Məhkəmə qərarları › İş №3(3-8)-482/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-482/2026

30.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-482/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hacıyeva Aytәkin Qurban qızının katibliyi, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (borclu) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakı ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Siyәzәn rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Siyәzәn rayon İcra vә X9 Rayon Mәhkәmәsinә baxılması üçün Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 528.1-ci maddәsi ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsinә dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xәta haqqında protokol daxil olmuşdur. Siyәzәn rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә (hakim X4) ##.##.1990-cı il tarixdә Siyәzәn şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, subay, işlәmәyәn, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu (FİN *******) Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinib, ona 500 (beş yüz) manat mәblәğindә cәrimә inzibati tәnbehi tәtbiq edilmişdir. Qeyd olunan qәrarla razılaşmayan barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, Siyәzәn Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrarını lәğv edәrәk, barәsindә başlanılmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәtini onunla әsaslandırılmışdır ki, mәhkәmәnin qәrarından şikayәt etmәsinә sәbәb 2-ci qrup әlil vә әmәk qabiliyyәtsiz olmasıdır. Belә ki, әlilliyә görә müavinәti dә dayandırılmış, heç bir yerdәn gәliri yoxdur. Bu barәdә sәnәdlәri dә var. Mәhkәmә onun ağır maddi vәziyyәtini vә әlilliyi, әmәk qabiliyyәtinin olmamasını nәzәr almamışdır. Bu, onun birinci inzibati xәtasıdır. Hesab edir ki, qanuna görә әn yüngül cәza tәtbiq edilmәli idi. O qәsdәn ödәmәkdәn yayınmır, sadәcә ödәyә bilmir. Buna görә dә Siyәzәn Rayon Mәhkәmәsinin sözügedәn qәrarı lәğv edilmәli, inzibati icraata xitam verilmәlidir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmәsindә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs (borclu) Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs izahat verәrәk bildirdi ki, aliment borcu bir ili keçib. 2-ci qrup әlilliyi olub, sonra 2024-cü ildә әlilliyi bitdiyi üçün pensiyası dayandırılmışdır. Hәrbi hissәdә mülki işdә işlәmiş, işlәdiyi zaman orada partlayış baş vermiş, nәticәdә ayaqlarından vә әllәrindәn yanıq xәsarәtlәri almışdır. Buna görә ona әlillik tәyin olunmuşdur. 2 uşağa görә aliment üçün 220 manat müavinәtinin 91%-i ondan tutulurdu. Müavinәti dayandırıldıqdan sonra ailә üzvlәri-qardaşı ona kömәk edirdi. Ayda 100, 150 manat tәlәbkara verirmiş, o isә bunu tәkzib edәrәk alimnet borcundan ödәniş olunmamasını, vermiş olduğu pulların övladlarının әlavә xәrclәrinә sәrf edildiyini qeyd etmişdir. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq Siyәzәn rayon İcra vә Probasiya Şöbәsinin böyük icra mәmuru X1 vә tәlәbkar Zәrәrçәkmiş şәxs mәhkәmә iclasına gәlmәmişlәr. Mәhkәmә icra mәmurunun vә tәlәbkarın iştirakları olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsi dinlәyib hesab edir ki, Siyәzәn rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn, apellyasiya şikayәti tәmin edilmәdәn saxlanılmalıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibati icraat üzrә qәrar qәbul edәrkәn işin materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibati mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Belə ki, iş materiallarında olan Siyәzәn Rayon Mәhkәmәsinin ## ###### 2023-cü il tarixli, *(***)-**/**** saylı icra vәrәqәsi icra olunması üçün Siyәzәn rayon icra vә probasiya şöbәsinin icraatına daxil olmuş, hәmin icra sәnәdi üzrә ## ###### 2023-cü il tarixdә icraata başlamaq haqqında qәrar qәbul edilmiş vә bu barәdә borclu Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәlәbin könüllü icrası haqqında bildiriş ünvanlanmış vә sonuncu hәmin bildirişi ## ### 2024-cü il tarixdә imza etmәklә qәbul etmişdir. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinәyә dair mәlumatın verilmәsinә aid sәnәdin surәtindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs başqa rubrikalarda tәsnif olunmayan, bәdәnin bir neçә nahiyәlәrini әhatә edәn digәr travmalar, müştәrәk travma, hәr iki yuxarı vә aşağı әtraflarının odlu silah yaralanmasından vә cәrrahi әmәliyyatdan sonrakı vәziyyәti, başqa rubrikalarda tәsnif olunmayan yeriş çәtinlәşmәsi, yerişin vә dayaq funksiyasının pozulması diaqnozu ilә ümumi xәstәlik sәbәbindәn ## ####### 2019-cu il tarixdәn ## ####### 2024-cü il tarixәdәk II dәrәcәli әlillik tәyin edilmişdir. Siyәzәn rayon mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli icra sәnәdinә әsasәn iddia qismәn tәmin edilmişdir. Tәrәflәrin birgә nikahından doğulmuş ## ###### 2015ci il tәvәllüdlü X2 vә ## ####### 2016-cı il tәvәllüdlü X3 yetkinlik yaşına çatana qәdәr saxlanılması üçün ## ###### 2022-ci il tarixdәn başlayaraq, cavabdeh Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iddiaçı Nәsirova (Eydullayeva) Fәridә Natiq qızının xeyrinә hәr ay hәr uşaq üçün 100 manat olmaqla, cәmi 200 (iki yüz) manat sabit pul mәblәğindә aliment tutulması müәyyәn edilmişdir. ##.##.2023-cü il tarixdә Siyәzәn rayon İcra vә Probasiya Şöbәsinin böyük icra mәmuru X5 tәrәfindәn *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli icra sәnәdi üzrә “İcraata başlamaq haqqında” qәrar qәbul olunmuş vә hәmin tarixdә tәlәbin könüllü icrası barәdә bildiriş barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsә ##.##.2024-cü il tarixdә tәqdim edilmişdir. Tәlәbkar Nәsirova (Eydullayeva) Fәridә Natiq qızı tәrfәdinәn verilmiş әrizәdәn göünürki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs aliment borcunu vaxtlıvaxtında ödәmәmәsi sәbәbindәn ona 5874 manat borcunun yaranmasını, borclunun inzibati mәsuliyyәtә cәlb edilmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası Konstitusiyasının 129-cu maddәsinin İ vә II hissәlәrinә әsasәn mәhkәmәnin qәbul etdiyi qәrarlar dövlәtin adından çıxarılır vә onların icrası mәcburidir. Mәhkәmә qәrarının icra olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Azәrbaycan Respublikasında mәhkәmә vә digәr orqanların qәrarlarının mәcburi icrası icra mәmurları tәrәfindәn hәyata keçirilir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar mәhkәmә icraçılarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Konstitusiya Mәhkәmәsinin Plenumu “Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 37-ci maddәsinin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 306.1-ci maddәsi baxımından şәrh edilmәsinә dair” 2014-cü il ## ###### tarixli Qәrarında formalaşdırdığı hüquqi mövqeyi tәkrarlayaraq bir daha qeyd etmişdir ki, mәhkәmә aktlarının qәrәzli icra edilmәmәsini aşağıdakılara әsasәn müәyyәn etmәk olar: - mәhkәmә qәrarında nәzәrdә tutulmuş tәlәblәrin hәmin qәrarda müәyyәn edilmiş müddәt әrzindә icra edilmәmәsi; - borcluya mәhkәmә qәrarının icra edilmәmәsi haqqında dәfәlәrlә rәsmi xәbәrdarlıq edilmәsi; - borclunun mәhkәmә qәrarını icra etmәmәsinә görә inzibati mәsuliyyәtә cәlb edilmәsi; - borclu tәrәfindәn mәhkәmә qәrarının icrası üçün yetәrli tәdbirlәrin görülmәmәsi. “İcra Haqqında» Azәrbaycan Respublikasının Qanununun 3-cü maddәsindәn görünür ki, mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurunun tәlәblәri Azәrbaycan Respublikasının әrazisindә bütün orqanlar, hüquqi şәxslәr, onların vәzifәli şәxslәri vә fiziki şәxslәr üçün mәcburidir. Mәhkәmә vә digәr orqanların qәrarlarının icrası ilә әlaqәdar icra mәmurlarının tәlәblәrini yerinә yetirmәyәn, onlara hәvalә edilmiş vәzifәlәrin icrasına mane olan şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ## #### 2016-cı il tarixli, *-*/**** nömrәli qәrarının 8.2-ci bәndindә qeyd edilmişdir ki, uşağın Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş minimum dolanacaq xәrclәrindәn az olmayan maddi tәminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azәrbaycan Respublikası Qanununun 13-cü maddәsi). Nikahın pozulması ilә әlaqәdar uşağın valideynlәrdәn birinin himayәsinә verilmәsi, uşağa qulluq, onun sağlamlıq, tәhsil, inkişaf, mәişәt qayğılarının çәkilmәsinin uşağın himayәsindә olduğu valideynin üzәrinә düşmәsi, qanunvericiliklә müәyyәn edilmiş minimum dolanacaq xәrclәrindәn az olmayan maddi tәminatın aliment kimi digәr valideyndәn tutulmasına әsas verir. Aliment ödәyәn әmәk qabiliyyәtli valideynin rәsmi olaraq heç bir yerdә işlәmәmәsi vә qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklә müәyyәn olunmuş minimum dolanacaq xәrclәrindәn az olmayan maddi tәminatı ödәmәk vәzifәsindәn azad etmir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 3-cü maddәsinә әsasәn yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. Apellyasiya Mәhkәmәsi qeyd edir ki, icra sәnәdinin icrası ilә bağlı ## ###### 2023-cü il tarixdә icraata başalamaq haqqında qәrar qәbul edilmәsinә vә tәlәbin könüllü icrası haqqında Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs bildiriş verilmәsinә, hәmçinin ona ##.##.2026-cı il tarixli rәsmi “Xәbәrdarlıq” mәktubu göndәrilmәsinә baxmayaraq, o icra sәnәdini müәyyәn edilmiş müddәt әrzindә üzrsüz sәbәbdәn icra etmәmiş, tәrәfindәn mәhkәmә qәrarının icrası üçün yetәrli tәdbirlәr görülmәmişdir. Odur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra etmәmәsi sübut olunduğundan Siyәzәn rayon Mәhkәmәsinin onun әmәlindә Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanın tәrkibi olmasına dair gәldiyi nәticә qanunidir. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsinә әsasәn icra sәnәdindәki tәlәbin üzrsüz sәbәbdәn icra mәmuru tәrәfindәn müәyyәn olunmuş müddәtdә icra edilmәmәsinә vә ya icra mәmurunun mәhkәmә vә ya başqa dövlәt orqanlarının qәrarlarının icrası ilә әlaqәdar digәr qanuni tәlәblәrinin yerinә yetirilmәmәsinә görә fiziki şәxslәr beş yüz manatdan min manatadәk mәblәğdә cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur, vәzifәli şәxslәr min iki yüz manatdan iki min beş yüz manatadәk mәblәğdә, hüquqi şәxslәr üç min manatdan beş min manatadәk mәblәğdә cәrimә edilir. Apellyasiya Mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq, apellyasiya şikayәtinin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsassız hesab edir vә qeyd edir ki, Belә ki, birinci instansiya mәhkәmәsi barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә inzibati tәnbeh tәtbiq edәrkәn törәtdiyi xәtanın xarakterini, inzibati törәdәn şәxsin tәqsirinin dәrәcәsini, mәsuliyyәtini yüngüllәşdirәn halların olmasını (barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs başqa rubrikalarda tәsnif olunmayan, bәdәnin bir neçә nahiyәlәrini әhatә edәn digәr travmalar, müştәrәk travma, hәr iki yuxarı vә aşağı әtraflarının odlu silah yaralanmasından vә cәrrahi әmәliyyatdan sonrakı vәziyyәti, başqa rubrikalarda tәsnif olunmayan yeriş çәtinlәşmәsi, yerişin vә dayaq funksiyasının pozulması )vә ağırlaşdıran halların olmamasını nәzәrә alaraq, qeyd edilәn maddәnin sanksiyasının әn aşağı hәddindә cәrimә edilmәsi ilә bağlı düzgün qәrar qәbul etmişdir. Belәliklә Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Siyәzәn rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, mәhkәmәnin mübahisә olunan qәrarı dәyişdirilmәmәlidir. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, Q Ə R A RA A L D İ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 528.1-ci maddәsi ilә tәqsirli bilinmәsinә dair Siyәzәn rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim: Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar