmasına dövlәt nәzarәtini hәyata keçirәn orqan fәaliyyәt istiqamәtlәrinә uyğun olaraq işәgötürәnlәrdәn zәruri olan mәlumatların tam, düzgün vә vaxtında tәqdim edilmәsini, habelә әmәk qanunvericiliyinin pozulmasında tәqsirkar şәxslәrdәn yol verdiklәri hüquq pozuntularının aradan qaldırılmasını tәlәb etmәk, onları Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsi ilә müәyyәn olunmuş hallarda vә qaydada inzibati mәsuliyyәtә cәlb etmәk vә digәr mәsuliyyәtә cәlb olunması üçün müvafiq orqanlar qarşısında mәsәlә qaldırmaq hüququna malikdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, «xxxx»MMC-nin әmәlindә Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi mövcud deyildir. Əmәldә inzibati xәtanın tәrkibinin olmaması isә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün qanunda göstәrilmiş әsaslardan biridir. Azәrbaycan Respublikası IXM-nin 53.1.2-ci maddәsinә әsasәn şәxsin әmәlindә inzibati xәta tәrkibi olmadıqda inzibati xәta haqqında başlanmış icraata xitam verilir. Belә ki, “әmәk müqavilәsinә xitam verilmәsi” barәdә ##.##.2026-cı il tarixli әmrlәrә әsasәn X2 vә X3 ilә әmәk müqavilәlәrinә Əmәk Mәcәllәsinin 68.2-ci maddәsinә әsasәn xitam verilmişdir. Bu fakt protokol tәrtib edәn sәlahiyyәtli orqanın nümayәndәsi tәrәfindәn dә tәsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, «xxxx» MMC-nin barәsindә Azәrbaycan Respublikası IXM-nin 539.1-1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi barәdә birinci instansiya mәhkәmәsinin qәnaәti әsaslı olmuşdur. X4 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri formal xarakterli dәlillәr olmaqla Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası IXM-nin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn IXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Quba Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X4 Xidmәti tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar