Məhkəmə qərarları › İş №3(3-8)-480/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-480/2026

28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-480/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Mәmmәdov Bilal Mahir oğlunun sәdrliyi, Nabalıyeva Aynur Akif qızının katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) barәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.3 vә 342.6-cı maddәlәri ilә olan inzibati xәta haqqında iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati iş materiallarından müәyyәn olunur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Sumqayıt Şәhәr DYPŞ tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarın lәğv edilmәsini xahiş etmişdir. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Sumqayıt Şәhәr DYPŞ tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrar dәyişdirilmәdәn saxlanılmışdır (Hakim Fәrid Nәsimiyev). Qәrardan Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәti verәrәk, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, DYP әmәkdaşının idarә etdiyi nәqliyyat vasitәsini saxlamağı bildirdiyi vaxtdan o, idarә etdiyi nәqliyyat vasitәsinin sağa dönmә siqnalını vuraraq hәrәkәt hissәsinin sağ tәrәfindә hәrәkәt iştirakçılarına tәhlükә yaratmayacaq hissәni seçәrәk idarә etdiyi nәqliyyat vasitәsini tam dayandırmışdır. Qeyd edir ki, idarә etdiyi müddәt әrzindә nә hәrәkәt sürәtini artırmış, nә dә DYP әmәkdaşı onun nәqliyyat vasitәsini durdurmaq üçün nә sәs siqnalından, nә dә sәs güclәndiricisindәn istifadә etmәsinә ehtiyac olmayıb vә etmәyib. Bu halda DYP әmәkdaşı tәrәfindәn qeydә alınmış әmrә tabe olmamaq halı qeydә alınması düzgün hesab edilә bilmәz. Bundan başqa onun әlindә mobil telefonun hansı halda olduğunu qeyd etmәsinә baxmayaraq onun telefonla danışmadığını vә üzәrinә düşәn telefonu sadәcә götürәrәk kәnara qoyduğunu istifadә kimi qeydә almağına nә әsas, nә dә tәsdiq edә bilәcәk bir görüntünün olduğunu bildirir. O, idarә etdiyi zaman sürәtini azaldaraq hәrәkәt üçün tәhlükәsiz әrazini seçәrәk idarә etdiyi nәqliyyat vasitәsin dayandırmış, idarә etdiyi nәqliyyat vasitәsinin sahibinә nәqliyyat vasitәsini dayandırdıqdan sonra zәng etmişdir. Qeyd edir ki, nәqliyyat vasitәsini idarә etmә hüququna malik X1 yolun digәr hissәsindә dayanmışdır vә onun hәmin an onun yolun hansı hissәsindә olduğunu bilә bilmәzdi. O, hәrәkәti davam etdirmişdir ki, X1 nәqliyyat vasitәsinә yaxınlaşsın fikrinin әsassız olduğunun nәzәrә alınmasını xahiş edir. Bu sәbәbdәn mәhkәmәnin qәrarını әsassız hesab edir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsinin iclasında şikayәt vermiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk bildirdi ki, polis әmәkdaşının saxla әmrinә müvafiq olaraq 300-350 m hәrәkәt etmәsinin sәbәbi avtomobili tam tәhlükәsiz yerdә saxlamaq olmuşdur. Telefon isә ayağının üstündә olduğundan onu götürüb sağ tәrәfә qoymuş, ondan ümumiyyәtlә istifadә etmәmişdir. Odur ki, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş edir. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazimi qaydada mәlumat verilmәsinә baxmayaraq Sumqayıt Şәhәr DYPŞ-nin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә nümayәndәnin iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi şikayәt vermiş şәxsi dinlәyib, inzibati xәta haqqında iş üzrә icraat materiallarını araşdırıb, şikayәtin dәlillәrini öyrәnәrәk belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Buna görә dә mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalı vә apellyasiya şikayәti tәmin edilmәmәlidir. Belә ki, iş materiallarında olan Sumqayıt Şәhәr DYPŞ tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli TP seriyalı ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrardan görünür ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә “TOYOTA LAND- CRUISER-PRADO MINIK” markalı **-ZL-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn Ü.Hacıbәyli küçәsi 205 әrazisindә Azәrbaycan Respublikası İXM-in 342.6 vә 327.3-cü maddәlәri ilә tәqsirli bilinәrәk 100 manat mәblәğindә inzibati cәrimә edilmişdir. Apellyasiya instansiya mәhkәmәsi şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk qeyd edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) qeyd olunan inzibati xәtaları törәtmәsi faktı iş materiallarında olan sübutlarla tәsdiq olunur. Apellyasiya mәhkәmәsi qeyd edir ki, birinci instansiya mәhkәmәsinin iclasında vә apellyasiya mәhkәmәsinin iclasında tәdqiq olunmuş videogörüntüdәn aydın görünür ki, polis әmәkdaşı tәrәfindәn saxla әmri verildikdәn sonra avtomobili tәhlükәsiz dayandırmaq üçün kifayәt qәdәr imkan vә şәrait olduğu halda, sürücü hәrәkәtini davam etdirmişdir. Sürücünün nizamlanan yol ayrıcını keçәrәk hәrәkәtini 300-350 metr davam etdirmәsi vә avtomobili yalnız avtomobil mülkiyyәtçisinin (T.Mәmmәdovun) olduğu yerә yaxınlaşdıqdan sonra dayandırması onun tәhlükәsiz yer axtarması ilә değil, etibarnamәsiz idarә etmә faktını gizlәtmәk vә ya digәr şәxsin avtomobilә yaxınlaşmasını tәmin etmәk niyyәti ilә izah olunur. Bu hal polis әmәkdaşının qanuni tәlәbinә qәsdәn tabe olmamaq tәrkibini yaratmışdır. Apellyasiya mәhkәmәsi hәmçinin qeyd edir ki, qanunvericilik yalnız zәng etmәni vә ya danışmanı deyil, hәrәkәt zamanı diqqәti yayındıran telefonun әldә saxlanılması faktının özünü xәta tәrkibi kimi müәyyәn edir. Sürücünün öz izahatında da telefonu elә hәrәkәt zamanı әlinә götürdüyünü tәsdiq etmәsi vә işdә olan digәr sübutlar bu xәtanın törәdildiyini tam sübuta yetirir. Belәliklә, iş materialları ilә tәsdiq olunmuşdur ki, Qәrardan şikayәt verәn orqan (şәxs) ##.##.2026-cı il tarixdә “TOYOTA LAND-CRUISER-PRADO MINIK” markalı **-ZL-*** dövlәt qeydiyyat nişanlı avtomobili idarә edәrkәn Ü.Hacıbәyli küçәsi 205 әrazisindә polis әmәkdaşının nәqliyyat vasitәsini saxlamaq tәlәbini yerinә yetirmәyәrәk hәrәkәtini davam etdirmiş vә hәrәkәt zamanı telefondan istifadә etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 327.3-cü maddәsinә әsasәn müvafiq icra hakimiyyәti orqanı әmәkdaşının nәqliyyat vasitәsini saxlamaq tәlәbinin yerinә yetirilmәmәsinә görә - yüz manat mәblәğindә cәrimә edilir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.6-cı maddәsinә әsasәn nәqliyyat vasitәsinin hәrәkәti zamanı sürücünün telefonu әldә saxlamaqla ondan istifadә etmәsinә görә - әlli manat mәblәğindә cәrimә edilir. “Yol hәrәkәti haqqında” Azrbaycan Respublikası Qanununun: 85-ci maddәsinә әsasәn yol hәrәkәti tәhlükәsizliyinә nәzarәti hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) әmәkdaşı: 1) Qanunla ona verilmiş sәlahiyyәtlәr daxilindә öz vәzifәlәrini yerinә yetirir; 2) nәqliyyat vasitәsini idarә edәn şәxslәrdәn aşağıdakı hallarda nәqliyyat vasitәsini dayandırmağı tәlәb edir: nәqliyyat vasitәsini idarә edәn şәxs tәrәfindәn yol hәrәkәti qaydalarının, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә ya avtomobil yollarından istifadә qaydalarının pozulduğu vizual şәkildә aşkar edildikdә yol hәrәkәti qaydaları, yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi vә ya avtomobil yollarından istifadә qaydaları әleyhinә olan inzibati xәtaların törәdilmәsinә görә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn 2 ay müddәtindә icra edilmәmәsinә görә nәqliyyat vasitәsinin saxlanılması barәdә mәhkәmә vә ya müvafiq icra hakimiyyәti orqanının qәrarı olduqda, habelә nәqliyyat vasitәsini idarә edәn şәxs tәrәfindәn inzibati xәtanın törәdilmәsi barәdә radio-cihaz vasitәsilә müvafiq icra hakimiyyәti orqanının digәr әmәkdaşından mәlumat daxil olduqda. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtaların törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizlik) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur vә tәnbeh edilir. Azәrbaycan Respublikası İXM-nin 12.1-ci maddәsinә әsasәn bu Mәcәllә ilә qorunan ictimai münasibәtlәrә qәsd edәn, hüquqazidd olan, tәqsirli sayılan (qәsdәn vә ya ehtiyatsızlıq üzündәn törәdilәn) vә inzibati mәsuliyyәtә sәbәb olan әmәl (hәrәkәt vә ya hәrәkәtsizlik) inzibati xәta hesab olunur. Azәrbaycan Respublikası İXM-nin 48-ci maddәsinә әsasәn inzibati xәta haqqında hәr bir işin hallarının vaxtında, hәrtәrәfli, tam vә obyektiv surәtdә araşdırılması inzibati xәtalar haqqında işlәr üzrә icraatın vәzifәlәrinә aid edilmişdir. Azәrbaycan Respublikası İXM-nin 76.1-ci maddәsinә әsasәn inzibati xәtanın olubolmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) informasiya sistemindә, habelә digәr dövlәt informasiya sistemlәrindә (ehtiyatlarında) aşkar olunan mәlumatlarla, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. Azәrbaycan Respublikası İXM-nin 84.1-ci maddәsinә әsasәn inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Qәrardan verilmiş şikayәtin dәlillәrini, hәmçinin material üzrә bir sıra xüsusatları araşdırıb apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi işin hallarını nәzәrә alıb qanuni qәrar qәbul etmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәtindә göstәrilәn dәlillәr әsasında Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarının lәğv edilmәsi üçün hüquqi әsaslar yoxdur. Ona görә dә şikayәt tәmin edilmәmәli, Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar