Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-467/2026 24.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidmәtinin Bakı Şәhәr İdarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi barәdә verdiyi şikayәt әrizәsinin qismәn tәmin edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından X3 Xidmәtinin Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azәrbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidmәti Bakı Şәhәr İdarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsindә nәzәrdә tutulmuş qaydada normal әmәk vә istirahәt rejiminә riayәt edilmәmәsinә, o cümlәdәn әmәk qanunvericiliyinin tәlәblәri pozulmaqla işçinin iş vaxtından artıq işlәrә cәlb edilmәsinә görә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 198.1.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtdiyinә görә 500 manat mәblәğindә cәrimә edilmişdir. Qeyd edilәn qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk tәrtib olunan inzibati tәnbeh vermә haqqında MN ******* saylı, ##.##.2026-cı il tarixli qәrarın lәğv edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti qismәn tәmin edilmiş, onun İXM-in 198.1.5-ci maddәsi ilә cәrimә olunmasına dair ƏƏSMN yanında X3 Xidmәti Bakı şәhәr İdarәsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tәnbeh vermә haqqında qәrarı qәrarı lәğv edilmiş vә inzibati xәta haqqında iş yenidәn baxılmaq üçün ƏƏSMN yanında X3 Xidmәti Bakı şәhәr İdarәsinә göndәrilmişdir (Fәrid Nәsimiyev). X1 Müfәttişliyi Xidmәtinin Hüquq İdarәsinin rәis müavini Tamerlan Mәlikli tәrәfindәn apellyasiya şikayәti verilәrәk mәhkәmәnin mübahisәli qәrarının lәğv edilmәsi vә inzibati tәnbeh vermә haqqında qәrarının qüvvәdә saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, sözügedәn mәhkәmә qәrarında X3 Xidmәtinin Bakı şәhәr İdarәsi tәrәfindәn araşdırma aparılarkan işçilәr X2 vә Şahid әmәk hüquqlarının pozulması ilә bağlı sübutları qәrarı qәbul etmiş orqan tәrәfindәn tәqdim edilmәdiyi üçün mövcud ziddiyyәtlәrin tam araşdırılması mümkün olmaması nәticәsinә gәlmәsi vә bununla bağlı inzibati tәnbeh qәrarının lәğv edilmәsi tamamilә әsassız vә qanunsuzdur. İşin mahiyyәti bundan ibarәtdir ki, X2 vә Şahid ##.##.2025-ci il vә ##.##.2025-ci il tarixlәrindә iş günü hesab edilmәyәn bayram günü qabağı iş günlәrinin müddәti bir saat qısaldılmamışdır. Qәrardan şikayәt verәn orqan (şәxs) әmәlindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.1.5-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin bütün әlamәtlәri mövcuddur vә sübuta yetirilmişdir. Mәhz bu sәbәbdәn dә qanunvericiliyә әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Bakı şәhәr İdarәsi tәrәfindәn bu maddә ilә inzibati mәsuliyyәtә cәlb olunmuşdur. İnzibati xәta haqqında işә baxılarkәn işәgötürәn tәrәfindәn tәrtib edilmiş iş vaxtının uçotu tabelindә ##.##.2025-ci il vә ##.##.2025-ci il tarixlәrindә iş günü hesab edilmәyәn bayram günü qabağı iş gününün müddәti 1 saat qısaldılmamış, işçinin normal әmәk vә istirahәt rejimi tәmin edilmәmiş, nәticәdә Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 108.1-ci maddәsinin tәlәblәri pozulmuşdur. Sumqayıt şәhәr Mәhkәmәsinin qәrarında әsaslandığı mülahizәlәr isә ziddiyәtlidir vә әsassızdır, sübutlar düzgün qiymәtlәndirilmәmişdir. Öz növbәsindә qәrarda işin hallarına vә qanunvericiliyin tәlәblәrinә uyğun düzgün nәticә çıxarılmamış vә düzgün qәrar qәbul olunmamışdır. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә İnzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) izahatında bildirdi ki, ##.##.2025-ci il vә ##.##.2025-ci il tarixlәrindә iş günü hesab edilmәyәn bayram günü qabağı iş gününün müddәtinin 1 saat qısaldılmaması mühasibin sәhvi nәticәsindә olmuşdur. Bununla bağlı tabeli görmәmişdir. ##.##.2025-ci il tarixdә işdәn çıxmışdır. Hәmin işçilәr iş vaxtından artıq saatda işlәmәmişlәr vә onlara bununla mәcburi göstәriş verilmәmişdir. Apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş edir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq inzibati tәnbeh vermә haqqında qәrar qәbul etmiş orqanın nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә şikayәtin dәlillәrini işin materialları ilә әlaqәli şәkildә araşdırıb, proses iştirakçısının çıxışını dinlәyib, tәdqiq olunmuş sübutlara qiymәt verәrәk aşağıda göstәrilәn sәbәblәrә görә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, X2 vә Şahid ##.##.2025-ci il vә ##.##.2025-ci il tarixlәrindә iş günü hesab edilmәyәn bayram günü qabağı iş günü müddәtinin 1 saat qısaldılmadığı, bununla da AR Əmәk Mәcәllәsinin 108-ci maddәsinin tәlәblәrinin pozulduğu mәlum olmuşdur. İş materiallarına әlavә edilmiş әmәk kitabçasının surәtindәn görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025-ci il tarixdә әmәk müqavilәsinә Əmәk Mәcәllәsinin 68-ci maddәsinin 2-ci hissәsinin “a” bәndinә әsasәn xitam verilmişdir. Birinci instansiya mәhkәmәsi inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edәrәk inzibati xәta haqqında işә yenidәn baxılması üçün qәrarın sәlahiyyәtli orqana göndәrilmәsinә dair qәrarını onunla әsaslandırmışdır ki, mәhkәmә iclasında iştirak edәn şahid Şahid inzibati xәta haqqında protokol vә qәrarın mәzmuna uyğun olmayan, fәrqli ifadә vermişdir. Mәhkәmә araşdırması müddәtindә qәrarı qәbul etmiş orqan toplanmış materialın surәtini tәqdim etmәdiyi üçün mövcud ziddiyyәtlәrin tam araşdırılması mümkün olmamışdır. Bu sәbәbdәn mәhkәmә hesab etmişdir ki, protokolu tәrtib etmiş orqanda mövcud ziddiyyәtlәr nәzәrә alınmaqla yenidәn araşdırma aparılmalı vә qanuni qәrar qәbul edilmәlidir. Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olub- olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәrçәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 198.1.5-ci maddәsinә әsasәn әmәyin mühafizәsi qaydalarının pozulmasına, yәni normal әmәk vә istirahәt rejiminә riayәt edilmәmәsinә, o cümlәdәn әmәk qanunvericiliyinin tәlәblәri pozulmaqla işçinin iş vaxtından artıq işlәrә cәlb edilmәsinә görә - beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya instansiya mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk hәmin dәlillәri әsassız hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsindә dindirilmiş şahid Şahid ifadәsi ilә inzibati xәta haqqında protokol vә inzibati tәnbeh vermә haqqında qәrarda әks olunmuş hallar arasında ciddi ziddiyyәtlәr mövcuddur. İnzibati tәnbeh qәrarını qәbul etmiş orqan işçilәrin (X2 vә Şahid) әmәk hüquqlarının konkret hansı formada pozulması, bayram qabağı iş günlәrinin qısaldılmamasının bilavasitә Qәrardan şikayәt verәn orqan (şәxs) tәqsirli әmәli nәticәsindә baş vermәsi ilә әlaqәdar sübutları tәqdim etmәmişdir. İş materiallarına görә, barәsindә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2025-ci il tarixdә tutduğu vәzifәdәn azad olunmuş, inzibati xәta haqqında protokol isә bundan xeyli sonra - ##.##.2026-cı il tarixdә tәrtib edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) izahatında göstәrdiyi - iş vaxtının uçotu tabelinin mühasib tәrәfindәn texniki sәhv nәticәsindә yanlış işlәnmәsi, işçilәrin faktiki olaraq iş vaxtından artıq işә cәlb olunmaması vә onlara hәr hansı mәcburi göstәrişin verilmәmәsi barәdә dәlillәri inzibati orqan tәrәfindәn araşdırılmamış, qiymәtlәndirilmәmiş vә tәkzib olunmamışdır. Göstәrilәn xüsusatlar sәlahiyyәtli orqan tәrәfindәn tam araşdırılmamışdır. Qeyd olunan hallar vә iş üzrә digәr mühüm әhәmiyyәt kәsb edәn hallar araşdırılmadığına görә inzibati orqanın hazırki qәrarı qanuni vә әsaslı hesab edilә bilmәz. Birinci instansiya mәhkәmәsi inzibati tәnbeh qәrarı lәğv edәrәk işi yenidәn baxılması üçün sәlahiyyәtli orqana göndәrilmәsinә dair qәrar qәbul etmәklә düzgün nәticәyә gәlmişdir. Belәlliklә, apellyasiya mәhkәmәsi hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidmәtinin Bakı Şәhәr İdarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi barәdә verdiyi şikayәt әrizәsinin qismәn tәmin edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә, Q Ə R A R A A L D İ: Apellyasiya şikayәti tәmin edilmәsin. Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X3 Xidmәtinin Bakı Şәhәr İdarәsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsi barәdә verdiyi şikayәt әrizәsinin qismәn tәmin edilmәsinә dair Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-467/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-467/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver