Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(3-8)-474/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxxxxxxxxxx Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə məhkəmə aidiyyətinin həll edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş məhkəmələr arasında fikir ayrılığı olduğundan Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı əsasında baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmələr arasında ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı olduğundan Şabran Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında materialın Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ## #### 2026-cı il tarixli qərar qəbul olunmuşdur. Inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəmələrinin gəldiyi nəticələr qanuni və əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Ilk növbədə Xaçmaz Rayon Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə Şabran rayon məhkəməsinə göndərilməsində düzgün nəticəyə gəlsə də, ## #### 2026-cı il tarixli qərardadın əsaslandırmasında yanlışlığa yol verilmişdir. Birinci instansiya məhkəməsinin hakimi, həmin qərardada əsasən barəsində inzibati xəta haqqında iş aparılan şəxsin yaşayış ünvanının Şabran rayon ərazisi olmasını əsas gətirərək məhz törədilmiş inzibati xətanın da həmin rayon ərazisində törədilməsi qənatinə gəldiyindən, işin aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin normalarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq vəsatətinin mövcud olduğu hallar və yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlər istisna edilməklə, inzibati xətaya baxılması üçün ərazi aidiyyətinin fiziki şəxsin yaşayış ünvanına görə müəyyən edilməsi qaydası nəzərdə tutulmamışdır. Iş materiallarına əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən işə onun yaşadığı yer üzrə baxılması barədə hər hansı vəsatət qaldırılmamışdır. Şabran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə internet informasiya ehtiyatlarına və coğrafi koordinatlara əsaslanaraq, sözügedən inzibati işin aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə verilməsi məsələsinin həlli üçün materialların Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında qənaətə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayətprosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə, aidiyyət məsələsi həll edilməklə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmələr arasında aidiyyət mübahisəsinə yol verilmədiyindən, Şabran Rayon Məhkəməsi tərəfindən inzibati işin baxılması məqsədilə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi məsələsi deyil, qanunvericiliyin tələbinə müvafiq olaraq, məhkəmələr arasında bu xüsusda fikir ayrılığı yarandığından materialın müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qaydası rəhbər tutulmalı idi. Eyni zamanda internet informasiya ehtiyatlarının verdiyi məlumat əsasında ərazi aidiyyətinin müəyyən edilməsi qaydası qanunvericiliklə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları"nın 12-ci bəndinə əsasən sahildən 2 milə qədər aralanmaqla dənizə çıxmağa icazə verilir. Həmin qaydaların 15-ci bəndinə görə isə gəzinti və idman məqsədi ilə üzmək üçün kirayə üzmə vasitələrindən yalnız günün işıqlı vaxtında, sahildən 2 mil aralanmaqla istifadə etməyə icazə verilir. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə, saat 10:10-da ÇA-3214 bort nömrəli üzmə vasitəsi ilə təyin olunmuş məsafəni keçməsi müəyyən edilmişdir. Iş materiallarında olan 6-cı (Xaçmaz) sahil nəzarət bölməsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ##.##.2026-ci il tarixdə saat 08:30-da 32-ci (Çayqaraqaşlı) SNB-nin 87-ci yanalma körpüsündə “ƏBQ/ÜVR” sərhəd naryadı tərəfindən rəsmiləşdirilərək rejim sularına buraxılmış gəzinti təyinatlı “ÇA-3214” bort nömrəli taxta tipli, Yamaha-55 mühərrikli, heyət üzvü 4 (dörd) nəfərdən ibarət olan üzmə vasitəsinin saat 10:35-də “Çayqaraqaşlı” TMM-nin növbətçi operatoru tərəfindən təyin olunmuş mil məsafəsini (4.7 mil) keçdiyi müşahidə edilmişdir. Qeyd olunan üzmə vasitəsi saat 11:20də sahil xəttinə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılmış və baxış keçirilmişdir. Hazırkı mübahisələndirilən inzibati xətanın törədilmə yeri ilə bağlı birinci instansiya məhkəmələrinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, iş materiallarından göründüyü üzrə, üzmə vasitəsi məhz Şabran rayonu ərazisində yerləşən 32-ci (Çayqaraqaşlı) X1 (SNB) 87-ci yanalma körpüsündə rejim sularına buraxılmış və həmin üzmə vasitəsində olan şəxslər sahildən icazə verilmiş 2 mil məsafədən keçdiyi anda ehtimal olunan inzibati xəta törədilmişdir. Bundan başqa törədilməsi ehtimal olunan inzibati xətanın uzanan inzibati xəta olması ilə bağlı qeyd edilməlidir ki, uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, əməlin törədilməsi ilə bitmir, əməl (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2024-cü il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu uzanan inzibati xətalarla bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir (“Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Hesab edirəm ki, IXM-nin 571-ci maddəsi öz xarakterinə görə formal tərkibli inzibati xətadır. Burada hər hansı zərərli nəticənin baş verməsi şərt olmayıb, müəyyən edilmiş qaydanın pozulması, yəni sahildən icazə verilmiş 2 mil məsafə həddinin keçilməsi faktının özü xətanın başa çatması üçün kifayətdir. Iş materiallarına əsasən, üzmə vasitəsinin Şabran rayonu ərazisindəki yanalma körpüsündən rejim sularına daxil olaraq qeyd olunan məsafə həddini aşdığı andan etibarən inzibati xəta başa çatmış hesab olunur. Beləliklə, işin müəyyən olunmuş hallarına, o cümlədən qanunvericiliyin qeyd olunan normalarına əsasən belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə aidiyyəti üzrə Şabran Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 62, Inzibati Xətalar Məcəlləsinin 110 və Cinayət-Prosessual Məcəllənin 29 və 77-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-474/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-474/2026
29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver