Məhkəmə qərarları › İş №3(3-8)-483/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-8)-483/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Sumqayıt şәhәri İş № 3(3-8)-483/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azәrbaycan Respublikası Sumqayıt Apellyasiya Mәhkәmәsinin hakimi Rzayev Mәhәmmәdәli Əsәd oğlunun sәdrliyi, Hüseynzadә Elsevәr İsmayıl oğlunun katibliyi, Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi X2 iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2027-ci il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati materialdan müәyyәn olunur ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulan inzibati xәta törәtmәsi haqqında tәrtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli vә ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokollar baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә tәqdim edilmişdir. Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı ilә (hakim Teymur-X1) ##.##.1974-cü ildә Gürcüstan Respublikasında anadan olmuş, Ukrayna Respublikası vәtәndaşı, Abşeron rayonu, Saray qәsәbәsi, R.Rza küçәsi ünvanında müvәqqәti qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinәrәk, ona 1 (bir) ay müddәtinә inzibati qaydada hәbs növündә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Qeyd olunan qәrardan narazı qalan barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vәkili Vәkil apellyasiya şikayәti verәrәk, mübahisәli qәrarın lәğv edilmәsini, barәsindә olan inzibati iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, hәmin qәrar qanunsuz, әsassız vә iş üzrә faktiki hallara uyğun olmadığından lәğv edilmәlidir. Mәhkәmә baxışı zamanı nә İlqar Naibievin xırda xuliqanlıq etmәsi, nә dә polis әmәkdaşına müqavimәt göstәrmәsi kifayәt qәdәr vә mötәbәr sübutlarla tәsdiq olunmamışdır. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ona mәxsus fәrdi yaşayış evinin qarşısında avtomobil saxlayan taksi sürücüsünә "Burada niyә dayanmısan?", "Bura mәnim evimdir" sözlәrini demişdir. Sonradan da müәyyәn edilmişdir ki, taksi sürücüsü avtomobili düzgün yerdә saxlamamışdır. Tәrәflәr arasında baş verәn hadisә mәişәt xarakterli adi anlaşılmazlıqdan ibarәt olmuşdur. Bu hadisәdә cәmiyyәtә açıq hörmәtsizlik, ictimai asayişin nümayişkaranә şәkildә pozulması vә ya özünü cәmiyyәtin fövqündә qoymaq kimi xırda xuliqanlıq tәrkibini yaradan hәrәkәtlәr mövcud deyildir. Sürücü hadisә ilә bağlı polisә müraciәt etmiş, taksi sürücüsü mәhkәmә iclasında dindirilmәmiş, hadisәnin yeganә birbaşa şahidi kimi onun ifadәsi mәhkәmә tәrәfindәn araşdırılmamışdır. Belә olan halda İlqar Naibievin әmәlindә AR İXM-in 511.1 -ci maddәsinin dispozisiyasında nәzәrdә tutulmuş inzibati xәta tәrkibinin mövcudluğu sübuta yetirilmәmişdir. AR İXM-in 535.1-ci maddәsi ilә mәsuliyyәt üçün polis әmәkdaşının qanuni tәlәbinә qәrәzli surәtdә tabe olmama vә ya ona müqavimәt göstәrilmәsi müәyyәnn edilmәlidir. Lakin mәhkәmә iclasında polis әmәkdaşı İlqar Nabievin ona qarşı fiziki müqavimәt göstәrdiyini, qanuni tәlәbini yerinә yetirmәkdәn imtina etdiyini vә ya polis әmәkdaşını tәhqir etdiyini konkret faktlarla tәsdiq edә bilmәmişdir. Polis әmәkdaşının ifadәsi yalnız ümumi vә şablon xarakterli "tabesizlik göstәrirdi", "әlindә balta var idi", "alkoqollu idi", "istiqamәtsiz danışırdı" kimi ifadәlәrdәn ibarәt olmuşdur. Mәhkәmә baxışı zamanı İlqar Nabiev izah etmişdir ki, hәmin gün 15 günlük ağır ezamiyyәtdәn qayıtmış, usta kimi işlәdiyi üçün alәtlәri avtomobildә olmuş, әlindә olan balta da hәmin alәtlәrdәn biri olmuşdur. O, şәrab qәbul etdiyini gizlәtmәmiş, polis әmәkdaşları onu çağırarkәn isә sadәcә hәyatından, taleyindәn gileylәndiyini, yaşayışına lәnәt oxuduğunu bildirmişdir. Şәxsin öz hәyatından narazılığını ifadә etmәsi, emosional vәziyyәtdә taleyindәn şikayәt etmәsi heç bır halda polis әmәkdaşına müqavimәt göstәrilmәsi vә ya qanuni tәlәbә qәrәzli surәtdә tabe olmama kimi qiymәtlәndirilә bilmәz. İş materiallarında İlqar Nabievin polis әmәkdaşına qarşı hәr hansı fiziki hәrәkәt etmәsini, onu itәlәmәsini, tәhqir etmәsini, hәdәlәmәsini vә ya qanuni tәlәbi qәsdәn yerinә yetirmәmәsini tәsdiq edәn mötәbәr sübut mövcud deyildir. Belә olan halda AR İXM-in 535.1-ci maddәsinin dispozisiyasında nәzәrdә tutulan inzibati xәta tәrkibi dә sübuta yetirilmәmişdir. Mәhkәmә qәrarı yalnız ehtimallara vә ümumi xarakterli izahatlara әsaslana bilmәz. İnzibati mәsuliyyәtә cәlb edilmәnin әsas şәrti şәxsin tәqsirinin mötәbәr, kifayәt edәn vә biri-birini tamamlayan sübutlarla tәsdiq edilmәsidir. Hazırkı iş üzrә isә belә sübutlar mövcud deyildir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 128-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәr üzrә qәrardan verilәn şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrardan fiziki şәxs, yetkinlik yaşına çatmayanların qanuni nümayәndәsi, hüquqi şәxsin nümayәndәsi, zәrәrçәkmiş şәxs, habelә müdafiәçi vә nümayәndә tәrәfindәn verilәn şikayәtә, habelә prokurorun protestinә mәhkәmәlәrdә hәmin Mәcәllәdә müәyyәn edilmiş qaydada baxılır. Apellyasiya mәhkәmә iclasında iştirak edәn barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi X2 apellyasiya şikayәtinin dәlillәrinә uyğun çıxış edәrәk, apellyasiya şikayәtinin tәmin edilmәsini xahiş etmişdir. Azәrbaycan Respublikası İXM-nin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya mәhkәmәsi inzibati icraat materiallarını yoxlayıb, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs müdafiәçisi X2 dinlәyib, iş materiallarını araşdıraraq hesab edir ki, Abşeron Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn, apellyasiya şikayәti tәmin edilmәdәn saxlanılmalıdır. Apellyasiya mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi inzibatı icraat üzrә qәrar qәbul edәrkәn iş materiallarını mahiyyәti üzrә tam araşdırmış, inzibatı mәsuliyyәtә cәlb edilmәnin әsası olan qanunvericiliyin tәlәblәrinә riayәt etmişdir. Belә ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli vә ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrәli inzibati xәta haqqında protokollardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ##.##.2026-cı il tarixdә hadisә yerinә gedәn әmәliyyat qrupuna qәsәdn tabesizlik göstәrәrәk ünvansız nalayiq ifadәlәr söyәrәk xırda xuliqanlıq hәrәkәtlәri etmiş vә polisin qanuni tәlәbinә tabe olmamışdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli “cinayәt işinin başlanılmasının rәdd edilmәsi haqqında” qәrardan görünür ki,X3 müraciәti әsasında toplanmış material üzrә cinayәt işinin başlanması rәdd edilmişdir. Hadisәni törәtmiş Nәbiyev İlqar Zülfüqar oğlu barәsindә Azәrbaycan Respublikası İXM-nin 510 vә 535.1-ci maddәlәrinin tәlәbinә әsasәn inzibati qaydada tәdbir görülmәsi müәyyәn edilmişdir. İş materiallarına әlavә edilmiş Abşeron RPİ-nin TŞ-nin tәhqiqatçısı, R Nicat Ədilbәyli tәrәfindәn tәrtib edilmiş raporta әsasәn ünvan 2 ünvanında yaşayan X3 әrizә vә izahatında DİNnin 102 xidmәtinә verdiyi mәlumatı tәsdiqlәmiş vә bildirmişdir ki, ##.##.2026-cı il tarixdә saat 01 radәlәrindә taksi kimi idarә etdiyi “Hyundai” markalı Az **-DK-*** dövlәt qeydiyyat nişanlı avtomobillә әvvәldәn tanıdığı müştәrinin sifarişi әsasında ünvan 1 ünvanına gәlib müştәrini gözlәyәrkәn bir nәfәr şәxs sәrxoş vәziyәtdә onun evinә gәldiyini düşünüb mübahisә etmiş vә avtomobilindәn bıçaq götürüb onu hәdәlәmişdir. Bundan sonra hәmin şәxs anlaşılmazlıq olduğunu başa düşüb ondan uzaqlaşdığını bildirmişdir. İş materiallarına әlavә olunmuş ##.##.2026-cı il tarixli әrizәdәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vәkil tutmaq tәklif vә tәqdim olunmuş, lakin o bundan imtina etmişdir. Birinci instansiya mәhkәmәsi qeyd olunan sübutlara düzgün hüquqi qiymәt verib Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs әmәlini Azәrbaycan Respublikası İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә tövsif etmişdir. Apellyasiya instansiyası mәhkәmәsi inzibati xәta haqqında işә әlavә edilmiş sübutlara hüquqi qiymәt verәrәk hesab edir ki, hәmin sübutlarla barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası İXM-nin 510 vә 535.1-ci maddәlәrindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәsi tәsdiq olunur. Azәrbaycan Respublikası İXM-nin 510-cu maddәsinә әsasәn xırda xuliqanlıq, yәni ictimai qaydanı pozan, lakin fiziki şәxslәr üzәrindә zor tәtbiq olunması ilә vә ya belә zorun tәtbiq edilmәsi hәdәsi ilә, yaxud özgәnin әmlakının mәhv edilmәsi vә ya zәdәlәnmәsi ilә müşayiәt edilmәyәn hәrәkәtlәrә görә әlli manatdan yüz manatadәk mәblәğdә cәrimә edilir, işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt sayılmadıqda, on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur. Azәrbaycan Respublikası İXM-nin 535.1-ci maddәsinә әsasәn polis işçisi vә ya hәrbi qulluqçu ictimai qaydanın mühafizә vәzifәlәrini icra edәrkәn, onların qanuni tәlәblәrinә qәsdәn tabe olmamağa görә fiziki şәxslәr iki yüz manat mәblәğindә cәrimә edilir vә ya işin halları vә pozuntu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla, bu tәdbirlәrin tәtbiqi kifayәt hesab edilmәdikdә bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur. Polis Haqqında Azәrbaycan Respublikası Qanunun 7-ci maddәsinә әsasәn polis әmәkdaşı bu Qanunla müәyyәnlәşdirilmiş sәlahiyyәtlәri yerinә yetirәrkәn dövlәt hakimiyyәtinin nümayәndәsi kimi çıxış edir. Azәrbaycan Respublikasının әrazisindә olan bütün hüquqi vә fiziki şәxslәr polis әmәkdaşının qanuni tәlәblәrini icra etmәlidirlәr. Polis әmәkdaşının qanuni tәlәblәrinә tabe olmamaq, ona müqavimәt göstәrmәk vә zor işlәtmәk vә ya onu tәhqir etmәk Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur. Qeyd olunan inzibati xәtaya görә mәsuliyyәtin yaranması üçün inzibati xәta tәrkibinin obyektiv tәrәfinin vacib elementi kimi şәxsin hәrәkәtinin polis әmәkdaşının qanuni tәlәblәrinin yerinә yetirilmәmәsi şәxsin әmәlinin hüquqa zidd xarakterini dәrk etmәsi, onun nәticәlәrini qabaqcadan görmәsi vә hәmin nәticәlәri arzu etmәsi, yәni şәxsin etdiyi hәrәkәtlәri qәsdәn törәtmәsi zәruri şәrtlәr kimi müәyyәn edilmişdir. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 34.3-cü maddәsinә әsasәn şәxsin eyni vaxtda öz hәrәkәtlәri (hәrәkәtsizliyi) ilә törәtdiyi bir neçә inzibati xәtaya dair işlәrә baxılması eyni orqanın sәlahiyyәtinә aiddirsә, hәmin şәxs daha ciddi xәtaya görә müәyyәn edilmiş sanksiya çәrçivәsindә tәnbeh edilir. Bu halda törәdilmiş xәtalardan hәr hansı birinә görә nәzәrdә tutulmuş әlavә tәnbehlәrdәn biri әsas tәnbehә әlavә edilә bilәr. Apellyasiya Mәhkәmәsi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vәkili Vәkil tәrәfindәn verilmiş şikayәtin dәlillәrinә hüquqi qiymәt verәrәk, hәmin dәlillәri әsaslı hesab etmir. Belә ki, iş materiallarında olan sübutlardan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ictimai qaydanı pozaraq nalayiq ifadәlәr işlәtmiş vә polis әmәkdaşı tәrәfindәn nizam-intizama dәvәt edilmәsinә baxmayaraq polisin qanuni tәlәbinә tabe olmayaraq maneә yaratmışdır. Apellyasiya Mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs vәkili Vәkil apellyasiya şikayәtindә qeyd etdiyi xüsusatlar özünümüdafiә xarakterlidir vә mәsuliyyәtdәn yaxa qurtarmaq mәqsәdi daşıyır. Bundan başqa inzibati tәnbeh tәtbiq edәrkәn, mәhkәmә xәtanın xarakterini, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini, tәqsirinin dәrәcәsini nәzәrә alır. Belә ki, Azәrbaycan Respublikası İXM-nin 21-ci maddәsindәn görünür ki, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsin qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası İXM-nin 9.1-ci maddәsinә görә, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Azәrbaycan Respublikası İXM-nin 31.2-ci maddәsinә әsasәn, fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakterizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. Birinci instansiya mәhkәmәsinin qәrar qәbul edәrkәn Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 32-ci maddәsinә әsasәn Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәsuliyyәtini yüngüllәşdirәn hal aşkar etmәmәkdә, Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 33.1.7-ci maddәsinә әsasәn inzibati xәtanın sәrxoş halda törәtmәsini mәsuliyyәtini ağırlaşdıran hal kimi nәzәrә almaqda haqlı olmuşdur. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs törәtdiyi inzibati xәtanın xarakterini vә şәxsiyyәtini nәzәrә alaraq mәhkәmәnin tәyin etdiyi tәnbeh tәdbiri törәdilmiş inzibati xәtanın xarakterinә, inzibati xәta törәtmiş şәxsin şәxsiyyәtinә, onun tәqsirinin dәrәcәsinә uyğun hesab edilmәli vә müdafiәçinin verdiyi apellyasiya şikayәtinin dәlilәrinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrarının lәğv olunmasının qanuni әsası yoxdur. Belәliklә Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXM-nin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2027-ci il tarixli, *(*-***)-****/**** nömrәli qәrarından barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxsin müdafiәçisi Vәkil tәrәfindәn verilmiş apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin mübahisә olunan qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1, 134.1.1-ci maddәsinә әsasәn inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılaraq o cümlәdәn, qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edilir. Hәmçinin mәhkәmә hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X2 dövlәt büdcәsi hesabına vәsait ödәnilmәlidir. Belә ki, Azәrbaycan Respublikası inzibati qanunvericiliyin tәlәblәrinә әsasәn müdafiәçinin mәhkәmә prosesindә iştirakı İXM-nin 66-cı maddәsindә nәzәrdә tutulmuş hallarda tәmin olunmalıdırsa, mәhkәmә prosesini hәyata keçirәn orqan hәmin şәxsә hüquqi yardımın göstәrilmәsini Azәrbaycan Respublikasının dövlәt büdcәsi vәsaiti hesabına tәmin etmәlidir. Mәhkәmә, vәkil tәrәfindәn tәqdim edilmiş hesabatı nәzәrdәn keçirәrәk hesab edir ki, barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs göstәrilmiş hüquqi xidmәtә görә Sumqayıt Regional Vәkil Bürosunun vәkili X2 mәhkәmәdә iştirak etdiyi cәmi 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsinin vәsaiti hesabından Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilmәlidir. Şәrh olunanlara әsasәn Azәrbaycan Respublikası İnzibatı Xәtalar Mәcәllәsinin 134.1.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә, QƏRARA ALDİ : Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikasının İXMnin 510.1 vә 535.1-ci maddәlәri ilә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmәkdә tәqsirli bilinmәsinә dair Abşeron Rayon Mәhkәmәsinin ## #### 2027-ci il tarixli, *(*-***)-****/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Barәsindә inzibati qaydada iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya mәhkәmә iclasında dövlәt hesabına hüquqlarını müdafiә etmiş Sumqayıt Regional Vәkil Bürosunun vәkili X2 etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 04 (dörd) iş saatına görә 44 (qırx dörd) manat mәblәğindә vәsait Azәrbaycan Respublikası Dövlәt büdcәsindәn Sumqayıt Regional Vәkil Bürosu vasitәsilә ödәnilsin. Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 138.1.3-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәt vә ya protest üzrә qәbul edilmiş qәrarı elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz. Hakim Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar