Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-460/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlunun iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi Vəkil və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Vətəndaş şahid1 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də ## ###### 2025-ci ildə hər hansı işlərin görülməsinə cəlb edilmiş, bununla da Əmək Məcəlləsinin 7-ci və 49-cu maddəsinin tələbləri pozulduğu üçün barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidməti Quba-X9 baş əmək müfəttişi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə ## ### 2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Vətəndaş şahid1 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də ## ###### 2025- ci ildə hər hansı işlərin görülməsinə cəlb edilmiş, bununla da Əmək Məcəlləsinin 7-ci və 49-cu maddəsinin tələbləri pozulduğu üçün müəssisənin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidməti Quba-X9 baş əmək müfəttişi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə ## ### 2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı qərardadı ilə 3(50154)- 218/2026 və *(*-***)-***/**** saylı inzibati işlərinin bir icraatda birləşdirilərək 3(5-154)- ***/**** saylı nömrə altında baxılması qərara alınmışdır. Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3.000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, ## ### 2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC şirkəti 2022-ci ildə təsis edilmişdir və təsisçisi (eyni zamanda baş direktor) X5r. şahid1 ilə bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həmin tarixdən şahid1 müəssisədə “istehsalat rəisi” vəzifəsində çalışmışdır. şahid1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC fəaliyyətə başlamazdan əvvəl də həmin müəssisədə (əvvəlki adı “xxxx” MMC olmuşdur) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC fəaliyyətə başladıqdan sonra o da “sahə rəisi” kimi işləməyə davam etmişdir. Belə ki, onunla ##.##.2022-ci il tarixdə müqavilə bağlanmış və o müəssisədə çalışmağa başlamışdır. Bundan sonra şahid1lə müəssisə rəhbərliyi arasında baş vermiş anlaşılmazlıq səbəbindən ##.##.2025-ci il tarixli ***-K nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq (işçinin ərizəsi əsasında) xitam verilmişdir. şahid1lə əmək müqaviləsinə xitam verildikdən sonra 2025-ci ilin noyabr ayında yenidən müəssisə rəhbərliyinə müraciət edərək işə qəbul edilməsini xahiş etmiş və ##.##.2026-cı il tarixdə onunla yenidən əmək müqaviləsi bağlanılmışdır. ##.##.2025-ci il tarixdə şahid1 yenidən işə düzəlmək məqsədilə ərizə yazmaq üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə gəlmiş, lakin müəssisədə “İnsan resursları üzrə mütəxəssis” vəzifəsində çalışan X6 ilə bağlı (hamilə olması) həmin gün işdə olmadığından şahid1 məcburən geri qayıtmalı olmuşdur. Növbəti gün, yəni ##.##.2025-ci il tarixdə şahid1 yenidən ərizə yazmaq üçün müəssisəyə gəlmişdir. Elə həmin gün də məlum olduğu kimi müəssisə Əli Ziyəddinovun xəsarət alması ilə nəticələnən istehsalat qəzası baş vermişdir. Eyni zamanda N.Məmmədli həmin gün də xəstə olduğundan (hamiləliyi ilə bağlı) şahid1 işə qəbul ərizəsini yaza bilməmiş və onunla əmək müqaviləsi bağlanılmamışdır. ##.##.2025-ci il tarixdən (şənbə günü) etibarən N.Məmmədli əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xəstəlik vərəqəsi açdırmış və ##.##.2026-cı il tarixinədək həkim göstərişi ilə işdən azad edilmişdir. Yalnız ##.##.2025-ci il tarixdə (II gün, çərşənbə axşamı) N.Məmmədlinin yerinə X7 əmək müqaviləsi əsasında “insan resursları üzrə assistent” vəzifəsinə işə qəbul edilmiş və F.Fərəcova ilə həmin gün əmək müqaviləsi bağlanılmışdır. Eləcə də həmin gün şahid1 işə qəbulla bağlı ərizə yazmış və onunla da elektron qaydada əmək müqaviləsi bağlanılmışdır. ##.##.2025-ci il tarixdə Əli Ziyəddinovun istehsalat prosesində xəsarət aldıqdan sonra müəssisənin birinci mərtəbəsində - istehsalat sahəsində onun yaxınlığında olan şahid3 yaxınlaşır. şahid3 isə Əlinin sözünə əsasən xəsarətin ciddi olmadığını ona bildirmiş bundan sonra Seyfullaona avadanlığın yanında yerləşən nəzarət və dincəlmək üçün nəzərdə tutulmuş masa arxasında əyləşməyi, su içməyi və SƏTƏM əməkdaşını çağıracağını bildirmişdir. Əli bununla razılaşaraq masaya tərəf getmiş, az sonra isə prosesi tezləşdirmək üçün özü SƏTƏM üzrə İnspektor – Nadirov Qəzənfərin yanına – yəni, müəssisənin ikinci mərtəbəsinə qalxmışdır. Bu vaxt işə qəbul ərizəsini yazmaq üçün gələn şahid1 Çinarə Zeynalovanın otağında olmuşdur. SƏTƏM əməkdaşının və kargüzarın otaqları üzbəüz yerləşdiklərinə görə şahid1 və Çinarə Zeynalova şahid2 Qəzənfər Nadirovun otağına yaxınlaşmasından və baş verən hadisədən xəbərdar olublar. Bundan sonra, Çinarə Zeynalova zəng vasitəsilə baş direktor - Məsmə Vəliyevanı xəbərdar etmişdir. Bu zaman Məsmə Vəliyeva şahid2 vəziyyətini aydınlaşdırmaq üçün videogörüntü ilə əlaqə saxlamışdır. Qəzənfər Nadirov xəsarət almış Z.Əliyə ilkin tibbi yardım göstərməsinə baxmayaraq Məsmə Vəliyevanın tapşırığı ilə həkim müayinəsi keçirilməsi üçün onu Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparır. Lakin, həmin xəstəxanada Z.Əliyə zəruri kömək göstərilə bilmədiyindən (travmatoloq həkimin məzuniyyətdə olması səbəbindən) onu Şabran Rayon Mərkəzi Xəstəxanasına aparmaq məcburiyyətində olur. Siyəzən Rayon Prokurorluğu və Siyəzən Rayon Polis Şöbəsinin inzibati binası barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə 20 metr məsafədə yerləşir. Hadisədən sonra Siyəzən Rayon Prokurorluğu və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları müəssisəyə yaxınlaşır və bu barədə müəssənin mühafizə xidməti “Kargüzar” vəzifəsində çalışan Çinarə Zeynalovaya daxili telefon ilə zəng vuraraq məlumat verir. Çinarə Zeynalova isə öz növbəsində Məsmə Vəliyeva ilə əlaqə saxlayaraq bu haqda məlumat bildirmişdir. şahid1 ##.##.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-dəki roluyalnız bundan – Əli Ziyəddinovun xəsarət aldığı yerdə polis və prokurorluq əməkdaşlarına zəruri məlumatların verilməsindən ibarət olmuşdur. Həmçinin polis və prokurorluq əməkdaşları ilə söhbəti zamanı müəssədə halhazırda işləməmdiyini, lakin köhnə işçi olması səbəbindən buradakı istehsalat haqqında məlumatlı olduğunu bildirmişdir. Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, prokurorluq əməkdaşı hadisə yerinə baxış zamanı həm videogörüntü və həm də şəkil çəkmişlər. Bu səbəbdəndir ki, baxış aktında da V.Vüqar imzası yoxdur. Bir daha sübut edir ki, şahid1 həmin gün müəssədə əmək fəaliyyəti olmamışdır. Saat 12:52 radələrində prokrorluq əməkdaşı getdikdən sonra şahid1 müəssisəni tərk etmiş və ##.##.2025-ci il tarixdə yenidən müəssisəyə gələrək ərizə yazmış və həmin gün onunla əmək müqaviləsi bağlanılmışdır. Nəticə etibarı ilə şahid1 müəssisədə istehsalat qəzası baş vermiş ##.##.2025-ci il tarixdə müəssisədə olsa da işəgötürən tərəfindən əmək funksiyalarının icrasına cəlb edilməmişdir. Onun həmin günkü fəaliyyəti yalnız yuxarıda qeyd edilənlərdən ibarət olmuş və sonradan müəssisəni tərk edərək getmişdir. ## #### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin işçiləri – xəsarət alan işçi Əli Ziyəddinov, şahid3 və Çinarə Zeynalova , Quba-X9 gedərək Əli Ziyəddinov və şahid3 izahatı alınmışdır. Quba-X9 baş müfəttişi Nümayəndə yuxarıda adları sadalanan şəxslərdən izahat almazdan əvvəl onlarla şifahi söhbət aparmış və müəssisədəki işçilər haqqında məlumat almış( daha çox rəhbər şəxslər haqqında) aparılmış söhbətlər əsnasında istehsalatda müəyyən işçilərin vacibliyini vurğulamış (zavod direktoru, istehsalat rəisi) və bunların olmaması səbəbindən müəssisə üçün ciddi nöqsan yaradacağını bildirmiş və müəssisəyə cərimə tətbiq olunacağını bildirmişdir. Lakin o işçilərə kömək etmək istədiyini bildirmiş və “onun dediyi məzmunda izahat yazmasının onlar və müəssisə üçün əlverişli olacağını” bildirmişdir. şahid2 izahatının 2-ci səhifəsində qeyd edir ki,hadisə baş verdikdən sonra istehsal rəisi şahid1 və baş operator həmçinin növbə rəisi şahid3 məlumat verdim. Lakin, hadisənin video görüntülərindən aydın olur ki, hadisə baş verən zaman şahid1 həmin sahədə ümumiyyətlə olmamışdır. Hadisə baş verən zaman həmin ərazidə şahid3 olmuş, o xəsarət almış işçiyə yaxınlaşmışdır. Eləcə də Ə.Ziyəddinov izahatının 2-ci səhifəsində qeyd edir ki,hadisə baş verən vaxt istehsal rəisi (yəni, şahid1) aparatda onun rejim qaydalarını tənzimləyirdi. Lakin, hadisənin video görüntülərindən aydın olur ki, şahid1 həmin vaxt ümumiyyətlə orda deyildi. Belə olan halda sual ortaya çıxır ki, Ə.Ziyəddinov hansı səbəbdən izahatında şahid1lə bağlı bu cür mülahizələr qeyd edib ? Cavab çox sadədir: İrəlidə qeyd etdiyimiz səbəblərdən (şirkətin mənafeylərini qoruduqlarını düşünərək) Nümayəndəbu kimi izahatlar vermişlər. şahid3 həmin gün izahat vermiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də baş operator/növbə rəisi vəzifəsində çalışan şahid3 izahatının 1-ci səhifəsində qeyd edir ki, ##.##.2025-ci il tarixdə saat 08:00-da işə gəlmiş, istehsal rəisi şahid1 müvafiq tapşırıqlar və göstərişlər almışdır. şahid1lə bağlanmış ##.##.2026-cı il tarixli əmək müqaviləsinin 4.17-ci bəndinə diqqət yetirsək görərik ki, işçinin iş vaxt saat 09:00-da başlanır, saat 17:00-da isə qurtarır. Eləcə də şahid3la bağlanmış ##.##.2026-cı il tarixli əmək müqaviləsinin 4.17-ci bəndinə əsasən, işçinin iş vaxt növbəli iş rejimi əsasında 2 gün saat 08:00da başlanır, saat 19:00-da isə qurtarır, növbəti 2 gün saat 19:00-da başlanır, saat 08:00-da bitir və növbəti 2 gün həmən işçilərin istirahət günləridir. Belə olan halda sual ortaya çıxır ki, iş vaxt 08:00-da başlayan baş operator növbə rəisi şahid3 necə ola bilər ki, iş vaxtı saat 09:00-da başlayan şahid1 tapşırıq və göstərişlər alsın ? Cavab yenə də çətin deyil: Nümayəndə qabaqcadan S.Dadşova izahatında bu cür yazması üçün ona istiqamət verib və o da Nümayəndə inanaraq izahatında bu cür qeyd edib. Eləcə də şahid1 də digər işçilər kimi Nümayəndə irəlidə qeyd etdiyi səbəblərdən (istehsalat sahəsində rəhbər şəxslərin olmaması ciddi nöqsan qəbul oluna bilər və cərimə tətbiq oluna bilər) bu kimi izahatlar vermişdir. Lakin, həqiqət bundan ibarətdir ki, şahid1 həmin gün əslində işə çıxmamış, yalnız işdə qəbul ərizəsi yazmaq üçün müəssisəyə gəlmiş, sonrada M.Vəliyevanın xahişi əsasında istintaq orqanlarının nümayəndələrinə hadisə yerində olan qurğularla bağlı sadəcə olaraq məlumat vermiş və onların suallarını cavablandırmışdır. şahid1 də bu kimi izahatlar vermiş, onun həmin izahatı verərkən məqsədi çalışdığı müəssisənin mənafelərini qorumaqdan ibarət olmuşdur. A.Şalbuzoun həmin hərəkətləri ilə bağlı müəssisənin baş direktoru M.Vəliyeva DƏMX-nin rəhbərliyinin qəbulunda olmuş və onun hərəkətlərindən, tətqiqat aktının düzgün aparılmamasından, həmçinin apardığı tətqıqat aktına müəssisə əməkdaşlarının da yazılı olaraq iraq bildirilməsini və s. qeyd etmişdir. Eləcə də bu barədə məhkəmə baxışı zamanı, ##.##.2026ci ildə hadisə yerinə baxış üçün Nümayəndə müəssisəyə gələrkən növbəti dəfə işçilərdən izahatlar almış, alınmış izahatların məqsədyönlü olduğunu görərək M.Vəliyeva öz etirazlarını A.Şahbuzova bildirmişdir. İzahatların alınması zamanı DƏMX-nin gətirdiyi videoçəkiliş olduğunu və həmin videogörüntülərə baxış keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə 2 dəfə təxirə salınmışdır. Lakin, videogörüntülər DƏMX tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin Qərarında qeyd edilir ki, araşdırma aparılan zaman protokol tərtib edən şəxs Nümayəndə tərəflərin izahatı alınmazdan əvvəl onlarla özünün də etiraf etdiyi kimi söhbət aparmış və onların verdikləri izahatları məhz müəssisəyə kömək edəcəyi adı ilə Nümayəndə diqtə etmişdir. Lakin onlar Nümayəndə hər hansı şikayət etməmişlər. Bu isə işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticənin ziddiyyətli olmasında xəbər verir. Baş vermiş hadisə ilə əlaqədar hadisənin baş verməsindən təxminən 3 ay sonra, yəni, ##.##.2026-cı il tarixdə Siyəzən Rayon Prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi ilə İXM-in 198.3-cü maddəsinə uyğun olaraq araşdırma başlanılması barədə qərar qəbul edilmişdir. Hadisədən 1 gün sonra, yəni ##.##.2025-ci il tarixdə saat 16:53 radələrində Siyəzən Rayon Prokurorluğunda izahat vermiş şahid2 izahatının 2-ci səhifəsində qeyd etmişdir ki, hadisə baş verdikdən sonra sahə rəisimə - (yəni, şahid3 nəzərdə tutur) məlumat vermişəm. Həmin vaxt müəssisədə ümumiyyətlə sahə rəisi vəzifəsi mövcud olmamış və Ə.Ziyəddinovun işinə baş operatornövbə rəisi şahid3 birbaşa rəhbərlik etmişdir. Eləcə də hadisənin videogörüntülərindən də aydın olur ki, hadisə baş verən zaman şahid1 həmin ərazidə yoxdur və Ə.Ziyəddinov baş operator şahid3 müraciət edir. 5.2. Eləcə də hadisədən təxminən 18 gün sonra, yəni ##.##.2025-ci il tarixdə saat 12:10 radələrində Siyəzən Rayon Prokurorluğunda izahat vermiş şahid1 izahatında ## ###### 2025ci il tarixdən müəssisədə işə başladığını qeyd etmişdir. ## #### 2026-cı il tarixdə - yəni, hadisənin baş verməsindən 4 ay sonra DƏMX-in QubaX9ndə ilk olaraq Ə.Ziyəddinov izahat vermişdir. Ə.Ziyəddinov öz izahatında hadisənin baş verməsini təhrif edilmiş formada qeyd etdiyindən – digər işçilər şahid3 və şahid1 də sonradan DƏMX-in Quba-X9 verdikləri izahatlarında Ə.Ziyəddinovun izahatında qeyd etdiyi fikirləri təsdiq etmək məcburiyyətində qalmışlar. Həm Ə.Ziyəddinovun, həm də digər işçilərin izahatlarını bu cür təhrif etməkdə məqsədləri sırf çalışdıqları müəssisənin mənafelərini qorumaqdan və Nümayəndə onlardan izahatda almazdan əvvəl onlara verdiyi vəddən irəli gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, ## ### 2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə eyni olduğuna görə təkrar qeyd edilməsinə zəruri hesab olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, ## ### 2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında internet vergi idarəsindən ##.##.2026-cı il tarixli çıxarışından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ##.##.2022-ci il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış və qanuni təmsilçisi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1dur. İşdə olan əmək müqaviləsinin və ## ##### 2025-ci il tarixli ***-K saylı əmrin surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCdə ## ##### 2025-ci il tarixindən bağlanmış əmək müqaviləsində nəzədə tutulan şərtlərə uyğun olaraq aylıq əmək haqqı 1127 manat olmaqla direktor vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktor vəzifəsinin vəzifə təlimatının 2.6-cı bəndindən görünür ki, direktorun vəzifələri içərisində işə qəbul vəzifəsi də mövcuddur. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ***-K saylı əmrin surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də sahə rəisi işləyən şahid1 ilə bağlanmış *******000200 nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ilə şahid1 arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, şahid1 müəssisədə ##.##.2025-ci il tarixdən istehsalat rəisi vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin sorğusu əsasında X10 Xidmətinin Quba-X9 tərəfindən təqdim edilmiş ## ### 2026-cı il tarixli arayışdan görünür ki, şahid1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə bağladığı əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmiş və onunla yeni müqaviləsi ##.##.2025-ci il tarixdə bağlanmışdır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəkili tərəfindən təqdim edilmiş əməyin mühafizəsi üzrə giriş təlimatından və noyabr ayı üzrə tabel cədvəlindən görünür ki, şahid1 ##.##.2025-ci ildən işə başlamış və əməyin mühafizəsi üzrə giriş təlimatına imza çəkmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəkili tərəfindən təqdim edilmiş “whatsapp” mobil tətbiqinin ekran görüntüsündən görünür ki, “anbar sənədləri” və “istehsal başlasın” adlı qruplara Vüqar bəy adlı şəxs ## ###### 2025-ci il tarixdə əlavə edilmiş, həmçiin Naibə xanım adlı şəxs ## ###### 2025-ci il tarixdə “Vüqar hansı vəzifəyə və nə qədər əmək haqqı ilə” sms-i yazılmışdır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəkili tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmiş yazışmalardan görünür ki, 772727017 nömrəsində son birbaşa zəng 30 senyabr 2025-ci ilin sonunda qeydə alınıb. Oktyabr ayı ərzində nömrədə hər hansı birbaşa zəng əks olunmur. Nömrədə yönləndirmə aktiv olduğu üçün 07 noyabr-## ###### 2025 tarixləri arasında daxil olan zənglər yönləndirilib. Təəsüf ki zənglərin hansı nömrəyə yönləndirildiyi barədə məlumatın service desk üzərindən təqdim edilməsi mümkün deyil. Daha sonra ## ###### 2025-ci il tarixdən zənglər yenidən birbaşa edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəkili tərəfindən təqdim edilmiş qəbul aktı adlanan sənəddən görünür ki, ##.##.2025-ci ildə şahid1 adlı şəxsə Qəzənfər Nadirov tərəfindən iş üçün fərdi geyim əşyaları verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 192.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, şahid1 istər prokurorluqda, istərsə də, müfəttişlikdə araşdırma aparılan zaman izahat vermiş, hər ki orqanın araşdırması zamanı ##.##.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də işlədiyini etiraf etmiş, bu halı məhkəmə araşdırması zamanı da inkar etməmişdir. İş materiallarında olan biri-digərini tamamlayan sübutlarla şahid1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də ##.##.2025-ci ildə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi faktı öz təsdiqini tapmış, qeyd olunan halı inkar və ya təkzib edən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Buna uyğun olaraq barəsində inzibati iş üzrə icraat aparılan tərəf özləri də şahid1 həmin gün müəssisədə olduğunu, hətta prokurorluğun əməkdaşlarının məhz onun tərəfindən qarşılanaraq müəssisəni göstərdiyi faktını inkar etmirlər. Məhkəmə qeyd edir ki, müəssisədə işləməyən işçinin baş vermiş bədbəxt hadisə faktı ilə bağlı müəssisədə yalnız müqavilə bağlamaq əsası ilə olmasına baxmayaraq prokurorluğun əməkdaşlarını qarşılaması, daha sonra prokrorluqda izahat verərək orada işləməsini bildirməsi inandırıcı olmamaqla iş materialları ilə təsdiqini tapmır. Verilmiş izahatlarla bağlı qeyd edilməlidir ki, Əmək Müfəttişliyi Xidmətində alınmış şahidlərin və şahid1 izahatları onların sərbəst iradə ifadələrinə əsaslanmaqla inandırıcı hesab olunur. Belə ki, qeyd olunan şəxslər izahatları verərkən məhz şahid1 əmək müqaviləsi olmadan işləməsinə görə hüquqi şəxsin və direktorun məsuliyyətə cəlb ediləcəkləri bilməmişlər. Ancaq sonradan verdikləri izahatlarında artıq hüquqi şəxsin və direktorun məsuliyyətə cəlb edilməsinə görə verdiklərini bilirdilər və ona görə də, həmin izahatlar məhz işlədikləri müəssisənin mənafeyinin qorunması üçün verilən kimi dəyərləndirilməlidir. Bununla yanaşı təqdim edilmiş videogörüntünün istehsal sahəsini yalnız qısa müddət çəkdiyi aydın olur və bu da heç də həmin vaxtdan əvvəl və sonrakı vaxtlarda şahid1 işdə olmasını inkar etmir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsində şikayətdə göstərilən dəlillər ətraflı araşdırılmaqla, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi Vəkil və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-460/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-460/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver