Məhkəmə qərarları › İş №3(3-8)-462/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-462/2026

28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-462/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini Tәnzimlәmә Agentliyinin nümayәndәsi nümayәndә1, Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini X1 Filialının nümayәndәsi nümayәndә3, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 282.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Inzibati iş materiallarından müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) mәhkәmәyә şikayәt әrizәsi tәqdim edәrәk, Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini X1 Filialınin inzibati tәnbeh vermә haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı qәrarının lәğv edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini X1 Filialının Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikasının IXM-nin 282.1-ci maddәsi ilә olan ##.##.2026-cı il tarixli MN ******* saylı qәrarı dәyişdirilmәdәn saxlanılmışdır (Hakim Əli Cәlilov). Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin qәrarını aşağıdakılara әsasәn, qanunsuz vә әsassız hesab edir. Mәhkәmәnin qәrarından görünür ki, ##.##.2025-ci il tarixdә elektrik sayğacında baş vermiş yanğına görә o, xxxx ASC-nin qaynar xәtti ilә әlaqә saxlayaraq әmәkdaşların sayqaca texniki dәstәk göstәrmәsi mәqsәdi ilә hәmin yaşayış evinә getmәlәrini xahiş etmişdir. Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini X1 filialının әmәkdaşları ona zәng edәrәk sayğacda olan problemi hәll etdiklәrini bildirmişlәr. Sonradan ona mәlum olmuşdur ki, xxxx ASC-nin işçilәri guya orada kәnar xәtt aşkar etmişlәr vә bununla bağlı ##.##.2025-ci il tarixli akt tәrtib etmişlәr. Lakin akt tәrtib olunarklәn ona hәrhansı bir xәbәrdarlıq vә ya mәlumat verilmәmişdir. Hәmçinin hәmin akt әsasında ##.##.2025-ci il tarixli, MN ******* saylı protokol tәrtib olunaraq müvafiq qәrar qәbul edilmişdir. Lakin bu sözügedәn hüquqi sәnәdlәrin heç birindәn mәlumatı olmamış vә ondan heç bir izahat alınmamış, әn әsası xxxx ASC-nin Xaçmaz fililalının işçilәri onun iştirakı olmadan bu qanunsuz hәrәkәtlәri yetirәrәk onu mәlumatlandırmamışlar. O, kәnar xәtlә elektrik enerjisindәn istifadә etmәk mәqsәdi ilә hәr hansı qoşulma hәyata keçirmәmişdir. Kәnar qoşulmanı tәsdiq edәcәk sәnәdlәr onun iştirakı olmadan tәrtib edildiyindәn vә hәmin sayğaca onun iştirakı olmadan baxış keçirildiyindәn hәmin sәnәdlәr kәnar qoşulma faktını tәsdiq edәcәk mötәbәr sübut qismindә nәzәrә alına bilmәz. xxxx ASC-nin Xaçmaz fililalının işçilәri onun zәngi vasitәsilә evinә getmişlәr, evin açarının yerini özü onlara bildirmiş vә onlar içәri daxil olmuşlar. Əgәr onun sayğacına kәnar xәtt olmuş olsaydı onlara zәng etmәz, evin açarının yerin demәz vә hәyәtinә girmәyә icazә vermәzdi. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini Tәnzimlәmә Agentliyinin nümayәndәsi nümayәndә1 izahatında bildirdi ki, ##.##.2025-ci il tarixdә “xxxx” ASC-nin nümayәndәlәri tәrәfindәn vәtәndaş Qәrardan şikayәt verәn orqan (şәxs) fәrdi yaşayış evindә elektrik sayğacına baxış keçirilmiş, elektrik xәttinә qanunsuz qoşulma faktı müәyyәn edilmişdir. Bununla bağlı akt tәrtib olunmuş vә vәtәndaşla әlaqә saxlanılmışdır. Iş üzrә qanunsuz qoşulmanı tәsdiq edәn foto vә videoçәkiliş vardır. Hәmçinin sayğac hәyәtyanı sahәnin daxilindә yerlәşir. Qәrardan şikayәt verәn orqan (şәxs) kәnar xәttin başqa şәxs tәrәfindәn çәkilmәsini iddia etmәsi әsassızdır. Vәtәndaş qeyd olunan ünvanda yaşamadığını iddia etsә dә onun 2023-cü ildәn etibarәn Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini Tәnzimlәmә Agentliyinin çağrı mәrkәzinә edilmiş müraciәtlәrindә hәmin ünvan göstәrilmiş, vәtәndaş son vaxtlara qәdәr dә orada yaşamışdır. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş edir. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini X1 Filialının nümayәndәsi nümayәndә3 izahatında bildirdi ki, әmәkdaşlar әrazidә olarkәn evin qarşısında avtomobil olduğundan oraya yaxınlaşmış, hәmin vaxt orada özünü mühafizәçi kimi tәqdim edәn şәxslә sayğaca baxış keçirilmişdir. Əlavә olaraq bildirdi ki, vәtәndaşın 2025-ci ilin dekabr ayına kimi, son 10 il әrzindә sayğac göstәricisi, enerji sәrfiyyatı sıfır olmuş, hәr dәfә sayğacın oxunuşu eyni olmuşdur. Lakin yeni sayğac quraşdırıldıqdan sonra artıq sayğacda hәr ay istifadә görünmüş, qeyd olunanlara әsasәn apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, 2015-ci ildә Qusar rayonu, Langu kәndindә yarıtikili vәziyyәtdә ev tikdirmiş, hәmin evdә yaşayış olmamışdır. 2016cı il tarixdә isә işıq xәtti çәkilmişdir. 2025-ci ilin dekabr ayında ona zәng edilәrәk sayğacda kәnar xәttin aşkarlandığı vә barәsindә akt tәrtib edildiyi bildirilmişdir. Bundan sonra “xxxx” ASCnin qaynar xәttinә zәng edәrәk şikayәt etmişdir. Sonradan әmәkdaşlar baxış keçirmәk üçün oraya getmiş, o, açarın yerini әmәkdaşlara özü demişdir. Hesab edir ki, barәsindә tәrtib edilmiş inzibati tәnbeh qanunsuz vә әsassızdır. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәsini vә birinci intansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi şikayәt vermiş şәxsi dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Buna görә dә mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belə ki, iş materiallarında olan: Azәrbaycan Respublikası Energetika Nazirliyi Enerji Mәsәlәlәrini X1 Filialınin ## ###### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol әsasında qәbul edilmiş inzibati tәnbeh vermә haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrәli qәrarından görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025-ci il tarixdә Qusar rayonu, Langu kәndindә yerlәşәn fәrdi yaşayış evindә hesablama elektrik sayğacından kәnar xәtlә elektrik enerjisindәn istifadә etmiş vә “xxxx” ASC-yә az miqdarda 2139.2 manat maddi ziyan vurmuş, bununla da IXM-nin 282.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtdiyinә görә barәsindә 100 manat mәblәğindә cәrimә edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd olunan inzibati xәtaları törәtmәsi faktı iş materiallarında olan inzibati xәta haqqında protokol, ## ###### 2026-cı il tarixli vә ## ###### 2026-cı il tarixli aktlar, Qәrardan şikayәt verәn orqan (şәxs) aid 2016-2026-cı illәr әrzindә olan abunә haqqında mәlumatlara dair çıxarışlar, şahid ifadәlәri, videogörüntü vә s. ilә tәsdiq olunur. Apellyasiya mәhkәmәsi qeyd edir ki, mәhkәmә iclasında tәdqiq olunmuş videogörüntüdәn aydın görünür ki, şikayәtçiyә mәxsus hәyәtyanı sahәdә yerlәşәn sayğaca kәnar xәttin qoşulması halı mövcuddur. Hәmin sayğacın Qәrardan şikayәt verәn orqan (şәxs) mәxsus hәyәtyanı sahәdә yerlәşmәsini nәzәrә alaraq birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, hәmin kәnar xәtt şikayәtçi tәrәfindәn qoşulmuşdur. Belәliklә, mәhkәmә qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn xüsusi mülkiyyәtindә olan hәyәtyanı sahәdә yerlәşәn hesablama elektrik sayğacına kәnar xәtt qoşulmaqla elektrik enerjisinin talanması halına yol verilmişdir. Iş materiallarında hәmin xәttin üçüncü şәxslәr tәrәfindәn çәkildiyini sübut edәn heç bir mәlumat yoxdur. Bu sәbәbdәn Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә Azәrbaycan Respublikası IXM-nin 282.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi mövcuddur vә birinci instansiya mәhkәmәsi tәrәfindәn işin hallarının araşdırılması zamanı hüquq normaları düzgün tәtbiq olunmuşdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 282.1-ci maddәsinә әsasәn Tәbii qazın, elektrik vә ya istilik enerjisinin talanması nәticәsindә az miqdarda ziyan vurulmasına görә - fiziki şәxslәr yüz manatdan yüz әlli manatadәk mәblәğdә, vәzifәli şәxslәr sәkkiz yüz manatdan min manatadәk mәblәğdә, hüquqi şәxslәr iki min manatdan iki min beş yüz manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Qәrardan verilmiş şikayәtin dәlillәrini, hәmçinin material üzrә bir sıra xüsusatları araşdırıb apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi işin hallarını nәzәrә alıb qanuni qәrar qәbul etmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә göstәrilәn dәlillәr әsasında Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarının lәğv edilmәsi vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi üçün hüquqi әsaslar yoxdur. Ona görә dә şikayәt tәmin edilmәmәli, Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Qusar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar