Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-464/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın İdarəsinin nümayəndəsi Dövlət Yanğın Nəzarəti Şöbəsinin böyük inspektoru, R X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin rəisi Emin Mehdiyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati materialdan müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Quba Rayon Məhkəməsinə şikayət verilmişdir. Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Kamilli Günel Hakim qızı) Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardan narazı qalan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin rəisi Emin Mehdiyev apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində yenidən qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X1 Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti Şöbəsinin əməkdaşları tərəfindən ##.##.2026-cı il tarixində ünvan 1ində (Azərbaycan Respublikası Prezidentinin ##.##.2026-cı il tarixli ***-VIIG nömrəli qərarı ilə Vladimirovka kəndi Elbir kəndi adlandırılmışdır) diqqətli yanğın-texniki müayinə keçirilmişdir. YTM zamanı yanğına təhlükəsizliyi qaydalarının pozulduğu aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Tərtib edilmiş YTM aktı X3 tərəfindən imzalanmış və heç bir etiraz bildirməmişdir. ##.##.2028-ci il tarixli *-**-**/*-Q-*S*-***/SO/**** nömrəli bildiriş ilə ## ###### 2028-ci il tarixində saat 16:00-a X1 Yanğın Nəzarəti İdarəsinə dəvət edilmişdir, Qeyd olunan bildiriş poçt vasitəsilə ##.##.2026-cı il tarixilidə çatdırılmışdır. ## ###### 2026-cı il tarixində X3 inzibati işin baxılmasında iştirak etməmişdir, ## ###### 2026-cı il tarixində Qasımov Aynurə Xələf qızı barədə MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 150 manat məbləğində cərimə edilmişdir. İXM-nin 116cı maddəsinə əsasən 30 gün müddətinə şərti qəbul edilmişdir.Qeyd olunan qərar poçt vasitəsilə ##.##.2028-ci il tarixində çatdırılmışdır. Qasımov Aynurə Xələf qızı tərəfindən X1 Yanğın Nəzarəti İdarəsinə qeyd olunan məsələlərin həlli ilə bağlı müraciət etməmişdir. İnzibati tənbeh vermə haqqında qərara xitam verilmiş, lakin 53-cü maddəsinin hansı bəndinin tələbləri pozulduğu qeyd olunmamışdır. Bildirir ki, Qərardan şikayət verən orqan (şəxs) Quba rayonu İbrahim Mümmətov adına Vladimirovka kənd tam orta məktəbinin direktoru X6 ##.##.2026-cı il tarixli OU**********/e nömrəli əmri ilə məktəbin yanğına qarşı cavabdeh şəxsi təyin edilmişdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (YTQ № **-2001) 1.5-ci bəndində əsasən ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 apellyasiya məhkəməsində şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, idarənin əməkdaşları tərəfindən Quba rayonunun Vladimirovka kəndində yerləşən məktəbdə müayinə keçirilərkən yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar edilmiş və bununla bağlı müvafiq protokol tərtib olunmuşdur. İnzibati araşdırmada iştirakını təmin etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) rəsmi bildiriş göndərilsə də, o, araşdırmada iştirak etməmişdir. Toplanmış materiallar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qanunla müəyyən olunmuş 1 (bir) ay müddətində yuxarı səlahiyyətli orqana (FHN-ə) müraciət edilməmiş, müəyyən müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə şikayət verilmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, Quba Rayon Məhkəməsinin sözügedən qərarının ləğv edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İdarənin əməkdaşı X7 tərəfindən ## ###### 2026-cı il tarixində kənd məktəbində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması vəziyyətinin öyrənilməsi məqsədilə yoxlama aparılmışdır. Dövlət təşkilatlarında ildə iki dəfə əyani və nəzəri yoxlamalar həyata keçirilir. Məktəbin direktoru Gülnarə Hüseynovanın ## ###### 2025ci il tarixli müvafiq əmri ilə Qərardan şikayət verən orqan (şəxs) yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin edilmişdir. Yoxlama zamanı müvafiq sənədlərin təqdim olunması üçün məcburi göstəriş verilməsinə baxmayaraq, həmin sənədlər İdarəyə təqdim edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) məktəbdə yanğın təhlükəsizliyinə cavabdeh və maddi məsul şəxs olduğu üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq şərti qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya məhkəməsində çıxış edərək bildirdi ki, məktəbdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi təyin olunmuşdur. Lakin onun üzərinə düşən cavabdehlik yalnız gündəlik nəzarət və cari texniki işlərin həyata keçirilməsi ilə məhdudlaşır. Yoxlama aktında göstərilən nöqsanlar (siqnalizasiya sisteminin quraşdırılması, taxta konstruksiyaların hopdurulması, elektrik təsərrüfatının yenidən qurulması və s.) onun səlahiyyəti və imkanları daxilində olan məsələlər deyildir. Bu kimi təşkilati və maliyyə tutumlu tədbirlərin görülməsi birbaşa məktəb rəhbərliyinin vəzifə öhdəliklərinə daxildir. Məhz bu səbəbdən barəsində verilmiş inzibati tənbeh haqqında qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün qiymətləndirərək haqlı və qanuni qərar qəbul etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, məcburi göstəriş barədə qərarı əldə etmiş və yoxlama aktını imzalamışdır. Məktəb üzrə ümumilikdə yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin olunsa da, faktiki olaraq məhz 2-ci korpusa nəzarət edir. Əmək qabiliyyətsizliyi vərəqəsində (bülletendə) olduğu dövrdə 1-ci korpus üzrə aşkar edilmiş nöqsanlara görə məktəb direktoru inzibati cərimə olunmuş, o isə yalnız 2-ci korpusla bağlı cərimələnmişdir. ## ###### 2026-cı il tarixində İdarəyə şəxsən getmişdir. İdarənin videogörüntüləri tələb olunub baxılacağı təqdirdə bu fakt tam sübuta yetirilə bilər. İdarədə olarkən aktda göstərilən nöqsanların onun səlahiyyət və nəzarət dairəsinə aid olmadığını rəsmi şəkildə bildirmişdir. Məktəbdə yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi olaraq maarifləndirici və təlimatlandırıcı tədbirlər keçirir. Məktəbin yanğın təhlükəsizliyi təchizatı ilə bağlı mövcud problemləri həm yazılı, həm də şifahi şəkildə dəfələrlə məktəb direktorunun diqqətinə çatdırmışdır. Direktor da öz növbəsində həmin nöqsanların aradan qaldırılması üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəsmi müraciətlər etmişdir. Məhkəmə tərəfindən müvafiq vaxt veriləcəyi təqdirdə, rəhbərliyə və Regional Təhsil İdarəsinə ünvanlanmış həmin yazılı müraciətlərin surətlərini işə əlavə olunması üçün məhkəməyə təqdim edə bilər. Məktəb direktoru məzuniyyətdə olduğu üçün həmin sənədləri əldə edə bilməmişdir. Apellyasiya məhkəməsi inzibati icraat materiallarını yoxlayıb, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, tərəfləri dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Yanğın-texniki müayinəyə dair ## ###### 2026-cı il tarixli akta əsasən ünvan 1 tam orta ümumtəhsil məktəbində sadalanan hallar aşkar edilmişdir. 1) Məktəb yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin olunmamışdır. 2) Məktəb binası ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb 3) Məktəbin çardaq hissəsinin taxta konstruksiyalarının hopdurulması barədə sənədlər təqdim edilməmişdir 4) Məktəbin elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətlərinin saxlanılması barədə akt tərtib olunmayıb. 5) Məktəbin elektrik təsərrüfatı CQQQ-na uyğun yerinə yetirilməmişdir. Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumitəhsil məktəbi tərəfindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ünvan 1 İ.Hümmətov adına tam orta məktəbində iki ədəd 5 kiloqramlıq, bir ədəd 6 kiloqramlıq yanğınsöndürmə balonu var. Məktəb iki korpusdan, hər iki korpusun da 2 mərtəbəli olduğu nəzərə alaraq 5 ədəd yanğınsöndürmə balonuna ehtiyac var. Məktəbin binalarında daxili 0,4 kv-luq eletrik xətləri kommutasiya qurğuları və qoruyucularla təchiz olunmayıb. Məktəbin İ və II kateqoriya elektrikqəbulediciləri normal rejimdə elektrik erenjisi ilə qarşılıqlı ehtiyatda olan iki müstəqil qidalandırıcı mənbədən təmin edilmir. Elekrik avadanlıqlarının müqaviməti yoxlanılmalıdır. Mövcud problemlərin həllində köməklik göstərilməsi xahiş edilmişdir. ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Quba rayon Vladimirovka kənd İ.Hümmətov adma tam orta məktəbinin hər iki binasında,xüsusilə ikinci korpusda işıq sistemi çox pis vəziyyətdədir. Hər an yanğın təhlükəsi ehtimalı var. ##.##.2023-cü il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X15 filialının baş müfəttişi X5 tərəfindən məktəbdə nəzarət tədbiri keçirildi. Nəzarət tədbiri zamanı aşağıdakı nöqsanların olduğu bildirildi:məktəbin binalarında daxili 0,4kv-luq eletrik xətləri kommutasiya qurğuları və qoruyucularla təchiz olunmayıb. Müəssisənin elektrik təchizatının birxətli sxemi yoxdur.Məktəbin İ və II kateqoriya elektrikqəbulediciləri normal rejimdə elektrik enerjisi ilə qarşılıqlı ehtiyatda olan iki müstəqil qidalandırıcı mənbədən təmin edilmir.Elekrik avadanlıqlarının (0,4 kv-luq kabel xətləri) izolyasiya müqaviməti yoxlanılmalıdır. Enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı təqdim edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X1 Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nın inspektoru R X4 tərəfindən yanğın texniki müayinə keçirildi.Müayinə zamanı aşağıdakı nöqsanlar aşkarlandı binanın daxili elekrtik naqillərinin izoliyasiyalarının gərginliyə qarşı müqavimətləri yoxlanmalıdır. Binanın çardaq hissəsində istifadə olunan yanar taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmalıdır. Binanın daxili elektrik naqilləri EQQ-na uyğun yerinə yetirilməlidir. 3 yanğın söndürən balon var, lakin əlavə olaraq 5 balon təmin edilməlidir. ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Quba rayon İ.Hümmətov adına Vladimirovka kənd tam orta məktəbinin hər iki binasında dam örtüyü çox köhnəlmiş vəziyyətdədir. Yağıntılar zamanı müxtəlif yerlərdən dəhlizə su damır. Məktəbdə yanğınsöndürmə balonları yoxdur. Dam örtüyünün yanğından mühafizə olunması üçün maddə hopturulmalıdır. Uzun müddət bununla bağlı heç bir tədbir görülməyib. Məktəbin hər iki korpusunda yanacaq odun olduğu üçün sinif otaqlarını və dəhlizləri qızdırmaq çox çətin olur. Çünki, məktəbin pəncərə və qapılarının yenilənməsinə ehtiyac var. Bəzi sinif otaqlarının taxta döşəməsi çürüyüb. Məktəbdə işıq sistemi yenilənsə də transformator köhnədir, 0 fazadır. Əslində isə məktəbə 3 faza ilə işləyən transformator lazımdır, işığın zəif olması ilə əlaqədar olaraq yeni internet avadanlıqlarının işləməsində fasilələr yaranır. Mövcud problemlərin həllində köməklik göstərilməsi xahiş edilmişdir. ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Quba rayon İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumtəhsil məktəbi iki binada yerləşir. Əsas bina 1989-cu ildə yarımçıq vəziyyətdə istifadəyə verilmişdir. Belə ki, məktəbin idman zalı üçün nəzərdə tutulan binası və məktəbin hasarı tikilməmişdir,məktəbin texniki pasportu yoxdur. İstifadəyə verildiyi müddətdən sonra təmir olunmamışdır. İkinci bina isə 1967-ci ildə kolxoz üçün tikilmiş binadır, yardımçı bina kimi məktəbin istifadəsinə verilmişdir və heç vaxt təmir edilməmişdir. Məktəbin əsaslı təmirə ehtiyacı vardır.Belə ki, məktəbin dam örtüyü,qapı-pəncərə və döşəməsi yenilənməlidir, mərkəzləşdirilmiş istilik sistemi yoxdur.Otaqların və kalidorun ölçüləri böyük olduğu üçün qış aylarında sinifləri odunla qızdırmaq çox çətin olur,xüsusilə küləkli günlərdə sinif otaqları tüstü olur. Bu vəziyyət müəllim və şagirdlərin tez-tez xəstələnməsinə səbəb olur,tədrisin keyfiyyətinə mənfi təsir edir. 2023-cü ilin noyabr ayında məktəbin binasının və stadionunun kənarından Quba Suvarma idarəsi tərəfindən kəndin bağlarını suvarmaq üçün uzunluğu təxminən 350 mert, eni 3 metr, hündürlüyü 1,5 metr olan su kanalı tikilmişdir. Bu kanala su buraxılacağı təqdirdə şagirdlər üçün böyük təhlükə yaranacaqdır. ## ###### 2024- cü il tarixində Xaçmaz Regional Quba Elektrik Şəbəkəsi tərəfindən 250 kv-lıq transformatorun yeri dəyişdirilərək Quba rayon İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumtəhsil məktəbinin ərazisində yerləşdirilmişdir. Ərtafında hasar olmadığına görə şagirdlər üçün böyük təhlükə yaradır. Məktəb rəhbəri kimi bu vəziyyət məni çox narahat Məktəb ərazisindəki bu təhlükəli vəziyyətin aradan qaldırılması üçün kömək göstərilməsi xahiş edilmişdir. Yanğın xəbərvermə sistemlərinin texniki vəziyyəti haqqında ## #### 2025-ci il tarixli, **** nömrəli akta əsasən Vladimirovka kənd məktəbində yanğınxəbərvermə sisteminin cari diaqnostikası aparılmış, cavabdeh şəxslər (ən azı 3 nəfər olmaqla)sistemin istifadə qaydaları və texniki şərtləri barədə təlimatlandırıldı və sistem test edilərək işlək vəziyyətdə təhvil verildi. ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, Quba rayon İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumtəhsil məktəbi iki binada yerləşir. Əsas bina 1989-cu ildə yarımçıq vəziyyətdə istifadəyə verilmişdir. Belə ki, məktəbin idman zalı üçün nəzərdə tutulan binası və məktəbin hasarı tikilməmişdir. Məktəbin texniki pasportu yoxdur. İstifadəyə verildiyi müddətdən sonra təmir olunmamışdır. İkinci bina isə 1967-ci ildə kolxoz üçün tikilmiş binadır, yardımçı bina kimi məktəbin istifadəsinə verilmişdir və heç vaxt təmir edilməmişdir. Məktəbin hər iki binasında dam örtüyü çox köhnəlmiş vəziyyətdədir. Yağıntılar zamanı müxtəlif yerlərdən dəhlizə su damır. Məktəbdə yanğınsöndürmə balonları yoxdur. Dam örtüyünün yanğından mühafizə olunması üçün maddə hopturulmalıdır. Uzun müddət bununla bağlı heç bir tədbir görülməmişdir. Məktəbin əsaslı təmirə ehtiyacı vardır. Belə ki, məktəbin dam örtüyü qapı, pəncərə və döşəməsi yenilənməlidir. Mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Otaqların və kalidorun ölçüləri böyük olduğu üçün qış aylarında sinifləri odunla qızdırmaq çox çətin olur. Xüsusilə küləkli günlərdə sinif otaqları tüstü olur. Bu vəziyyət müəllim və şagirdlərin tez-tez xəstələnməsinə səbəb olur. Tədrisin keyfiyyətinə mənfi təsir edir. Mövcud problemlərin həllində köməklik göstərilməsi xahiş edilmişdir. ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, ibtidai siniflərin 232 şagirdinin təhsil aldığı bu tədris korpusunun da əsaslı təmirə ciddi ehtiyacı vardır. Hər iki binanın dam örtüyü çox köhnədir,yağış, qar yağdıqda sinif otaqları və dəhlizlərə su damır. Narahat edən əsas məsələ təhsil ocağının yanğından mühafizəsi ilə bağlı problemlərdir. Belə ki, korpusların heç birində ehtiyat su anbarı yoxdur. İndiyədək, dəfələrlə rəsmi şəkildə müraciət etsə də yardımçı korpusda yanğına qarşı siqnalizasiya xətləri quraşdırılmamışdır. Məktəbdə yanğınsöndürmə balonları məhdud saydadır. Həm əsas,həm də yardımçı korpusda dam örtüyünün yanğından mühafizə olunması üçün maddə hopturulmalıdır. Sinif otaqlarının qızdırılması üçün odundan istifadə olunur,hər an yanğın təhlükəsi ilə üzləşə bilərlər. İldə bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional idarəsi tərəfindən yanğın təhlükəsizliyini yoxlamaq məqsədilə monitorinqlər keçirilir, çatışmamazlıqlar səbəbindən dəfələrlə cərimələnirlər. Məktəbə siqnalizasiya xətlərinin çəkilməsinə, dam örtüklərinə yanğına qarşı maddə hopdurulmasına, ehtiyat su hovuzlarının tikiməsinə və yanğınsöndürmə balonları ilə təmin olunmağına köməklik göstərilməsi xahiş edilmişdir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli poçt qəbzlərindən görünür ki, Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumitəhsil məktəbi tərəfindən Quba-Xaçmaz Regional Təhsil İdarəsinə ünvanlanmış məktublar poçt vasitəsi ilə göndərilmişdir. ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 (bir yüz əlli) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin ##.##.2026-cı il tarixli bildirişinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qismində, «19» fevral 2026cı il tarixdə, saat 16:00 dəqiqədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair olan “MN2378797” №li işlərin baxılmasında iştirak etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmət Şimal RDYNİ çağrılmışdır. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məktubuna əsasən Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumitəhsil məktəbinin direktoru X8 tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı avadanlıqlara təmin olunmasına dair Quba Xaçmaz Regional Təhsil İdarəsinə ##.##.2026-cı il tarixli * nömrəli müraciəti daxil olmuşdur. Apellyasiya Məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya Məhkəməsi qeyd edir ki,Quba rayonu İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta ümumtəhsil məktəbinin ## ###### 2026-cı il tarixli, OU**********/e nömrəli əmrinə əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Qərardan şikayət verən orqan (şəxs) məktəbin elektrik təsərrüfatına və yanğına qarşı cavabdeh şəxs təyin edilmişdir. Yanğın-texniki müayinəyə dair ## ###### 2026-cı il tarixli akta əsasən ünvan 1 tam orta ümumtəhsil məktəbində 5 bənd üzrə nöqsanlar aşkar edilmişdir (Məktəb yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin olunmamışdır, Məktəb binası ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, Məktəbin çardaq hissəsinin taxta konstruksiyalarının hopdurulması barədə sənədlər təqdim edilməmişdir, Məktəbin elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətlərinin saxlanılması barədə akt tərtib olunmayıb, Məktəbin elektrik təsərrüfatı CQQQna uyğun yerinə yetirilməmişdir). Bundan sonra həmin pozuntulara cavabdeh şəxs qismində Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində İXM-nin 116-cı maddəsi tətbiq edilməklə 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məktəbin elektrik təsərrüfatına və yanğına qarşı məsul şəxs olaraq çıxış etsə də, nəzərə alınmalıdır ki, yanğınmüayinə aktında göstərilən halların onun tərəfindən və onun şəxsi maddi vəsaiti hesabına aradan qaldırılması mümkün olan hal deyildir. Həmin halların aradan qaldırılması istiqamətində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə məktubların ünvanlanması faktı isə öz təsdiqini tapmışdır. Apellyasiya Məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən natamam araşdırma aparılmışdır. Belə ki, müxtəlif vaxtlarda Quba-Xaçmaz Regional Təhsil İdarəsinə məktublar ünvanlansa da bununla bağlı cavablar əldə edilməmiş və birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Məhkəmə sözügedən təhsil idarəsinə ## ### 2026-cı il tarixdə sorğu ünvanlasada, təhsil idarəsi ## #### 2026-cı il tarixli cavabında sadəcə məktəbin direktoru X8 tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı avadanlıqlarla təmin olunmasında dair ## ###### 2026-cı il tarixli məktub daxil olduğunu təsdiqləməklə kifayətlənmişdir. Bundan başqa şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında rəhbərliyə və Regional Təhsil İdarəsinə ünvanlanmış həmin yazılı müraciətlərin surətlərini işə əlavə olunması üçün məhkəməyə təqdim edə biləcəyi qeyd etsə də, məktəb direktoru məzuniyyətdə olduğu üçün həmin sənədləri əldə edə bilmədiyini bildirmişdir. Göründüyü kimi Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən məhkəmənin ## ### 2026-cı il tarixli sorğusuna əsaslı cavab verilməmişdir. Buna görə Apellyasiya Məhkəməsi belə qənaətə gəlir ki, işə yenidən baxılarkən sözügedən təhsil idarəsinə yenidən yuxarıda sadalanan məktublarla bağlı sorğu verilməli, əsaslı cavablar alınmalı, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməli, hansı real addımların atılması istiqamətində işlərin görülməsi müəyyən edilməli, bundan sonra iş üzrə yekun qərar qəbul edilməlidir. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunan sorğuların cavablarının alınmasını ona görə vacib hesab edir ki, düzdür hazırkı işin müəyyən olunmuş hallarından da göründüyü kimi faktiki olaraq barəsində inazibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hazırda sözügedən məktəbdə direktor müavini vəzifəsində çalışmaqla o cümlədən müvafiq əmrlə maddi məsul şəxs hesab edilir və aparılmış yoxlamanın nəticələri ilə bağlı verilmiş göstərişlərin icrası məqsədi ilə regional təhsil idarəsinə hər hansı sorğu verilməsi onların özləri arasında apardıqları tabeçilik qaydasında olan yazışmalardır. Lakin mövcud vəziyyətdə bu cür göstərişlərin icrası kimin tərəfindən icra olunması və cavab verilməli subyektiv və məsuliyyətin kimin üzərində olmasının müəyyən olunması üçün araşdırma tələb edən məsələdir. Bu cür yanaşma İnzibati Xətalar Məcəllsinin 3-cü maddəsinin tələblərinə uyğundur. Belə ki, qeyd olnan maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin fikrincə, birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımi tədbirlər görmədiyindən, hazırki inzibati xəta haqqında iş üzrə qərar işin hallarının tam və hərtərəfli şəkildə araşdırılmaması ilə bağlı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlarla yanaşı, işin digər halları araşdırılmalı, nəticəsindən asılı olaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.1-ci və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X1 Yanğın Nəzarəti İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Quba Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İşə yenidən baxılması üçün material Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Hakim: Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №3(3-8)-464/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-464/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver