Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 3(3-8)-478/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə birinci instansiya məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmuş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsi apellyasiya şikayəti vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti icraata qəbuldan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 43.2-ci maddəsinə əsasən bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 75-ci bəndinə əsasən Rayon (şəhər) məhkəmələrinin, həmçinin bu Siyahının 78-ci hissəsində nəzərdə tutulmuş halda hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Məcəllənin 603.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından – Xidmətin rəisi, onun müavinləri, Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi, onun müavini, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri tərəfindən tərtib edilir. Həmin Siyahının 76-cı bəndinə əsasən Məcəllənin 603.2-ci, 603.3-cü və 605-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərəfindən tərtib edilir: 76.1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə həmin orqan adından – bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 76.2. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə həmin orqan adından – Xidmətin rəisi, onun müavinləri, Xidmətin müvafiq strukturlarının rəhbərləri (rəisləri); 76.3. digər hərbi vəzifəlilərə və çağırışçılara münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından – bu Siyahının 75-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər İş materiallarının tədqiqi nəticəsindən müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti adıçəkilən İdarənin həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti X1 tərtib olunaraq imzalanmışdır. Qeyd edilən hüquq normalarında görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti münasibətdə Xidmətin rəisi, onun müavinləri, Xidmətin müvafiq strukturlarının rəhbərləri (rəisləri) tərəfindən apellyasiya şikayəti vermək hüququna malikdir. Hazırkı iş üzrə görünür ki, apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, qanunla və ya Prezidentin Fərmanı ilə dəqiqliklə müəyyən edilmiş səlahiyyətlər yuxarı vəzifəli şəxslərin özünün əmri ilə aşağı vəzifəli şəxsə verilə bilməz. Əksinə aşağı vəzifəli şəxslərin səlahiyyətlərini yuxarı vəzifəli şəxslər icra edə bilər. Yalnız aşağı vəzifəli şəxs yuxarı vəzifəli şəxsin hüquqi əsasla vəzifələrini icra etdikdə həmin səlahiyyətlərdən istifadə edə bilər. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti X1 tərəfindən apellyasiya şikayəti icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələtini rəhbər tutaraq, QƏRARA ALDIM: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti X1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-8)-478/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-8)-478/2026
30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver