Məhkəmə qərarları › İş №3(3-8)-481/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-481/2026

29.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-481/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Əhmәdov Elman Mәmmәd oğlu, mәhkәmә iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) Abşeron Rayon Polis İdarәsinin dövlәt yol polisi şöbәsinin ## ### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Sumqayıt Mәhkәmә Kompleksinin binasında audio-video yazı aparılmaqla açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә MÜƏYYƏN ETDİ: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәti tәmin edilmәmiş, Abşeron Rayon Polis İdarәsinin Dövlәt Yol Polisi Şöbәsinin ## ### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı dәyişdirilmәdәn saxlanılmışdır (hakim Vaqif Hәsәnov). İşin halları: Abşeron Rayon Polis İdarәsinin dövlәt yol polisi şöbәsinin yol patrul xidmәtinin baş inspektor, R X1 tәrәfindәn qәbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn normativ tәlәblәr pozulmaqla avadanlığın dәyişdirilmәsi vә avadanlığın quraşdırılması nәticәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.2.2-ci maddәsindә nәzәrdә tutulmuş әmәli törәtmәkdә tәqsirli bilinәrәk, 150 manat mәblәğindә cәrimә edilmişdir. Qәrardan şikayәt verәn orqan (şәxs) şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ## ### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarının lәğv edilmәsini vә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. İşә baxan Abşeron Rayon Mәhkәmәsi yuxarıda qeyd edilәn qәrarı qәbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) qәrardan apellyasiya şikayәti verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, avtomobilә heç bir müdaxilә etmәmişdir, bu qaydada alqı-satqı müqavilәsi әsasında almışdır vә uzun müddәtdir ki, avtomobil bu qaydada da istifadәsindәdir. Əgәr ortada ciddi bir qanun pozuntusu olsaydı, mәlum mәsәlәdir ki, yeni texniki şәhadәtnamәnin verilmәsi proseduru zamanı sәnәdlәşmә işlәrindә bu mәqamlar üzә çıxardı. Əlavә olaraq onu da bildirir ki, Müayinә Mәrkәzindә texniki baxışdan keçәrkәn dә bununla bağlı heç bir irad bildirilmәyib. Dәfәlәrlә DYP әmәkdaşları tәrәfindәn aparılan yoxlamalar zamanı avtomobilin idman üslubunda olduğunu nәzәrdәn keçiriblәr vә standartlaşdırmaya uyğun olduğu barәdә qәnaәtә gәlinib. Görünür, X1 bu sahәdә yeni olduğu üçün müәyyәn mәqamlara bilmәyәrәkdәn qanunsuz şәkildә yanaşıb vә yanlış qәrar qәbul edәrәk, ona mәxsus olan avtomobili duracağa tәmin edib. Hәmin gün Abşeron DYPİ-yә gedәrәk, qanunsuz hal barәdә rәhbәrliyә mәlumat verdikdәn sonra avtomobili cәrimә meydançasından çıxarmağa müvәffәq olmuşdur. Bundan bir neçә dәqiqә sonra isә qanunsuz olaraq tәrtib edilәn qәrarsız protokol elektron qaydada qәrarlı protokola dәyişdirilmişdir. Hesab edir ki, bu kimi hallara mәhkәmә tәrәfindәn hüquqi qiymәt verilәrkәn, gәlәcәkdә çoxsaylı sürücülәrin taleyinin qәbul edilәcәk qәrardan asılı olduğu nәzәrә alınmalıdır. Mәhkәmә prosesindә inzibati mәsuliyyәtә cәlb edilmәyi ilә bağlı qarşı tәrәf ortaya heç bir sübut qoya bilmәmiş, söylәnilәn fikirlәr söz yığınından ibarәt olmaqla yanaşı, heç bir hüquqa söykәnmәmişdir. Heç bir hüquqi әsası olmayan әdalәtsiz qәrar qәbul edilmişdir. Hesab edir ki birinci instansiya mәhkәmәsi işә baxarkәn sübutlara düzgün qiymәt vermәdiyindәn, maddi-hüquq normaları pozulduğuna görә, qәbul edilәn qәrar lәğv edilmәli vә barәsindә başlanılmış inzibati icraata xitam verilmәlidir. Mәlumat üçün bildirir ki, özü ali tәhsillidir, Azәrbaycan Texniki Universitetinin Nәqliyyat fakültәsindә X3 mühәndisliyi üzrә tәhsil almışdır. Atası İ Qarabağ müharibәsi veteranı, anası isә II qrup әlildir. Hәr iki valideyni dә dövlәtimizin sosial qayğısı ilә әhatә olunur vә hәr aya görә aldıqları müavinәt maddi ehtiyaclarını tam olaraq ödәmir. Özü isә Babәk prospektindә yerlәşәn mebel salonlarının birindә satıcı kimi işlәyir. Bütün bu çәtinliklәrә baxmayaraq, valideyinlәrinә maddi cәhәtdәn dәstәk olduğuna görә tәtbiq edilәn cәrimә mәblәği bu gün onun üçün geniş mәzmun ifadә edir. Bir daha qeyd edir ki, avtomobil idarә etdiyi zamanlarda daim yol hәrәkәti qaydalarına riayәt etmiş vә nümunәvi sürücü olmağa çalışmışdır. Prosessual məsələlər: Apellyasiya instansiyası mәhkәmәsindә barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini müdafiә edәrәk, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarının lәğv edilmәsini vә iş üzrә icraata xitam verilmәsini xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq, Abşeron Rayon Polis İdarәsinin dövlәt yol polisi şöbәsinin nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, işә onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Hәmin Mәcәllәnin 133.2.8-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Mәhkәmә inzibati xәtaya dair işin materiallarını araşdırıb, proses iştirakçılarını dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә müqayisәli şәkildә tәdqiq edәrәk hesab edir ki, aşağıda qeyd olunanlara görә şikayәt tәmin edilmәmәli, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Abşeron Rayon Polis İdarәsinin dövlәt yol polisi şöbәsinin yol patrul xidmәtinin baş inspektor, R X1 tәrәfindәn qәbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrara әsasәn Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn normativ tәlәblәr pozulmaqla avadanlığın dәyişdirilmәsi vә avadanlığın quraşdırılması nәticәsindә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.2.2-ci maddәsindә nәzәrdә tutulmuş әmәli törәtmәkdә tәqsirli bilinәrәk, 150 manat mәblәğindә cәrimә edilmişdir. Mәhkәmә hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 342.2.2-ci maddәsinә әsasәn normativ tәlәblәr pozulmaqla, avadanlığın quraşdırılmasına vә ya dәyişdirilmәsinә görә inzibati mәsuliyyәt nәzәrdә tutulmuşdur. Birinci instansiya mәhkәmәsi düzgün olaraq qәrarda qeyd etmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) hazırda şikayәtindә barәsindә tәrtib edilmiş inzibati xәta haqqında qәrarda göstәrilәn xәtanı törәtmәdiyini, әmәlindә inzibati xәta hadisәsi vә inzibati xәta tәrkibi olmadığını bildirsә dә, müәyyәn edilmişdir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn normativ tәlәblәr pozulmaqla nәqliyyat vasitәsindә avadanlığın dәyişdirilmәsi vә avadanlığın quraşdırılması öz tәsdiqini tapmışdır. Qәrardan şikayәt verәn orqan (şәxs) inzibati xәtanı törәtmәmәsi ilә bağlı şikayәti tәqdim olunmuş sübutlarla tәkzib olunduğundan vә işin faktiki hallarını әks etdirmәdiyindәn, sonuncunun verdiyi şikayәt tәmin edilmәmәli vә mübahisәlәndirilәn qәrar dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә yuxarıda qeyd olunanlara mәcmu halında qiymәt verәrәk hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) Abşeron Rayon Polis İdarәsinin dövlәt yol polisi şöbәsinin ## ### 2026-cı il tarixli, TP ******* nömrәli inzibati tәnbeh vermә haqqında qәrarından verdiyi şikayәtin tәmin edilmәmәsinә dair birinci instansiya mәhkәmәsinin qәrarı qanuni vә әsaslıdır. Ona görә dә, barәsindә inzibati xәta haqqında qәrar qәbul edilmiş şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinin dәlillәri Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrәli qәrarının lәğv edilmәsi vә inzibati iş üzrә icraata xitam verilmәsinә әsas ola bilmәz. Azәrbaycan Respublikası İXM-nin 21 vә 31.1-ci maddәlәrinә әsasәn inzibati tәnbeh inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır vә bu Mәcәllәyә uyğun olaraq tәtbiq edilir. Azәrbaycan Respublikası İXM-nin 134.1, 134.1.1-ci maddәlәrinә әsasan inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxıldıqda, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә protestin tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Göstәrilәnlәrә әsasәn Azәrbaycan Respublikası İXM-nin 134.1.1, 136 vә 137-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә QƏRARA ALDI: Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar