Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-459/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Birinci instansiya məhkəməsinə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda “xxxx” MMC-nin direktoru vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) MMC tərəfindən istismar edilən təhlükə potensiallı qurğu və avandanlıqların obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vahid dövlət reyestrində qeydiyyatdan keçirməməsi göstərilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-X2 Agentliyinin Şimal regional müfəttişliyinin baş məsləhətçisi nümayəndə2 tərəfindən ## ###### 2026- cı il tarixdə “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 276-1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarla vəzifəli şəxs kimi 3 000 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) yuxarıda qeyd edilən qərardan Siyəzən Rayon Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-X2 Agentliyinin rəis müavini X3 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə Siyəzən Rayon Məhkəməsinin sözügedən qərarı ləğv edilmiş, inzibati material yenidən baxılması üçün bu məhkəməyə, yeni məhkəmə baxışına qaytarılmışdır. Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-X2 Agentliyinin rəis müavini X3 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-X2 Agentliyinə) göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu “xxxx” MMC-nin istifadə etdiyi tranzit yem siloları dənli bitkilərin saxlanması üçün nəzərdə tutulmamış və texnoloji prosesə görə bu mümkün deyildir. Ona görə ki, “xxxx” MMC-nin quşçuluq təsərrüfatında quşların saxlanıldığı ərazidə yem istehsalı olmadığı üçün üzvi tərkibli dənli bitkilərin saxlanılmasına heç bir ehtiyac yoxdur və saxlanması da mümkün deyildir. “xxxx” MMC-nin istifadə etdiyi qarışıq yem, yəni üzvi, qeyri-üzvi və mineral maddələrin qarışığından hazırlanan qarışıq yem təsərrüfata hazır gətirilir. Gətirilən yem boşaltma çüxuruna tökülür və çuxurdan norya vasitəsilə qaldırılaraq zəncirli konveyerə ötürülür. Zəncirli konveyerə ötürülən yem tranzit silolar vasitəsilə quşların yemlənməsi üçün yem qablarına ötürülür. Həm norya, həm də zəncirli konveyer plastikdən hazırlanmışdır. Prosesin başlaması və qurtarması bir saat çəkir. Həmin tranzit silolarda heç bir üzvi tərkibli dənli bitki saxlanılmır. Ümumiyyətlə “xxxx” MMC-də təhlükə potensiallı obyekt mövcud deyildir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X2 Agentliyinin nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 57-ci maddəsinin İ və II hissələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla), yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 100-cü maddəsinin 1-ci və 5-ci hissələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix, vaxt və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları), inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Məhkəmə xüsusilə vurğulamağı vacib hesab edir ki, inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd olduğuna görə, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar, o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt, xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin müvafiq maddəsi əks olunmalıdır. Hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib olunsa da, protokol natamam tərtib edilmiş, protokol şikayətçiyə göndərilməmiş, həmçinin bu protokolu almaqdan və izahat verməkdən imtina edən vəzifəli şəxsin şəxsiyyəti və səlahiyyəti müəyyən edilməmiş, hüquq və vəzifələri izah olunmamış, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, o cümlədən ehtimal edilən inzibati xəta hadisəsinin konkret olaraq nədən ibarət olması və iş üzrə icraat üçün zəruri olan digər məlumatlar protokolda göstərilməmişdir. Bununla yanaşı şəxsin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən 1 ədəd elevatorun, 10 ədəd şnekin ümumiyyətlə orada olması barədə faktlar səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmiş, sözügedən avadanlıqların içərisinə baxış keçirilməmiş, orada hansı məhsulların saxlanıldığı müəyyən olunmamışdır. Eyni zamanda işdə olan “xxxx” MMC-nin direktoru tərəfindən təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində təkrar qeydiyyatdan keçirilməsi barədə müraciətinin nəticəsi müəyyən olunmamış, müraciət olunubsa “xxxx” MMC tərəfindən istismar edilən 3 ədəd 10 tonluq tutuma malik silo, 3 ədəd 6 tonluq tutuma malik silo, 2 ədəd noriya, 1 ədəd elevator, 10 ədəd şnek təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrindən qeydiyyatdan keçirilməməsinin səbəbləri araşdırılmamış, həmin təhlükə potensialı hesab olunan obyektlərin Xızı rayonunun Sitalçay kəndində və yaxud Siyəzən rayonunun Zarat kəndində istifadə olunması və yerləşməsi dəqiq müəyyənləşdirilməmişdir. Bu baxımdan bu məsələlər araşdırılmadan iş yekun məhkəmə aktı qəbul edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın . Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-459/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-459/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver