Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-458/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtin qismәn tәmin edilmәsi, Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Abşeron DYPŞ-nin yol patrul xidmәti inspektoru, R X1 tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsi vә işin yenidәn baxılması üçün hәmin sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılması, şikayәtin digәr hissәdә tәmin edilmәmәsi qәrara alınmışdır (hakim Firuzә Kәrimova). Işin halları: Azәrbaycan Respublikası Daxili Işlәr Nazirliyi Abşeron DYPŞ-nin yol patrul xidmәti inspektoru, R X1 tәrәfindәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 327.2-ci maddәsilә tәrtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә saat 19:03-Abşeron rayonu, Xırdalan şәhәri, Bәşir Sәfәroğlu küçәsi, 2 әrazisindә Toyota Prius markalı ** XB *** dövlәt qeydiyyat nişanlı nәqliyyat vasitәsini idarә edәrkәn yolayrıcını keçmә qaydalarını pozmaqla AR IXM-nin 327.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә Abşeron Rayon Mәhkәmәsinә müraciәt edәrәk, qәrarın lәğv edilmәsi vә iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Inzibati xәta haqqında işә baxan Abşeron Rayon Mәhkәmәsi yuxarıda göstәrilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının işin yenidәn baxılması üçün inzibati orqana (vәzifәli şәxsә) qaytarılması hissәsinin lәğv edilmәsini, şikayәtin tam tәmin edilmәsini, ##.##.2026-cı il tarixli TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrarın iş üzrә icraata xitam verilmәsindәn imtina edilmәsi vә işin yenidәn baxılması üçün inzibati orqana qaytarılması hissәsi qanunsuz vә әsassızdır. Belә ki, mәhkәmә qәrarın özündә müәyyәn etmişdir ki, baş vermiş hadisә üzrә hәrtәrәfli, tam vә obyektiv araşdırma aparılmamışdır vә bu, onun inzibati xәta törәtmәyinә şübhә yaradır. Eyni zamanda mәhkәmә inzibati xәta hadisәsinin baş vermә yerinin düzgün müәyyәn edilmәdiyini tәsbit etmişdir. IXMin 8.2-ci maddәsinә әsasәn, barәsindә icraat aparılan şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir. Hәmin Mәcәllәnin 8.3-cü maddәsinә әsasәn isә şәxsin tәqsirli olması barәdә şübhәlәr onun xeyrinә hәll edilir. IXM-in 53.2-ci maddәsinә әsasәn, hәr hansı şәxs barәsindә başlanılmış inzibati xәta haqqında işlәr üzrә icraata, onun inzibati xәta törәdilmәsinә aidiyyәti olmadıqda vә ya tәqsirliliyi sübuta yetirilmәdikdә xitam verilir. Mövcud işdә mәhz tәqsirliliyin sübuta yetirilmәdiyi vә hadisәnin baş vermә yerinin müәyyәn edilmәdiyi mәhz mәhkәmә tәrәfindәn tәsbit olunduğuna görә, iş üzrә icraata xitam verilmәli idi. Işin yenidәn baxılması üçün inzibati orqana qaytarılması faktiki olaraq inzibati orqana öz qәrarındakı vә araşdırmasındakı qüsurları sonradan aradan qaldırmaq, çatışmazlıqları tamamlamaq üçün tәkrar imkan yaradır. Bu isә yuxarıda göstәrilәn tәqsirsizlik prezumpsiyası vә şübhәlәrin şәxsin xeyrinә hәll edilmәsi prinsiplәrinә ziddir. Inzibati xәta hadisәsinin baş vermә yeri kimi mühüm halın müәyyәn edilmәmәsi işin yenidәn baxılması yolu ilә aradan qaldırıla bilmәz, çünki ilkin protokol vә qәrar mәhz bu qüsurla tәrtib edilmişdir. Bundan әlavә, inspektor onu saxlayarkәn, tәlәbinә baxmayaraq, iddia etdiyi inzibati xәtanı tәsdiq edәn kamera görüntüsünü tәqdim etmәmiş, qәrarı heç bir әsas olmadan qәbul etmişdir. O, hәrәkәtsiz dayanmış nәqliyyat vasitәlәrinin yaratdığı sıxlıq sәbәbindәn tıxac vә qәza şәraitinin yaranmaması mәqsәdilә hәrәkәt etmişdir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının işin yenidәn baxılması üçün inzibati orqana (vәzifәli şәxsә) qaytarılması hissәsinin lәğv edilmәsini, şikayәtin tam tәmin edilmәsini, ##.##.2026-cı il tarixli TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, Abşeron DYPŞ-nin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, mәhkәmә işә nümayәndәnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati icraat materiallarını yoxlayıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrardan vә ona әlavә edilmiş sәnәdlәrdәn görünür ki Qәrardan şikayәt verәn orqan (şәxs) TP ******* saylı qәrar ilә Azәrbaycan Respublikası IXM-in 327.2-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 100 (bir yüz) manat mәblәğindә inzibati cәrimә edilmişdir. Birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrarında qeyd etmişdir ki, baş vermiş hadisә üzrә tam, hәrtәrәfli vә obyektiv araşdırma aparılmamışdır ki, bu da mәhkәmәdә işә baxılarkәn Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd olunan inzibati xәtanı törәtmәsinә şübhә yaradır. Habelә iş üzrә şәxsin tәqsirli olmasına dәlalәt edә bilәcәk sübut vә әsas göstәrilmәdәn Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә natamam araşdırma aparmaqla inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Belә ki, araşdırma zamanı müәyyәn edilmişdir ki, inzibati xәta hadisәsinin baş vermә yeri düzgün qeyd edilmәmişdir. Sәlahiyyәtli vәzifәli şәxs inzibati tәnbeh vermә haqqında qәrar qәbul edәrkәn sәthi araşdırma aparmaqla, barәsindә icraat aparılan şәxsin iştirakını tәmin etmәmәklә, hәmçinin tәqdim edilmiş videogörüntü ilә inzibati xәta hadisәnin baş verdiyi әrazinin eyni olmamasına baxmayaraq, şәxsin hüquqlarının pozulması ilә müşahidә olunan qәrar qәbul edilmәsi ilә nәticәlәnmiş, bu isә öz növbәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtinin qismәn tәmin edilmәsinә, hazırki material üzrә tam, sonuncunun iştirakı ilә yenidәn hәrtәrәfli, tam vә obyektiv araşdırmanın tәmin edilmәsinә zәrurәt yaratmışdır. Mәhkәmә hesab edir ki, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarının şikayәtinin tәmin edilmәyәn hissәdә lәğv edilmәsi, hәmin hissәdә dә şikayәtin tәmin edilmәsi vә iş üzrә icraata xitam verilmәsinә dair barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri әsassızdır. Azәrbaycan Respublikası IXM-in 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-in 48-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәri şәxslәrin hüquqlarını vә azadlıqlarını, onların qanuni mәnafelәrini qorumaqdan, inzibati xәta haqqında hәr bir işin hallarını vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә aydınlaşdırmaqdan, inzibati xәta törәtmiş şәxsi aşkar etmәkdәn vә onu inzibati mәsuliyyәtә cәlb etmәkdәn, çıxarılmış qәrarın icrasını tәmin etmәkdәn, habelә inzibati xәtanın törәdilmәsinә kömәk edәn sәbәblәri vә şәraiti aşkar etmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Belәliklә yuxarıda göstәrilәnlәrә hüquqi qiymәt verәrәk mәhkәmә hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası IXM-nin 327.2-ci maddәsi ilә tәrtib olunmuş ##.##.2026-cı il tarixli TP ******* nömrәli “inzibati tәnbeh vermә haqqında” qәrarın lәğv edilmәsi vә inzibati işin yenidәn araşdırılması üçün sәlahiyyәtli orqana (vәzifәli şәxsә) qaytarılmasına dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәti tәmin edilmәmәlidir. Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-458/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-458/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver