Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-479/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.2-ci maddәsi ilә olan inzibati xәta haqqında iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Inzibati iş materiallarından müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## #### 2026-cı il tarixli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmişdir (hakim Samir Ismayılov). Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixindә onun avtomobilinә (77-MP 613) EQ seriyalı ******** nömrәli IXM-nin 346.2-ci maddәsiylә 40 manat vә 2 bal cәrimә gәlmişdir. Onun asan imza portalına gәlәn şәkilә baxdıqda ordakı avtomobilin dövlәt qeydiyyat nömrәsi görünmәdiyinә görә hәmin avtomobilin ona mәxsus olması şübhә yaradır. Asan imzanın video bölümündә isә video görüntü yoxdur. Xahiş edir ki, bu hal araşdırılsın. Çünki DYP idarәsinә yaxınlaşıb video tәlәb etdikdә onlarda olmadığı deyilir. Birinci instansiya mәhkәmәsinin iclasında video görüntü tәqdim edilmәdәn onun şikayәti tәmin edilmәmişdir. Halbuki tәqdim edilәn şәkillәrin biri dayanacaqda deyil Z.Hacıyev küçәsindә hәrәkәtdә olan zaman çәkilmişdir. Hakimin aydın şәkildә görünür dediyi maşın dayanacaqda deyil yoldadır. Dayanacaqda olan maşının isә dövlәt qeydiyyat nişanı görünmür. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, işdә olan fotoşәkillәrdә nәqliyyat vasitәsinin qeydiyyat nişanı görünmür. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş edir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazimi qaydada mәlumat verilmәsinә baxmayaraq Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi şikayәt vermiş şәxsi dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Buna görә dә mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, Azәrbaycan Respublikası DIN Baş Dövlәt Yol Polisi Idarәsinin ## #### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan vә inzibati işin digәr materiallarından görünür ki, ##.##.2026-cı il tarixdә saat 19:03-dә “X1” minik markalı, **MP*** dövlәt nişanlı avtomobilin Z.Hacıyev küçәsindә ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında durmasına görә, hәmin avtomobilin sürücüsü Qәrardan şikayәt verәn orqan (şәxs) Azәrbaycan Respublikası IXM-in 346.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 40 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, elektron qәrara әlavә edilmiş fotoşәkillәrdәn görünür ki, “X1” minik markalı, **MP*** dövlәt nişanlı avtomobil 1.17 nişanlama xәtti ilә nişanlanmış ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq yerlәrindә durmuşdur. Qәrara üç әdәd fotoşәkil әlavә edilmiş, onlardan ikisi uzaqdan çәkilmişdir, fotoşәkilin birindә isә avtomobilin dövlәt qeydiyyat nişanı yaxınlaşdırılmaqla tam aydın şәkildә çәkilmişdir. Şikayәtçi elektron qәrara әlavә edilmiş olan fotoşәkillәrdә nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişannın görünmәdiyini bildirsә dә, tәqdim edilmiş fotoşәkillәrdә nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı aydın şәkildә görünür. Belәliklә dә, işin mәhkәmә araşdırması zamanı Qәrardan şikayәt verәn orqan (şәxs) “X1” minik markalı, **MP*** dövlәt nişanlı avtomobili ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında park etmәsi, yәni Azәrbaycan Respublikası IXM-in 346.2-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi öz tәsdiqini tapmışdır. Apellyasiya instansiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd olunan inzibati xәtanı törәtmәsi faktı iş materiallarında olan sübutlarla tәsdiq olunur. Apellyasiya mәhkәmәsi qeyd edir ki, şәhәrin strateji nöqtәlәrinә yerlәşdirilmiş şәhәr tәhlükәsizlik kameraları qayda pozuntusunu qeydә aldıqdan sonra mәlumat mәrkәzi bazaya düşür, elektron protokol/qәrar formalaşır vә vәtәndaşın Asan Imza / e-Gov portalına vә ya SMS vasitәsilә telefonuna göndәrilir. Kameranın göstәricilәri üzrә hәr bir fayl orijinal zaman vә GPS koordinat imzasına sahibdir. Bu baxımdan kameraların arxivinә xaricdәn, әl ilә vә ya operator tәrәfindәn şәkil yüklәmәk, silmәk vә ya dәyişdirmәk mümkün deyil. Belәliklә, iş materiallarına әlavә edilmiş fotoşәkillәrlә tәsdiq olunmuşdur ki, ##.##.2026cı il tarixdә saat 1903-dә “X1” markalı, **-MP-*** dövlәt qeydiyyat nişanlı avtomobil Z.Hacıyev küçәsindә 1.17 üfiqi nişanlama xәtti ilә nişanlanmış, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında durmuşdur. Iş materiallarında olan 3 әdәd fotoşәkildәn 2-si әrazini vә avtomobilin qadağan olunmuş yerdә durmasını göstәrmәk üçün uzaqdan, 1 fotoşәkildә isә avtomobilin dövlәt qeydiyyat nişanı yaxınlaşdırılmaqla tam aydın şәkildә çәkilmişdir. “Yol hәrәkәti haqqında” Azәrbaycan Respublikası Qanununun 69-cu maddәsinin 6-cı bәndinә әsasәn: 17) 1.17 üfiqi nişanlanma xәtti ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaqlarını vә taksi duracaqlarını göstәrir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 346.2-ci maddәsinә әsasәn Ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında vә ya 5.12, 5.13 yol nişanlarından 15 metrdәn az yaxınlıqda digәr nәqliyyat vasitәlәrinin dayanmasına vә ya durmasına görә – qırx manat mәblәğindә cәrimә edilir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası IXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası IXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası IXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası IXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Qәrardan verilmiş şikayәtin dәlillәrini, hәmçinin material üzrә bir sıra xüsusatları araşdırıb apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi işin hallarını nәzәrә alıb qanuni qәrar qәbul etmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә göstәrilәn dәlillәr әsasında Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarının lәğv edilmәsi üçün hüquqi әsaslar yoxdur. Ona görә dә şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası Inzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Bilal Məmmədov
Məhkəmə qərarları › İş №3(3-8)-479/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-479/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver