Məhkəmə qərarları › İş №3(3-8)-461/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-461/2026

28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-461/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X2, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsinin direktoru X4 oğlunun müdafiәçisi – fәrdi qaydada fәaliyyәt göstәrәn vәkil nümayәndә1 iştirakları ilә Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsinin direktoru X4 oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrәli qәrarından barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş X4 oğlu vә onun vәkili Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, qәrar dәyişdirilmәdәn qüvvәdә saxlanılmışdır (hakim Günel Quluzadә). Işin halları: Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin aparıcı mәslәhәtçi-müfәttişi nümayәndә2 tәrәfindәn “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsinin direktoru X4 oğlu barәsindә ## ##### 2026-cı il tarixli MN seriyalı, ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib edilmişdir ona görә ki, Siyәzәn rayonunun Gil-Gilçay qәsәbәsindә yerlәşәn anbarın Dövlәt Ekoloji Ekspertiza Agentliyinin müsbәt rәyi olmadan sökülmәsinә görә X4 oğlu Azәrbaycan Respublikası IXM-nin 275.1.1-ci maddәsi ilә müәyyәn olunmuş inzibati xәtanı törәtmişdir. Protokol baxılmaq üçün Siyәzәn Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsinin direktoru X4 oğlu apellyasiya şikayәti verәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırılmışdır ki, Azәrbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin ##.##.2023-cü il tarixli *** nömrәli sәrәncamı ilә "X5 Kombinatı" Açıq Sәhmdar Cәmiyyәtinin balansında olan Siyәzәn rayonu, Gil-Gilçay qәsәbәsindә yerlәşәn anbar binası Xidmәtin tabeliyindә "X10 vә Koordinasiya Mәrkәzi" publik hüquqi şәxsinin balansına verilmişdir. Keçmiş Dövlәt Əmlak Komitәsinin ##.##.1997-ci il tarixli *** nömrәli sәrәncamına Əsasәn "X5 Kombinatı"nın bazasında "xxxx" ASC yaradılarkәn kombinatın balansında olmuş, Siyәzәn rayonu, Gil-Gilçay qәsәbәsindә yerlәşәn anbar binası (yeraltı) tәyinatına görә özәllәşdirilmәsi qadağan olunan obyektlәrin siyahısına daxil edilmişdir. Hәmin obyektin tәyinatı üzrә Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyinin (bundan sonra - ADEA) balansına götürülmәsinә münasibәt bildirilmәsi, ADEA tәrәfindәn istifadәsi mәqsәdәuyğun hesab edilmәyәcәyi tәqdirdә onun gәlәcәk istifadәsinә dair tәkliflәrin verilmәsi barәdә Xidmәt tәrәfindәn ADEA-ya ##.##.2023-cü il tarixdә müraciәt edilmiş vә cavab mәktubunda sözügedәn (yeraltı) anbar binasının yararsız әmlak olduğunu, tәmir vә bәrpasının isә böyük maliyyә vәsaiti tәlәb etdiyini nәzәrә alaraq, ADEA-nın balansına götürülmәsinin mәqsәdәuyğun hesab edilmәdiyi vә istifadә tәyinatı ilә bağlı hazırda hәr hansı tәklifin olmadığı bildirilmişdir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ##.##.2004-cü il tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Dövlәt müәssisә vә tәşkilatlarının, habelә nizamnamә kapitalında dövlәtin payı olan müәssisәlәrin balansında olan, yararsız hala düşmüş, hәmçinin oğurlanmış vә ya namәlum şәraitdә itmiş әsas vәsaitlәrin (fondların) silinmәsi vә bu vәsaitlәrin söküntüsündәn әldә edilәn material qiymәtlilәrinin satışı üzrә Qaydalar"a uyğun olaraq sözügedәn anbar binası qәzalı vә istismara yararsız olduğu üçün Mәrkәzin balansından silinmiş vә adıçәkilәn "Qaydalar" çәrçivәsindә bununla bağlı demontaj işlәrinә başlanılmışdır. Bununla bağlı, Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanınca Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin tabeliyindә “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsin idarә heyәtinin sәdri X4 oğlu ilә fiziki şәxs X3 arasında demontaj vә daşınma işlәrinin yerinә yetirilmәsi haqqında ##.##.2026-cı il tarixli DIYYM **/**/*** nömrәli müqavilә bağlanmışdır. Hәmin müqavilәnin predmeti ondan ibarәt olmuşdur ki, Siyәzәn rayonu, Gil-Gilçay qәsәbәsindә yerlәşәn vә sifarişçinin balansından silinmiş ’’anbar binasTna aid yararlı materialların (müxtәlif ölçülü armatur vә metal qırıntıları) demontaj edilәrәk daşınmasıdır. Hәmçinin, Mәrkәz arasında bağlanmış DIYYM **/**/*** nömrәli müqavilәnin 5.1-ci bәndinә әsasәn, "Sifarişçi” öhdәliklәrini icra etmәyәn vә ya lazımi qaydada icra etmәyәn tәrәf qarşı tәrәfә vurduğu zәrәrә görә Azәrbaycan Respublikasının qüvvәdә olan qanunvericiliyinә uyğun olaraq mәsuliyyәt daşıyır vә dәymiş zәrәri tam hәcmdә ödәmәlidir. Müqavilәnin 2.4.1-ci yarımbәndinә әsasәn "Sifarişçi" demontaj işlәrinin yerinә yetirilәcәyi әrazilәrdә әmәyin mühafizәsi, texniki, yanğın vә digәr tәhlükәsizlik qaydalarına tam riayәt etmәklә baş verә bilәcәk bütün bәdbәxt hadisәlәrә cavabdehlik vә mәsuliyyәt daşıyır. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli tәhvil-tәslim aktından görünür ki, sifarişçi vә icraçı arasında bağalnmış müqavilәyә әsasәn Siyәzәn rayonu, Gil-Gilçay qәsәbәsindә yerlәşәn vә sifarişçinin balansından silinmiş “Anbar binası”na aid yararlı materiallar (müxtәlif ölçülü armatur vә metal qırıntıları) qorunub saxlanılması, sәmәrәli istifadә edilmәsi vә gәlәcәk dәdigәr qanunamüvafiq tәdbirlәrin hәyata keçirilmәsi üçün Mәrkәzin balansına götürülmәsi mәqsәdilә 308.53 t (üç yüz sәkkiz ton, beş yüz otuz kiloqram toplanaraq Bakı şәhәrinә daşınmış, tәhvil-qәbul işlәri aparılmış vә nәticәdә qeyd edilәn daşınar dövlәt әmlakı tәhvil götürülmüşdür. Eyni zamanda, Azәrbaycan Respublikasının "Ətraf mühitin mühafizәsi haqqında” Qanununa әsasәn әtraf mühitin çirklәnmәsinin qarşısının alınması, bioloji müxtәlifliyin qorunması vә ekoloji tarazlığın saxlanılması tәmin edilmәsi vә bu sahәdә әsas prinsiplәrә dayanıqlı inkişaf, ekoloji mәsuliyyәt, tәbii ehtiyatlardan sәmәrәli vә ödәnişli Istifadә, hәmçinin ictimaiyyәtin qәrarların qәbulunda iştirakı daxildir. Bundan әlavә, Azәrbaycan Respublikasının "Tullantılar haqqında" Qanununa әsasәn tullantıların yaranmasının qarşısının alınması, onların zәrәrsizlәşdirilmәsi vә tәkrar Istifadәsinin tәşviqi tәmin edilmәlidir. Qanun "çirklәndirici ödәyir" vә "dayanıqlı inkişaf' prinsiplәrinә әsaslanır vә bu çәrçivәdә hәm dövlәt, hәm dә özәlrsektorun mәsuliyyәtlәrini müәyyәn edir. Göründüyü kimi, bu xüsusatlar tәrәflәr arasında müqavilәnin şәrtlәrindә göstәrildiyi halda vә tәrәflәrindәn inzibati protokol tәrtib edilәrkәn sözügedәn müqavilә, tәhvil-tәslim aktı tәqdim edilsә dә, inzibati orqan bu halları nәzәrә almamış vә nәticәdә barәsindә qanunsuz inzibati tәnbeh haqqında qәrar qәbul etmişdir. Mәhkәmә qәrarında dövlәt ekoloji ekspertizasının rәyinin alınmasının sifarişçinin üzәrinә düşmәsinin qanunvericiliyin tәlәblәrinә әsaslandığını qeyd etsә dә hәmin müddәanın konkret olaraq hansı normativ-hüquqi aktda öz әksini tapmasını qeyd etmәmişdir. Mәhkәmә qәrarında Azәrbaycan Respublikası IXM-nin 275.1.1-ci maddәsinә әsaslansa da söküntü işlәrinin әtraf mühitә ziyan vurmamasını nәzәrә almamışdır. Halbuki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn tәrtib edilmiş ##.##.2026-cı il tarixdә ****** nömrәli aktda söküntü işlәrinin aparılması ekoloji qanun pozuntusuna sәbәb olmamışdır. Halbuki, mövcud әsasnamәyә әsasәn Publik hüquqi şәxs tәrәfindәn hәr hansı layihә hәyata keçirilәn fәaliyyәt üçün xüsusi razılıq (lisenziya) alınması tәlәb okınduqda, hәmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir vә yenidәn alınması tәlәb olunmur. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsinin direktoru X4 oğlunun müdafiәçisi nümayәndә1 apellyasiya şikayәtini müdafiә edәrәk, tәmin edilmәsini, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Apellyasiya mәhkәmәsinin iclasında * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin nümayәndәsi X2 bildirdi ki, inzibati xәta haqqında protokol pozuntu ilә, yәni akt tәrtib edildikdәn 1 ay sonra tәrtib edilmişdir. Qәbul edilәcәk qәrarı mәhkәmәnin mülahizәsinә buraxır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini iş materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçılarını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk hesab edir ki, aşağıda göstәrilәn sәbәblәrә görә apellyasiya şikayәti qismәn tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, inzibati xәta haqqında iş yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 275.1.1-ci maddәsinә görә dövlәt ekoloji ekspertizasının müsbәt rәyi olmadan әtraf mühitә bilavasitә vә ya dolayı yolla mәnfi tәsir göstәrәn, habelә dövlәt ekoloji ekspertizasının rәyi ilә ekoloji tәhlükәsi müәyyәn edilәn tәsәrrüfat vә ya sair fәaliyyәtin hәyata keçirilmәsinә fiziki şәxslәr üç yüz manatdan dörd yüz әlli manatadәk mәblәğdә, vәzifәli şәxslәr iki min beş yüz manatdan üç min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Iş materiallarında olan ## ##### 2026-cı il tarixli, Ç-****/****-*** nömrәli mәktubun surәtindәn görünür ki, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәis müavini Ikram Rәhmanov Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin tabeliyindә “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsin direktoru X4 oğlunu vә ya sәlahiyyәtli nümayәndәsini inzibati araşdırmada iştirak etmәsi üçün ##.##.2026-cı il tarixdә, saat 11:10-da idarәnin Xaçmaz rayonu, Xudat şәhәri, 4-cü şöbә ünvanına dәvәt etmişdir. Iş materiallarında olan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin aparıcı mәslәhәtçi-müfәttişi nümayәndә2 tәrәfindәn ## ##### 2026-cı il tarixdә tәrtib edilmiş MN seriyalı, ******* saylı inzibati xәta haqqında protokolun surәtindәn görünür ki, Siyәzәn rayonunun Gil-Gilçay qәsәbәsindә yerlәşәn anbarın Dövlәt Ekoloji Ekspertiza Agentliyinin müsbәt rәyi olmadan sökülmәsi görә X4 oğlu barәsindә Azәrbaycan Respublikası IXM-nin 275.1.1-ci maddәsi ilә müәyyәn olunmuş inzibati xәtanı törәtmәsinә dair MN seriyalı, ******* saylı protokol tәrtib olunmuşdur. Iş materiallarında olan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin rәisi X1 ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarının surәtindәn görünür ki, Siyәzәn rayonunun Gil-Gilçay qәsәbәsindә yerlәşәn anbarın Dövlәt Ekoloji Ekspertiza Agentliyinin müsbәt rәyi olmadan sökülmәsinә görә X4 oğlu Azәrbaycan Respublikası IXM-nin 275.1.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk barәsindә 2500 manat mәblәğindә cәrimә inzibati tәnbeh tәdbiri tәtbiq edilmişdir. Iş materiallarında olan sifarişçi Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin tabeliyindә “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsin direktoru X4 oğlu ilә fiziki şәxs X3 arasında bağlanmış ## #### 2026-cı il tarixli, DIYYM **/**/*** nömrәli müqavilәnin surәtindәn görünür ki, müqavilәnin predmeti vә müqavilәnin 1.2-ci bәndinә әsasәn “Icraçı” müqavilәnin 1.1-ci bәndindә göstәrilәn daşınar әmlakları (müxtәlif ölçülü armatur vә metal qırıntıları) Siyәzәn rayonunun Gil-Gilçay qәsәbәsindәn demontaj edәrәk Bakı şәhәrinә daşıyaraq, Sifarişçiyә rәsmi qaydada tәhvil verilmәsidir. Iş materiallarında olan sifarişçi Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәtinin tabeliyindә “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsin direktoru X4 oğlu ilә fiziki şәxs X3 arasında bağlanmış ## ##### 2026-cı il tarixli, DƏIM **/**/*** nömrәli müqavilәnin surәtindәn görünür ki, müqavilәnin predmeti vә müqavilәnin 1.1-ci bәndinә әsasәn bu müqavilәnin predmetini Siyәzәn rayonunun Gil-Gilçay qәsәbәsindә yerlәşәn vә icarәçinin balansından silinmiş “anbar binası”na aid 308,53 ton yararlı materialların (müxtәlif ölçülü armatur vә metal qırıntılarıә) icarәçinin icarәsinә verilmәsi tәşkil edir. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin apellyasiya şikayәtinin dәlillәrindәn görünür ki, әmәlindә inzibati xәta tәrkibi olmadığından iş üzrә icraata xitam verilmәsi xahiş edilmişdir. Birinici instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarından görünür ki, mәhkәmә “X9 vә Koordinasiya Mәrkәzi” publik hüquqi şәxsinin direktoru X4 oğlunun Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 275.1.1-ci maddәsilә nәzәrdә tutulan xәtanı törәtmәsinә dair tam araşdırma aparmadan, iş materiallarında olan sübutları düzgün qiymәtlәndirmәdәn yekun nәticәyә gәlmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.4-cü maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq bu Mәcәllәnin 135.1.1 vә 135.1.6-cı maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın lәğv edilmәsi vә inzibati xәta haqqında işin yenidәn baxılmaq üçün hakimә, sәlahiyyәtli orqana (vәzifәli şәxsә) göndәrilmәsi haqqında qәrar qәbul edilir. Iş materiallarından görünür ki, inzibati xәta haqqında akt ## #### 2026-cı il tarixdә, inzibati xәta haqqında protokol isә bundan 1 ay 9 gün sonra, yәni ## ##### 2026-cı il tarixdә tәrtib edilmişdir. Halbuki, qanunvericiliyin tәlәbinә görә inzibati xәtanın törәdilmәsi faktı aşkar edildikdәn dәrhal sonra inzibati xәta haqqında protokol tәrtib edilmәlidir. Azәrbaycan Respublikası IXM-nin 101.1-ci maddәsinә әsasәn inzibati xәtanın törәdilmәsi faktı aşkar edildikdәn dәrhal sonra inzibati xәta haqqında protokol tәrtib edilir. Hәmin Mәcәllәnin 101.2-ci maddәsinә әsasәn işin hallarının, elәcә dә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan fiziki şәxsin şәxsiyyәtinin vә ya hüquqi şәxs barәsindә mәlumatların әlavә aydınlaşdırılması tәlәb olunduğu hallarda, inzibati xәta haqqında protokol inzibati xәtanın aşkar edildiyi vaxtdan iki gün müddәtindә tәrtib edilir. Hәmin Mәcәllәnin 101.3-cü maddәsinә әsasәn inzibati araşdırma aparıldığı hallarda, inzibati xәta haqqında protokol bu Mәcәllәnin 102.5-ci maddәsindә göstәrilәn müddәtdә tәrtib edilir. Hәmin Mәcәllәnin 102.5-ci maddәsinә әsasәn inzibati araşdırma inzibati xәta haqqında iş üzrә icraatın başlama vaxtından bir aydan artıq olmayan müddәtә aparılır. Icraatında inzibati xәta haqqında iş olan sәlahiyyәtli vәzifәli şәxsin әsaslandırılmış vәsatәti olduqda, bu müddәt yuxarı vәzifәli şәxs tәrәfindәn bir ayadәk müddәtә uzadılır. Bundan başqa * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsi tәrәfindәn tәrtib edilmiş ## #### 2026-cı il tarixli aktda sözügedәn әraziyә baxış zamanı hәr hansı bir ekoloji pozuntunun aşkar edilmәdiyi qeyd edilmişdir. Birinci instansiya mәhkәmәsi yuxarıda qeyd edilәn hallara münasibәt bildirmәdәn iş üzrә yekun nәticәyә gәlmişdir. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi qeyd edilәnlәr üzrә yekun nәticәyә gәlәrәk, belә hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, Siyәzәn Rayon Mәhkәmәsinin *(*- ***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilmәli, material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә yeni mәhkәmә baxışı mәrhәlәsinә qaytarılmalıdır. Işә yenidәn baxılarkәn iş üzrә tәrәflәrin mәhkәmә iclasında iştirakı tәmin edilmәli, tәrәflәrin iştirakı ilә işin halları araşdırılmalı, nәticәsindәn asılı olaraq, iş üzrә qanunamüvafiq qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 135.1.1 vә 135.1.6-cı maddәlәrinin mәzmununa görә hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) gәldiyi nәticәlәr üzrә mühüm әhәmiyyәt kәsb edәn bütün faktiki halların araşdırılmaması vә bu Mәcәllә ilә müәyyәn edilmiş tәlәblәrin işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına maneә törәdәcәk dәrәcәdә pozulması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.4, 135 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Material yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә, yeni mәhkәmә baxışına qaytarılsın. Apellyasiya şikayәti qismәn tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar