Məhkəmə qərarları › İş №3(3-8)-466/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-466/2026

28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-466/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Protokolu tәrtib edәn orqan icra mәmuru X1, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, vәkili vә nümayәndәsi (sumqayıt şәhәri * saylı Vәkil Bürosu) vәkil2, tәlәbkar “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru nümayәndә2, vәkili (Xırdalan şәhәr Vәkil Bürosu) vәkil1 iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә aparılan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından tәlәbkarlar “xxxx” MMC-nin direktoru nümayәndә2 vә “xxxx” MMC-nin direktoru X2 tәrәfindәn verilmiş apellyasiya şikayәtlәrinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә (hakim Abusәt Qasımov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (## ##### 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 53.2-ci maddәsinә әsasәn xitam verilmişdir. Işin halları: Protokolu tәrtib edәn orqan icra mәmuru X1 tәrәfindәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә AR IXM-nin 528.1-ci maddәsi ilә ## #### 2026-ci il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokol ona әlavә edilmiş sәnәdlәr baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş vә mәhkәmә tәrәfindәn yuxarıda qeyd olunan qәrar qәbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Tәlәbkarlar “xxxx” MMC-nin direktoru nümayәndә2 vә “xxxx” MMC-nin direktoru X2 ayrıayrılıqda apellyasiya şikayәtlәri verәrәk, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 528.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişlәr. Apellyasiya şikayәtini onunla әsaslandırmışlar ki, qәrar tamamilә әsassız vә qanunsuzdur. Belә ki, Abşeron Rayon Mәhkәmәsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadına әsasәn iş üzrә mәhkәmәyә iddia әrizәsi verilәnәdәk, X3, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, vәkil2 vә onların tapşırığı, sifarişi, göstәrişi vә ya iştirakı ilә hәrәkәt edәn istәnilәn digәr şәxslәrә “xxxx” MMC vә “xxxx” MMC-nin faktiki istifadә etdiyi nümayәndә2 mәxsus olan vә Abşeron rayon Saray qәsәbәsi ünvanında yerlәşәn hasarı, qapıları, tikililәri vә digәr konstruksiyaları sökmәk, dәyişdirmәk, zәdәlәmәk vә ya әrazidә hәr hansı müdaxilә xarakterli hәrәkәtlәr etmәyin qadağan edilmәsi, cavabdehlәrә vә onların cәlb etdiyi şәxslәrә әrizәçilәrin ofis, anbar, malmaterial, avadanlıq, sәnәd vә digәr әmlakına müdaxilә etmәk qadağan olunması, cavabdehlәrә vә onların cәlb etdiyi şәxslәrә şirkәtlәrin işçilәrinin, nümayәndәlәrinin vә mühafizәçilәrinin hәmin әraziyә giriş-çıxışına vә normal fәaliyyәtinә maneçilik törәtmәyin qadağan edilmәsi müәyyәn edilmişdir. Mәhkәmә qәrar qәbul edәrkәn istinad etdiyi hallardan biri söküntüsü aparılmış hasarın Fatma Mәmmәdovanın mülkiyyәtindә olan әrazidә olmasıdır. Halbuki bu mәlumat hәqiqәti әks etdirmir. Belә ki, onlarda olan mәlumata görә sökülәn hasar Fatma Mәmmәdovanın mülkiyyәtindә olan әrazidә yerlәşmir. Sözügedәn torpaq sahәsi illәrdir ki, nümayәndә2, “xxxx” MMC vә “xxxx” MMC-nin faktiki istifadәsindәdir. Belә olduğu halda isә müayinә baxışı keçirilmәdәn nümayәndә2, “xxxx” MMC vә “xxxx” MMC-nin faktiki istifadәsindә olan torpaq sahәsinә hansı әsasla başqa şәxsin adına çıxarışın verilmәsi isә sual doğurur. Abşeron Rayon Mәhkәmәsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı ilә dә mәhz “xxxx” MMC vә “xxxx” MMC-nin faktiki istifadә etdiyi nümayәndә2 mәxsus olan vә Abşeron rayon Saray qәsәbәsi ünvanında yerlәşәn torpaq sahәsinin üzәrindәki әmlaklara münasibәtdә qadağa müәyyәn edilmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs isә bu faktı vә hasarın Fatma Mәmmәdovanın mülkiyyәtindә olan torpaq sahәsindә yerlәşmәdiyini bildiyi halda, mәhkәmә qәrardadının tәlәblәrini pozmuşdur. Hәmçinin Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlinә haqq qazandırmağa çalışaraq, uçurduğu hasarın mәhkәmә qәrardadından sonra tikildiyini bildirmişdir. Mәhkәmә dә hәmçinin icraata xitam verәrkәn bu hala da Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs xeyrinә istinad etmişdir. Halbuki nәzәrә alınmamışdır ki, Abşeron Rayon Mәhkәmәsinin **(*-***)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı ilә qadağalar nümayәndә2, “xxxx” MMC vә “xxxx” MMC-yә deyil, X3, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, vәkil2 vә onların tapşırığı, sifarişi, göstәrişi vә ya iştirakı ilә hәrәkәt edәn istәnilәn digәr şәxslәrә münasibәtdә müәyyәn edilmişdir. Yәni tәlәbkarlar tәrәfindәn qanunvericiliyin hәr-hansı tәlәbi pozulmamışdır. Eyni zamanda nәzәrә almaq lazım idi ki, hasarıın tikintisi mәcburiyyәtdәn hәyata keçirilmişdir. Belә ki, hasar borclular tәrәfindәn söküldüyündәn hasarın daxilindә yerlәşәn әmlakların, obyektlәrin, malların tәhlükәsizliyini tәmin etmәk üçün hasar yenidәn bәrpa olunmalı idi. Əgәr bu vәziyyәt Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs narahat edirdisә, o qәrardadın tәlәblәrini pozaraq, özbaşına şәkildә hasarı sökmәmәli, bu barәdә qanuni tәdbirlәr görülmәli olduğunu fikirlәşәrdisә, icra mәmuruna mәlumat vermәli idi. Bu hallar da onu göstәrir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә qәrarına hörmәtlә yanaşmır, qanunvericiliyin tәlәblәrini pozur. Bu onun әmәllәrindә dә açıqaşkar özünü göstәrir. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsi zamanı tәlәbkar “xxxx” MMC-nin direktoru nümayәndә2 vә vәkili vәkil1 apellyasiya şikayәtlәrini müdafiә edәrәk, tәmin edilmәsini, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-in 528.1-ci maddәsi ilә inzibati mәsuliyyәtә cәlb edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdilәr. Apellyasiya mәhkәmәsi zamanı Protokolu tәrtib edәn orqan icra mәmuru X1 bildirdi ki, Abşeron Rayon Mәhkәmәsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarına әsasәn әrizә qismәn tәmin edilmiş, iş üzrә mәhkәmәyә iddia әrizәsi verilәnәdәk, X3, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, vәkil2 vә onların tapşırığı, sifarişi, göstәrişi vә ya iştirakı ilә hәrәkәt edәn istәnilәn digәr şәxslәrә “xxxx” MMC vә “xxxx” MMC-nin faktiki istifadә etdiyi nümayәndә2 mәxsus olan vә Abşeron rayon Saray qәsәbәsi ünvanında yerlәşәn hasarı, qapıları, tikililәri vә digәr konstruksiyaları sökmәk, dәyişdirmәk, zәdәlәmәk vә ya әrazidә hәr hansı müdaxilә xarakterli hәrәkәtlәr etmәk qadağan edilmiş, cavabdehlәrә vә onların cәlb etdiyi şәxslәrә әrizәçilәrin ofis, anbar, mal-material, avadanlıq, sәnәd vә digәr әmlakına müdaxilә etmәk qadağan olunmuş, cavabdehlәrә vә onların cәlb etdiyi şәxslәrә şirkәtlәrin işçilәrinin, nümayәndәlәrinin vә mühafizәçilәrinin hәmin әraziyә giriş-çıxışına vә normal fәaliyyәtinә maneçilik törәtmәyin qadağan edilmәsi müәyyәn edilmişdir. Qeyd olunan icra sәnәdi üzrә ## #### 2026-cı il tarixdә icraata başlama haqqında qәrar qәbul edilәrәk, tәrәflәrә bildiriş göndәrilmәklә rәsmi qaydada xәbәrdarlıq edilmişdir. Icra sәnәdinin icrası ilә әlaqәdar ## #### 2026-cı il tarixdә Protokolu tәrtib edәn orqan icra mәmurları tәrәfindәn akt tәrtib edilәrәk, borclulara qәrardadın mәcburiliyi izah olunmuşdur. Lakin iş üzrә tәlәbkarın verdiyi mәlumata әsasәn hәmin әrazidә sonradan inşa edilmiş hasar Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn uçurulmuşdur. Apellyasiya mәhkәmәsi zamanı barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vә vәkili vә nümayәndәsi vәkil2 apellyasiya şikayәtlәrinә etiraz edәrәk, tәmin edilmәmәsini, Abşeron Rayon Mәhkәmәsinin *(*- ***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının dәyişdirilmәdәn saxlanmasını xahiş etdilәr. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta üzrә işin materiallarını nәzәrdәn keçirib, apellyasiya şikayәtinin dәlillәrini tәdqiq edәrәk, proses iştirakçılarını dinlәyib hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә inzibati iş materiallarını tәhlil edәrәk belә nәticәyә gәlir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs hәrәkәtlәrindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibi sübut olunmadığından birinci instansiya mәhkәmәsinin iş üzrә icraata xitam verilmәsinә dair nәticәsi qanuni vә әsaslı olmuşdur. Belә ki, iş materiallarında olan Abşeron Rayon Mәhkәmәsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrarına әsasәn әrizә qismәn tәmin edilmiş, iş üzrә mәhkәmәyә iddia әrizәsi verilәnәdәk, X3, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs, vәkil2 vә onların tapşırığı, sifarişi, göstәrişi vә ya iştirakı ilә hәrәkәt edәn istәnilәn digәr şәxslәrә “xxxx” MMC vә “xxxx” MMC-nin faktiki istifadә etdiyi nümayәndә2 mәxsus olan vә Abşeron rayon Saray qәsәbәsi ünvanında yerlәşәn hasarı, qapıları, tikililәri vә digәr konstruksiyaları sökmәk, dәyişdirmәk, zәdәlәmәk vә ya әrazidә hәr hansı müdaxilә xarakterli hәrәkәtlәr etmәk qadağan edilmiş, cavabdehlәrә vә onların cәlb etdiyi şәxslәrә әrizәçilәrin ofis, anbar, mal-material, avadanlıq, sәnәd vә digәr әmlakına müdaxilә etmәk qadağan olunmuş, cavabdehlәrә vә onların cәlb etdiyi şәxslәrә şirkәtlәrin işçilәrinin, nümayәndәlәrinin vә mühafizәçilәrinin hәmin әraziyә giriş-çıxışına vә normal fәaliyyәtinә maneçilik törәtmәyin qadağan edilmәsi müәyyәn edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli icra sәnәdi üzrә ## #### 2026-cı il tarixdә icraata başlama haqqında qәrar qәbul edilәrәk, tәrәflәrә bildiriş göndәrilmәklә rәsmi qaydada xәbәrdarlıq edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli icra sәnәdinin icrası ilә әlaqәdar ## #### 2026-cı il tarixdә Protokolu tәrtib edәn orqan icra mәmurları tәrәfindәn akt tәrtib edilәrәk, borclulara qәrardadın mәcburiliyi izah olunmuşdur. Mәhkәmә hesab edir ki, borclu tәrәfindәn icra mәmurunun icra sәnәdinin icrası ilә әlaqәdar qanuni tәlәblәrinin üzrsüz sәbәbdәn icra edilmәmәsi iş materialları ilә öz tәsdiqini tapmır. Birinci instansiya mәhkәmәsi haqlı olaraq qәrarda vurğulamışdır ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi sübuta yetirilmәdiyindәn vә onun tәqsirliliyinin tәsdiqi üçün kifayәt qәdәr mötәbәr vә qanuni sübutlar әldә edilmәdiyindәn, barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir. Belә ki, mәhkәmә araşdırması zamanı әldә edilmiş sübutlarla Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi öz tәsdiqini tapmamışdır. Hәm icra mәmuru, hәm dә iş üzrә tәlәbkarların nümayәndәlәri ifadәlәrindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn söküntüsü aparılmış hasarın Fatma Mәmmәdovanın mülkiyyәtindә olan әrazidә olduğunu tәsdiq etmiş, hәmçinin hәmin hasarın icra mәmurunun qәrardadın icrası ilә bağlı әrazidә akt tәrtib edildiyi tarixdәn sonra inşa edildiyini bildirmişlәr. Bununla da müәyyәn edilir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-16(5- 105)-266/2026-cı il tarixli qәrardadının icrasından yayınmamışdır. Bundan başqa mәhkәmә baxışı zamanı müәyyәn olunmuşdur ki, ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokolun tәrtib edilmәsinә әsas olmuş Abşeron Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı lәğv edilmişdir. Belә ki, Sumqayıt Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrәli qәrardadı ilә Abşeron Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadından cavabdeh X4 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmiş, Abşeron Rayon Mәhkәmәsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı lәğv edilmiş, әrizәnin mümkünlüyü mәsәlәsinә yenidәn baxılması vә sonrakı prosessual hәrәkәtlәrin edilmәsi üçün iş Abşeron Rayon Mәhkәmәsinә qaytarılmışdır. Azәrbaycan Respublikası IXM-nin 528.1-ci maddәsinin tәlәbinә görә mәhkәmә vә ya digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә vә ya icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә borclunu müәyyәn hәrәkәtlәri etmәyә vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә mәcbur edәn icra sәnәdinin üzrsüz sәbәbdәn icra edilmәmәsinә görә inzibati mәsuliyyәtә sәbәb olur. Inzibati hüquq nәzәriyyәsindә mәhkәmә qәtnamәsini, hökmünü, qәrarını vә yaxud digәr aktını icra etmәmә dedikdә, icra üçün daxil olmuş mәhkәmә qәtnamәsinin, hökmünün, qәrardadının vә ya qәrarının icrasını hәyata keçirmәk üçün bu vә ya digәr hәrәkәti etmәli olan şәxsin qanunla müәyyәn edilmiş müddәtdә hәmin hәrәkәtlәri etmәmәsi başa düşülür. Mәhkәmә aktlarının icrası ilә әlaqәdar icra mәmurlarının qanuni tәlәblәrini üzrsüz sәbәbdәn icra etmәmә onda ehtiva olunur ki, tәqsirkar şәxsә yazılı şәkildә mәhkәmә qәrarının icra edilmәsi barәdә xәbәrdarlıq edilmiş olsun, hәmin xәbәrdarlıqdan vә icra mәmurlarının qanuni tәlәblәrindәn tәqsirkar şәxsin mәlumatı olsun vә hәr hansı üzrlü sәbәb göstәrmәdәn hәmin hәkәtlәrini davam etdirmiş olsun. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinin tәlәbinә görә bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıqdan törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Hәmin Mәcәllәnin 13-cü maddәsinin tәlәbinә görә inzibati xәta törәtmiş şәxs öz әmәlinin (hәrәkәtinin vә ya hәrәkәtsizliyinin) hüquqzidd xarakterini dәrk etmiş, onun zәrәrli nәticәlәrini qabaqcadan görmüş vә bunları arzu etmişdirsә, yaxud belә nәticәlәrin baş vermәsinә şüurlu surәtdә yol vermişdirsә, bu xәta qәsdәn törәdilmiş xәta hesab olunur. Hәmin Mәcәllәnin 53.1.2-ci maddәsinә әsasәn, inzibati xәta tәrkibi olmadıqda, inzibati xәta haqqında başlanmış icraata xitam verilir. Hәmin Mәcәllәnin 105.1-ci maddәsinә әsasәn Bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş hallardan hәr hansı biri olduqda, icraatında inzibati xәta haqqında iş olan hakim vә ya sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işin icraatına xitam verilmәsi haqqında qәrar qәbul edir. Yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә IXM-nin 528.1-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә dair qanuni vә әsaslı nәticәyә gәlmişdir vә apellyasiya şikayәtlәrinin dәlillәri formal xarakterli dәlillәr olmaqla birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsas kimi qәbul oluna bilmәz, ona görә dә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Yuxarıda şәrh olunanları vә Azәrbaycan Respublikasının IXM-nin 133, 134 vә 136-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxsnın barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsinә Abşeron Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtlәrinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Tәlәbkarlar “xxxx” MMC-nin direktoru nümayәndә2 vә “xxxx” MMC-nin direktoru Asif Mәsimov tәrәfindәn verilmiş apellyasiya şikayәtlәri tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar