Məhkəmə qərarları › İş №3(3-8)-465/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-465/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-465/2026 24.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi ilә, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, Tәlәbkar Zәrәrçәkmiş şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Icra vә Probasiya Şöbәsinin icra mәmuru X2 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası IXM-in 528.1-ci maddәsi ilә ## ### 2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokol tәrtib olunaraq baxılması üçün mәhkәmәyә göndәrilmişdir. Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli bilinәrәk 500 (beş yüz) manat mәblәğindә cәrimә edilmişdir (hakim Günel Kamilli). Qәrardan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, son tarixlәrә qәdәr alimentlәrin ödәnişlәrini gecikdirmәdәn, mütәmadi olaraq ödәyәrәk icra sәnәdinin icrasını tam şәkildә yerinә yetirmişdir. Növbәti ödәniş tarixindә ödәniş әmәliyyatını apararkәn tәlәbkarın hesabının bağlı olduğunu görmüşdür. Bir müddәt hesab bağlı qaldığından ödәnişi hәyata keçirә bilmәmişdir. Borcu 1400 manat yığılmışdır. Icra Probasiya Şöbәsi buna görә onun barәsindә mәhkәmәyә müraciәt etmişdir. Bu zaman heç bir yerdә işlәmәdiyinә görә 1400 manat borcun 400 manat hissәsini vә növbәti ayların ödәnişini ödәmişdir. Sonra qarşı tәrәf alimentin artırılması iddiası ilә mәhkәmәyә müraciәt etmiş, mәhkәmәnin qәrarı ilә aliment artıq hәr uşağa hәr ay 275 manat olmaqla cәmi iki uşaq üçün hәr ay 550 manat aliment tәyin etmişdir. Bundan sonra maddi vәziyyәtilә әlaqәdar olaraq 2 ay alimenti ödәyә bilmәmişdir. Buna görә Probasiya şöbәsi onu yenidәn mәhkәmәyә verәrәk IXM -nin 528.1 maddәsi ilә 500 manat mәblәğindә cәrimә tәtbiq etmәyә nail olmuşdur. Hal hazırda aliment borcu cәmi tәxminәn 2100 manat tәşkil edir. Icra sәnәdinin verildiyi ilk gündәn son vaxtlara qәdәr uşaqlarının saxlanılması üçün tәyin edilmiş aliment mәblәğini qәrәzsiz vә mütәmadi olaraq ödәmişdir. Maddi vәziyyәtinin çәtinliyi sәbәbindәn cәmi iki ay ödәniş edә bilmәmişdir. Belә bir halda onun icra sәnәdini üzrsüz sәbәbdәn icra etmәmәsi vә icra mәmurunun tәlәblәrini yerinә yetirmәmәsi әsası ilә barәsindә inzibati xәta haqqında tәnbeh tәdbirinin tәtbiq edilmәsini әsassız hesab edir. Belә ki, işә baxılarkәn iş üzrә mühüm әhәmiyyәt kәsb edәn faktiki hallar araşdırılmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtinin tәmin edilmәsini vә әmәlindә heç bir qәrәz olmadığından birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilәrәk inzibati xәta haqqında iş üzrә icraata xiitam verilmәsini xahiş etmişdir. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn tәlәbkar Zәrәrçәkmiş şәxs izahatında bildirdi ki, borclu şәxs aliment ödәnişini qәrәzli olaraq icra etmir. Yalnız mәhkәmә zamanı ödәnişlәr edir. Daimi ödәniş etmir. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş edir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçısını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Qubadlı Rayon Mәhkәmәsi tәrәfindәn verilmiş ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı icra vәrәqәsinә әsasәn ##.##.2019-cu il tәvәllüdlü X1 yetkinlik yaşına çatanadәk saxlanılması üçün hәr ay 170 manat sabit pul mәblәğindә aliment ##.##.2020-ci il tarixdәn başlayaraq borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alınaraq tәlәbkar Zәrәrçәkmiş şәxs verilmәlidir. Qubadlı Rayon Mәhkәmәsi tәrәfindәn verilmiş ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı icra vәrәqәsinә әsasәn ##.##.2019-cu il tәvәllüdlü X3 yetkinlik yaşına çatanadәk saxlanılması üçün hәr ay 170 manat sabit pul mәblәğindә aliment ##.##.2020-ci il tarixdәn başlayaraq borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs alınaraq tәlәbkar Zәrәrçәkmiş şәxs verilmәlidir. ##.##.2020-ci il vә ##.##.2021-ci il tarixli “icraata başlamaq haqqında qәrar” lardan görünür ki, qeyd edilәn icra sәnәdilәri üzrә hәmin tarixdә icra işi başlanmışdır. ##.##.2020-ci il vә ##.##.2021-ci il tarixli bildirişlәrdәn görünür ki, Qubadlı rayon mәhkәmәsi tәrәfindәn verilmiş ##.##.2020-ci il tarixli, 2(028)- ***/**** saylı vә ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı icra vәrәqәlәrinin icrası barәdә borcluya rәsmi mәlumat verilmişdir. Qubadlı Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı icra sәnәdinә әsasәn Qubadlı Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qәtnamәsi ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2019-cu il tarixdә doğulmuş X1 yetkinlik yaşına çatanadәk saxlanılması üçün tәyin edilmiş hәr ay uşaq üçün 170 manat sabit pul mәblәğindә aliment mәblәği ölkә üzrә müәyyәn edilmiş minimum әmәk haqqının 0,68 misli hәddindә, Qubadlı Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qәtnamәsi ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Fehruz oğlundan ##.##.2020-ci il tarixdә doğulmuş X3 yetkinlik yaşına çatanadәk saxlanılması üçün tәyin edilmiş hәr ay uşaq üçün 170 manat sabit pul mәblәğindә aliment mәblәği ölkә üzrә müәyyәn edilmiş minimum әmәk haqqının 0,68 misli hәddindә indeksasiya edilmәlidir. ##.##.2026-cı il tarixdә Qubadlı Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 8(028)- **/**** saylı icra sәnәdi üzrә icraata başlama haqqında qәrar qәbul edilmişdir. ##.##.2026-cı il tarixdә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdinin könüllü icra edilmәsi barәdә bildiriş göndәrilmişdir. ## ### 2026-cı il tarixli arayışdan görünür ki, iş üzrә borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hazırda ödәnilmәmiş aliment borcu 2807 manat tәşkil edir. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra mәmurunun qanuni tәlәbini yerinә yetirmәmәsi sübut olunduğundan Quba Rayon Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanuni vә әsaslıdır. Belә ki, Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә - fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. “Icra Haqqında» Azәrbaycan Respublikasının Qanunun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Apellyasiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixә olan aliment borcu 2807 manat tәşkil edir. Borclu şәxs hәmin borcdan yalnız ##.##.2026-cı il tarixdә 300 manat ödәniş etmişdir. Bu da onu demәyә әsas verir ki, borclu icra sәnәdini icra etmәkdәn üzrsüz sәbәbdәn yayınır vә icra mәmurunun qanuni tәlәbini qәrәzli şәkildә icra etmir, icra sәnәdinә etinasız yanaşır. Qanuni qüvvәyә minmiş mәhkәmә qәrarının icrası mәhkәmәyә müraciәt etmәk hüququnun tәrkib hissәsi olmaqla xüsusi önәm daşıyır. Belә ki, mәhkәmә qәrarının vaxtında vә düzgün icra olunmaması bütövlükdә mәhkәmә müdafiәsi hüququnun hәyata keçirilmәsini sәmәrәsiz vә qәbul olunmuş qәrarı әhәmiyyәtsiz edir. Konstitusiya vә beynәlxalq hüquq aktlarının tәlәblәrinә görә әdalәt mühakimәsi mәhkәmә qәrarlarının effektiv icrası nәticәsindә hüquqların sәmәrәli şәkildә bәrpa olunmasını tәmin etmәlidir. (Konstitusiya Mәhkәmәsi Plenumunun “Icra haqqında” Azәrbaycan Respublikası Qanununun 7, 10, 24 vә 26-cı maddәlәrinin Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin bәzi müddәaları baxımından şәrh edilmәsinә dair” 2015-ci il # ######## tarixli Qәrarı). Hәmçinin, apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin tәyin etdiyi tәnbeh tәdbirini qiymәtlәndirәrәk hesab edir ki, şәxs barәsindә minimum hәddә tәtbiq olunmuş cәrimә mәblәği törәdilmiş әmәlin xarakterinә vә işin faktiki hallarına tam uyğundur, hüquqi cәhәtdәn qanuni vә әsaslıdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Belәliklә, apellyasiya instansiya mәhkәmәsi inzibati xәta haqqında iş materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edib, mәhkәmә araşdırmasının nәticәlәrinә әsaslanıb hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Quba Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrar qәtidir, ondan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Mәmmәdov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar