Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-469/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlunun sәdrliyi, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Protokolu tәrtib edәn orqan icra mәmuru X1 (videokonfrans әlaqә sistemi vasitәsilә), tәlәbkar Zәrәrçәkmiş şәxs iştirakları ilә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından tәlәbkar Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDI: Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Xıdır Quliyev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1981-ci ildə Xaçmaz rayonu, Qaraçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonu, Qaraçı kəndində yaşayan) Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәrәk, 500 (beş yüz) manat mәblәğindә inzibati qaydada cәrimә edilmişdir. Işin halları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә ##.##.2026-cı il tarixli, MN ******* nömrәli inzibati xәta haqqında protokoldan görünür ki, o, Binәqәdi Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ## #### 2025-ci il tarixli icra sәnәdinә әsasәn 632 manat aliment borcunu ödәmәyәrәk, icra mәmurunun qanuni tәlәblәrini yerinә yetirmir. Inzibati xәta haqqında protokol baxılması üçün Xaçmaz Rayon Mәhkәmәsinә göndәrilmiş, işә baxan mәhkәmә yuxarıda göstәrilәn nәticәyә gәlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Tәlәbkar Zәrәrçәkmiş şәxs apellyasiya şikayәti verilәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati qaydada hәbs olunmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, borclu maşın ustasıdır, amma özünü işsiz kimi göstәrәrәk, xәstә olduğunu bildirir. Amma yalan danışır. Prosessual məsələlər: Apellyasiya mәhkәmәsinin iclasında iştirak edәn tәlәbkar Zәrәrçәkmiş şәxs apellyasiya çikayәtini müdafiә edәrәk, Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarının lәğv edilmәsini vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati qaydada hәbs olunmasını xahiş etdi. Əlavә onu da bildirdi ki, borclu tәrәfindәn bu gün 700 manat ödәnilmәsindәn xәbәri var, lakin hesab edir ki, onun әlavә borcları da vardır. Apellyasiya mәhkәmәsinin ## #### 2026-cı il tarixli iclasına videokonfrans әlaqә sistemi vasitәsilә qoşulmuş Protokolu tәrtib edәn orqan icra mәmuru Sabir Kәrimov bildirdi ki, protokol tәrtib edildiyi gün borclu 400 manat ödәniş etmişdir. Hazırda tәrtib edilmiş protokol üzrә 632 manat borc mövcuddur. Borclunun qardaşı icra şöbәsinә yaxınlaşaraq, qalan mәblәği ödәmәk üçün cәhd etmiş, lakin texniki nasazlıq sәbәbindәn pul vәsaitinin depozit hesabına köçürülmәsi mümkün olmamışdır. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilmәsinә baxmayaraq, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasına gәlmәmiş, işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini öyrәnib, belә qәnaәtә gәlir ki, aşağıdakı әsaslara görә Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәlidir. Belә ki, iş materiallarından görünür ki, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin *(***)****/**** saylı, ##.##.2024-cü il tarixli icra sәnәdindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs 15.000 manat (on beş min manat) pul vә ödәnilmiş dövlәt rüsumunun әvәzi olan 30 (otuz) manat tutularaq Zәrәrçәkmiş şәxs verilmәlidir. Iş materiallarından görünür ki, Binәqәdi Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәrardadına әsasәn Binәqәdi Rayon Mәhkәmәsinin *(***)-****/**** nömrәli, ## ###### 2024-cü il tarixli qәtnamәsi ilә müәyyәn edilmiş aliment mәblәği indeksasiya olunaraq Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs sonrakı artımlar nәzәrә alınmaqla bir uşağın saxlanılması üçün hәr ay minimum әmәk haqqının 0,68 misli hәddindә alimentin tutularaq Zәrәrçәkmiş şәxs xeyrinә ödәnilmәsi qәrara alınmışdır. Mәhkәmә qәrardadı icraya yönәldilmişdir. Lakin borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdini üzürsüz sәbәbdәn icra etmәmәklә onun 632 manat aliment borcu yaranmışdır. Bununla da, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. Apellyasiya baxışı zamanı iş materiallarına әlavә edilmiş ## #### 2026-cı il tarixli qәbzdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn Protokolu tәrtib edәn orqan depozit hesabına aliment ödәnişi tәyinatı üzrә 700 manat pul ödәnilmişdir. Apellyasiya baxışı zamanı iş materiallarına әlavә edilmiş Protokolu tәrtib edәn orqan ## #### 2026-cı il tarixli mәktubundan görünür ki, icra sәnәdi üzrә borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn ##.##.2026-cı il tarixdә Protokolu tәrtib edәn orqan depozit hesabına köçürülmüş 700 manat aliment ödәnişinin iş üzrә nәzәrә alınması xahiş olunur vә tәlәbkar Zәrәrçәkmiş şәxs izah olunur ki, Protokolu tәrtib edәn orqan depozit hesabına köçürülmüş qeyd olunan mәblәğlә bağlı onun hesabına әmәliyyatların hәyata keçirilmәsi üçün aliment kart hesab rekviziti tәqdim etsin. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin İ vә II hissәlәrinә әsasәn mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mәhkәmә qәrarının icra olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikasının IXM-nin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Azәrbaycan Respublikası IXM-nin 528-ci maddәsinin Qeyd hissәsinә әsasәn Bu Mәcәllәnin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş borclu müvafiq icra sәnәdini hәmin inzibati xәta haqqında iş üzrә mәhkәmә qәrar qәbul edәnәdәk icra etdikdә inzibati mәsuliyyәtdәn azad olunur. Azәrbaycan Respublikası IXM-nin 53.1.10-cu maddәsinә әsasәn bu Mәcәllәnin Xüsusi hissәsinin müvafiq maddәlәrinin Qeyd hissәlәrindә bilavasitә müәyyәn edilmiş hallarda inzibati xәtanı törәtmiş şәxs vurulmuş ziyanı tamamilә ödәdikdә vә zәrәrçәkmiş şәxslә barışdıqda inzibati xәta haqqında işlәr üzrә icraat başlanıla bilmәz, başlanmış icraata isә xitam verilmәlidir. Ona görә dә mәhkәmә hesab edir ki, Binәqәdi Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ## #### 2025-ci il tarixli icra sәnәdinә әsasәn 632 manat aliment borcunu ödәdiyinә görә IXM-nin 528-ci maddәsinin Qeyd hissәsinә әsasәn o, inzibati mәsuliyyәtdәn azad edilmәlidir. IXM-nin 134.1.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 135.1.5-1-ci maddәsindә nәzәrdә tutulduğu hallarda qәrarı lәğv edәrәk inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsi haqqında qәrar qәbul edilir. IXM-nin 135.1.5-1-ci maddәsinә әsasәn bu Mәcәllәnin 53-cü maddәsindә nәzәrdә tutulmuş halların müәyyәn olunması inzibati xәta haqqında iş üzrә qәrarın lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardan biridir. Belәliklә, inzibati xәta haqqında işin materiallarına әlavә edilmiş sübutları bir daha tәhlil edәrәk mәhkәmә hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilmәli, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәli vә o, inzibati mәsuliyyәtdәn azad edilmәlidir. Göstәrilәnlәri vә Azәrbaycan Respublikası IXM-nin 53.1.10, 134-137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Xaçmaz Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı lәğv edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs IXM-nin 528-ci maddәsinin Qeyd hissәsinә әsasәn IXM-nin 528-ci maddәsi ilә tәqsirli bilindiyi iş üzrә inzibati mәsuliyyәtdәn azad edilsin vә inzibati işin icraatına xitam verilsin. Tәlәbkar Zәrәrçәkmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-8)-469/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-469/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver