Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-457/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Inzibati iş materiallarından müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә Xaçmaz Rayon Mәhkәmәsinә müraciәt edәrәk, DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli inzibati tәnbehvermә haqqında qәrarının lәğv edilәrәk iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsi, Azәrbaycan Respublikası DIN BDYPI-nin ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı inzibati tәnbeh verilmәsi barәdә elektron qәrarının lәğv edilәrәk işә yenidәn baxılmasının Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinә hәvalә edilmәsi vә qәrarın surәtinin icra edilmәsi üçün hәmin Idarәyә göndәrilmәsi qәrara alınmışdır (hakim Sәrxan Sәmәdzadә). Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Azәrbaycan Respublikası IXM-in 8-ci maddәsinin tәlәblәri baxımından iş üzrә foroşәkillәrlә xәtanın törәdilmәsi sübuta yetirilmәdiyi halda bu şübhә onun xeyrinә hәll olunmalı vә iş üzrә icraata xitam verilmәli idi. Mövcud sübutlar (qeyri-aydın fotoşәkillәr) xәtanın tәrkibini müәyyәn etmәyә imkan vermir. Bundan başqa balla qiymәtlәndirilәn xәtaların törәdilmәsinә görә bir il әrzindә tәrәfindәn artıq 21 bal toplanmışdır. IXM-in 27.4-cü maddәsinin tәlәbinә әsasәn bu halda barәsindә inzibati cәrimә tәtbiq edilmәdәn nәqliyyat vasitәsini idarә etmәk hüququ mәhdulaşdırılmalı idi. BDYPI tәrәfindәn cәrimә qәrarının çıxarılması qanunvericiliyin bu tәlәbinin pozulması demәkdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә onun iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi proses iştirakçısının izahatını dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan vә birinci instansiya mәhkәmә baxışında tәdqiq edilmiş Azәrbaycan Respublikası DIN BDYPI-nin ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı inzibati tәnbeh vermә haqqında qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) oğlu oğlu ## #### 2026-cı il tarixdә saat 1156 radәlәrindә Bakı şәhәri, Binәqәdi Avtovağzal әtrafı Toyota Prius (Hibrid) Minik markalı ** BG *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsi dayanma qaydalarını pozmaqla Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş vә 40 manat mәblәğindә cәrimә edilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.2-ci maddәsinә әsasәn ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında vә ya 5.12, 5.13 yol nişanlarından 15 metrdәn az yaxınlıqda digәr nәqliyyat vasitәlәrinin dayanmasına vә ya durmasına görә – qırx manat mәblәğindә cәrimә edilir. Birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, iş materiallarında olan fotoşәkillәrdәn görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) avtomobilinin avtobus dayanacağından hansı mәsafәdә yerlәşdiyini müәyyәn etmәk olmur. Qәrardan şikayәt verәn orqan (şәxs) oğlunun barәsindә ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrar bütün sübutlara istinad edilmәdәn vә qiymәt verilmәdәn qәbul edilmiş, hәmçinin Qәrardan şikayәt verәn orqan (şәxs) oğlunun hәmin qәrarla Inzibati Xәtalar Mәcәllәsinin 346.2-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsi tam araşdırılmamış vә qәrar qәbul edilәrkәn sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki hallar araşdırılmamış vә inzibati xәta haqqında qanunvericiliyin tәlәblәri inzibati xәta haqqında işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulmuşdur. Apellyasiya instansiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk qeyd edir ki, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә olan inzibati tәnbeh vermә haqqında qәrarın fotoşәkillәrlә tәsdiq olunmadığını göstәrsә dә iş materiallarında olan ##.##.2026-cı il tarixli qәrarda fotoşәkillәr әlavә olunmuşdur. Mәhkәmә materialları әlavә araşdırmaya fotoşәkillәrin olmasını deyil, avtomobilin hansı mәsafәdә dayanmasını müәyyәn etmәk üçün göndәrmişdir. Bu hal isә yenidәn әlavә araşdrıma yolu ilә mümkündür. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 75.0.3-cü maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrin icraatı üzrә inzibati xәta törәtmәkdә şәxsin tәqsiri müәyyәn edilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Qәrardan verilmiş şikayәtin dәlillәrini, hәmçinin material üzrә bir sıra xüsusatları araşdırıb apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, hazırki inzibati xәtaya dair iş üzrә qәbul edilәcәk qәrarın gәlәcәkdә mübahisәlәndirilmәsi qanunla istisna edildiyindәn şikayәtdә göstәrilәn hallar araşdırılmadığına görә sәlahiyyәtli orqanın hazırkı qәrarı qanuni vә әsaslı hesab edilә bilmәz. Apellyasiya mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti üzrә Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarının lәğv edilmәsinә dair dәlili әsassızdır. Ona görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli inzibati tәnbehvermә haqqında qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Işә yenidәn baxılarkәn hazırki qәrarda qeyd olunanlarla yanaşı, işin digәr halları araşdırılmalı, nәticәsindәn asılı olaraq iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli inzibati tәnbehvermә haqqında qәrarından verdiyi şikayәtin qismәn tәmin edilmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-457/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-457/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver